Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9298/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödnilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə” ərizə təmin olunsun, "xxxx" ASC-də, "xxxx" QSCnin Bakı filialında, "xxxx" ASC-də və "xxxx" ASC-nin Binəqədi filialında cavabdehə aid olan hesablardakı 18.239,10 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin verilməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. Bank hesablarındakı pul vəsaitinin üzərinə həbs qoyulması üçün 2 hal müəyyən olunmalıdır: 1ci, cavabdeh pul tutulması barədə qətnaməni könüllü icra etməyəcək; 2-ci, bank hesablarındakı pul vəsaiti hesabdan çıxarılacağı təqdirdə cavabdehin əmlak vəziyyəti o həddə pisləşəcək ki, pulun tutulması barədə qətnamənin məcburi icrası çətinləşəcək və ya qeyri-mümkün olacaq. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki- Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və ərizə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh MMC-nin şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4477/2021 nömrəli iş üzrə 22.07.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı tərəfindən verilmiş, bank hesablarında olan, Cavabdeh MMC-yə məxsus pul vəsaitinin üzərinə həbs qoyulması barədə ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9298/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9298/2021
17.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver