Məhkəmə qərarları › İş №2(103)-9284/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9284/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9284/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkilləri X13 və X2 iştirakları ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 may 2021-cı il tarixli, 2(007)-593/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra-iddiaçı) ilkin iddia üzrə Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara payın tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri Nəsimi rayonu, Xətai prospektindəki 22 saylı evin, 5 saylı mənzilinə, Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektindəki 33 ünvandakı 44,8 kv.m qeyri-yaşayış sahəsinə, Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri-yaşayış sahəsinə, ünvan 3ə,12-ci blok,12-ci mərtəbədəki 872 saylı (hal-hazırda ünvan 3ə, ev 66B,1-ci girişdəki 62 saylı) mənzilə, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzilə onun payının 2/3 hissədə tanınması və 40 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 oktyabr 2003-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurublar. Ailə münasibətləri bir müddət sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 2(007)-240/2020 saylı qətnaməsi ilə pozulub. Onların birgə nikahlarından olan Nihad və Cəmi adlı övladları onun himayəsinə verilib. Onlar nikahda olduqları müddətdə cavabdehlə birgə təsərrüfat həyata keçiriblər. Birgə yaşadıqları müddətdə ailənin saxlanılması üçün o, cümlədən ümumi ailənin idarə edilməsi məqsədi ilə bir çox əmlaklar əldə edilib. Sözü gedən əmlakların hamısı iddia ərizəsində qeyd olunub, Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsindən də, göründüyü kimi, həmin əmlakların əldə olunması ortadadır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlakın bölünməsi və payların müəyyən edilməsinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında 16 oktyabr 2003-cü il tarixdə qeydə alınmış nikah Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulub. Birgə nikahdan iki övladları dünyaya gəlib. Qarşı tərəfin məhkəmədə təqdim etdiyi iddia ərizəsinin tələbinin artırılması barədə ərizəsində göstərilən əmlaklar həqiqətən də, birgə nikah dövründə əldə olunub, eyni zamanda əmlakın biri də, İddiaçı adına rəsmiləşdirilb. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 22 saylı evin, 5 saylı mənzilinə, Bakı şəhəri Nərimanov rayonu, Xətai prospektindəki 33 ünvandakı 44,8 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri-yaşayış sahəsinə, ünvan 4,12-ci blok,12-ci mərtəbədəki 872 saylı (hal-hazırda ünvan 4,ev 66B,1-ci girişdəki 62 saylı) mənzilə, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzilə onun payının 55%, İddiaçı payının payının isə 45% hissədə tanınması, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar diqqətəlayiq hal nəzərə alınmaqla Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44,8 kv.m qeyri-yaşayış sahəsinin və həmin ünvanda 23,9 kv.m qeyri yaşayış sahəsi olan zirzəminin, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektindəki 22 saylı evin, 5 saylı mənzilin onun mülkiyyətində, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzilə, ünvan 4,12-ci blok,12-ci mərtəbədəki 872 saylı (halhazırda ünvan 4, 12-ci blok,12-ci mərtəbədəki ümumi sahəsi 119,39 kv.m olan 872 saylı mənzilin onun istifadəsində saxlanması, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi naminə Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsindəki 31 saylı evin, 21 saylı, Yeni qaydalarla AZ 1033 Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsindəki 59 saylı evin 106.1 kv.m sahəsi olan 3 otaqlı, tam təmirli 5 saylı mənzilin İddiaçı mülkiyyətinə, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzilin İddiaçı istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 may 2021-cı il tarixli, 2(007)-593/2021 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ev 22, mənzil 5-dən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 44,8 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 23,9 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən 12-ci blok, 12-ci mərtəbə, 872 saylı mənzildən (hal-hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 294-ci məh., ev 66B, giriş 1,62 saylı mənzil), "xxxx" İnşaatsənayə MMC ilə 31.03.2008-ci il tarixində bağlanmış alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8 saylı binanın 5-ci blok, 558 saylı 4 otaqlı ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzildən, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 31 saylı evin, 21 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 59, M5, 106,1 kv.m ümumi sahəsi olan 3 otaqlı, 3 saylı mənzil) 5/3 hissədə İddiaçı payı, 5/2 hissədə Cavabdeh payının müəyyən edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 may 2021-cı il tarixli, 2(007)-593/2021 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə qanuni və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işə baxan məhkəmə Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinad edərək, iddiaçının payını 5/3 hissədə müəyyən etmiş, onun diqqətəlayiq olan mənafelərini nəzərə almamışdır. İddiaçı orta məktəbdə müəllimə işləyir və cavabdehlə nikaha daxil olduqları vaxtdan etibarən uzun illər ərzində təxminən 300-400 manat əmək haqqı alırdı. Belə məbləğdə qazancla daşınmaz əmlakların alınması mümkünsüzdür. Cavabdeh uzun müddətdir ki, xırda ticarətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bunun nəticəsidir ki, nikah dövründə çoxsaylı əmlaklar almışdır. Cavabdeh öz mülkiyyətində olan Nərimanov rayonu Xətai prospekti 33 ünvanında yerləşən 44,8 kv.m. və 23,9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 22 saylı evin, 5 saylı mənzilini sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edir. Bakı şəhər Vergilər Departamentinin Arayışından görünür ki, cavabdeh VÖEN ********** ilə Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 22 saylı evin, 5 saylı mənzilində vergi ödəyicisi olaraq 15.08.2011-ci ildə qeydə alınmışdır- təsərrüfat subyekti mağazadır. O, burada və Nərimanov rayonu Xətai prospekti 33 ünvanında yerləşən 44,8 kv.m. və 23,9 kv.m olan qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə əldə etdiyi qazancla xəstə anası və yetkinlik yaşma çatmayan uşaqlarını saxlayır, dövlətə vergi, sosial ödəmələr ödəyir və üç nəfər işçi əmək haqqı almaqla öz ailələrini saxlayırlar. Cavabdehin atası X12 oglu 22.08.2014-cü ildə vəfat edib, anası Pəri Əsədova 2-ci qrup əlildir - əmək qabiliyyətsizdir və onun himayəsindədir. Nəinki uşaqlarını, anasını da saxlayır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin 12.10.2020-ci il tarixli arayışına da əsasən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirindən 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilir və icra sənədi üzrə cavabdehin aliment borcu yoxdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin uşaqlarının tələbatını ödəmək üçün aldığı bütün əşyalar (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri və s.) uşaqları ilə birgə yaşayan İddiaçıdir. Məhkəmə öz təşəbbüsü ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin etməli idi. Cavabdeh öz sahibkarlıq fəaliyyəti ilə bağlı mənafeyini nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvanında yerləşən 44.8 kv.m. və zirzəmi sahəsi olan 23,9 kv.m. olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 22 saylı evin, 5 saylı, 2 otaqlı mənzilin Cavabdeh mülkiyyətində saxlanılması və “ТВM” şirkəti ilə 23.04.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında Xətai rayonu M.Hadi küçısi, 2945-ci məhəllə 12-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 119,39 kv.metr olan 3 otaqlı 872 nömrəli mənzilin cavabdehin istifadəsində saxlanılması; yetkinlik yaşına çatılayan uşaqlarının mənafeyi naminə Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 31, mənzil 21- Yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi, 59, M5, 106.1 kv.metr ümumi sahəsi olan 3 otaqlı tam təmirli 3 saylı mənzilinin İddiaçı mülkiyyətində saxlanılması və “X16” MMC ilə 31.03,2008-ci ildə bağladığı alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 8 saylı binanın, 5-ci blok, 558 saylı 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 153,01 kv.metr olan mənzilin İddiaçı istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə öz qətnaməsində təqdim edilən sənədlərə istinad etməmişdir. Cavabdeh iş materialları ilə tanış olarkən həmin rəsmi sənədlərin iş materiallarında olmadığını müəyyən etmişdir. Məhkəmə işdə tərəf olaraq təqdim edilən həmin sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməyərək nəinki Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbini pozmuş, eyni zamanda təqdim edilən sənədləri iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyasında Cavabdeh nümayəndəsi və vəkilləri X14 və X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdilər ki, məhkəmə əsassız oraraq altı əmlakla bağlı iddiaçının payını artıq bölmüşdür. Əgər bir əmlak olsaydı, anlamaq olardı ki, uşaqların mənafeyi nəzərə alınır. Hazırki halda isə məhkəmə Ailə Qanunvericiliyin tələblərini pozaraq, iddiaçının payını artıq bölmüşdür. Xahiş etdilər ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X3 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, ilkin iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı altı əmlakın hər birindən payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 may 2021-cı il tarixli, 2(007)-593/2021 saylı qətnaməsi əmlakda paylarının miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməli, əmlaklarda tərəflərin hər birinin payı 1/2 hissədə müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 16.10.2003-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından 03 mart 2005-ci ildə X9 və 04.09.2006-cı il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2003-cü il tarixli nikahın ləğv olunması, birgə nikahdan doğulmuş 03 mart 2005-ci il təvəllüdlü X5 və 04.09.2006-cı il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh hər aylıq gəlirlərinin 1/3 hissəsində aliment tutulması qət olunmuşdur. Tərəflər birgə nikah dövründə Cavabdeh adına Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektindəki 22 saylı evin 5 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Xətai prospektindəki 33 ünvandakı 44,8 kv.m qeyri yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 33 ünvandakı 23,9 kv.m qeyri yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 8 saylı binanın 5-ci blokunda 558 saylı, ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzil, ünvan 4,12-ci blok,12-ci mərtəbədəki 872 saylı (hal-hazırda ünvan 4, 12-ci blok,12-ci mərtəbədəki ümumi sahəsi 119,39 kv.m olan 872 saylı mənzil; İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsindəki 31 saylı evin, 21 saylı mənzil əldə etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, Ailə Məcəlləsinin 32.2.2, 36.3, 36.4, 37.1, 37.2-ci maddələrinə istinad edrək, tərəflərin birgə nikahlarından olan uşaqları nəzərə alaraq, birgə nikah dövründə əldə edilmiş əmlaklarda iddiaçının payını 5/3 hissədə, cavabdehin payını 5/2 hissədə müəyən etmişdir. Kollegiya məhkəmənin əmlaklarda payları məyyən etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, payları bərabəp deyil, qeyri-bərabər bölməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən ər-arvadın arasında onların ümumi əmlakı bölünərkən, hər birinin bərabr pay alması prinsipi nəzərdə tutulub. Tərəflər əmlakın bölünməsi barədə müqavilə bağlayarkən bu prinsipdən kənara çıxa bilərlər. Mübahisəli əmlaklarla bağlı tərəflər arasında hər hansı razılaşma və nikah sazişi olması müəyyən olunmur. Payların bölgüsü zamanı ər-arvadın gəlirlərinin miqdarı, işləyib-işləməməsi və fəaliyyət növü nəzərə alınmamalıdır. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq, payların bölgüsü zamanı tərəflərdən birinin (ərin və ya arvadın) payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bu aşağıdakı hallarda ola bilər: 1) Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi tələb etdikdə (məsələn, uşağın qaldığı tərəfin (ər və ya arvadın) payının artırılması); Bu hissədə kollegiya qeyd edir ki, tərəflərin birgə nikah dövründə bir əmlak deyil, altı daşınmaz əmlak əldə etmişlər. Həmin əmlaklardan dördü mənzil olmaqla, ikisi qeyr-yaşayış sahəsidir. Həmin əmlaklarda tərəflərin paylarının bərabər qaydada müəyyən edilməsi uşaqların mənafeyinə tam uyğundur. 2) Ərin və ya arvadın diqqətəlayiq mənafeyi tələb etdikdə (məsələn, onlardan birinin əmək qabiliyyəti olmadıqda və ya səhhətinə görə əmək fəaliyyəti ilə məşğul olmadıqda); Göründüyü kimi, hazırkı iş üzrə qeyd olunan əsas müəyyən olunmur. 3) Ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinən zidd olaraq sərf etdiyi hallarda (məsələn, spirtli içkilərdən və narkotik maddələrindən həddən artıq istifadə etdikdə, qumar və başqa azart oyunlarında iştirak etdikdə və.s) Göründüyü kimi, hazırkı iş üzrə qeyd olunan əsas müəyyən olunmur. Beləliklə, kollegiya hesab edir ki, əmlaklarda payların bərabər bölünməməsi üçün Ailə Məcəlləsində nəzərdə tutulmuş üç əsasdan heç bir müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma, nikah sazişi, qanunla nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri daşınmaz əmlaklarda hər birinin payının bərabər hesab edilməsi məqsədə müvafiqdir. Kollegiya apellyatorun Ailə Məcəlləsinin 36.4-cü maddəsinə istinadən dörd əmlakın onda, iki əmlakın iddiaçıda saxlanılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, əmlaklar birgə nikah dövründə əldə edilməklə, tərələrin hər birinin həmin əmlaklarda payları olduğundan, iddiaçı qeyd olunan qaydada bölgünün aparılmasına razı olmadığından, əksinə bər bir əmlakda payının müəyyən edilməsini tələb etdiyindən, qeyd olunan dəlil əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 may 2021-cı il tarixli, 2(007)-593/2021 saylı qətnaməsi birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti ev 22, mənzil 5-dən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 44,8 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 23,9 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən 12-ci blok, 12ci mərtəbə, 872 saylı mənzildən (hal-hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 294-ci məh., ev 66B, giriş 1,62 saylı mənzil), "xxxx" İnşaatsənayə MMC ilə 31.03.2008-ci il tarixində bağlanmış alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8 saylı binanın 5-ci blok, 558 saylı 4 otaqlı ümumi yaşayış sahəsi 153,01 kv.m olan mənzildən, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 31 saylı evin, 21 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 59, M5, 106,1 kv.m ümumi sahəsi olan 3 otaqlı, 3 saylı mənzil) İddiaçı payı 1/2 hissədə, Cavabdeh payı 1/2 hissədə müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar