Məhkəmə qərarları › İş №2(103)-913/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-913/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-913/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə (maraqlı şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla) qarşı işi üzrə Açar sözlər: (“maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-238/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı bir neçə dəfə iddia tələbini dəyişdirmiş, sonuncu dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən 427,91 ABŞ dollarının ona qaytarılmasının təmin edilməsi, qətnamə icra olunan tarixə ABŞ dollarının manata məzənnəsinə müvafiq olaraq 1574,71 ABŞ dolları miqdarda manatla dəbbə pulunun və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın, etibarnamənin alınmasına çəkilən 17,25 manatın cavabdehdən tutulması və İddiaçı ödənilməsinin təmin edilməsi barədə qətnamə, tələb olunan sübutların təqdim edilməməsi səbəbinin üzür süz hesab edilməsi və cavabdehin 727 manat miqdarında cərimə olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istehlakçı qismində 20 ilə yaxın müddət ərzində cavabdehin xidmətlərindən istifadə edir və sonuncu dəfə "Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" BPM**********433 nömrəli, xx.xx.2020-ci il tarixli Müqaviləni, bankın ünvan 1 ünvanda yerləşən Sabunçu filialında müvafiq surətdə müvəkkil edilmiş nümayəndəsi ilə bağlamışdır. Müqavilənin predmetini müəyyən edən 2.1-ci bəndinə əsasən Bank tərəfindən Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasından, Ödəniş kartının dövriyyəyə buraxılmasından və Ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlarla, eləcə də Ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürür. Bankın vəzifələrindən birini müəyyən edən, Müqavilənin 3.1.11 -ci bəndinə əsasən Kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etməkdir. Bankın hüquqlarından birini müəyyən edən, Müqavilənin 3.2.15-ci bəndinə əsasən Bank tərəfindən kart hesabına səhv olaraq silinmiş pul vəsaitini Müştəriyə xəbər vermədən silmək bərpa etməkdir. Müştərinin hüquqlarından birini müəyyən edən müqavilənin 3.4.2-ci bəndinə əsasən Kart hesabından çıxarışlar almaqdır. Müqavilənin 4.1ci bəndinə əsasən kart hesabı Müştəriyə Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması və həmin əməliyyatların uçotunu aparmaq üçün açılır. Müqavilənin 4.9-cu bəndinə əsasən müştərinin sərəncamı olmadan Kart hesabındakı pul vəsaitinin silinməsi məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bu Müqavilədə nəzərdə tutlmuş hallarda yol verilir. Müqavilənin 4.13-cü bəndinə əsasən Kart hesabı, Ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlar, Kart hesabının qalığı, habelə Müştəri haqqında məlumatlar Bank sirridir və 3cü şəxslərə yalnız AR qanunvericiliyində nəzərdə tutulan hallarda verilir. Müqavilənin 5.2.3.1-ci bəndinə əsasən aparılmış müvafiq əməliyyatlara dair məlumatlar müştəriyə SMS vasitəsilə əməliyyatın aparıldığı gün göndərilir. Göstərilən Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə və yaranmış hüquqdan sui-istifadə etməklə, pul vəsaitindən istifadə etmə qaydalarına edilən müdaxiləyə aydınlıq gətirilməsi üçün cavabdehə edilmiş həm şifahi, həm də yazılı müraciətlər heç bir nəticə vermədiyindən məcbur olub məhkəməyə müraciət edir. Belə ki, o, cari ilin mart ayının 21-i tarixində Avstraliya dövlətinin Sidney şəhərində yerləşən APPLE mağazasından APPLE markalı planşet almış, yuxarıda göstərilən Müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya verilmiş ABŞ dolları olan Ödəniş kartı vasitəsilə 3525 Avstraliya dolları məbləğində, yəni 2377,26 ABŞ dolları məbləğində pulun silinməsi müəyyən edilmişdir. Həmin hal, yəni xx.xx.2023-cü il tarixdə Ödəniş kartından 2377,26 ABŞ dolları məbləğində pulun silinməsi faktı, bank tərəfindən iddiaçının telefonuna göndərilən hesabatda da öz əksini tapmışdır. Bundan sonra, cari ilin mart ayının 24-də iddiaçının sərəncamı və izacəsi olmadan, eyni zamanda pulun hansı şəxsə və hesaba ödənilməsi göstərilmədən bankın öz təşəbbüsü ilə, həmin Ödəniş kartından məlum olmayan səbəbdən 427,91 ABŞ dolları miqdarında pul silinmiş və kartda 49,24 ABŞ dolları qalmışdır. Həmin hal yəni xx.xx.2023-cü il tarixdə 427,91 ABŞ dollarının silinməsi və ödəniş kartında qalığın 49,24 ABŞ dolları olması faktı bank tərəfindən iddiaçının telefonuna göndərilən hesabda açıq-aşkar göstərilir. İddiaçı, Sidney şəhərindən xx.xx.2024-cü il tarixdə, Ödəniş kartının arxasında qeyd olunan "Azərkart müştəri xidmətlərinin qaynar xətti hesab edilən +99412 *** ** ** nömrəli telefona zəng etmiş, həm 427,91 ABŞ dollarının silinməsi səbəbini öyrənmək istəmiş, həm də pulun silinməsi onun sərəncamı əsasında olmadığına görə, geri qaytarılmasını xahiş etmiş, eləcə də, Azərbaycana xx.xx.2023-cü il tarixdə, yəni 4 gündən sonra qayıdacağını və 4 gün ərzində xaricdə yaşaması, gəzintisi və istirahəti üçün kartda qalan 49,24 ABŞ dollarının kifayət etməyəcəyini izah etməyə çalışsa da, bankın əməkdaşı bayram günləri olduğu üçün ona heç bir kömək edə bilməyəcəyini bildirmiş və bayramdan sonra müraciət etməsini məsləhət görmüşdür. Təəccüblüsü budur ki, cavabdeh bayram günləri ərzində özbaşına və bilə-bilə qanunsuz olaraq həmin pul vəsaitini onun sərəncamı və icazəsi olmadan silmiş, həmin pul vəsaitinin hara və nəyə görə silinməsinə belə aydınlıq gətirmədən, həmin məsələlərin həlli üçün bayramdan sonra müraciət edilməsini bildirmişdir. Bundan sonra, iddiaçı çarəsiz qalaraq, həmin 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməmiş, bir sözlə cavabdehin ona qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olmuş və bununla da ciddi sarsıntılar və istirablar keçirməsinə səbəb olmuşdur. Azərbaycana qayıtdıqdan sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin Sabunçu filialında olmuş, filialın əməkdaşları Mirnahit Abdullazadə və İlham Seyidovdan yuxarıda göstərilən məsələlərə aydınlıq gətirilməsini və 427,91 ABŞ dollarının hansı hesaba silinməsi barədə yazılı izahat verilməsini xahiş etmiş, 2 saatdan artıq müddətdə heç bir açıqlama vermədən müxtəlif bəhanələr gətirməklə, sonda iddiaçıya ərizə ilə deyil, 937 nömrəli qaynar xəttə zəng etməyi bildirmişlər. O, cavabdehin əməkdaşlarının bu cür qanunsuz hərəkətlətinin qarşısının alınması və 427,91 ABŞ dollarının hansı hesaba silinməsi barədə məlumat əldə olunması üçün, elə həmin gün 937 nömrəli qaynar xəttə zəng etmiş, telefona cavab verən şəxs özünü Xanım Xocbəyova kimi təqdim etmiş və Sidney şəhərində yerləşən APPLE mağazasından APPLE markalı planşetin Azərbaycana gətirilib-gətirilməməsini soruşmuş, həmin planşetin Azərbaycana gətirilməməsi və Doha şəhər hava limanından onun həmyerlisi vasitəsilə Vena şəhərində təhsil alan oğluna göndərildiyi bildirilmiş, Xanım Xocbəyova təxminən 40 dəqiqə sorgu-sualdan sonra, iddiaçının şikayətinin CS 3800 nömrə ilə qeyd alındığını bildirmişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə +994 51 *** ** ** nömrəli mobil telefonundan iddiaçıya zəng olunmuş və özünü Səbinə adı ilə təqdim edən əməkdaş 2 dəqiqə ərzində onunla danışdıqdan sonra, filialın əməkdaşları olan Mirnahit Abdullazadənin və İlham Seyidovun tövsiyyə etdiklərinin əksi olaraq, iddiaçının banka yazılı ərizə ilə müraciət etməyini bildirmişdir. Göründüyü kimi, əməkdaşların bir- birini təkzib edən tövsiyələri və ona qarşı edilmiş açıq-aşkar qərəzli mövqeləri bir daha sübut edir ki, onun 427,91 ABŞ dolları kimlərinsə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində naməlum hesaba köçürülmüş və bu işə məsul olan əməkdaşlar isə göstərilən qanun pozuntusunun səbəbləri barədə məlumat verilməməsində maraqlıdırlar. Odur ki, xx.xx.2023-cü il tarixdə yenidən bankın Sabunçu filialına getmiş, yazılı ərizə ilə müraciət etmək üçün həmin şəxslərə yaxınlaşsa da, onlar ərizəni qəbul etməyəcəklərini bildirdikdən sonra, iddiaçı məcbur qalıb cavabdehin e-poçtuna ərizə ilə müraciət etmişdir. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh e-poçt vasitəsi ilə iddiaçıya cavab verərək, qeyd etmişdir ki, müvafiq şöbə əməkdaşları tərəfindən Sizinlə əlaqə saxlanılıb və etdiyiniz əməliyyatın ödəniş tapşırığını (invoice) banka təqdim etməyiniz xahiş olunub. Ödəniş tapşırığı olmadan məbləğin araşdırılması və geri qaytarılması mümkün deyil. Açıq- aşkardır ki, cavabdehin bu məsul olan əməkdaşları, qeyd olunanlarla bağlı araşdırmanın aparılmamasında və 427,91 ABŞ dollarının ona qaytarılmamasında israrlıdır. Hesab edir ki, cavabdehin, yəni bankın adından cavab məktubunu göndərən şəxsin və onunla görüşlərdə iştirak edən, o cümlədən telefon danışıqları aparan yuxarıda adları gösrərilən əməkdaşların ona qarşı törədilmiş hərəkətləri (hərəkətsizliyi) vəzifə səlahiyyətlərindən sui- istifadə etmə, eləcə də ona təqdim edilən və telefon vasitəsilə göndərilən bəzi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə, həmçinin istehlakçı olaraq onu xeyli miqdarda aldatma əməllərinin istisnasına olunmasına əsaslı şübhələr yaradır. Bununla yanaşı, göstərilənləri nəzərə alaraq, cavabdehin ona qarşı biləbilə və açıq-aşkar qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) qarşısı məhkəmə vasitəsilə alınmalı, eləcə də cavabdehin davamlı və israrlı şəkildə qərəzli hərəkətlərinə (hərəkətsizliyinə) son qoyulmalı, ona dəyən maddi zərər, həmçinin mənəvi zərər və çəkilən məsrəflər cavabdehin hesabına qarşılanmalıdır. Qeyd olunmalıdır ki, o, xoş məqsədlərə görə və bayram günlərini xarici dövlətə səyahət etməklə, orada gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə getməklə istirahət etməsini bir neçə ay əvvəlcədən planlaşdırmış və bunun üçün də Ödəniş Kartına 4000 ABŞ dolları pul yerləşdirmişdir. Lakin cavabdeh tərəfin yuxarıda göstərilən hərəkəti (hərəkətsizliyi) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində, yəni 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi, bir sözlə cavabdehin ona qarşı bilə-bilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olması onun hansı mənəvi iztirablar çəkməsinin sübuta ehiyacı olmayan haldır. Digər tərəfdən, açıq-aşkardır ki, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə o, çarəsiz qalaraq 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi bə buna görə də normal istirahətindən məhrum olması sevindirici hal kimi qəbul edilən deyildir. Hazırki, iddia tələbindən də müəyyən olunur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetrilməməklə qanunsuz hərəkətlər etmişdir. Deməli, qeyd edilənlər və təqdim olunan sübutlar üzrə dəyərləndirmə aparılmaqla açıq-aşkar müəyyən olunur ki, onun mənəvi sarsıntı və iztirablara məruz qalması, məhz cavabdehin təqsiri nəticəsində baş vermişdir. Hesab edir ki, cavabdehdən onun xeyrinə ABŞ dollarının manata məzənnəsinə müvafiq, 427,91 ABŞ dollarının 4 misli, yəni 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın əvəzinin tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı, həm də tam ədalətlidir. Qeyd etdiyi kimi, cavabdehin bu işə məsul olan vəzifəli şəxsləri bir qrup halında birləşməklə, ona qarşı törədilmiş hərəkətlərində cinayət əməlinin olmasına əsaslı və inandırıcı şübhələr yarandığından, aşağıda göstərilənlərin nəzərə alınmasını xahiş edir. Eləcə də istehlakçıları aldatma dedikdə əhaliyə xidmət göstərən təşkilatlarda, xidmətin keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma başa düşülür və istehlakçıya dəyən ziyanın miqdarı 300 manatdan yuxarı olduğu halda, həmin cinayətin törədilməsini istisna etmir. Qeyd: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq və BMT-nin Baş Assambleyasının xx.xx.1980-ci il tarixli 35/63 saylı "İstehlakçıların hüquqlarının qorunmasına dair rəhbər prinsiplər"-in 2-ci fəsilində nəzərdə tutulmuş istehlakçıların şikayət və təkliflərinə baxılmasının effektli metodlarının yaradılması baxımından, X9 Heyətinin xx.xx.2022-ci il tarixli (9 nömrəli protokol) Qərarı ilə "Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair" Metodoloji Rəhbərlik təsdiq edilmişdir. Deməli, cavabdeh icraçı olaraq, beynəlxalq bank kartları assosiasiyalarının başçılıq etdiyi iri plastik kartlar sistemlərinin kartlarından biri olan «Viza» kartını iddiaçıya təqdim etməklə, həmin sistemin tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onun kartını emissiya etmişdir. Artıq şərhə ehtiyac qalmır ki, bu halda bankın müştərisi istehlakçı olaraq, «Viza» kart sistemindən istifadə etmək üçün, məhz bank vasitəsilə göstərilən xidmətə dair Müqavilə bağlamışdır. Bununla yanaşı, yaranmış anlaşılmamazlığa müəyyənlik gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə, cavabdehin "Elektron ünvan " elektron poçtuna müraciət olunmuş; və "müştəri fiziki şəxs qismində, sahibkarlıq fəaliyyəti ilə deyil, özünün şəxsi tələbatı ilə əlaqədar ödənişlərin nağdsız qaydada Ödəniş kartı vasitəsilə aparılması üçün hər hansı bir bankla "Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" müqavilə imzalamışdırsa, bu halda bank tərəfindən göstərilən xidmət həmin müştəriyə münasibətdə müştərinin istehkakçı olmasını müəyyən edirmi?" sualının cavablandırılması xahiş olunmuşdur. Həmin müraciət, xx.xx.2023-cü il tarixdə, cavabdehin "Elektron ünvan " elektron poçt vasitəsilə cavablandırılmış və həmin cavabda "Siz ABB-dən hər hansı şəxsi məqsədlər məqsədi ilə debet kart əldə etdikdə, istehlakçı müəyyən edilirsiniz, lakin vergi ödəyicisi olaraq müəyyən edilmirsiniz."-qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsi istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Deməli, iddiaçının seçməsinə görə aidiyyəti müəyyən edən qaydaların iki halı üzrə, yəni istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə və müqavilənin bağlandığı yerə yerə görə verə bilməsi nəzərdə tutulduğundan, hazırkı iddianı Sabunçu Rayon Məhkəməsinə təqdim edir. Eləcə də qeyd olunmalıdır ki, Dövlət Rüsumu haqqında ARQ-nun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə təqdim olunmuş və cavabdeh tərəfindən 427,91 ABŞ dollarının qaytartlmasının təmin edilməsi, cavabdehdən ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faizin, etibarnamənin alınmasına çəkilən 17,25 manatın və 1711,64 ABŞ dolları miqdarda manatla mənəvi ziyanın tutulması, həmin məbləğlərin, xx.xx.2020-ci il tarixli Müqavilə əsasında cavabdeh tərəfindən, iddiaçının adına açılmış kart hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılması və cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308-ci və 200-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən qəbul edilən açıq-aşkar əsassız və qanunsuz Qərardadları ilə, həmin iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi təxminən 10 aya yaxın müddətdə mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçının müştəri qismində şəxsi tələbatını ödəmək məqsədi ilə, mülkiyyətindəkl pul vəsaiti əsasında bank tərəfindən ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasını və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması barədə müqaviləni bağlaması onun istehlakçı statusunda olmamasına əsas vermir. Hər bir halda banka məxsus hər hansı məhsulun əldə edilməsi və istifadəsi üçün tərəflər arasında müqavilənin bağlanması, o cümlədən həmin müqavilə üzrə hüquq və vəzifələrin müəyyən edilməsi labüddür. Məhz həmin müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır. Bu baxımdan da, birinci instansiya məhkəməsinin hazırki iddianın iddiaçı ilə cavabdeh arasında müqavilənin olmasını əsas gətirməklə bankın qeydiyyatının olduğu yer üzrə məhkəmədə baxılmalı olması barədə qənaəti əsaslı hesab edilə bilməz. (Qərardadın 4 və 5-ci abzasları). İddia ərizəsində göstərilən dəlilləri və halları nəzərə almaqla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçını bankın müştərisi olaraq istehlakçı qismində qəbul edilməsi və eyni zamanda, "...bankla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn iddiçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır" mövqeyini də nəzərə almaqla, iddianın "Cavabdehdən ABŞ dollarının manata məzənnəsinə müvafiq 210 ABŞ dolları miqdarda manatla faizin tutulması" hissəsinin hüquqi əsasının dəyişdirilməsini və həcminin artırılmasını zəruri hesab edir. Deməli, hazırkı iddia tələbinin qanuni əsaslarını "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun normaları təşkil etdiyindən, iddia tələbi həmin normaların tələblərinə müvafiq əsaslandırılmalıdır. Odur ki, cavabdeh icraçı olaraq heç bir əsas və iddiaçının göstərişi olmadan sonuncunun mülkiyyəti olan 427,91 ABŞ dollarını hesabdan silməklə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxmış, eləcə də həmin vəsaitin geri qaytarılması (yəni, mühüm qüsurun aradan qaldırılması) üçün cavabdehə edilmiş çoxsaylı müraciətlərə məhəl qoymamış və bununla da cavabdeh icraçı olaraq göstərdiyi xidmətin qüsurunu hal-hazıradək aradan qaldırmadığına görə, iddiaçı istehlakçı olaraq iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək, yəni 290 gün üçün 1240,94 (427,91 X 1% X 290) ABŞ dolları miqdarında dəbbə pulunun tutulmasını xahiş edir. Onun Bankdakı ******************** nömrəli USD hesabından, sərəncamı və icazəsi olmadan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, naməlum şəxsə və naməlum hesaba 427,91 ABŞ dolları qəflətən silindiyi kimi, Faktiki olaraq həmin 427,91 ABŞ dolları xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəflətən də iddiaçının bankda olan hesabına qaytarılmışdır. Deməli, cavabdeh iddia tələbinin "Cavabdeh tərəfindən 427,91 ABŞ dollarının İddiaçı qaytarılmasının təmin edilməsi" hissəsini qəbul etmiş və xx.xx.2024-cü il tarixdə həmin pulu qaytarmışdır. Bununla da tam sübut olunur ki, iddiaçıya qarşı bilə-bilə qanunsuz və qərəzli hərəkətlər və hərəkətsizlik törədilməsi faktları, cavabdeh tərəfindən qəbul edilmiş və eyni zamanda, iddiaçıya cavabdeh tərəfindən açıqaşkar qüsurlu xidmət göstərilmişdir. Hesab edir ki, 427,91 ABŞ dollarının qəflətən iddiaçının bankda olan hesabına məhz xx.xx.2024-cü il tarixdə, yəni 1 il 1 ay 23 gündən sonra qaytarmışdır ona görə ki, cavabdeh, o cümlədən onun bu işə məsul olan vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı törədilmiş və davam edən bilə-bilə qərəzli və qanunsuz hərəkətlərin və hərəkətsizliyin məhkəmə tərəfindən müəyyən edilməsinin qarşısı alınsın. Hesab edir ki, hazırda iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Odur ki, dəbbə pulunun xx.xx.2024-cü il tarixədək tələb olunması, yəni artırılması üçün əsaslar məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasından sonra yarandığından, eyni zamanda bu artımın işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər irəli sürülməsinin iddiaçıdan asılı olmayan səbəbə görə mümkün olmadığını nəzərə alaraq, həmin halları və dəlilləri xronoloji qaydada aşağıdakı kimi izah edir: EMİS-dəki e-kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunan hesabatlardakı məbləğlər nəzərə alınmaqla, iddiaçının sərəncamı olmadan 427,91 ABŞ dollarının cavabdeh tərəfindən əsassız silinməsini sübut edən dəlillər (hallar) barədə yazılı izahatdan və məhkəmənin xx.xx.2024cü il saat 11:50-yə təyin edilmiş iclasına cavabdehin bəzi vəzifəli şəxslərinin şahid qismində dindirilməsi üçün dəvət olunduqlarından və şahidlərin məhkəməyə verdikləri ifadələrdən sonra, eləcə də iddiaçının 2023-cü ilin mart ayının axırlarında və aprel ayının əvəllərində etdiyi həm telefon vasitəsilə, həm üzbəüz şifahi olaraq, həm də yazılı müraciətlərinə, cavabdehin xx.xx.2024-cü il tarixdə imzaladığı cavabı xx.xx.2024-cü il saat 11-12 radələrində poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Həmin cavabda qeyd olunmuşdur ki, "Sizin "xxxx" ASC-yə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildirmək istəyirik ki, ərizənizdə qeyd etdiyiniz məsələ hazırda məhkəmə prosesindədir. Sizə yekun nəticə ilə bağlı Bank tərəfindən məlumat veriləcəkdir..." Tərəfindən EMİS-dəki e-kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə vəsatət yerləşdirilmiş və həmin vəsatətə cavabdehin cavabı əlavə edilərək, iş materiallarına qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Eləcə də, həmin vəsatətdə göstərilmişdir ki," Açıq-aşkardır ki, iddiaçı 2023-cü ilin mart ayının axırlarında və aprel ayının əvəllərində etdiyi həm telefon vasitəsilə, həm üzbəüz şifahi olaraq, həm də yazılı müraciətlərinə, nəhayət demək olar ki, təxminən 1 il 1 aydan sonra cavablandırılmışdır. Əlbəttə ki, iddiaçının müraciətlərində göstərilən məsələnin 1 il 1 ay ərzində cavablandırmaması və 1 il 1 ay ərzində məhkəmədənkənar deyil, məhkəmə vasitəsilə həll edilməsinə üstünlük verilməsi, yəni müraciətlə bağlı məsələyə aydınlıq gətirilməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, 427,91 ABŞ dollarının əsassız silinməsi halı dolayısı ilə cavabdehin özü tərəfindən də təsdiq edilir. Bununla yanaşı onu da qeyd edir ki, cavabdehin 1 il 1 ay ərzində belə bir cavabın verilməsi iddiaçıya əlavə sarsıntılar keçirməsinə də səbəb olmuşdur. Açıq-aşkardır ki, məhz bu vəsatətdən sonra, cavabdeh həmin pul vəsaitinin qaytarılması qərarına gəlmişdir. Xatırlatmağı zəruri hesab edir ki, onun rəsmi qaydada tələb etdiyi sübutlar cavabdeh tərəfindən təqdim olunmadığına görə, EMİSdəki e-kabinetdə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və məhkəmənin xx.xx.2024- cü il tarixli hazırlıq iclasında iştirak edən nümayəndəsi tərəfindən səsləndirilmiş "Məhkəmə sorğusunun göndərilməsi" barədə vəsatət, cavabdehə aid olan hissədə təmin edilmiş və Vəsatətdə qeyd olunan cavabdehdən tələb olunan sübutların, məhkəmənin növbəti iclasınadək təqdim edilməsi vəzifəsi həmin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinə tapşırılmışdır. Lakin, həmin vəsatətin 6.1-ci bəndinin l-ci və 4-cü yəni "İddiaçı (ş\v AA*******; FİN xxxxxxx) Cavabdeh "xxxx"ASC-də olan hesabından xx.xx.2023cü il tarixdə 427,91 ABŞ dollarının silinməsinə göstəriş verən və əməliyyatı həyata keçirən əməkdaşın soyadı, adı və ata adı barədə məlumatın, eləcədə həmin şəxs ilə Bank arasında bağlanmış əmək və ya xidməti müqaviləsinin təsdiq olunmuş surətinin və iddiaçının Bankda olan hesabından xx.xx.2023-cü il tarixdə silinmiş 427,91 ABŞ dollarının hansı hesaba köçürülməsi barədə (yəni hesabın nömrəsi və həmin məbləği alan şəxsin adı və rekvizitləri göstərilməklə) məlumatın- təqdim edilməsi"- hissələri hal-hazıradək icra olunmamışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, hazırkı mübahisəsinin ədalətli həll olunması və məhkəmə icraatında həqiqətin müəyyən edilməsi, eyni zamanda işin hallarının tam, bütünlükdə, hərtərəfli və obyektiv araşdırılması üçün, artıq məhkəmə tərəfindən də zəruri hesab edilərək cavabdehin üzərinə həmin sübutların təqdim edilməsi vəzifəsi qoyulsa da, cavabdeh həmin sübutları hər-hansı bir üzürlü səbəb göstərmədən məhkəməyə təqdim olunmasından açıqaşkar qərəzli və bilə-bilə qanunsuz olaraq yayınmışdır. Digər tərəfdən, EMlSdəki e-kabinet vasitəsilə cavabdeh tərəfindən müxtəlif vaxtlarda açıq-aşkar təhrif olunmuş və dolandırıcı 3 ədəd ACCOUNT STATEMENT (az. dilində-"Hesabdan Çıxarış") adlı və başlanğıcında Teymur Kərimov yazılmış, 2 vərəqdən ibarət, ödənilmiş valyuta və həmin valyuta məbləğinin SMS vasitəsilə göndəriliş bildiriş sənədlər təqdim edilmişdir ki, iddiaçının Bankda olan ******************** hesabından xx.xx.2023-cü il tarixdə silinmiş 427,91 ABŞ dollarının hansı hesaba və hansı şəxsə köçürülməsi faktına, ümumiyyətlə aydınlıq gətirilməsi mümkün olmasın. Belə ki, cavabdeh tərəfindən EMİSdəki e-kabinetdə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş 3 ədəd ACCOUNT STATEMENT çıxarış adlı sənədlərdə aşağıdakılar qeyd olunmuşdur. Account Number (az. ailində "hesab nömrəsi”): ******************** USD; Opening Balance (az. ailində "balansın əvvəlki saldosu"): 2.28 -xx.xx.2023, Closing Balance (az. dilində "balansın axırıncı saldosu"): 2.28-xx.xx.2024, Credit Movement: (az. dilində "kreditin hərəkatı"): 0.00, Debit Movement: (az. dilində "debetin hərəkatı"): 0.00, Account Number (az. dilində "hesab nömrəsi"): ******************** USD; Opening Balance (az. dilində "balansın əvvəlki saldosu"): 0.00-xx.xx.2023, Closing Balance (az. ailində "balansın axırıncı saldosu"): 0.00¬xx.xx.2024, Credit Movement: (az. dilində "kreditin hərəkatı"): 0.00, Debit Movement: (az. dilində "debetin hərəkatı"):0.00, Account Number (az. ailində "hesab nömrəsi"):******************** AZN; Opening Balance (az. dilində "balansın əvvəlki saldosu"): 0.00-xx.xx.2023, Closing Balance (az. ailində "balansın axırıncı saldosu"): 29.00xx.xx.2024, Credit Movement: (az. ailində "kreditin hərəkatı"): 80.00, Debit Movement: (az. ailində "debetin hərəkatı"): -51.00. Qeyd. Bu sənədin axırında isə, ümumiyyətlə məhkəmə mübahisəsinə aid olmayan, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabın hərəkatı barədə məlumat göstərilmişdir. Göründüyü kimi, hər 3 sənədin müqayisəli təhlilindən belə nəticəyə gəlmək olar ki, iddiaçının Bankda 3 ədəd müxtəlif nömrəli hesabı, yəni 2 ədəd USD və 1 ədəd manat hesabı vardır. Halbuki, iddiaçının Bankda 1 ədəd ******************** nömrəli USD hesabı olmuş və həmin hesabdan da, xx.xx.2023-cü il tarixdə naməlum şəxsə və naməlum hesaba 427,91 ABŞ dolları silinmişdir. Odur ki, cavabdeh, ******************** nömrəli USD hesabından xx.xx.2023-cü il tarixdə 427,91 ABŞ dollarını kimin sərəncamı əsasında silindiyi, o cümlədən kimə və hansı hesaba ödənildiyi barədə məlumat vermək əvəzinə, ümumiyyətlə xx.xx.2023-cü il tarixi açıqlanmadan, eləcə də iddiaçıya aidiyyatı olmayan hesabları göstərməklə, təhrif olunmuş və dolandırıcı məlumatlar təqdim etmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, cavabdeh, xx.xx.2023-cü il tarixdə iddiaçının sərəncamı olmadan sildiyi 427,91 ABŞ dolları pul vəsaitinin kimə və hansı hesaba köçürülməsi barədə məlumatı məhkəməyə təqdim etməməkdə və bu cür açıq-aşkar təhrif olunmuş çıxarışları məhkəməyə təqdim etməkdə bir məqsədi olmuşdur ki, bilə-bilə qanunsuz və əsassız sildiyi 427,91 ABŞ dolları pul vəsaitinin kimə və hansı hesaba köçürülməsi faktı gizli saxlanılsın. Həmin hal cavabdehin digər hərəkətləri də açıq-aşkar sübut olunur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:50- də keçirilən məhkəmənin baxış iclasına bir neçə dəqiqə qalmış, EMİSdəki e-kabinetdə yerləşdirilmiş və başlanğıcında Teymur Kərimov yazılmış, ******************** nömrəli USD hesabından ödənilmiş valyuta və həmin valyuta məbləğinin SMS vasitəsilə göndəriliş bildiriş sənədində də, xx.xx.2023-cü il tarixədək olan məlumatlar təqdim edilmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə edilmiş yazılı və şifahi müraciətlərində, iddia ərizəsində, iddia ərizəsinin dəyişdirilməsi barədə 2 ərizədə və vəsatətlərdə açıq- aydın səlist və azərbaycan dilində anlaşılan şəkildə qeyd edilmişdir ki, iddiaçının sərəncamı və icazəsi olmadan onun hesabından xx.xx.2023-cü il tarixdə 427,91 ABŞ dolları silinmiş və məhz bu səbəbdən də məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh isə iddiaçının pul vəsaitini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək istifadə etməklə, qanunsuz hərəkətlərə yol vermişdir. Açıqaşkardır ki, qanunsuz silinmiş 427,91 ABŞ dolları pul vəsaiti silindiyi gündən 1 il 1 ay 23 gündən sonra və həmin vəsaitin geri qaytarılması (mühüm qüsurun aradan qaldırılması) üçün cavabdehə edilmiş çoxsaylı müraciətlərə cavab verilmədiyindən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən isə, 1 il 2 gündən yəni 368 gün sonracavabdeh tərəfindən qaytarılmışdır. Artıq şərhə ehtiyac yoxdur ki, iddianın dəyişdirilməsinə əsaslar, məhz xx.xx.2024-cü il tarixdə, yəni məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasından sonra əmələ gəlmiş, eləcə də dəbbə pulunun xx.xx.2024-cü il tarixədək tələb olunması da, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin iddiaçıdan asılı olmayan səbəb kimi qəbul olunmalıdır. Odur ki, 368 gün üçün 1574,71 (427,91 X1% X 368) ABŞ dolları miqdarında dəbbə pulunun manatla tutulmasını və iddiaçıya ödənilməsini xahiş edir. Bundan başqa, "Məhkəmə sorğusunun göndərilməsi” barədə vəsatətin 6.1-ci bəndinin 1 -ci və 4-cü hissələrində tələb olunan sübutları təqdim edilməməsi səbəbinin üzürsüz hesab edilməsini və cavabdehin 727 manat miqdarında cərimə olunmasını xahiş edir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh "ABB” ASC-yə qarşı "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" hissəsində iş üzrə icraata xitam verilmişdir.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-238/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "ABB” ASC-dən 1574,71 ABŞ dolları miqdarında dəbbə pulu qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manatın xərcin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh "ABB” ASC-dən dövlət rüsumu hesabına 40 manat, 37 qəpiyin tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.4, 439.1, 439.2, 1097.1; Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 14.2, 77.1, 88, 217.2, 217.4; İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə; Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2, 8-ci bəndinə; “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 6-cı bəndinə; Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə istinadən qeyd edilmişdir ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən istehlakçı olaraq cavabdehin təqdim etdiyi kart hesabı üzrə hesablaşmaların aparılması məhsulunun istifadəçisi olmuş və ödənişlərini cavabdehin ödəniş kartı vasitəsi ilə nağdsız qaydada etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:32:33-də aparılmış əməliyyatdan sonra onun kart hesabında 679,91 ABŞ dolları qalmışdır. Onun xx.xx.2023- cü il tarixdə saat 08:08:15-də apardığı növbəti 298,55 Avstraliya dolları (201,76 ABŞ dolları) məbləğində əməliyyatdan sonra isə kart hesabında 477.15 qalmalı olsa da, 49,24 ABŞ dolları qalmış, nəticədə son əməliyyatdan sonra kart hesabında çatışmayan pul vəsaiti 427.91 ABŞ dolları təşkil edir. Məhkəmə gedişatında cavabdeh tərəfindən 427.91 ABŞ dolları iddiaçıya qaytarılmışdır.İddiaçı 427,91 ABŞ dollarının əsassız silindiyini iddia etmiş, cavabdeh silinmənin ƏDV-nin tutulması qaydasında edilməsi əsası ilə iddiaya etmiş, lakin etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir.İş üzrə sübutlarla 427,91 ABŞ dollarının ƏDV təyinatı üzrə tutulması halı təsdiq edilməmişdir.Məhkəmə qeyd edilənlərə əsasən 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. İddiaçı eyni zamanda cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsində ifadə olunan hərəkətləri nəticəsində baş verməsi, cavabdehin hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması, bununla da ona mənəvi zərər vurulması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsində ifadə olunan hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, 427,91 ABŞ dolları onun kart hesabından əsassız silindiyindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək 368 gün üçün 1574,71 (427,91 X 1% X 368) ABŞ dolları miqdarında dəbbə pulu 427,91 ABŞ dolları məbləğinin iddiaçıya qaytarıldığı günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bununla yanaşı hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi, eləcə də cavabdehin tələb olunan sübutları təqdim etməməsinin səbəbinin üzürsüz olması sübut edilmədiyindən, iddia tələbi mənəvi zərərin əvəzinin tutulmasına və cavabdehin 727 manat miqdarında cərimə olunmasına dair hissələrdə təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 40,37 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Şahid qismində dindirilmiş X1 bildirmişdir ki, müştəri müraciəti əsasında sorğu yaradıldı və müştəriyə bildirildi ki, təsdiqedici sənəd varsa, təqdim olunsun, amma hər hansı bir sənəd təqdim olunmamışdır; Şahid qismində dindirilmiş X7 bildirmişdir ki, müştəridən təsdiqedici sənəd istənildi, lakin təqdim etməmişdir; - Şahid qismində dindirilmiş X3 bildirmişdir ki, müraciətlər daxil olur və onlar qeydə alınaraq müvafiq olaraq yönləndirilir; - Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimləyən müştərinin Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlarla, eləcə də Ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürməsi barədə "Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında" BPM**********433 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1.11 -ci bəndinə əsasən kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etmək bankın vəzifələrindən biridir; müqavilənin 4.9-cu bəndinə əsasən müştərinin sərəncamı olmadan kart hesabındakı pul vəsaitinin silinməsi məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bu müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir; - C03106067 saylı pasportun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü iltarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır; - Qatarairways şirkətinin təyyarə biletlərinin surətindən görünür ki, İddiaçı Melbrun-Doha və Doha-Bakı xəttində sərnişin olmuşdur; - Əməliyyatlara dair SMS məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:32:33-də aparılmış əməliyyatdan sonra İddiaçı kart hesabında 679,91 ABŞ dolları qalsa da, xx.xx.2023-cü il tarixdə saat 08:08:15-də aparılmış növbəti 298,55 Avstraliya dolları (201,76 ABŞ dolları) məbləğində əməliyyatdan sonra kart hesabında 477.15 qalmalı olsa da, qalan pul vəsaiti 49,24 ABŞ dolları olmaqla, son əməliyyatdan sonra kart hesabında çatışmayan pul vəsaiti 427.91 ABŞ dolları təşkil edir; -"Kapital Bank” ASC-nin xx.xx.2023-cü il tarixli 45-164 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı notariat haqqı üzrə 17,25 manat ödəniş etmişdir; - Hesabdan çıxarışdan görünür ki, 427,91 ABŞ dolları xx.xx.2024-cü il tarixdə İddiaçı ******************** saylı hesabına köçürülmüşdür; - Apellyasiya instansiyası məhkəməsi 2(103)-1512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı hesab etdiyindən hazırkı mübahisə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən həll edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-238/2024 nömrəli qətanaməsinin qismən ləğv edilməsini, iddia tələbinin "Cavabdeh tərəfindən 427,91 abş dollarının İddiaçı qaytarılmasının təmin edilməsi" və "cavabdehdən iddiaçının xeyrinə abş dollarının manata məzənnəsinə müvafiq, 427,91 abş dollarının 4 misli, yəni 1711,64 abş dolları miqdarda manatla mənəvi ziyanın əvəzinin tutulması və ödənilməsi" hissələrində təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 125; Mülki Məcəllənin 21.1, 1097.1; Mülki Prosessual Məcəllənin 9.3, 170.1, 170.2, 218.3, 81, 88, 217.1, 217.3, 387.1ci maddələrinə istinadən qeyd edilmişdir ki, Qətnamənin 18-ci səhifəsinin 4-cü və -5-ci abzaslarında qeyd olunmuşdur ki, iddiaçı eyni zamanda cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia etsə də, fiziki və mənəvi sarsıntilar keçirməsi, bunların cavabdehin 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsində ifadə olunan hərəkətləri nəticəsində baş verməsi, cavabdehin hərəkəti ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması, bununla da ona mənəvi zərər vurulması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsində ifadə olunan hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı təsdiq edilməmişdir. Hesab edir ki, məhkəmə iddia tələbinin qalan hissəsini əsassız olaraq təmin etməmişdir. Odur ki, həmin hissədə qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasını xahiş edir. Qətnamə iddia tələbinin təmin olunmayan hissəsində qəbul edilərkən,birinci instansiya məhkəməsi-cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında təqdim etdiyi formal mülahizələrə və fərziyələrə əsaslanmış dəlillərdə və istinad olunan hallarda uyğunsuzluğu aradan qaldırmaq üçün həmin hallara tətbiq olunması nəzərdə tutulmayan, eləcə də aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını qətnamədə sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; cavabdeh tərəfin formal mülahizəyə əsaslanmış mövqeyini əsas tutaraq, həqiqəti müəyyən etməmiş; iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini, həmçinin bəzi faktları gizlətməklə cavabdehin hüquqlarına əsassız üstünlük vermişdir. Belə ki, iddia ərizəsinin 7-ci bəndində açıq-aşkar göstərilmişdir ki, "Qeyd olunmalıdır ki, iddiaçı xoş məqsədlərə görə və bayram günlərini xarici dövlətə səyahət etməklə, orada gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə getməklə istirahət etməsini bir neçə ay əvvəlcədən planlaşdırmış və bunun üçün də Ödəniş Kartina 4000 abş dolları pul yerləşdirmişdir. Lakin cavabdeh tərəfin yuxarıda göstərilən hərəkəti (hərəkətsizliyi) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində, yəni 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi, bir sözlə cavabdehin ona qarşı biləbilə etdiyi qanunsuz və özbaşına hərəkətlərinə görə normal istirahət etməsindən məhrum olması onun hansı mənəvi iztirablar çəkməsinin sübuta ehiyacı olmayan haldır. Digər tərəfdən, açıq-aşkardır ki, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə iddiaçı çarəsiz qalaraq 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi və buna görə də normal istirahətindən məhrum olması sevindirici hal kimi qəbul edilən deyildir. Hazırki, iddia tələbindən də müəyyən olunur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetrilməməklə qanunsuz hərəkətlər etmişdir. Deməli, qeyd edilənlər və təqdim olunan sübutlar üzrə dəyərləndirmə aparılmaqla açıq-aşkar müəyyən olunur ki, iddiaçının mənəvi sarsınti və iztirablara məruz qalması, məhz cavabdehin təqsiri nəticəsində baş vermişdir. Cavabdehdən iddiaçının xeyrinə abş dollarının manata məzənnəsinə müvafiq, 427,91 abş dollarının 4 misli, yəni 1711,64 abş dolları miqdarda manatla mənəvi ziyanın əvəzinin tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı, həm də tam ədalətlidir. "Xüsusi olaraq qeyd olunmalıdır ki, Qətnamənin 18-ci səhifəsinin 3-cü və 19-cu səhifəsinin 5-ci abzaslarında göstərilir ki, "Məhkəmə qeyd edilənlərə əsasən 427,91 ABŞ dollarının onun kart hesabından əsassız silinməsinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır.". "Məhkəmə hesab edir ki, 427,91 ABŞ doNarı onun kart hesabından əsassız silindiyindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək 368 gün üçün 1574,71 (427,91 X 1% X 368) ABŞ dolları miqdarında dəbbə pulu 427,91 ABŞ dolları məbləğinin iddiaçıya qaytarıldığı günə olan manat məzənnəsi ilə və etibarnamənin alınmasına çəkilən 17,25 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır." Açıq-aşkardır ki, iddiaçının sərəncamı və göstərişi olmadan, onun mülkiyyəti hesab olunan 427,91 abş dolları, cavabdehin bilə-bilə qanunsuz hərəkəti nəticəsində xx.xx.2023-cü il tarixdə silinmiş və cavabdehin bilə-bilə qanunsuz hərəkətsizliyi nəticəsində isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək heç bir əsas olmadan saxlanılmaqla istifadə edilmişdir. Deməli, iddiaçı 2023-cü ilin novruz bayramı günlərində (mart ayının 19-dan 29-dək), Azərbaycan Respublikasından təxminən 15000 k.m. uzaqda yerləşən, başqa materik və qitə hesab edilən Avstraliya Dövlətinə turist səyahətinə getmək üçün bir neçə ay öncə hazırlıq işləri görməklə, həmin dövlətə getmək üçün viza alır, otel bron edir, ödənişli gəzintiləri, ekskursiyaları və əyləncə yerlərini sifariş edir və buna görə də Ödəniş kartına 4000 abş dolları pul yerləşdirmişdir ki, həmin puldan öz istəyinə və arzusuna uyğun olaraq istifadə etsin. Artiq sübuta ehtiyac yoxdur ki, cavabdeh tərəfindən pulun əsassız silinməsi Fakti, hətta Məhkəmə tərəfindən də müəyyən edildiyi halda, yəni cavabdehin açıq-aşkar qanunsuz hərəkətləri nəticəsində 427,91 abş dolları məbləğində puldan iddiaçı səyahət etdiyi dövlətdə istifadə edə bilməməsi və bunun nəticəsində ödənişli aəzintolərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi halları, onun xarici dövlətdə sarsıntı keçirməsinə səbəb olmuşdur. Qətnamənin 17-ci səhifəsinin axırıncı abzasında da açıq-aşkar göstərilir ki, "Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən istehlakçı olaraq cavabdehin təqdim etdiyi kart hesabı üzrə hesablaşmaların aparılması məhsulunun istifadəçisi olmuş və ödənişlərini cavabdehin ödəniş kartı vasitəsi ilə nağdsız qaydada etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:32:33-də aparılmış əməliyyatdan sonra onun kart hesabında 679,91 ABŞ dolları qalmışdır. Onun xx.xx.2023-cü il tarixdə saat 08:08:15-də apardığı növbəti 298,55 Avstraliya dolları (201,76 ABŞ dolları) məbləğində əməliyyatdan sonra isə kart hesabında 477.15 qalmalı olsa da, 49,24 ABŞ dolları qalmış, nəticədə son əməliyyatdan sonra kart hesabında çatışmayan pul vəsaiti 427.91 ABŞ dolları təşkil edir. Məhkəmə gedişatinda cavabdeh tərəfindən 427.91 ABŞ dolları iddiaçıya qaytarılmışdır." Açıq-aşkardır ki, cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə görə iddiaçı çarəsiz qalaraq 4 gün ərzində ödənişli olan bütün gəzintilərə, ekskursiyalara və əyləncə yerlərinə gedə bilməməsi və buna görə də normal istirahətindən məhrum olması sevindirici hal kimi qəbul edilən deyildir. Deməli, Məhkəmənin göstərilən mövqeyi əsaslı hesab edildiyi halda, dırnaqarası belə nəticəyə gəlmək olur ki, istənilən şəxsin debet kart hesabından pul vəsaitinin əsassız silinməsi, bununla bağlı cavabdehə mütəmadi edilmiş rəsmi müracətlərə cavab verilməməsi, pulun qaytarılması üçün cavabdehin vəzifəli şəxsləri ilə saatlarla əyani görüşlərdə (eləcə də telefon danışıqlarında) heç bir müsbət nəticənin əldə edilməməsi və pulun qaytarılması və s. iddia tələbləri ilə məhkəməyə müraciət etdikdən sonra təxminən 1 il 2 ay ərzində həmin pul vəsaiti cavabdeh tərəfindən əsassız və özbaşına istifadə edildikdən sonra iddiaçının hesabına özbaşına müdaxilə edilməklə və heç bir ödəniş tapşırığı verilmədən 427,91 abş dollarının iddiaçının hesabına ödənilməsi faktları, insana mənəvi sarsıntı və iztirab keçirməsini deyil, göstərilən hallar və faktlar insan üçün rahatlıq, mənəvi istirahət və məmnuniyyətlik gətirir.Bu isə absurd nəticə və məntiqdir. Odur ki, Qətnamə qeyd olunan hissədə əsassız olduğu üçün ləğv olunmasını xahiş edir. Bundan başqa, "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" barədə ümumiyyətlə iddia tələbi irəli sürülməmişdir. İddia tələbinin 427,91 abş dolları ilə bağlı hissəsinə diqqət yetirilsə, həmin hissədə iddia tələbinin "Cavabdeh tərəfindən 427,91 abş dollarının İddiaçı qaytarılmasının təmin edilməsi" olduğu müəyyən edilir. Yəni, hüquq nəzəriyyəsində "pul vəsaitinin qaytarılması” ilə "pul vəsaitinin tutulması” tələbləri başqa-başqa məna kəsb etdiyindən, belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə iddia tələbindən kənara çıxmış və bununla da prossesual hüquq normasının tələbini pozmuşdur. Digər tərəfdən, açıq-aşkardır ki, iddiaçının sərəncamı və göstərişi olmadan, onun mülkiyyəti hesab olunan 427,91 abş dolları, Cavabdehin bilə-bilə qanunsuz hərəkəti nəticəsində xx.xx.2023-cü il tarixdə silinmiş və cavabdehin bilə-bilə qanunsuz hərəkətsizliyi nəticəsində isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək heç bir əsas olmadan saxlanılmaqla istifadə edilmişdir. Məhz bu səbəbdən də, iddiaçı pulun tutulmasını deyil, pulun qaytarılmasını tələb etmişdir. Bundan başqa, pulun qaytarılması ilə bağlı mübahisə təxminən 1 il 2 ay müddətində davam etsə də, məhkəmə Qətnaməsinin çıxarılmasına 5 gün qalmış, yəni xx.xx.2024-cü il tarixdə 427,91 abş dollarının iddiaçının hesabına köçürülməsi, heç də iddia tələbinin "pulun qaytarılması" hissəsi üzrə, "iş məhkəmədə baxılmalı deyilsə" əsası ilə icraata xitam verilməsi qəbul edilən deyil. Belə ki, əgər həmin tələb üzrə iş məhkəmədə baxılmalı deyildirsə, onda həmin tələb üzrə məhkəmənin 4 hazırlıq və 2 baxış iclasının keçirilməsinə ehtiyac da olmamalı idi. Halbuki, prosessual hüquq normasına görə, "iş məhkəmədə baxılmalı deyil" əsası ilə iş üzrə icraat xitam verilməsi, İşin məhkəmə baxışına hazırlanması zamanı həyata keçirilməlidir. Deməli, məhkəmə bu halda da prosessual pozuntuya yol verməklə, hazırkı Qərardadı qanunsuz olaraq qəbul etmişdir. Nəhayət, məhkəmə Qətnaməsində də müəyyən edilən hallardan aşıq-aşkar görünür ki, cavabdeh heç bir əsas olmadan iddiaçının kartindan 427,91 ABŞ dollarını silmişdir. Deməli, artıq cavabdeh də iddiaçıya qarşı qanunsuz hərəkətə yol verdiyini və bu səbəbdən də təxminən 1 il 2 ay ərzində heç bir əsas olmadan özgəsinin pul vəsaitindən özbaşına və qanunsuz istifadə etdiyini dərk edərək anladıqdan sonra, məhkəmə Qətnaməsinin çıxarılmasına 5 gün qalmış 427,91 abş dollarını iddiaçının hesabına köçürmüşdür. Artıq şərhə ehtiyac yoxdur ki, bu hal cavabdehin iddiaçıya qarşı bir daha bilə-bilə qanunsuz hərəkətə yol verməsini və bununlada iddiaçının hesabına cavabdeh tərəfindən istənilən vaxt qanunsuz müdaxilə etmə halını sübut edir. Eyni zamanda, istər qanunvericilikdə, istərsə də Müqavilə şərtlərində cavabdehə belə bir hüquq və səlahiyyət verilməmişdir ki, iddiaçının mülkiyyəti hesab edilən pul vəsaitini onun icazəsi olmadan özgəninkiləşdirsin (silsin) və 1 il 2 ay ərzində istifadə etdikdən sonra, ödənişin təyinatinı və səbəbini göstərmədən, yəni vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə edərək pul vəsaitini iddiaçının hesabına ödəsin. QEYD.Hətta cavabdeh tərəfindən məhkəmə sorğularına da və məhkəmə iclaslarında da dolandırıcı və təhrif olunmuş məlumat və izahatlar verilirdi ki, pulun nəyə görə və hansı hesaba silinməsi səbəbi müəyyən edilməsin. Ümumiyyətlə, cavabdeh tərəfindən özbaşına mənimsənilmiş və uzun müddət istifadə edilmiş 427,91 abş dolları barədə hər hansı bir məlumat əldə edə bilmədiyi kimi, hazırda da həmin məbləğin hansı hesabdan və hansı şəxsdən köçürüldüyü və eləcə də ödənişin təyinatı və nəyə görə köçürüldüyü məlum deyildir. Təəssüflər olsun ki, məhkəmə, işin göstərilən hallarına hüquqi müəyyənlik gətirmək əvəzinə, əksinə olaraq, məhkəmə mübahisəsinə əsas səbəb olan tələb üzrə işin icraatina qanunsuz və əsassız olaraq xitam vermişdir. Bankların ixtiyarı yoxdur ki, müştərilərin pul vəsaitindən istifadənin istiqamətlərini müəyyən etsin və nəzarətdə saxlasın, müştərilərin öz pul vəsaitindən özləri istədiyi kimi istifadə etmək hüquqlarını qanunvericilik aktlarında və ya müqavilələrdə nəzərdə tutulmayan başqa şəkildə məhdudlaşdırsın. Odur ki, məhkəmə tərəfindən qeyd olunan qənaətə gəlinsə də, həmin hala hüquqi müəyyənlik gətirilməmiş və həmin qənaət yalnız formal mülahizəyə əsaslandırılmışdır. QEYD. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 238/2024 nömrəli Qərardadından ayrıca şikayət verilmişdir. Qətnamə şikayət olunan hissədə məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tələblərı pozulmuş, məhkəmə icraati həqiqəti müəyyən etməməklə yanaşı, işi hərtərəfli, tam və ədalətli araşdırmamış və nəticədə əsassız qərardad çıxarmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, cavabdeh, iddiçının ******************** nömrəli USD hesabından xx.xx.2023-cü il tarixdə 427,91 abş dollarını kimin sərəncamı əsasında silindiyi, o cümlədən kimə və hansı hesaba ödənildiyi barədə məlumat vermək əvəzinə, ümumiyyətlə xx.xx.2023-cü il tarixi açıqlanmadan, eləcə də iddiaçıya adiyyəti olmayan hesabları göstərməklə, təhrif olunmuş və dolandırıcı məlumatlar təqdim etmişdir. Odur ki, cavabdeh, xx.xx.2023-cü il tarixdə iddiaçının sərəncamı olmadan sildiyi 427,91 abş dolları pul vəsaitinin kimə və hansı hesaba köçürülməsi barədə məlumatı məhkəməyə təqdim etməməkdə və açıq-aşkar təhrif olunmuş çıxarışları məhkəməyə təqdim etməkdə bir məqsədi olmuşdur ki, bilə-bilə qanunsuz və əsassız sildiyi 427,91 abş dolları pul vəsaitinin kimə və hansı hesaba köçürülməsi Fakti gizli saxlanılsın. Eləcə də hazırda da həmin məbləğin hansı hesabdan və hansı şəxsdən köçürüldüyü və eləcə də ödənişin təyinati və nəyə görə köçürüldüyü məlum deyildir. Məhkəmə, işin göstərilən hallarına hüquqi müəyyənlik gətirmək əvəzinə, əksinə olaraq, məhkəmə mübahisəsinə əsas səbəb olan tələb üzrə işin icraatina qanunsuz və əsassız olaraq xitam vermişdir. Qeyd olunmalıdır ki, məhkəmə, qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və posessual hüququn imperati'v normasınin tələbini pozmuşdur. Fakt olaraq - 427,91 abş dollarının, qəflətən iddiaçının bankda olan hesabına məhz xx.xx.2024-cü il tarixdə, yəni 1 il 1 ay 23 gündən sonra ödənilmişdir ona görə ki, cavabdeh, o cümlədən onun bu işə məsul olan vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı törədilmiş və davam edən bilə-bilə qərəzli və qanunsuz hərəkətlərin və hərəkətsizliyin məhkəmə tərəfindən müəyyən edilməsinin qarşısı alınsın. Təəssüflər olsun ki, məhkəmə, işin göstərilən hallarına hüquqi müəyyənlik gətirmək əvəzinə, əksinə olaraq, məhkəmə mübahisəsinə əsas səbəb olan tələb üzrə işin icraatina qanunsuz və əsassız olaraq xitam vermişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, "cavabdeh tərəfindən 427,91 ABŞ dollarının tutulması" barədə ümumiyyətlə iddia tələbi irəli sürülməmişdir. İddia tələbinin 427,91 abş dolları ilə bağlı hissəsinə diqqət yetirilsə, həmin hissədə iddia tələbinin "Cavabdeh tərəfindən 427,91 abş dollarının İddiaçı qaytarılmasının təmin edilməsi" olduğu müəyyən edilir. Hüquq nəzəriyyəsində "pul vəsaitinin qaytarılması” ilə "pul vəsaitinin tutulması” tələbləri başqa-başqa məna kəsb etdiyindən, belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə iddia tələbindən kənara çıxmış və bununla da prossesual hüquq normasının tələbini pozmuşdur. Məhkəmə, iddia tələbinin "Cavabdeh tərəfindən 427,91 abş dollarının İddiaçı qaytarılmasının təmin edilməsi" və "cavabdehdən iddiaçının xeyrinə abş dollarının manata məzənnəsinə müvafiq, 427,91 abş dollarının 4 misli, yəni 1711.64 abş dolları miqdarda manatla mənəvi ziyanın əvəzinin tutulması və ödənilməsi" hissələrində təmin etməmklə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə abş dollarının manata məzənnəsinə müvafiq, 427,91 abş dollarının 4 misli, yəni 1711,64 abş dolları miqdarda manatla mənəvi ziyanın əvəzinin tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı, həm də tam ədalətlidir. Odur ki, birinci instansiya məhkəməsi İddia ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında təqdim etdiyi bütün sübutları, faktları və dəlilləri dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan iddia tələbinin yuxarıda göstərilən hissələrini rədd etməklə səhv nəticəyə gəlmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü ilarixli, e-2(008)-238/2024 saylı qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, bu iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə İstehlakçıların hüququları haqqında Qanunun 9.5; Mülki Prosessual Məcəllənin 35.2, 36.9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin hallarını obyektiv və hərtərəfli araşdırmamış, qətnamə çıxararkən maddi və prosessual tələblər pozulmuşdur. Buna görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, e-2(008)-238/2024 saylı qətnaməsi iddianın təmin olunan hissəsində qanuni və əsaslı olmadığına görə ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli (təmin edilməməlidir). Hazırki mübahisəyə, ümumiyyətlə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun normalarına istinad olunmaqla baxıla bilməzdi. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Lakin Bankla müştəri arasında olan münasibətlər isə istehlakçı və istehsalçı arasında olan münasibətlərlə ehtiva olunmur və tamamilə ayrı bir qanunvericilik - “Banklar haqqında" Qanun və Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Əks halda müştərilərin banklara qarşı olan bütün iddialarında müştəri istehlakçı qismində iştirak edər, buna müvafiq olaraq prosessual qanunvericilikdə istehlakçı hüquqlarının pozulması ilə bağlı normalara uyğun tətbiq olunardı. Bu da aydın məsələdir ki, Bank və müştəri arasındakı münasibətlərin hüquqi müstəvisinə tamamilə zidd bir hal olardı. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun normalarının tətbiq olunması ilə səhvə yol vermişdir və bu da qətnamənin apelyasiya qaydasında ləğv olunmasına əsaslardan biridir. Hərçənd ki, yuxarıda qeyd etdiyi kimi hazırki mübahisəyə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun normalarının tətbiq olunması yolverilməz olsa da, yenə də həmin qanunun qeyd olunan maddəsinə əsasən belə hazırki iş üzrə cavabdeh qismində Bankın hansısa məsuliyyət daşımadığını qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından və iddiaçının özünün də bildirdiyi kimi o, hesabından pulun silinməsindən bir müddət sonra, daha dəqiq xx.xx.2024-cü il tarixində Banka yaxınlaşmış və hesabından onun xəbəri olmadan pulun silindiyini bildirmişdir. Bankın əməkdaşları ondan pulun silindiyi tarixdə apardığı əməliyyatlarla bağlı invoice sənədini tələb etsə də, iddiaçı bu sənədləri verməkdən imtina etmişdir və bu halı birinci instansiya məhkəməsində verdiyi izahatında da təsdiq etmişdir. Bundan sonra iddiaçı tərəfindən Banka heç bir yazılı müraciət olunmamış, yalnız xx.xx.2024-cü il tarixində Bankın mail ünvanına öz müraciətini yazmış və yenə də Bank tərəfindən müştəriyə müvafiq şöbə əməkdaşları tərəfindən onunla əlaqə saxlanıldığını, etdiyi əməliyyatın ödəniş tapşırığının (invoice) banka təqdim etməsini xahiş etdiklərini və bu sənədin təqdim olunmadan məbləğin araşdırılmasının və geri qaytarılmasının mümkün olmadığını bildirmişlər. Lakin buna baxmayaraq, iddiaçı yenə də həmin ödəniş tapşırığının təqdim edilməsini təmin etməmiş və Bankın əməkdaşlarına məsələnin aydınlaşdırılmasına şərait yaratmamışdır. Bu halda cavabdeh Bankın hansısa qərəzli formada pulu qaytarmamasından söhbət belə gedə bilməz. Çünki Bank dəfələrlə iddiaçıdan onun haqlı olub-olmamasını dəqiqləşdirmək üçün müvafiq təsdiqedici sənədləri istəsə də, iddiaçı bu sənədləri təqdim etmədiyindən Bank da onun hansı əməliyyat üzərində müstəqil olaraq özü tərəfindən, hansının isə texniki qüsurdan və ya bilinməyən hansısa səbəbdən aparılmasını müəyyən edə bilməmişdir və bu mümkün deyil. Bundan sonra isə iddia ərizəsinin icraata götürülməsi ilə bağlı uzun müddətli məhkəmə mübahisələri olmuş və iddia ərizəsinə 2024cü ildə baxılmağa başlanmışdır. Bu zaman da məhkəmə iclaslarında iştirak etmiş Bankın nümayəndəsi hər bir iclas zamanı iddiaçının hesabdan çıxarışı ilə birlikdə gələrək konkret olaraq hansı əməliyyatın onun tərəfindən aparılmadığını dəqiqləşdirməyə çalışmış, iddiaçının pul itkisinə məruz qaldığı anın tam olaraq hansı əməliyyatlar aralığında baş verməsini iddia etdiyini öyrənmək istəmişdir. Lakin məhkəmə iclaslarının video-audio yazılarına baxış zamanı da görmək olur ki, iddiaçının nümayəndəsi hər dəfə müxtəlif tarix və əməliyyatların adını çəkmiş, Bankın nümayəndəsi isə həmin əməliyyatın araşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və hər dəfə həmin əməliyyatla bağlı hansısa qüsurun olmaması ilə bağlı rəsmi məlumatla gəlmişdir. Hətta sonuncu iclasdan öncəki iclasda sədrlik edən özü də iddiaçıya öz tələbini dəqiqləşdirməsini, konkret olaraq hansı əməliyyatın araşdırılmalı olduğunu və buna dair təsdiqedici sənədlərin toplanaraq vahid şəkildə məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin bu tələbi əsasında iddiaçının nümayəndəsi yenidən iddia ərizəsi ilə bağlı dəqiqləşdirmə apararaq ondan APPLE məhsulunun alınması ilə bağlı vergi kimi pul tutulduğunu bildirmişdir. Həmin iclas xx.xx.2024-cü il tarixində baş tutmuş və bundan dərhal sonra Bank tərəfindən bununla bağlı araşdırılma aparılmış və artıq ödəniş tapşırığı təqdim edildiyindən Bankın nümayəndəsi tərəfindən həmin sənədlər araşdırılması üçün müvafiq şöbəyə təqdim edilmişdir. Bunun nəticəsində müvafiq şöbə tərəfindən artıq aparılan əməliyyatın təyinatının müəyyən edilməsi mümkün olmuş və bunun adi bir ƏDV əməliyyatı olduğu aşkar olunmuşdur. Nəticədə bundan qısa bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixində vəsait iddiaçının hesabına bərpa olunmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən heç də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun normalarında göstərildiyi kimi hansısa qərəzli formada pulun qaytarılmaması halı olmamış, iddiaçı vaxtikən banka müraciət edərkən ondan dəfələrdə ödəniş tapşırıqlarının təqdim olunması xahiş olunsa da, bu təmin edilməmiş, məhkəmə proseslərinin gedişatında iclasların heç birində ödənişin yanlış olduğunu iddia etdiyi əməliyyatı dəqiq göstərməmiş, məhkəmənin tələbi ilə dəqiqləşdirdikdən sonra isə Bank tərəfindən dərhal pul vəsaiti iddiaçının hesabına daxil edilmişdir. Beləliklə, hesab edir ki, Bank tərəfindən hansısa qəsdli bir qüsurlu xidmətdən söhbət belə gedə bilməz və iddiaçı öz vəsaitinin itkisinin araşdırılması ilə bağlı heç bir məlumat təqdim etməməklə öz mənafeyinə özü ziyan vurmuşdur. Buna görə də hesab edirik ki, iddiaçının hesabından silinın 427.91 dolların ödənilməməsinə görə hansısa dəbbə pulunun hesablanması yolverilməzdir və iddia tələbi “ABB" ASC-dən 1574,7ABŞ dolları miqdarında dəbbə pulunun tutulması hissəsində ləğv olunaraq həmin hissədə də rədd edilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hüquqi şəxsə qarşı qaldırılmış iddia onun hüquqi ünvanın olduğu yer üzrə məhkəməyə verilir və istehlakçı ilə münasibətlər tamamilə ayrı müstəvi ilə bağlıdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Lakin Bankla müştəriarasında olan münasibətlər isə istehlakçı və istehsalçı arasında olan münasibətlərlə ehtiva olunmur və tamamilə ayrı bir qanunvericilik - “Banklar haqqında" Qanun və Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Əks halda müştərilərin banklara qarşı olan bütün iddialarında müştəri istehlakçı qismində iştirak edər, aidiyyat normaları ona uyğun tətbiq olunar, həmçinin bu əsasla dövlət rüsumunu ödəməkdən azad olunardı. Təsadüfi deyil ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3352/2023 saylı qərardadı ilə hələ ilk dəfə iddia ərizəsi ərazi aidiyyatı normalarına uyğun olmadığından geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nünüquqi ünvanı Nəsimi rayonu ərazisində olduğundan və Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olduğundan iddiaçı tərəfindən verilmiş iddia ərizəsi geri qaytarılmalıdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin2(103)-3648/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Fuad Babayev) Sabunçu Rayon məhkəməsinin qeyd edilən qərardadı qüvvədə saxlanılmışdır. Eyni zamanda paralel olaraq bu işin gedişatı zamanı iddiaçı tərəfindən yenidən eyni məzmunlu iddia ərizəsi Sabunçu rayon məhkəməsinə təqdim edilmiş, bu dəfə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bir sıra məhkəmə proseslərindən sonra yuxarı instansiya məhkəməsinin aktları ilə işin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Sabunçu rayon Məhkəməsinə qaytarılmışdır. Bu zaman Sabunçu Rayon Məhkəməsi tərəfindən yenə də haqlı olaraq iddia ərizəsi ərazi aidiyyatı normalarına uyğun verilmədiyindən e-2(008)-4081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarılmış, bu qərardad da yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 2(008)-3352/2023 saylı qərardadın məzmununa uyğun əsaslandırılmışdır. Həmin qərardaddan yenidən iddiaçı tərəfindən şikayət verilmiş, lakin bu dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının digər bir hakimi, Sabit Bəhramzadə tərəfindən xx.xx.2024-cü il tarixli, 2(103)-1512/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş və qərardad ləğv edilərək işin aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılmalı olması qənaətinə gəlinmişdir. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, “İstehlakçı anlayışı ilə bağlı “istehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda geniş məlumat verilmişdir. Həmin Qanuna əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir... Hazırkı haldan göründüyü kimi, cavabdeh icraçı olaraq, beynəlxalq bank kartları assosiasiyalarının başçılıq etdiyi iri plastik kartlar sistemlərinin kartlarından biri olan «Viza» kartını iddiaçıya təqdim etməklə, həmin sistemin tərəfdaşı (nümayəndəsi) qismində çıxış edərək onun kartını emissiya etmişdir. Belə olan halda bankın müştərisi istehlakçı olaraq, «Viza» kart sistemindən istifadə etmək üçün, məhz bank vasitəsilə göstərilən xidmətə dair müqavilə bağlamışdır. Kollegiya hesab edir ki, iddiaçının müştəri qismində şəxsi tələbatını ödəmək məqsədi ilə, mülkiyyətindəki pul vəsaiti əsasında bank tərəfindən ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasını və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılması barədə müqaviləni bağlaması onun istehlakçı statusunda olmamasına əsas vermir. Hər bir halda banka məxsus hər hansı məhsulun əldə edilməsi və istifadəsi üçün tərəflər arasında müqavilənin bağlanması, o cümlədən həmin müqavilə üzrə hüquq və vəzifələrin müəyyən edilməsi labüddür. Məhz həmin müqavilədən irəli gələn iddiaçıya münasibətdə hüquqlarının pozulması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə bu konteksdə həmin iddiaya baxılmalıdır. Bu baxımdan da, birinci instansiya məhkəməsinin hazırki iddianın iddiaçı ilə cavabdeh arasında müqavilənin olmasını əsas gətirməklə bankın qeydiyyatının olduğu yer üzrə məhkəmədə baxılmalı olması barədə qənaəti əsaslı hesab edilə bilməz." Göründüyü kimi eyni tərəflər arasında mövcud olan eyni münasibətlə bağlı eyni məzmunlu iddia ərizəsinin ərazi aidiyyatının müəyyən edilməsi ilə bağlı Bakı Apellvasiva Məhkəməsinin eyni Mülki Kollegiyasının (qərarlarının hüquqi qüvvəsi də eyni olan) bir məhkəmə tərəfindən başqa bir mövqe, digər tərkibi tərəfindən isə tamamilə başqa bir mövqe sərgilənmişdir. Bu isə vahid məhkəmə təcrübəsinin pozulmasına səbəb olur və iddiaçıların Banklara qarşı olan mülki işləri ilə bağlı ərazi aidiyyatının müəyyən edilməsi ilə əlaqədar ən azı iki fərqli mövqenin sərgilənməsinə və haqlı olaraq istər iş üzrə tərəflər, istərsə də məhkəmələr arasında fikir ayrılığına səbəb olur. Mülki Prosessual Məcəllənin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, bu hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Beləliklə, hesab edirik ki, hazırki mübahisənin məzmunu heç bir halda istehlakçıların hüquqlarının pozulması ilə əlaqələndirilə və həmin qanunun tətbiqi ilə həll edilə bilməzdi. Bu da onu deməyə əsas verir ki, mübahisəyə də iddiaçının yaşadığı yer üzrə deyil, cavabdeh olaraq Bankın hüquqi ünvanı üzrə Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. Bununla da işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarının kobudcasına pozulmasına yol vermişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununilə eynilik təşkil edən izahat verməklə, məhkəmədən cavabdehin şikayətinin təmin edilməsini xahiş etmişdir

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən:. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. 957.2. Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun. 957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

11. Banklar haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 36.4. Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir. 36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 36.7. Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.

12. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 9.5. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş dəbbə pulunun (cərimənin, penyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

15. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Məhkəmə kollegiyası qeyd edilənlərə, apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. İddiaçının apellyasiya şikayətinin əsasını onun mülki dövriyyəsində olmuş pul vəsaitlərindən məhrum olması ilə bağlı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəyməsi halıdır ki, iddiaçı buna dair hər hansı mötəbər sübut tətbiq etməmişdir, bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin digər tələbləri də bunlardan irəli gəldiyindən təmin edilməsi üçün hər hansı əsas yoxdur.Cavabdehin şikayətinin əsası isə ərazi aidiyyət qaydalarının pozulması və dəbbə pulunun tutulması ilə bağlıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1512/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və Sabunçu rayon Məhkəməsinin 2(008)- 4081/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir və həmin qərardad öz qanuni qüvvəsini almışdır. Dəbbə pulunun tutulması hissəsinə münasibətdə də məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab etmir, belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək öhdəliklərin bank tərəfindən icra edilməməsinin səbəbi kimi vətəndaşın müvafiq sənədləri təqdim etməməsinin qeyd edilməsi ağlabatan deyil. Belə ki, Banklar haqqında Qanunun tələblərinə əsasən fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması bankın fəaliyyət növlərindəndir.

18. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

20. Mübahisələndirilən hissələrdə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci -cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-238/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar