Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9160/2020 16.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 Cavabdeh qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, X1 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək iddianın təmini tədbiri kimi Cavabdeh sahibliyində olan əşyaların siyahıya alınması və saxlanca verilməsi, həmin əşyalar üzrə cavabdeh və üçüncü şəxslərin müəyyən hərəkətləri etmələri, o cümlədən əşyalardan istifadə etmələrinin qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə iddiaçının iddia təmini tədbirinə dair ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən əşyalar siyahıya alınmaqla onların üzərinə həbs qoyularaq cavabdeh və üçüncü şəxslərə həmin əşyalardan istifadə etmələri qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin tədbirinə dair ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxxxx 2020cu il tarixli qərardadı ilə Cavabdeh şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı ünvan 1 ünvanında yerləşən əşyalardan cavabdeh və üçüncü şəxslərin istifadə etmələrinin qadağan edilməsi hissəsində ləğv olunmuş, şikayət qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan ilkin iddia üzrə Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxxx 2020cu il tarixli qərardadı ilə ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iddianı təmin etmə tədbiri barədə ərizənin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, əşyaların üzərinə həbs qoyulması iddianın təmin ediləcəyi təqdirdə gələcəkdə qətnamənin icrası üçün rol oynayır, əks təqdirdə iddia gələcəkdə təmin ediləcəyi təqdirdə qətnamənin icrası mümkünsüzləşə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək olar. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qanunun mənasına görə iddia ərizəsinin icraata qəbul edilməsi anından qətnamənin çıxarılmasınadək olan istənilən mərhələdə iddianın təmin edilməsi mümkündür. İddianı təmin etmək barədə qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4142/2020 saylı, xx xxxxxxxx 2020cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9160/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9160/2020
16.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver