Məhkəmə qərarları › İş №2(103)-9270/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9270/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9270/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (atası) Nümayəndə1, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еdərək, 26.09.2007-ci il təvəllüdlü X5 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 500 manat məbləğində aliment qismində onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdehlə aralarındakı 24.12.2005-ci il tarixli nikah Qaradağ Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahları dövründə 26.09.2007-ci il təvəllüdlü X5 və X6 anadan olmuşlar. Məhkəmənin 06.03.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikahın pozulması, qızları Sahibə və Səbirə Allahverdiyevaların onunla qalmaları qət edilmişdir. Həmin vaxtdan da qızları onun himayəsində, onunla qalırlar. Cavabdeh isə uşaqların saxlanılması üçün ona heç bir maddi yardım etmir. Əksinə hər vasitə ilə bu yardımdan yayınmağa çalışır. Bu maddi yardıma isə onun ciddi ehtiyacı vardır. Belə ki, artıq qızları böyümüşlər və onların saxlanılmaları üçün əhəmiyyətli vəsait tələb olunur. Hesab edir ki, qızları Sahibənin və Səbirənin saxlanılmaları üçün onların hər biri üçün cavabdehdən hər ay 250, cəmi 500 manat məbləğində aliment tutulması məqsədəuyğun olar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 26 sentaybr 2007-ci il təvəllüdlü X2 və X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh 26 avqust 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 155 manat olmaqla, cəmi 310 manat sabit pul miqdarında aliment (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(007)-213/2020 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq İddiaçı verilməsi, alimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilədən saxlanılmasını xahiş etmişdir. Həmçinin, nümayəndə qeyd etmişdir ki, cavabdeh hal hazırda işləmir və “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğun və sosial dayanıqlılığın təmin olunmasına dair” Proqrama qoşulmuşdur. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 22 fevral 2019cu il tаriхdə vеrilmiş nikahın pozulması haqqında şəhаdətnаmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh оğlu və X4 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydiləri kitabında 22 fevral 2019-cü il tarixdə 36 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Allahverdiyev, qadına Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhаdətnаmələrdən görünür ki, X8 və X9 26 sentyabr 2007-ci il tаriхdə Bakı şəhərində doğulmuşlar. Ataları Cavabdeh оğlu, anaları X1r. Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə görə isə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi Cavabdeh hazırda sabit pul məbləğində hər ay hər uşaq üçün 155 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı uşaqların saxlanılması üçün məhz sabit pul məbləğində aliment ödənilməsini tələb etmiş və məhkəmə də bunu nəzərə alaraq alimenti sabit pul məbləğində müəyyənləşdirmişdir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırda cavabdehin işləmədiyini və sosial proqrama qoşulduğunu nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-91/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar