Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9082/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Tələbkar "xxxx" ASC-nin vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(003)-816/2019 saylı qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat vurulmuş zərər və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Mercedes Benz C200 markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomaşının cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.01.2019-cu il tarixli 2(003)-816/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilməklə Mercedes Benz C200 markalı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2019-cu il tarixli 2(003)-816/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh zərərin əvəzi hesabına 3000,0 (üç min) manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Hazırda borclu Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, «MERCEDES BENZ C 200» minik markalı ** GD *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 816/2019 saylı, 05.03.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 3000 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Xəzər rayon icra şöbəsinin təqdimatı əsasında Xəzər Rayon Məhkəməsinin 2(003)-816/2019 saylı, 14.01.2019-cu il tarixli qərardadı ilə onun adına olan Mercedes Bens C200 minik markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. O, Mercedes Bens C200 minik markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili 06.05.2018-ci il tarixdə X1. Hazırda həmin avtombil onun adına qeydiyatda olsa da, faktiki olaraq X2 istifadəsində və sahibliyindədir. Bildirir ki, məhkəmənin icra vərəqəsi 26.10.2020-ci il tarixdə icra olunması üçün onun əmək haqqına yönəldimişdir. Artıq 4 aydır ki, əmək haqının 50%-i tutularaq "xxxx" ASC-yə köçürülür. 31.05.2021-ci il tarixdə nəğd şəkildə "xxxx" ASC-yə 1000 manat ödəniş etmişdir. Maşını faktiki istifadə edən X5 dəfələrlə yaşadığı ünvana gəlib maşının üzərindən həbsin götürülməsini tələb edir. Maddi imkanının olmaması səbəbindən "xxxx" ASC-yə olan borcunu birdəfəlik ödəyə bilmir. Hesab edir ki, əmək haqqına yönəltmə məcburi icra tədbiri olduğu üçün və hal-hazirda əmək haqqından tutulma aparıldığı üçün Mercedes Bens C200 minik markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(003)-816/2019 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(003)-816/2019 saylı qərardadı ləğv edilmiş, «MERCEDES BENZ C 200» minik markalı ** GD *** qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülmüşdür. Məhkəmənin qeyd olunan qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayətlə məhkəməyə müraciət edilərək, həmin qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar "xxxx" ASC-nin vəkili X6 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birilkdə araşdırıb hesab edir ki, şikayət əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 24.05.2021ci il tarixli 05/01-709 saylı məktubundan görünür ki, 06 mart 2018-ci il tarixidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, "xxxx" ASC-nin zərərvurana qarşı subroqasiya tələbi ilə əlaqədar, 15 mart 2019-cu il tarixli, 2(003)-816/2019 saylı qətnaməyə əsasən, Cavabdeh Şirkətə qarşı 3030,0 (üç min otuz) manat məbləğində borcu yaranmışdır. Borclu, 18 fevral 2021-ci il tarixində cəmi 245,69 (iki yüz qırx beş manat, altmış doqquz qəpik) məbləğində pulu şirkətin bank hesabına ödəməklə kifayətlənmişdir. Nəticədə sözügedən qətnamə üzrə borclu tərəfindən 2784,0 (iki min yeddi yüz səksən dört manat, otuz bir qəpik) məbləğində qalıq borc bu günədək ödənilməmiş qalmaqdadır. Həmçinin iş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 1000 manat ödəniş etmişdir. Tələbkar mübahisələndirilən qərardaddan verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2019-cu il tarixli 2(003)-816/2019 saylı qətnaməsi tam icra olunmamışdır. Borcun çox hissəsi, yəni 1784,31 manat təşkil edən hissəsi cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Ona görə də iddianın təmin tədbirinin ləğv edilməsi qanunvericiliyin tələblərinə ziddir. Kollegiya şikayətin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmini tədbirinin ləğv edilməsi üçün əsaslar olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin də tələblərini əsas götürərək hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti tam ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Cavabdeh adına qeydiyyatda olan «MERCEDES BENZ C 200» minik markalı ** GD *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14.01.2019-cu il tarixli 2(003)-816/2019 saylı qərardadının ləğv edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(003)-816/2019 saylı qərardadı ləğv edilsin. Borclu Cavabdeh «MERCEDES BENZ C 200» minik markalı ** GD *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9082/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver