Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-925/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)- 3600/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2013-cü il təvəllüdlü X5 müalicə olunmasına görə çəkilmiş xərcin yarısının – 10.000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, 2(008)-524/2018 saylı mülki iş) onunla Cavabdeh arasında 15 sentyabr 2011-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah akt qeydləri kitabında 1385 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx xxxxxxx 2013-cü il təvəllüdlü X5 və xx xxxxxx 2015-ci il təvəllüdlü X7 onun himayəsində saxlanılması, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd), cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və xx.xx.2013-cü il təvəllüdlü X5 müalicə xərcləri ilə əlaqədar hər ay 100 manat məbləğində pulun onun xeyrimə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Nağıyeva, 2(103)- 7058/2018 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə-alimentin qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay qazancın 1/3 hissəsi və hər uşaq üçün hər ay 124 (bir yüz iyirmi dörd) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, qətnamənin apellyasiya baxışının predmetinin qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli iş № 2(102)-7851/18 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin və xx.xx.2013-cü il təvəllüdlü X5 müalicə xərcləriilə əlaqədar hər ay 100 manat məbləğində pulun onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılmış, qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X8 xx.xx.2013-cü il tarixdən həmin poliklinikada tibbi qeydiyyatdadır. Diqanoz-uşaq serebral iflici. Tetraparetik forma, (işdə olan Sabunçu Rayonu 22 nömrəli Uşaq Poliklinikasının 210 saylı, xx.xx.2019-cu il tarixli məktubu). Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 diaqnozu Uşaq Serebral iflic Tetraparetik forma xəstəliyidir. (Bakı şəhər Baş Səhiyyə idarəsi X6 tərəfindən verilən 545 nömrəli xx xxxx 2016- cı il tarixli epikriz). xx xxxxxxx 2013-cü il təvəllüdlü X10 müayinə olunmuş və uşağın sağlamlıq imkanlarının məhdudluğu, davamlı nəzərəçarpan hərəki pozuntular, ətrafın parezi, generalizə olunmuş, hiperkinezlər, koordinasiya pozulmaları və s. müəyyən edilmişdir. (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və reablitasiya xidməti 6 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli akt). Uzun müddətdir ki, uşağının müalicəsi üçün xeyli xərc çəkmişdir. Onun müalicə edilməsi, dərmanlarının alınması, müalicə olunması ilə əlaqədar xarici ölkələrə aparılması, nəqliyyat xərcləri və həmin ölkələrə müayinə və müalicələrə pul xərclənməsi onun tərəfindən həyata keçirilmişdir. İndiyədək bu xərclərin qarşılanması üçün cavabdeh tərəfindən pul xərclənməmişdir. xx xxxxxxx 2013-cü il təvəllüdlü X5 yuxarıda göstərilən ağır xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq aşağıdakı xərcləri çıxmışdır: 1). X9 adlı həkimə xx.xx.2018-ci il tarixdə 250 manat; 2). Maxaçkala-Sankt-peterburq aviablet üçün Əzimova Məryəmə görə xx.xx.2019- cu ildə 109,57 avro; 3). Maxaçkala-Sankt-peterburq aviablet üçün İddiaçı görə xx.xx.2019-cu ildə 75,34 avro; 4). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 3900 rubl; 5). Medera Hospitalda həkim qəbuluna xx.xx.2018-ci ildə 100 manat; 6). Hərtərəfli müayinə edilməsi üçün xx.xx.2019-cu il tarixdə 680; 7). Rusiyada “Miramistin” dərmanı üçün xx.xx.2019-cu il tarixdə 357 rubl; 8). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 2010 rubl; 9). Rentgen üçün Rusiyada xx.xx.2019-cu ildə 1450 rubl; 10). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 590 rubl; 11). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 534 rubl; 12). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 560 rubl; 13). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 9120 rubl; 14). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə 41.981,87 rubl; 15). Rusiyada bir sıra prosedurlar üçün xx.xx.2019-cu il tarixdə70.000 rubl; 16). Q.İ.Tumera adına X2 xx.xx.2019-cu il tarixdə 111.891,87 rubl; 17). Leninqrad-Moskva qatarına bilet üçün xx.xx.2019-cu il tarixdə Əzimova Məryəmə görə 541 rubl; 18). Leninqrad-Moskva qatarına bilet üçün xx.xx.2019-cu il tarixdə İddiaçı görə 1276,8 rubl; 19). Xüsusi tibbi ayaqqabı xx.xx.2019-cu il tarixdə 4997 rubl; 20). Moskva-Leninqrad qatarı Əzimova Məryəmə görə xx.xx.2019-cu il tarixdə 618,3 rubl; 21). Moskva-Leninqrad qatarı İddiaçı görə xx.xx.2019-cu il tarixdə 1495,2 rubl; 22). Sankt-peterburq-X13 görə xx.xx.2019-cu il tarixdə 618,3 rubl; 23). Sankt-peterburq-Moskva İddiaçı görə xx.xx.2019cu il tarixdə 1495,2 rubl; 24). Xüsusi tibbi ayaqqabı xx.xx.2019-cu il tarixdə 4997 rubl; 25). Rusiyada gips qoyma üçün xx.xx.2019-cu il tarixdə 530; 26). Ayaq üçün xüsusi ayaqqıbaya görə Rusiyada xx.xx.2019-cu il tarixdə 54.960 rubl; 27). Rusiyada müalicəvi masaj üçün xx.xx.2019-cu ildə 23.132 rubl; 28). Bakı-Leninqrad aviablet üçün xx.xx.2019cu il tarixdə 470,65 manat; 29). Bakı-Leninqrad aviablet üçün xx.xx.2019-cu il tarixdə 430,60 manat; 30). Leninqrad-İstanbul-Bakı aviabilet üçün xx.xx.2019-cu il tarixdə 405,26 manat; 31). Leninqrad-İstanbul-Bakı aviablet üçün xx.xx.2019-cu il tarixdə 445,38 manat; 32). xx.xx.2019-cu il tarixdə 150 avro; 33). X11 Mərkəzinə xx.xx.2017-ci ildə 60 manat; 34). Moskva-Bakı aviabilet üçün Əzimova Məryəm 175 avro; 35). Moskva-Bakı aviabilet üçün İddiaçı 175 avro; 36). Moskva-Bakı aviablet üçün İddiaçı görə 136 avro; 37). Moskva-Bakı aviablet üçün Əzimova Məryəmə görə 111 avro; 38). Bakı-Minsk-Vilnus- Minsk-Bakı aviablet üçün İddiaçı görə xx.xx.2019- cu il tarixdə 441,90 ABŞ dolları; 39). Bakı-Minsk-Vilnus-Minsk-Bakı aviablet üçün Əzimova Məryəmə görə xx.xx.2019-cu il tarixdə 441,90 ABŞ dolları; 40). X12 xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək müalicə olunması üçün 2272 avro; 41). Gürcüstanda xx.xx.2018-ci ildə 51; 42). Gürcüstanda xx.xx.2018-ci ildə 26; 43). Dərmanlar üçün Litvada xx.xx.2019-cu il tarixdə 50,60 avro; 44). X17 həkim qəbuluna xx.xx.2018-ci ildə 35 manat. Göstərilən xərclər onun tərəfindən ödənilmişdir. Qeyd etdiyi kimi bu xərclər uşağın müalicəsinə, müayinə edilməsinə, bu məqsədlə onun xarici ölkələrə aparılması üçün nəqliyyat, otel və xərclərinə sərf olunmuşdur. Ümimilikdə indiyədək 20.000 manat məbləğində xərc çəkilmişdir.Qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, çəkdiyi xərcin yarısı - 10.000 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Qeyd edilənlər iddia ərizəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(102)- 7851/2018 №-li qərarı, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)- 7058/2018 №-li qətnaməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 2(008)-5441/2019 №-li qətnaməsi, mədaxil qəbzləri, ödənişli tibbi xidmətlərin göstərilməsi barədə müqavilə, göndəriş və digər sənədlərlə təsdiqlənir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 3600/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx xxxxxxx 2013-cü il təvəllüdlü X5 müalicə olunmasına görə çəkilmiş xərcin yarısı, yəni 10.000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3600/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş hüquqlarının pozulduğunu qeyd etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hesab edir ki, birinci instansiya məhkəməsi qanunu səhv təfsir etmişdir. Belə ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, xx.xx.2013-cü il təvəllüdlü X5 müalicə xərclərilə əlaqədar hər ay 100 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi vardır. Bundan başqa məhkəmə tərəfindən 20 000 manat vəsaitin həqiqiətən iddiaçı tərəfindən xərclənməsi və həmin vəsaitin xərclənməsinin zəruri olması araşdırılmamışdır. Bunu da məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, o, ağır xəstədir və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Məhkəmə hüquq pozuntularla yanaşı iddiaçı tərəfindən uşağın müalicəsi məqsədi ilə 44 fakt üzrə göstərdiyi çəkilən xərci hər bir fakt üzrə araşdırmadan və onları sənədlərlə sübuta yetirmədən qərar qəbul etmişdir. İddiaçının 44 akt üzrə göstərdiyi siyahıdan görünür ki, iddiaçı 2019-cu ildə bütün il boyu başqa ölkələrdə olmuşdur, ancaq siyahıda nə onun mehmanxana, nə də yemək xərcləri göstərilməmişdir. Siyahının 2-ci və 3-cü bəndindən görünür ki, x xxxx 2019-cu il tarixdə X4 şəhərinə uçmuş və oradan aprel 2019-cu il tarixdə qatarla Moskvaya getmişdir. Həmin ərəfədə, yəni 03 martdan, xx xxxxx 2019-cu ilədək guya bir sıra proseduralar üçün 232395 rubl vəsait xərcləmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, həmin proseduralar nədən ibarət olmuşdur. Siyahının 19-cu bəndində göstərilir ki, xx xxx 2019-cu il tarixdə xüsusi tibb ayaqqabı almaq üçün 4997 rubl xərcləmişdir. Siyahının 14-cu bəndində də xüsusi tibbi ayaqqabı almaq üçün xx xxxx 2019-cu il tarixdə yenə 4997 rubl xərcləndiyi göstərmişdir. Məhkəmə tərəfindən aydınlaşdırılmamışdır ki, bir ayın içərisində 3 ayaqqabının alınması zəruriliyi nədən ibarət olmuşdur. Ümumiyyətlə iddiçının məhkəməyə təqdim etdiyi xərc siyahasında ziddiyyətli məqamlar araşdırılmamışdır. Hesab edir ki, iddiaçının əsassız tələb etdiyi xərcin həqiqiliyini müəyyən etmək üçün onun Azərbaycandan çıxarkən Gömrük Sərhəd Məntəqəsində özü ilə nə qədər valyuta aparması baradə verdiyi bəyannaməni məhkəmə sorğu ilə tələb etməli idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəfin izahatını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, ... Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. ... Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndində göstərilir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5441/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X8 xx.xx.2013cü il tarixdən həmin poliklinikada tibbi qeydiyyatdadır. Diqanoz-uşaq serebral iflici. Tetraparetik forma, (işdə olan Sabunçu Rayonu 22 nömrəli Uşaq Poliklinikasının 210 saylı, xx.xx.2019-cu il tarixli məktubu). Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X1 diaqnozu Uşaq Serebral iflic Tetraparetik forma xəstəliyidir. (Bakı şəhər Baş Səhiyyə idarəsi X6 tərəfindən verilən 545 nömrəli xx xxxx 2016-cı il tarixli epikriz). xx xxxxxxx 2013-cü il təvəllüdlü X10 müayinə olunmuş və uşağın sağlamlıq imkanlarının məhdudluğu, davamlı nəzərəçarpan hərəki pozuntular, ətrafın parezi, generalizə olunmuş, hiperkinezlər, koordinasiya pozulmaları və s. müəyyən edilmişdir. (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və reablitasiya xidməti 6 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx xxxxx 2016-cı il tarixli akt). Uzun müddətdir ki, uşağının müalicəsi üçün xeyli xərc çəkmişdir. Onun müalicə edilməsi, dərmanlarının alınması, müalicə olunması ilə əlaqədar xarici ölkələrə aparılması, nəqliyyat xərcləri və həmin ölkələrə müayinə və müalicələrə pul xərclənməsi onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə kollegiyası, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun xəstəliyini, uşağın müayinəsi və müalicəsi üçün çəkilmiş xərcləri nəzərə alaraq hesab edir ki, xx xxxxxxx 2013-cü il təvəllüdlü X5 müalicə olunmasına görə çəkilmiş xərcin yarısı, yəni 10.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 3600/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-925/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-925/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver