Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-925/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin azaldılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması və borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-576/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı 18 fevral 2011-cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından 06 may 2011-ci il tarixdə X9, 10 iyun 2012-ci il tarixdə X7 və 21 avqust 2013-cü il tarixdə X10 adlı, üç övladları doğulmuşdur.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)- 389/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə X8 arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra onların birgə nikahından 06 may 2011-ci il tarixdə doğulmuş X9, 10 iyun 2012-ci il tarixdə doğulmuş X7 və 21 avqust 2013-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh himayəsinə verilməsi, məhkəməyə müraciət olunduğu 16 may 2022-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
3. X11 ilə İddiaçı faktiki nikah münasibətlərindən xx.xx.2022-ci il tarixdə X12 və xx.xx.2023-cü il tarixdə X13 adlı iki övladları doğulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsini və onun 10.422 manat aliment borcunun 7.722 manat hissəsini ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla nikahı pozulduqdan sonra X11 ilə faktiki nikah münasibətinə girmişdir. Elə həmin dövrdə onun X11 ilə faktiki nikah münasibətindən 21 sentyabr 2022-ci il tarixdə bir qız, 19 iyul 2023-cü il tarixdə bir oğlan uşaqları doğulmuşdur. Məhkəmədə işə baxıldığı zaman onun himayəsində səkkiz aylıq körpəsi olmuş, eyni zamanda, həmin dövrdə yenidən hamilə qalmışdır. Onun 2-ci övladı məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi çıxarıldıqdan 2 ay sonra doğulmuşdur. İkinci dəfə ailə həyatı qurmasından və himayəsində körpə övladlarının olmasından məlumatsız olan məhkəmə, qətnamədə hər uşaq üçün ondan 193 manat aliment tutmuşdur. Lakin hazırda onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Övladları körpə və südəmər olduğundan övladlarına baxmaqla məşğuldur. Hazırda heç yerdə işləmir, evdar qadındır və aylıq gəliri, vəsaiti, ali təhsili yoxdur. İş yeri olan qadınlara belə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə hamilə vaxtı və uşaq doğulduqdan 3 yaşına çatanadək sosial güzəştlər nəzərdə tutulur. Lakin məhkəmə qətnamədə bu halları nəzərə almamışdır. Başa düşür ki, övladlarının saxlanmasına görə hər iki valideyn bərabər məsuliyyət daşıyır. Lakin o, hər uşaq üçün 193 manat məbləğində aliment ödəmək iqtidarında deyil. O, hər uşaq üçün hər ay 50 manat, ümumilikdə 150 manat məbləğində aliment ödəyə bilər. O, həmin məbləği hazırda faktiki nikah münasibətlərində olduğu şəxsin köməyi ilə ödəməyə çalışar. Ondan alimentin tutulması 16 may 2022-ci il tarixdən hesablanmağa başlanılmışdır və onun aliment borcu 10.422 manat təşkil edir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(003)- 576/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslar işləməməsi, evdar qadın olması, ikinci dəfə nikaha girməsi və həmin nikahdan iki övladının doğulması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə pisləşmə olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 17 may 2023-cü il tarixdə qətnamə çıxarılarkən bu əsaslar nəzərə alınmışdır. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qazancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda iddiaçı əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən edilmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyyəsinə pis təsir edə bilər. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(003)-576/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişlər. Daha sonra cavabdehlə münasibətləri korlanmış, buna görə də 2021-ci ilin sentyabrında cavabdehlə birgə yaşadığı evi tərk edib ata evinə qayıtmışdır. Cavabdehlə nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə pozulmuş azyaşlı 3 övladlarının atanın yanında qalması qət edilmişdir. Bu barədə Sabunçu rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə qeyd aparılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. O, cavabdehlə ayrıldıqdan sonra X11 ilə birgə yaşamış və faktiki ailə münasibətlərində olmuşdur. Elə həmin dövrdə faktiki nikahlarından 2 övladları - xx.xx.2022-ci ildə 1 qız uşağı və xx.xx.2023-cü ildə isə 1 oğlan uşağı doğulmuşdur. Məhkəmə işə baxıldığı zaman onun himayəsində 8 aylıq körpəsi olmuş və eyni zamanda həmin dövrdə yenidən hamilə olmuşdur. 2-ci övladı məhkəmənin yuxarıda qeyd etdiyi qətnaməsi çıxarıldıqdan 2 ay sonra doğulmuşdur. Onun 2-ci dəfə ailə həyatı qurmağından və himayəsində körpə övladlarının olmasından məlumatsız olan məhkəmə qətnaməsində hər uşaq üçün ondan 193 manat aliment tutulması qənaətinə gəlmişdir. Lakin hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı yoxdur. Belə ki, övladları körpə və südəmər olduğundan onlara baxmaqla məşğuldur, heç bir yerdə işləmir, evdar qadındır. Onun heç bir aylıq gəliri, vəsaiti, ali təhsili yoxdur. İş yeri olan qadınlara belə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə hamilə vaxtı və uşaq doğulduğu zamandan 3 yaşına çatanadək sosial güzəştlər nəzərdə tutulur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçının müəyyən olunmuş aliment miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslar: işləməməsi, evdar qadın olması, ikinci dəfə nikah qurması və həmin nikahdan iki uşağının doğulması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Göründüyü kimi, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra onun ailə vəziyyətində dəyişiklik olmuş və övladlarına qulluq etməsi səbəbindən işləyə bilməmişdir. Hakim iş üz rə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən, çıxış üçün tərəflərə söz vermədən və tərəflərin replika hüququnun istifadə üçün şərait yaratmadan müşavirə otağına getmişdir.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-2603/2024 saylı qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və M.A.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(003)-576/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.
15. Həmçinin kollegiya qeyd etmişdir ki, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
17. Həmin qətnamədən iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti vermişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2795/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-2603/2024 saylı qətnaməsi qismən - iddianın alimentin miqdarının azaldılması tələbinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
19. Məhkəmə kollegiyası, iddianın - alimetin miqdarının azaldılmasının rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə almamaqla apellyasiya instansiyası məhkəməsinin Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozduğunu qeyd etmişdir.
20. Belə ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə tərəflərin maddi, ailə vəziyyətlərini, onların gəlirlərini, digər qazanc mənbələrini, təhsillərini, hansı peşəyə sahib olmalarını, iş yerlərini, yaşayış səviyyələrini, əmlak vəziyyətlərini, habelə tərəflərin özlərini və onlarla birlikdə yaşayan ailə üzvlərini saxlamaq üçün minimum tələbatlarını ödəməyə maddi imkanlarının olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Halbuki, işdən görünür ki, sözügedən qətnamə ilə X14 Qəniyevin xeyrinə tutulacaq alimentin miqdarı hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində müəyyən olunduqdan sonra, iddiaçının həm ailə, həm də maddi vəziyyətində dəyişikliklər baş verib.
21. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi - işləməməsi, evdar qadın olması, ikinci dəfə nikaha girməsi və bu nikahdan iki övladının doğulması barədə əsasların qeyd olunan qətnamə çıxarılarkən nəzərə alındığını və həmin əsasların iddiaçının maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edən hal kimi qəbul edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmamışdır.
22. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklər tam, hərtərəfli və obyektiv yoxlanılmalı və onun hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanın olub-olmadığı, aliment borcunun yaranma səbəbləri araşdırılmalı, nəticəsindən asılı olaraq mübahisələndirilən hissədə iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh apellyasiya şikayətinə etiaz edərək təmin olunmamasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, qarşı tərəf heç bir aliment ödəmir. Onların ümumi 3 uşağı vardır, qarşı tərəfin digər nikahdan iki uşağı vardır. İddiaçı işləmir. 32 yaşı vardır. Hazırda ikinci həyat yoldaşı ilə yaşayır. Aliment məbləğinin azaldılmasından narazıdır. Qarşı tərəfə dəfələrlə ortaq məxrəcə gəlmək üçün təklif etmişdir, lakin gəlmir. Özü isə üçüncü qrup əlildir, heç bir yerdə işləmir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Həmçnin nəzərə alınmalıdır ki, iş üzrə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin əvvəlki qərarını qismən - alimentin miqdarının azaldılması tələbinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin “alimentin miqdarının azaldılması tələbinin rədd olunması” hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
29. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
30. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
31. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
32. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
33. 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.
34. 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi vəailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.
35. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcununşəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
36. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
37. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olubolmamasını və sair məsələləri nəzərə almalıdırlar.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.
39. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 18 fevral 2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından 6 may 2011-ci il tarixdə Nuray, 10 iyun 2012-ci il tarixdə Zeynəb və 21 avqust 2013-cü il tarixdə Hüseyn adlı üç övladları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra hər üç uşaq atası Cavabdeh himayəsinə verilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 16 may 2022-ci il tarixdən başlayaraq Rzazadə (Qəniyeva) Könül Ədalət qızından Cavabdeh xeyrinə hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
40. Həmçinin işdən görünür ki, tərəflərin nikahları pozulduqdan sonra Rzazadə (Qəniyeva) Könül Ədalət qızının X11 ilə faktiki ər-arvad münasibətlərindən 21 sentyabr 2021-ci il tarixdə bir qız uşağı; 19 iyul 2023-cü il tarixdə isə bir oğlan uşağı doğulmuşdur.
41. Hazırda iddiaçı, məhkəmə tərəfindən alimentin miqdarı hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində müəyyən olunduqdan sonra, ailə və maddi vəziyyətində dəyişikliyin baş verdiyinə istinadən cavabdehin xeyrinə ondan tutulacaq alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyini göstərərək iddiaya etiraz edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. İddiaçının istinad etdiyi hallara uyğun gələn iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
44. Beləliklə bu kateqoriyadan olan işlərə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun xeyrinə aliment tutulan şəxsin təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
45. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər.
46. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsin alimenti ödəmək vəzifəsindən azad edə bilər.
47. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın - alimetin miqdarının azaldılmasının rədd olunması hissəsində birinci instansiya məhkəməsi haqlı olmamış, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə almamaqla Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir.
48. Belə ki, birinci instansiya məhkəməsi ümumiyyətlə tərəflərin maddi və ailə vəziyyətlərini, onların gəlirlərini, digər qazanc mənbələrini, təhsillərini, hansı peşəyə sahib olmalarını, iş yerlərini, yaşayış səviyyələrini, əmlak vəziyyətlərini, habelə tərəflərin özlərini və onlarla birlikdə yaşayan ailə üzvlərini saxlamaq üçün minimum tələbatlarını ödəməyə maddi imkanlarının olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
49. Halbuki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində müəyyən olunduqdan sonra, iddiaçının həm ailə, həm də maddi vəziyyətində dəyişikliklər baş verib. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunarkən iddiaçının himayəsində səkkiz aylıq körpəsi olub və qətnamə çıxarıldıqdan iki ay sonra onun Həsən Aşumovla faktiki nikah münasibətlərindən ikinci övladı doğulub. Belə olan halda isə iddiaçı həm cavabdehlə birgə nikahından doğulmuş üç övladını, həm də X11 ilə faktiki nikahından doğulmuş iki övladını saxlamağa borcludur.
50. Beləliklə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində açıq-aşkar dəyişikliklərin baş verdiyi, yəni uşaqların sayı artdığı üçün onun maddi vəziyyətinin də ağırlaşdığı müəyyən edilir. Bu fakt iddiaçının cavabdehə ödənilməmiş 10.422 manat aliment borcunun olması ilə də təsdiq olunur. Belə ki, hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı olmadığı səbəbindən onun aliment üzrə borcu yaranmışdır.
51. Araşdırılmalı məsələlərə Rzazadə (Qəniyeva) Könül Ədalət qızının münasibətini öyrənmək məqsədilə, o, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, buna baxmayaraq məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bununla belə, kassasiya instansiyası məhkəməsinin qoyduğu göstərişlərə uyğun olaraq AZEMİS elektron məhkəmə sistemindən əldə olunan məlumatlara əsasən, iddiaçının heç yerdə işləmədiyi, ali təhsili olmayan evdar qadın olduğu, ikinci dəfə nikaha girdiyi və bu nikahdan iki övladının olduğu müəyyən edilmişdir. İş materiallarında onun aylıq qazancı və başqa gəlirlərinin olması barədə heç bir sübut yoxdur.
52. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halların məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçının məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi əslində bu halların alimentin miqdarı müəyyən olunduqdan sonra yaranıbyaranmadığını, halların tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsinə əsas olub-olmadığını, bunun xeyrinə aliment tutulan şəxsin təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada araşdırmamışdır.
53. Belə olan halda məhkəmə kollegiyası iş üzrə ədalətli nəticəyə gəlmək üçün uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, bununla da iddiaçının, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri, özünün və daha sonra doğulmuş uşaqların də saxlanılması üçün minimum tələbatını ödəyə bilməməsi və diqqətəlayiq digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Rzazadə (Qəniyeva) Könül Ədalət qızından Cavabdeh xeyrinə tutulan aliment məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Rzazadə (Qəniyeva) Könül Ədalət qızından Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 (120:400) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
54. Belə ki, məhkəmə kollegiyası uşaqların mənafelərini nəzərə alaraq həmçinin hesab edir ki, uşaqların saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Belə ki, müvafiq məbləğdə təyin olunan aliment məbləğinin tədricən öz real dəyərini itirməsi ehtimalı aliment hesablanarkən inflyasiyanın nəzərə alınmasını şərtləndirir.
55. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
56. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-576/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsi iddiaçı Rzazadə (Qəniyeva) Könül Ədalət qızının Cavabdeh qarşı "alimentin azaldılması" hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə Rzazadə (Qəniyeva) Könül Ədalət qızından Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Rzazadə (Qəniyeva) Könül Ədalət qızından xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev