Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8961/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının nümayəndəsi və vəkili X1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsindən Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bayır (İbrahimova) İddiaçı Aliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 dekabr 2016-cı il tarixdə ünvan 1 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçının 1/2 hissəsədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qab qacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora 1/2 hissədə pay hüququnun tanınması və onların dəyərinin yarsının Cavabdeh1 tutularaq ona verilməsi, "Samsung" markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının 1/2 hissədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, Türkiyə Respublikası, İstanbul şəhəri, Küçükcekmece rayonu, Halkalı məhəlləsi, Menekşe, Bölmə F21C21 AlB, Blok 800 ünvanında sahəsi 246092,58 kvadrat metr olan mənzilin satışından əldə edilmiş 150000 ABŞ dollarına iddiaçının 1/2 hissədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 2ünvanında yerləşən ümumi sahəsi 107,1 kvadrat metr olan qeyri yaşıyış sahəsinə iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının 1/2 hissədə pay hüququnun tanınması, ünvan 3 ünvanında yerləşən "Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikur vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan "Aleksandrit" markalı lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan "BOSCH" markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan "İNDESİT" markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan "Samsunq"markalı paltaryuyan maşına, dəyəri 600 manat olan "Blomberq" markalı paltar qurudana, dəyəri 1500 manat olan "Ariston" ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 manat olan 2 ədəd "Samsunq" markalı soyuducuya, dəyəri 1600 manat olan ağ rəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəvi ağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd "SİEMENS" markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd "Facial Stcamer" aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B "Centrifuce" aparatına, dəyəri 1000 manat olan 1 ədəd Hotca Binet kosmetoloq aparatına, dəyəri 700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 manat olan duş kabininə, dəyəri 1800 manat olan "Samsung Galaxy S8" aparatına, dəyəri 1400 manat olan regulatora 1/2 hissədə pay hüququnun tanınması, naturada və yaxud onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitinin 1/2 hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa məhkəmənin icraatında olan digər, 2(001)-1805/2018 saylı (əvvəlki qeydiyyat nömrəli 2(001)-12842/2017 olmuşdur) mülki iş materiallarına əsasən iddiaçı Cavabdeh1 03.08.2017-ci il tarixdə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış və Bakı şəhəri Səadət sarayında 19.02.2000-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulması və 22.05.2002-ci il təvəllüdlü Yağmur və 09.04.2005-ci il təvəllüdlü Turkerin boşanmadan sonra iddiaçı ilə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bir yerdə yaşamırlar və aralarında olan nikah əlaqələri faktiki olaraq 2017-ci ilin iyul ayının ortalarından kəsilmişdir. Uşaqlar cavabdehlə qalmaq istəmirlər, hazırda onun yanındadırlar. Daha sonra Cavabdeh1 iddia ərizəsinə əlavə təqdim edərək ilkin tələblərinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, ev 3 ünvanda yerləşən yaşayış evinə, ünvan 5şayış sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 9-ə, ünvan 8 mənzil 54-ə və həmin mənzildə yerləşən əşyalara - ev-məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; "Dodge Durango" markalı, 99- BR-444 dövlət qeydiyyat nişanlı avtomaşına, "Porsche Cayenne" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanət (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli "Kredit Müqaviləsi" üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli 2(001)-1805/2018 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi" hissədə tələb ayrıca icraata ayrılmışdır. Məhkəmənin 30.05.2018-ci il tarixli 2(001)-812/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı "nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)-812/2018 saylı mülki işlə, məhkəmənin icraatında olan eyni tərəflər arasında eyni əsaslarla eyni predmet üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)- 1805/2018 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. 13.08.2018-ci il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsini göstərməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, ev 3 ünvanda yerləşən evə, ünvan 6 sahəsinə, ünvan 7-ə, ünvan 8 mənzil 54-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və "Porsche Cayenne" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 12.03.2019-cu il tarixdə "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilmişdir. 30.05.2019-cu il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsini göstərməklə, iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, ev 3-ə, ünvan 6 sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 7-ə, ünvan 8 mənzil 54-ə və həmin mənzildə yerləşən əşyalara - məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi etibarnamənin etibarsız hesab edilməsi və "Porsche Cayenne" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanətə (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli "Kredit Müqaviləsi" üzrə borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə 19.06.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə 20.09.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə 17.07.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan Cavabdeh1 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, ev 3-ə, ünvan 6 sahəsinə, ünvan 7 ünvanda yerləşən qeyri yaşayış sahəsinə, ünvan 8 mənzil 54-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; "Dodge Durango" markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi 21.08.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və "Porsche Cayenne" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli "Kredit Müqaviləsi" üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə 19.06.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə 20.09.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə 17.07.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.11.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, ev 3 və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 29.10.2019-cu il tarixli məktubuna əsasən İddiaçı adında 06.03.2017-ci il tarixdən "Porsche Cayenne" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli 2(001)-40/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı "əmlak" tələbinə dair iddiası Türkiyə Respublikası, İstanbul şəhəri, Küçükcekmece rayonu, Halkalı məhəlləsi, Menekşe, Bölmə F21C21 AlB, Blok 800 ünvanında sahəsi 246092.58 kvadrat metr olan mənzilin satışından əldə edilmiş 150000 ABŞ dollarına iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının % hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) 2(001)- 40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, 3 saylı evə; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri- yaşayış sahəsinə; ünvan 8 mənzil 54-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququnun müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququnun müəyyən edilməsi, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "Porsche Cayenne" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli "Kredit Müqaviləsi" üzrə mövcud olan borc məbləğinə 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, İddiaçı Cavabdeh1 qarşı iddia tələbinin qismən təmin edilməsi, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah müddətində əldə edilmişdir və birgə nikah müddətində əldə edilmiş əmlakların bölünməsi barədə tərəflər arasında hər hansı razılaşma mövcud deyildir. Məhkəmə Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, mübahisəli əmlaklara Cavabdeh1 payı 2/3 hissədə müəyyən edilməli, qalan 1/3 hissəsi isə İddiaçı payı hesab olunmalıdır. Ailə qanunvericiliyinin tələblərinə görə özlüyündə uşaqların valideynlərdən hər hansı biri ilə qalması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas verir. Məhkəmə Cavabdeh1 himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını nəzərə alaraq hesab etmişdir ki, qanunun göstərilən norması Cavabdeh1 ümumi mülkiyyətdəki payının artırılmasına imkan verir. Ona görə də, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, 3 saylı evə; ünvan 6 sahəsinə; ünvan 8 mənzil 54-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququ müəyyən edilməlidir. Həmçinin ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququ müəyyən edilməlidir. Məhkəmə "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə hesab etimişdir ki, bağlanmış alğısatqı müqaviləsi formal xarakter daşıyır. Belə ki, göstərilən müqavilədə avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Digər tərəfdən iş materiallarından aşkar surətdə göründüyü kimi, mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi İddiaçı satıcı kimi mübahisəli avtomobili Cavabdeh2 öhdəsinə və mülkiyyətinə verməmiş (alğı-satqı bağlandığı gün, yəni 21.08.2017- ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı etibarnamə verilmişdir), Cavabdeh2 isə avtomobili qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Belə ki, alğı-satqı müqaviləsində avtomobilin 25000 manata satılması göstərilsə də, həmin məbləğin ödənilməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da alğı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli avtomobilə dair alğı-satqı müqaviləsi məhz Cavabdeh1 İddiaçı qarşı 03.08.2017-ci il tarixdə nikahın pozulmasına dair iddia ərizəsinin verilməsindən sonra bağlanmışdır. Bu hal isə özü-özlüyündə avtomobilə dair alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə müvafiq qaydada bağlanmamışdır. Buna görə də göstərilən alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, alıcının və satıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı və mübahisəli avtomobil İddiaçı geri qaytarılmalıdır. Lakin mübahisəli avtomobilə dair Cavabdeh2 tərəfindən müqavilədə göstərilən 25000 manat məbləğində pul vəsaiti ödənilmədiyindən, ödənilməyən məbləğin Cavabdeh2 qaytarılması da yolverilməzdir. Məhkəmə hesab etmişdir ki, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və "Porsche Cayenne" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə də 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququ müəyyən edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 24.08.2017-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun bölünməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Tərəflər arasında ümumi əmlakın bölünməsi tələbi barəsində məhkəmə mübahisəsi mövcud olduğundan, həmçinin tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/3 və 2/3 hissələrlə müəyyən edildiyindən, həmin borc məbləği tərəflərin ümumi borcu olduğundan, onların ümumi borcları da onların paylarına uyğun hissələrlə müəyyən edilməlidir. Həmçinin iş materiallarından aydın olur ki, ünvan 6 sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir, göstərilən kredit isə onların birgə nikahda olduqları müddətdə həmin qeyriyaşayış sahəsinin alınması və təmir işlərinin görülməsi üçün götürülmüşdür. Məhkəmə İddiaçı iddia tələbi qismən əsaslı hesab edərək qeyd etmişdir ki, ünvan 9 ünvanında yerləşən qeyri- yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququ müəyyən edildiyindən, İddiaçı pay hüququ 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə İddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların birgə nikah dövründə alınmasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Qətnamədən Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və onlar tərəfindən verilmiş iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əmlaklar alınan zaman cavabdeh işsiz olmuş və bütün əmlkalar iddiaçının atası tərəfindən alınmışdır. Həmçinin əmlakların cavabdehin xeyrinə qeyri mütənasib bölünməsi də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi bu mövqeyini tərəflərin uşaqlarının cavabdehdə qalması ilə əsaslandırsa da, iddiaçının uşaqlar üçün aliment ödədiyini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı və vəkili Həsənov Ramil Zahid oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4329/2021 saylı, 02 avqust 2021-ci il tarixli qərarı ilə qətnamə ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı 19.02.2000-ci il tarixdə rəsmi nikaha daxil olmaları, tərəflərin birgə nikahlarından 22.05.2002-ci il təvəllüdlü Yağmur və 09.04.2005-ci il təvəllüdlü Turker adlı uşaqlarının olması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların ataları Cavabdeh1 yanında saxlanılması işin mübahisələndirilməyən hallarıdır. Tərəflərin birgə nikahı dövründə bir sıra daşınar və daşınmaz əmlaklar əldə edilmişdir. Hazırda kassasiya şikayəti verən İddiaçı dəlilləri ilk iddia tələbinin rədd edilən hissələri və qarşılıqlı iddia üzrə payların müəyyən edilməsi hissəsi ilə bağlıdır. Kassasiya şikayətinin dəlillərindən biri məhkəmənin birgə nikah dövründə əldə edilmiş əmlaklara onun 1/3 hissə, Cavabdeh1 isə 2/3 hissə payının müəyyən edilməsi ilə bağlıdır. İşə baxan məhkəmələr bu qənaətə gələrkən uşaqların Cavabdeh1 yanında olmasına istinad etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr bu qənaətə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişlər. Belə ki, Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən uşaqlardan Yağmurun artıq yetkinlik yaşına çatmasını, həmçinin uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə almamışdır. Həmçinin işdən normada göstərilən payların bərabər bölünməməsinə əsas verəcək digər halların olması da müəyyən edilmir. Məhkəmə ata Cavabdeh1 çatacaq payın anaya çatacaq paya nisbətən artılırmasında uşaqların hansı maraqlarının təmin olunmasını, paylar bərabər olduğu təqdirdə bu maraqların təmin olunmayacağı, ananın özünə çatacaq əmlakdan uşaqlarının mənafeyinə istifadə etməyəcəyi ehtimalının olmasını əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manat pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında olan nikah 30.03.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni 09.12.2016-cı ildə satıldığından mənzilin satışından əldə edilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilmişdir. Məhkəmə bu qənaətə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi 30.03.2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə 01.08.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ailə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun 22.09.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin pozulub-pozulmamasına, onların birgə təsərrüfat aparıb- aparmamasına düzgün hüquqi qiymət verməmiş, tərəflərin arasında birgə təsərrüfatın aparılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixi göstərməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfat aparmadığı halda əldə edilən pulun da ailənin ümumi ehtiyaclarına sərf edilməsinin mümkün olub-olmamasına məhkəmə qiymət verməməmişdir. Bundan başqa işə baxan məhkəmələr ilk iddia tələbinin idida ərizəsində göstərilən əşyalar (mebellər, avadanlıqlar, qızıl-zinət əşyaları və s. daşınar əşyalar) hissədə İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etmidir. Lakin məhkəmələr bu hissədə də sübutların tətbiqində MPM-nin 88-ci madəsinin tələblərinə əməl etməyərək prosessual pozuntuya yol vermişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iddia ərizə ilə məhkəməyə müraciət edən İddiaçı həmçinin iddianın təmin etmə təbiri barədə ərizələr də vermiş, iddia ərisəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin "İcra sənədinin icraatına xitam verilmsi haqqında" 26.02.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirərək qeyd edilən qeyri-yaşayış sahələrindəki əmlakların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izah edilməsi barədə yazıl iltizam almışdır. Lakin birinci instansiya məhkəməsi həmin sənədləri nəzərə almamış, qeyd edilən sənədləri nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə əlavə araşdırmağa zərurət görməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, "məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir". Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, "qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir". Kassasiya şikayətinin digər dəlili isə "Dodge Durango" markalı avtomobilin alqı- satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə 2/3 hissədə Cavabdeh1 pay hüququ tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandmışdır ki, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin əsaslı hesab edərək qeyd edir ki, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 28.08.2018-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 21.08.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeyd etmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Ailə Məcəlləsinin 22.2 və 22.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Həmin Məcəllənin 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. və 37.2-ci maddələrinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.1.-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv edilməsi və həmin hissələrdə iddiaların qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddanın təmin edilməyən və digər iddia üzrə payların müəyyən edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddiaçı iddasının təmin edilməyən bir hissəsi üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, eləcə də Cavabdeh1 iddiasının təmin edilən, yəni payların qeyri-bərabər bölünməsi və və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan kassasiya instansiya məhkəməsinin iş üzrə yuxarıda qeyd olunan qərarında olan məcburi göstərişlərinin icrası ilə əlaqədar qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlillərindən biri tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklara İddiaçı 1/3 hissə, Cavabdeh1 isə 2/3 hissə payının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə bu qənaətə gələrkən boşanma zamanı uşaqların atanın yanında qalmasını əsas götürsə də, uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə alınmalı idi. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən Cavabdeh1 hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərinə tərəflərin payının bərabər bölünməsi də uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlardan biri yetkinlik yaşına çatmış, digəri isə yeni apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkilinin təqdim etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli 2(001)-4346/2021 nömrəli qətnaməsinə əsasən 09 aprel 2005-ci il təvəllüdlü Bayır Türkerin Cavabdeh1 alınaraq İddiaçı verilməsi və sonuncunun yanında qalması qət edilmişdir. Qətnamənin məzmunundan da görünür ki, uşaqlar faktiki olaraq da İddiaçı ilə birlikdə yaşayırlar. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Çünki, uşaqlar, özü də hazırki iş üzrə bəlli bir yaşa çatmışlar, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər yaxud bu hal, hazırki işdə olduğu kimi məhkəmə aktına əsasən də baş verə bilər. Belə çıxır ki, hazırki vəziyyətdə biri yetkinlik yaşına çatmış, digəri isə yetkinlik yaşına çatmamış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq olmalıdır. Ancaq qeyd olunduğu kimi hazırki iş üzrə uşağın valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. Ona görə də hazırki iş üzrə mübahisələndirilən hissədə qətnamə qismən ləğv edilməklə tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərində tərəflərin payı bərabər müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki,...Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına və Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən də ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Ona görə də "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli "Kredit Müqaviləsi" üzrə mövcud olan borc məbləği də 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünməlidir. Kassasiya instansiyası məhkəməsinin növbəti göstərişi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000(yüz otuz min) manata onun 1/2 pay hüququnun tanınması və məbləğin cavabdehdən alınaraq ona ödənilməsi hissəsini rədd edərkən bu barədə qətnamədə hər hansı bir dəlil göstərməmişdir. Tərəflər arasında olan nikah 30.03.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni 09.12.2016-cı ildə satıldığından mənzilin satışından əldə edilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilməsi təsdiq olunmur. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi 06 aprel 2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə 01.08.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ailə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun 22.09.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin faktiki olaraq pozulmasını, onların birgə təsərrüfat aparmamasını nəzərə almamış, tərəflərin arasında birgə təsərrüfatın aparılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixinin göstərilməsi də düzgün hesab edilə bilməzdi. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfat aparmadığı halda əldə edilən pulun da ailənin ümumi ehtiyaclarına sərf edilməməsini məhkəmə nəzərə almamışdır. Ona görə də, bu hissədə də şikayət təmin edilməli və qətnamə Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə pay tanınmalı və həmin məbləğin 65000 manatı Cavabdeh1 alınaraq alınaraq ona ödənilməlidir. Kassasiya instansiyası məhkəməsinin digər göstərişi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi idida ərizəsində göstərilən əşyalar hissəsində İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etsə də işdən görünür ki, sonuncu iddia ərizə ilə məhkəməyə müraciət edərkən həmçinin iddianın təmin etmə tədbiri barədə ərizələr də vermiş, iddia ərisəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin "İcra sənədinin icraatına xitam verilməsi haqqında" 26.02.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirərək Bakı şəhəri , Mərdanov Qardaşları 9(Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə saxlanılan pulların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izah edilməsi barədə yazılı iltizam almışdır. Belə ki, iş materiallarında olan həmin sənədlərdən(bax:cild.1.i.v.186-196) görünür ki, qeyd olunan seyfdə 2 ədəd 100 manatlıq, 15 ədəd 20 manatlıq, 18 ədəd 10 manatlıq,8 ədəd 5 manatlıq, 26 ədəd 1 manatlıq, cəmi 746 manat aşkar edilərək üzərinə həbs qoyulmuş əşya kimi saxlanılması üçün yazılı iltizamla Cavabdeh1 təhvil verilmiş, sonuncu isə həmin pulları qəbul etmişdir. Ancaq birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməmiş, yəni qeyd olunan sənədləri nəzərə almamış, onları nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də 746 manata İddiaçı 1/2 hissədə pay tanınmalı və həmin məbləğin 373 manatı Cavabdeh1 alınaraq ona ödənilməlidir. Kassasiya instansiyası məhkəməsinin digər göstərişi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi "Dodge Durango" markalı avtomobilin alqı- satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə 2/3 hissədə Cavabdeh1 payının tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandmışdır ki, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Baş X5 İdarəsinin 28.08.2018-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 21.08.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeyd etmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərin yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması da mövcud deyildir. Bu mövqe kassasiya instansiyası məhkəməsinin bir çox qərarlarında da vurğulanmışdır. Avtomobillərin alqısatqısı zamanı mülki hüquq münasibətlərinin iştirakçılarından ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Bir anlığa təsəvvür edilsə ki, mülki dövriyyədə avtomobillərin alqısatqısı zamanı satıcının nikahda olduğu arvadının yaxud ərinin notarial qaydada mütləq yazılı razılığı olmalıdır, onda belə çıxır ki, bu cür razılıq olmayan alqı-satqı müqavilələrinin hamısı ən azından bu əsasa görə etibarsız hesab edilməlidir. Bu cür vəziyyət isə bu sahədə yaranmış mülki hüquq münasibətlərini iflic vəziyyətə sala bilər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş, 21 avqust 2017-ci ildə Cavabdeh2 25000 manata satılmış və işdə olan alqı-satqı müqaviləsinə əsasən də sonuncunun həmin avtomobili əvəzli əldə etməsi təsdiq edilir. Demək, Cavabdeh2 həmin avtomobili vicdanlı əldə edən şəxs olduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar. Bu hissədə iddia tələbinin məzmunundan və mahiyyətindən də, açıq-aydın görünür ki, iddiaçı yalnız avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığını və üzərində üçdə iki hissədə paylı mülkiyyət hüququnun tanınmasını tələb edir. Demək Cavabdeh1 əslində məqsədi mübahisəli avtomobil cavabdehlə birgə nikahı dövründə əldə edildiyindən avtomobil üzərində yalnız üçdə iki hissədə paylı mülkiyyət hüququnun yaranmasına nail olmaqdır. Ancaq yuxarıda göstərilən səbəblərdən bu cür iddia tələbi təmin edilə bilməzdi. Ona görə də bu hissədə də iddianın təmin edilməsi əsaslı olmadığından qətnamə mübahisələndirilən bu hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əşyaların üzərində Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə aralarında bölünməsi hissəsində, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarsı olan 65000 manatı Cavabdeh1 alınaraq ona ödənilməsinin rədd edilməsi hissəsində və Bakı şəhəri, Mərdanov Qardaşları 9(Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissələrdə iddia qismən təmin edilməli; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, 3 nömrəli evin; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 116 nömrəli qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsindəki 18 nömrəli evin, 54 nömrəli mənzilinin; Bakı şəhəri, S.Rəhman küçəsindəki 41 nömrəli evin 22 və 23 nömrəli mənzillərinin; Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsindəki 67/71 nömrəli qeyriyaşayış sahəsinin üzərində Cavabdeh1 1/2 və İddiaçı 1/2 hissədə payı müəyyən edilməli; "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə mövcud olan borc məbləğinin 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünməli; "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsinə dair Cavabdeh1 iddiası rədd edilməli; Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə payı tanınmalı və həmin məbləğin yarısı olan 65000 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməli; Bakı şəhəri , Mərdanov Qardaşları 9(Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payı tanınmalı və həmin məbləğin yarısı olan 373 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməli; Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əşyaların üzərində Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə aralarında bölünməsi hissəsində, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində və Bakı şəhəri, Mərdanov Qardaşları 9(Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissələrdə iddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 küçəsi, döngə 2, 3 nömrəli evin; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 116 nömrəli qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsindəki 18 nömrəli evin, 54 nömrəli mənzilinin; Bakı şəhəri, S.Rəhman küçəsindəki 41 nömrəli evin 22 və 23 nömrəli mənzillərinin; Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsindəki 67/71 nömrəli qeyriyaşayış sahəsinin üzərində Cavabdeh1 1/2 və İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə mövcud olan borc məbləği 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünsün; "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsinə dair Cavabdeh1 iddiası rədd edilsin; Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçın 1/2 hissədə payı tanınsın və həmin məbləğin yarısı olan 65000 manatı Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Bakı şəhəri , Mərdanov Qardaşları 9(Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınsın və həmin məbləğin yarısı olan 373 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8961/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8961/2021
01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver