Məhkəmə qərarları › İş №2(103)-9250/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9250/2021

30.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9250/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin ipotekasına xitam verilsin, həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülük ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ümumiyyətlə mövcud deyildir. İş materiallarında səhifə 57-58-də 27 aprel 2021-ci il tarixli məhkəmə iclasının protokolu, səhifə 59-da 27 aprel 2021-ci il tarixli qətnamədən çıxarış, 60-61-ci səhifələrdə məhkəmə qəbzləri, səhifə 62-də 27 aprel 2021-ci il tarixli qətnamənin tərəflərə göndərilməsi barədə 07 iyun 2021-ci il tarixli məktub, səhifə 63-də 24.06.2021-ci il tarixli reyestr, səhifə 64-66-da poçt qəbzləri, səhifə 67-77-də isə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər sıra nömrəsi ilə nömrələnmişdir. Ona görə də, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar