Məhkəmə qərarları › İş №2(103)-928/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-928/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-928/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil İsfəndiyar oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı xanın cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-221/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “xxxx” ASC tərəfindən, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi sığortalanmışdır. 2018-ci ilin dekabr ayında sözügedən daşınmaz əmlak yer sürüşməsi hadisəsi nəticəsində zədələnmişdir. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert rəyinə əsasən daşınmaz əmlaka külli miqdarda zərər dəymişdir. Əmlaka külli miqdarda zərər dəyməsinə baxmayaraq, sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 0848/İ nömrəli imtina məktubunun (qərarının) təhlilindən belə nəticə çıxarmaq olar ki, sığortaçı Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sığortaçının xx.xx.2019-cu il tarixli, 0848/İ nömrəli imtina məktubu (qərarı) qanunsuz və əsassızdır. Əldə olunan sübutlardan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 1-ci vağzal küçəsi ev 2A fərdi yaşayış evi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “xxxx” ASC tərəfindən RPA ********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi icbari qaydada sığortalanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilən arayışdan müəyyən olur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi torpaq sürüşməsi nəticəsində zədələnmişdir. Göstərilənlərə əsasən cavabdeh “xxxx” ASC-dən 25 000 (iyirmi beş min) manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və 30 manat dövlət rüsumumun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” ASC-dən 24.750 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumumun əvəzi olmaqla, cəmi 24780 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-221/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.780 (iyirmi dörd min yeddi yüz səksən) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-221/2020 nömrəli qətnaməsindən cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmı̇ yyətı̇ apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-cı il tarixli, 2(006)-221/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində hadisə barədə məlumatın vaxtında verilməməsi ilə bağlı cavabdeh bildirir ki, hadisənin araşdırılması zamanı Sığortaçıya təqdim edilməyən, lakin məhkəmə baxışı zamanı aşkara çıxan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli arayışı özündə bir çox şübhəli məqamlara səbəb olur. Belə ki, “baş verməsi” qeyd edilən hadisə barədə sığortaçı xx.xx.2018-ci il tarixdə məlumatlandırılmasına baxmayaraq, dövlət orqanının “Qaynar xəttinə” 15 gün öncə, yəni xx.xx.2018-ci il tarixdə məlumat verilmişdir. Bundan başqa, nədənsə Sığortaçıya məlumat verilənədək artıq xx.xx.2018-ci il tarixdə Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planaalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən araşdırmalar belə aparılmış, müvafiq nəticəyə gəlinmişdir. Bu araşdırmanın nəticəsinin Sığortaçıya sığorta tələbi barədə müraciət edilərkən təqdim edilməməsi həmin arayışın hansı zamanda tərtib edilməsində ciddi şübhələr yaradır. Bundan başqa, mülki işlə əlaqədar təyin edilmiş ekspertiza rəylərində də ziddiyyətlər mövcuddur. Belə ki, ekspert Xəyyam İsgəndərov tərəfindən xx xxxx 2020-ci il tarixli, 10/673 saylı ekspert rəyi tərtib edilmişdir. Həmin rəy qanunvericiliyin tələblərinin ciddi formada pozulması ilə müşayiət olunmuşdur. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Xəyyam İsgəndərov tərəfindən rəy hazırlanarkən iş materiallarında olan zərərçəkənin öz imzası ilə təsdiq edilmiş izahatında qeyd olunan xüsusatlar ilə bağlı tədqiqat aparılmamış, araşdırmalar yalnız bugünkü şübhəli nəticəyə xidmət edən istiqamətdə hansısa maraq fonunda aparılmışdır. Ekspert qərəzli formada tərəfin özünün izahatlarını gizlədərək iş materiallarında olmayan, sonradan təqdim edilmiş arayış və rəylər vasitəsi ilə hazırki məqsədli qənaətə gəlmişdir. Çatların nə zaman yaranması ilə bağlı ekspert qoyulan sualları cavablandırarkən ekspert təcrübəsində yoxlanılmış metodika və texniki normativ akt olmadığı üçün, fərdi yaşayış evində çatların nə zaman yaranmasını müəyyən etməyin mümkün olmadığını qeyd etsə də, nəticə hissəsində çatların xx.xx.2018-ci il tarixində yaranması qənaətinə gəlmişdir. Bu qənaətə gəlməsinin əsası kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən xx.xx.2018-ci ildə ərazidə aparılan mühəndis-geoloji və hidrogeoloji araşdırmaların nəticəsini qeyd etmişdir. Hansı ki, bu araşdırmanın nəticəsi də özündə böyük şübhələr doğurur. Halbuki, iddiaçı sığorta ödənişi tələbi ilə bağlı müraciət edərkən verdiyi izahatında sözügedən əmlakın divarlarındakı çatların sığorta müddətindən əvvəl, yəni 2017-ci ildə meydana gəldiyini qeyd etmişdir. Çatların və çökmənin yaranma səbəbi ilə bağlı: Azərbaycan Respublikası FHN X1 Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli rəydə, eyni zamanda ekspert rəylərində evin otaqlarının birinin alt hissəsində döşəməaltı zirzəminin qazılması qeyd olunmuşdur. Həmçinin, damdan axan atmosfer suları birbaşa evin divarının dibinə axır ki, bu da yolverilməzdir. Məhz evin arxa divarında yaranmış çat özülün qeyd edilən səbəblərdən çökməsini göstərir. Ekspert rəylərində bu cür ciddi əsaslar qeyd edilməsinə baxmayaraq, nəticə hissəsində nəzərə alınmamışdır. Bundan başqa, mühəndis-geoloji və hidrogeoloji araşdırmalar sadəcə həmin ərazidə sürüşmə faktının olub-olmamasını müəyyən etdiyi nəzərə alınmayıb. Ərazidə sürüşmə-çökmə olduğu halda ətrafda olan heç bir tikilidə zərərin baş verməməsi, bununla da bu əmlakın əvvəlcədən qəzalı olması, hadisənin məhz sığorta müqaviləsinin bağlanmasından əvvələ təsadüf etməsini göstərir. Əmlaka dəymiş zərərin məbləği ilə bağlı cavabdeh bildirir ki, əmlaka dəymiş zərərlə bağlı hər hansı əsaslı ekspert işi aparılmamış, yalnız iddiaçı tərəfindən təqdim edilmiş ziyanın dəyərinin mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən olunmuşdur. İddia tələbinə əsasən iddiaçı əmlaka dəymiş zərər məbləğinin 25 000 (iyirmi beş min) manat olduğunu göstərmişdir. Göstərilən bu rəqəmlər əsassızdır və sığorta bazarının müstəqil iştirakçısı olan “X8” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixində tərtib edilmiş Qiymətləndirmə aktı ilə uyğun gəlmir. Ekspert qarşısında qoyulmuş suallardan biri əmlaka dəymiş zərərin qiymətləndirilməsi olduğu halda, ekspert mütəxəssis rəyindəki qiymətlərin mövcud bazar qiymətlərinə uyğun olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən həm iddiaçının hesablamaları, həm də ekspertizanın gəldiyi nəticələr şübhə doğurur və göstərdikləri məbləğlər əsassızdır. Bununla bağlı, tərəfimizdən məhkəməyə əmlaka dəymiş zərərin yenidən hesablanması üçün əmtəəşünsalıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə birtərəfli mövqe tutmaqla vəsatəti təmin etməmişdir. Hesab edirlər ki, qeyd edilən qətnamə maddi və prossesual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil İsfəndiyar oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 46 saylı reyestr kitabının 6923 nömrəli vərəqində 30/6923 nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli,BA № 898830 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş “ünvan 2 ünvanın yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında” xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, sözügedən ünvanda sürüşmə-çökmə prosesi baş vermişdir. Proses nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar, deformasiyalar əmələ gəlmişdir. Təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 0848/1 saylı məktubdan görünür ki, S.Doquşevaya məxsus yaşayış evinə dəymiş zərər çox daha öncədən mövcud olmuşdur. Belə ki, izahatda bildirimişdir ki, əmlakın divarlarında xırda çatlar 2017-ci ildən etibarən, yəni əmlak sığortalanmazdan öncə mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X2 Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 1993-ci ildə tikilmiş, ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 38,9 kv.m, yardımçı sahəsi 35,0 kv.m, dam örtüyü şifer, divarları mişar daşından olan 2 (iki) otaqlı, kürsülü fərdi yaşayış evində yaranmış çatların xarakterlərinə əsaslanaraq onların ərazidə baş vermiş sürüşmə hadisəsi səbəbindən yaranması müəyyən edilir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində, tədqiq olunan ünvanda yerləşən yaşayış evində yerinə yetiriləcək müxtəlif növ təmir-bərpa işlərinin təqribi ehtimal olunan dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 26719,00 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15645 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 11 saylı arayışın məlumatlarını nəzərə alaraq, 2018-ci ildə mövsüm ərzində düşən atmosfer yağıntılarının və digər texnogen amillərin təsirindən tikilinin əsasını təşkil edən qruntun yuyulması nəticəsində torpağın dayanıqlığının zəiflədiyi, tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətlərdə çat və deformasiyaların əmələ gəldiyi müəyyən edilir, ekspert tərəfindən keçirilmiş baxış zamanı aşkar olunmuş tikinti konstruksiyalarının faktiki vəziyyətinə və yuxarıda qeyd olunan mütəxəssis rəylərinə əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində mövcud olan çatların öz forma, ölçü və xarakterinə görə 2018-ci ildə mövsüm ərzində atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökməsi və sürüşməsi nəticəsində yarandığı və yaranmış çatlar nəticəsində həmin fərdi yaşayış evinin qəzalı hala düşdüyü müəyyən edilmişdir, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinin, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 11 saylı arayışın məlumatlarına əsasən, sözügedən ərazidə 2018-ci ildə mövsüm ərzində (avqust-dekabr) atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökmə-sürüşməsi prosesi baş vermiş, evdən 1,5 - 2,0 metr məsafədə də torpaqda eni təxminən 40-50 mm olan aralanmalar və çökmələr əmələ gəldiyi müəyyən edilir, Azərbaycan Respublikasının Maliyyə X2 Sığorta sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş X4 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın dəyəri 26719,00 manat məbləğində təşkil etdiyi və smetada qeyd olunan qiymət normalarının mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/673 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin tikinti normalarına uyğun şəkildə inşa olunduğu müəyyən olunur. Ekspert təcrübəsində yoxlanılmış metodika və texniki normativ akt olmadığı üçün fərdi yaşayış evində çatların nə zaman yaranmasını müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı Novruzəli qızının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə xx.xx.2018-ci il tarixli müraciət edildiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazidə mühəndis-geoloji və hidrogeoloji araşdırmalar aparılaraq yaranmış çatlar mövsüm ərzində düşən intensiv atmosfer yağıntılarının və digər texnogen amillərin təsiri nəticəsində sözügedən yaşayış evinin yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətlərdə çat və deformasiyaların əmələ gəldiyini nəzərə alaraq, İddiaçı Novruzəli qızının adına qeydiyyata alınmış fərdi yaşayış evində çatlar təqribən payız-qış aylarında yaranaraq, həmin çatların dekabr aylarında yaranmağa xarakterik (xx.xx.2018-ci tarixindən sonra) olduğu müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu işin faktiki hallarına və sığorta sahəsində qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 2018-ci ilin dekabr ayında yer sürüşməsi hadisəsi nəticəsində zədələnmişdir. Bununla əlaqədar İddiaçı aralarında bağlanmış “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı məxsus yaşayış evinə dəymiş zərərin sığorta müqaviləsi bağlanmamışdan daha öncə mövcud olduğunu əsas gətirərək, söğorta məbləğini ödəməkdən imtina etmişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı (təyin edilmiş ekspertiza rəylərinə əsasən) müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində mövcud olan çatların öz forma, ölçü və xarakterinə görə 2018-ci ildə mövsüm ərzində atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökməsi və sürüşməsi nəticəsində yarandığı və yaranmış çatlar nəticəsində həmin fərdi yaşayış evinin qəzalı hala düşdüyü müəyyən edilmiş, sözügedən ərazidə 2018-ci ildə mövsüm ərzində (avqust-dekabr) atmosfer yağıntıları və digər texnogen amillərin təsirindən qruntun (torpaq qatının) çökməsürüşməsi prosesi baş vermiş, evdən 1,5-2,0 metr məsafədə də torpaqda eni təxminən 40-50 mm olan aralanmalar və çökmələr əmələ gəldiyi müəyyən edilmiş, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın dəyəri 26719 manat hesablanmış və smetada qeyd olunan qiymət normalarının mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh evdə yaranmış çatların və çökmələrin sığorta hadisəsi baş verməmişdən əvvəl yarandığını, bununla da həmin evin sığorta müqaviləsi bağlanarkən artıq qəzalı vəziyyətdə olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «İcbari sığortalar haqqında» AR Qanununun 35.3.3-cü maddəsinə əsasən qəzalı vəziyyətdə olan daşınmaz əmlakın icbari sığortaya cəlb olunmasına yol verilmir. Lakin cavabdeh "xxxx" ASC İddiaçı məxsus daşınmaz əmlakın icbari sığortalanmasını həyata keçirmişdir. Belə olan halda, cavabdeh sığorta təşkilatının iddiaçıya məxsus daşınmaz əmlakı qəzalı vəziyyətdə olduğu halda icbari sığorta etməsi anlaşılan deyildir. İddiaçının hadisə barədə sığortaçıya vaxtında müraciət etməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının baş vermiş sığorta hadisəsi ilə bağlı sürüşmə baş verdikdən sonra əvvəlcə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə, bundan bir neçə gün sonra isə sığortaçıya müraciət etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmçinin, «İcbari sığortalar haqqında» AR Qanununun 22.2.4-cü maddəsinə əsasən, bu Qanunla üzərinə məlumatlandırma vəzifəsi qoyulmuş digər şəxslər tərəfindən müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin olması barədə, bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına, həmçinin sığortaçıya məlumat vermək sığortalının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 935.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta hadisəsi haqqında dərhal məlumat verilməməsi yalnız o halda sığorta ödənişinin verilməsindən imtinaya əsas ola bilər ki, bu sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum etsin. Lakin hazırkı işin materiallarından müəyyən edilir ki, iddiaçının sığortaçıya torpaq sürüşməsi hadisəsinin baş verməsindən bir neçə gün sonra müraciət etməsi bu hadisənin sığorta hadisəsi olmasını müəyyənləşdirmək imkanından məhrum etməmiş, sığortaçının nümayəndələri tərəfindən hadisə baş verən əraziyə baxış keçirilmiş və iddiaçıya məxsus daşınmaz əmlakda çatların və çökmələrin əmələ gəlməsi müəyyən edilmişdir. Üstəlik, iddiaçı torpaq sürüşməsi hadisəsi ilə bağlı dövlət orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli qurumuna müraciət etmiş və həmin qurumun mütəxəssisləri tərəfindən hadisə baş verən əraziyə baxış keçirilərək müvafiq sənəd tərtib edilmişdir. Bu səbəbdən məhkəmə apellyasiya şikayətinin hazırkı dəlilini əsassız hesab edir. Sığorta olunmuş evdə çatların və çökmələrin yaranma səbəblərinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materialında göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən sürüşmə hadisəsi baş verən ərazinin müayinə edilməsi zamanı, baş vermiş sürüşmə-çökmə prosesi nəticəsində mübahisəli ünvanın yerləşdiyi ərazidə tikililərin divarlarında çatlar və deformasiyalar əmələ gəldiyi müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli fərdi yaşayış evinin divarlarında olan çatların yaranma müddətini müəyyən etməyin mümkün olmadığı göstərilsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən mübahisəli ərazidə aparılan araşdırmaların nəticələrinə əsasən həmin çatların 2018-ci ilin payız-qış aylarında baş verdiyi müəyyən edilmişdir. Cavabdeh həm ekspertizanın rəyini, həm də səlahiyyətli dövlət orqanı tərəfindən müayinə aparılaraq tərtib edilmiş rəy və arayışların şübhə doğurduğunu, mübahisəli məqamların olduğunu qeyd etsə də, bunların nədən ibarət olmasını izah edə bilməmiş, həmin halları təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçıya məxsus tikililərin divarlarında yaranmış çat və deformasiyaların həmin ərazidə baş vermiş torpaq sürüşməsi-çökməsi nəticəsində baş verməsini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Nəhayət, cavabdeh apellyasiya şikayətində sığortalanmış əmlaka dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi həm iddiaçı, həm də cavabdehin sübut kimi məhkəməyə ayrı-ayrılıqda təqdim etdikləri dəymiş ziyanın qiymətləndirməsinə dair rəylərinin olduğunu nəzərə alaraq, yaşayış evinə dəymiş ziyanın məbləğinin hesablanması üçün məhkəmə ekspertizası təyin edilmiş, ekspert tərəfindən həm tikiliyə baxış keçirilərək tədqiqat aparılmış, həm də iş materiallarında olan və qiymətləndirici-ekspert tərəfindən tərtib edilmiş smeta göstəriciləri tədqiq edilmiş, həmin smetada qeyd olunan qiymət normalarının mövcud bazar qiymətlərinə uyğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də ekspert mübahisəli tikiliyə 26719,00 manat ziyan dəydiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək, həmin rəydə müəyyən edilmiş ziyan məbləğini işin həqiqi hallarına uyğun və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(006)-221/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar