Məhkəmə qərarları › İş №2(103)-929/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-929/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-929/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili X6, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı X2 üçüncü şəxs qismində cəlb olunduğu “ipoteka müqaviləsinə xitam verilməsi və əlavə sazişin ləğv olunması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxılarkən müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB-nin X4 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi apellyasiya şikayəti əsasında başlanmış 2(103)-134/2021 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin icraatındadır və 01.07.2021-ci il tarixdə həmin mülki iş İddiaçı cavabdehlər Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı X2 üçüncü şəxs qismində cəlb olunduğu “ipoteka müqaviləsinə xitam verilməsi və əlavə sazişin ləğv olunması” tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-134/2021 saylı mülki işə birləşirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-134/2021 saylı mülki işə birləşirilməsinə etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı X2 üçüncü şəxs qismində cəlb olunduğu “ipoteka müqaviləsinə xitam verilməsi və əlavə sazişin ləğv olunması” barədə 2(103)-929/2022 saylı mülki iş, QSC “Bank Standard” KB-nin X4 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair 2(103)-134/2021 saylı mülki işlə birləşdirilərək 2(103)-134/2021 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar