Məhkəmə qərarları › İş №2(103)-9216/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9216/2021

27.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9216/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Stelle Janice Elanie-nin Cavabdehnə qarşı ödənilməmiş əmək və məzuniyyət haqqının, əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsivəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Stelle Janice Elanie Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən indiyədək ödənilməmiş əmək haqqı məbləği olaraq 26,377.59 manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc olaraq 46,441.5 manat, işdən çıxarma müavinəti olaraq 5550 manat, ödənilməmiş məzuniyyət haqqı olaraq 10,223.68 manat, işçiyə vurulmuş maddi zərər olaraq 1000 manat və işçiyə vurulmuş mənəvi zərərin əvəzi olaraq 20,000 manat olmaqla cəmi 109,592.77 məbləğində vəsaitin X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2021saylı 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir Həmin qətnamədən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti vemişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayət ərizəsi qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir (361.1.4). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (364). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (366.2). Apellyasiya şikayətinin nəticə hissəsi bu şəkildə ifadə edilmişdir: “Şikayəti təmin edib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarasınız”. İş materiallarından aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Belə olan halda apelyatorun xahişi anlaşılan deyil. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-286/2021 saylı iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar