Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8955/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 12 aprel 2021-ci il il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, “Azəriqaz” İB-dən 25 000 manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsinin verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin şikayət apellyasiya qaydasında baxılması üçün mümkün hesab edilmiş, sonradan İddiaçı da şikayət verdiyi müəyyən olunduğundan iş apellyasiya baxışından çıxarılaraq İddiaçı şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğununluğunun yoxlanılması üçün məhkəməyə qaytarılmış, bundan sonra məhkəmə iddiaçının şikayətini işə əlavə edərək işi yenidən apellyasiya instansiyasına göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmənin 12 aprel 2021-ci il tarixli qətnaməsi 16 may 2021-ci il tarixdə tərəflərə, o cümlədən iddiaçıya göndərilmiş, işin 85-ci səhifəsindən sonraya tikilmiş və nömrələnməmiş poçt xəbərnaməsinə görə 27 may 2021-ci il tarixdə ona çatdırılmış, 01.06.2021-ci il tarixdə iddiaçı məhkəməyə müraciət ünvanlayaraq və müvafiq rüsumu ödəyərək qətnamənin ona təkrarən verilməsini xahiş etmiş, 23.06.2021ci il tarixdə isə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iş materiallarında qətnamənin iddiaçıya 27 may 2021-ci il tarixdə çatdırıldığını təsdiq edən sübut vardır və belə olan halda onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8955/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8955/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver