Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9180/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5048/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət edərək işlədiyi müddət üçün ödənilməmiş 2550 manat pul məbləğinin iddiaçıdan alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 aprel 2019-cu ildən tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında cavabdehdə şirkətdə sürücü işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində deyilir: işçiyə hər ay 200 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilir ki, bu əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir: a) 01.09.2019-cu il tarixindən 260 manat əmək haqqı təyin edilib. O, 22 aprel 2020-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində bir dəfə olsun əmək haqqı almamışdır. Həmişə əmək haqqını tələb etdikdə ona demişdilər ki, pulunuz yığılır, hamısını bir yerdə alarsınız. Lakin işdən azad olunanda ona cəmisi 130 manat pul ödədilər. İşlədiyi müddət ərzində ödənilməyən əmək haqqı aşağıdakı kimidir: aprel 2019-cu il üçün 60 manat, may 2019-cu il üçün 200 manat, iyun 2019-cu il üçün 200 manat, iyul 2019-cu il üçün 200 manat, avqust 2019-cu il üçün 200 manat, sentyabr 2019-cu il üçün 260 manat oktyabr 2019-cu il üçün 260 manat, noyabr 2019-cu il üçün 260 manat, dekabr 2019-cu il üçün 260 manat, yanvar 2020-ci il üçün 260 manat, fevral 2020-ci il üçün 260 manat, mart 2020-ci il üçün 130 manat, işlədiyi müddət üçün Cavabdeh tərəfindən ödənilməyən əmək haqqı cəmi 2550 manat təşkil edir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5048/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi iddia rədd edilmişdir. Həmin qətnamədən iddiаçı İddiaçı apellyasiya şikayəti verərərk qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, hətta məhkəmə onun təqdim etmək istədiy sənədləri qəbul etməyərək çox qısa müddətdə işə baxılmasını yekunlaşdırmış və doğru olmayan bir qətnamə qəbul etmişdir. Onların kollektiv şəkildə müxtəlif aidiyyəti ünvanlara göndərdiyikləri məktuba cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 13 noyabr 2021-ci il tarixli **********1 saylı cavab məktubunda göstərilir ki, araşdırma zamanı onların 2019-cu ilin oktyabr- dekabr və 2020-ci ilin isə yanvar ayı üçün əmək haqqı almadıqları aşkar olunmuş və bununla əlaqədar Cavabdeh direktoru F.Əhmədov məsuliyyətə cəlb olunmuşdur. Həmin dörd ayın əmək haqqının ödənilməsi barədə məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. O, cavabdeh tərəfindən təqdim olunan sənədləri qəbul etmədiyini bildirmiş və həmin sənədlərin ekspertizaya göndərilməsini xahiş etmişdir, lakin məhkəmə onun haqlı tələbini əsassız olaraq təmin etməmişdir. Bir çox əmək haqqı cədvəllərində və başqa sənədlərdə onun imzası saxtalaşdırılıb. Əgər o, məhkəmə qətnaməsində göstərildiyi kimi 22.04.2020-ci ildə işdən azad olunmuşdursa, 02..03.2020-ci ildə son haqq-hesabını alması məntiqə uyğun deyil. İddiaçı ona işlədiyi dövr ərzində əmək haqqının ödənilmədiyini sübut etməli deyil. Əksinə əmək haqqı ödəmiş Şirkət əmək haqqının verilməsini sübut etməlidir. Çünki hərəkət etməli orqan hərəkəti sübut etməlidir, əgər məhkəmə tərəfindən obyektivlik göstərilsəydi və maaş cədvəlləri ekspertizaya göndərilsəydi, imzaların saxtalaşdırıldığı tam aşkar olunardı və bu barədə xüsusi qərardad qəbul edilməli idi. İddia müddətinin ötürülməsi barədə qeyd olunanlar həqiqəti əks etdirmir. Beləki, onlar pozulmuş hüquqlarının bərpa olunması barədə müxtəlif aidiyyatı orqanlara müraciət etmişdirlər. Pandemiya ilə əlaqədar çətinliklə məhkəməyə müraciət edə bilməmişdirlər. Məhkəmə iddia müddətini düzgün tətbiq etməmişdir. Belə ki, onun Dövlət Əmək Müfəttişliyinə göndərdiyi ərizəyə cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 13 noyabr 2020-ci il tarixli **********1 saylı cavab məktubunda cavab verilmişdir. Ona görə də iddia müddəti 13 noyabr 2020-ci ildən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5048/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır. Fərdi əmək mübahisələrində müddəti ilə bağlı məsələləri tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilir ki, görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər (296-cı maddənin 4, 3 və 6-cı bəndləri). Qeyd edilən müddəalardan göründüyü kimi pul tələbi ilə əlaqədar əmək mübahisələri üçün qanunvericilik, işçi hüququnun pozulduğunu bildiyi gündən məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddəti müəyyən etmiş, işçinin hüququnun pozulduğu günü isə qanun daha dəqiq göstərərək ƏM-nin 296-cı maddənin 3-cü bəndində göstərilən 3 əsasla (işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verilməsi) şərtləndirmişdir. Göründüyü kimi, əmək qanunvericiliyində yuxarıda qeyd edilən tələblərlə əlaqədar məhkəməyə müraciət etmə müddətini tənzimləyən xüsusi norma mövcuddur. İddia müddətinin tətbiqi məsələləri isə əmək qanunvericiliyində tənzimlənmədiyi üçün, bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları hüdudlarında öz həllini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 375.2-ci mаddəsinə əsаsən, məhkəmə tərəfindən iddiа müddəti yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıхаrılаnаdək vеrdiyi ərizə əsаsındа tətbiq еdilir. Mübаhisə tərəfinin tətbiq еdilməsi bаrədə ərizə vеrdiyi iddiа müddətinin kеçməsi məhkəmənin iddiаdаn imtinа bаrəsində qərаr çıхаrmаsı üçün əsаsdır. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti bаrədə aşağıdakılar qеyd еdilmişdir: birincisi, iddiа müddəti hüquq münasibətlərı iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizаmının nizamlanmasına kömək edir. İkinci, iddiа müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı şikayətində onun Dövlət Əmək Müfəttişliyinə göndərdiyi ərizəyə cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 13 noyabr 2020-ci il tarixli **********1 saylı cavab məktubunu əsas götürərək iddia müddətinin 13 noyabr 2020-ci ildən hesablanmalı olduğunu bildirsə, şikayətin bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddənin məzmunundan göründüyü kimi, iddia müddətinin başlandığı tarix Dövlət Əmək Müfəttişliyinin cavab məktubunun tarixi deyil, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Qərarında da göstərilmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İddia ərizəsindən və apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı 22.04.2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş və işlədiyi dövrlər ərzində əmək haqqının verilməməsi ilə bağlı cavabdehlə mübahisələr olmuşdur. İddiaçı iddia ərizəsini 29.05.2021ci il tarixdə poçt vasitəsi ilə Xətai rayon Məhkəməsinə ünvanlamış və 02.06.2021-ci il tarixdə dəftərxanada qeydiyyatdan keçmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia ərizəsini rədd etməkdə haqlı olmuşdur. Bu hala görə də iddiaçının şikayətinin digər dəlillərinə kollegiya münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5048/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5048/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9180/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9180/2021
29.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver