Məhkəmə qərarları › İş №2(103)-8887/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8887/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8887/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1550/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun və dövlət rüsumuna görə 30 manat pul vəsaitinin, cəmi 2952,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub İddiaçı2, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun, cəmi 2922,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı2 xeyrinə 2500 (iki min beş yüz) manat sığorta ödənişi, 422,50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 2500 (iki min beş yüz) manat sığorta ödənişi, 422,50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat dəbbə pulu tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki işin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, apellyasiya şikayətini imzalayan şəxs Nümayəndə2 əmək müqaviləsinin müddəti 03.10.2019-cu il tarixdə birmişdir. Belə olan halda sonuncunun apellyasiya şikayətini imzalamq üçün hüquqları olmamışdır. (İş vərəqə 143.) Əmək müqaviləsinə dair digər bildiriş iş materiallarına və apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2021 saylı 23 iyun 2021-cu il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar