Məhkəmə qərarları › İş №2(103)-8977/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8977/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8977/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı sığorta şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1049/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərə görə sığorta haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 62330 manat sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün ümumi hesablanmış məbləğin 0,1 faizi həcmində 6233 manat dəbbə pulunun, 1000 manat vəkil pulunun və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yenə həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 384.0.5, 391, 400, 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı sığorta şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "xxxx" ASC və İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü, 191-ci və 370-ci maddələrinin tələblərinə istinadən aşağıda qeyd edilən mülki işi barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı şərtlər daxilində bu Müqaviləni (Sazişi) bağlayırıq: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiası və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əqdin etibarsızlığı tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı 2(103)-8977/2021 saylı mülki işi üzrə "xxxx" ASC öhdəsinə götürür:

1. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 2(009)-1049/2021 saylı qətnaməsində göstərilmiş 55019 (əlli beş min on doqquz manat) məbləğində zərər məbləğinin və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 55034 (əlli beş min otuz dörd) manat məbləğində pul vəsaitinin 40000 (qırx min) manat hissəsini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bank hesabına ödənilməsini öz öhdəsinə götürür və “əqdin etibarsızlığı” ilə bağlı qarşılıqlı iddiadan imtina edir.

İddiaçı öhdəsinə götürür:

1. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 2(009)-1049/2021 saylı qətnaməsində göstərilmiş 55019 (əlli beş min on doqquz) manat məbləğində zərər məbləğinin və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 55034 (əlli beş min otuz dörd) manat məbləğində pul vəsaitinin 40000 (qırx min) manat hissəsinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən onun bank hesabına ödənilməsi ilə bağlı barışıq sazişi ilə razılaşır və ilkin iddiadan imtina edir.

2. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Qeyd: Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə təqdim olunur. Nüsxələrdən biri "xxxx" ASC-də, biri isə İddiaçı saxlanılır.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1049/2021 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar