Məhkəmə qərarları › İş №2(103)-9336/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9336/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9336/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Məhərrəmov Eldar Göyüş oğlunun və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Məhərrəmov Eldar Göyüş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt Şəhəri üzrə İcra idarəsi və Məhərrəmov Eldar Göyüş oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464 pbs nömrəli İpoteka müqaviləsi əsasında Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 2 mənzil 12 üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mirzəyev Sənan Yaşar oğlu "xxxx" ASCdən (hazırda Cavabdeh1 BOKT ASC) aralarında bağlanmış 09 dekabr 2009-cu il tarixli, 464 pbs nömrəli kredit müqaviləsinə və 09 dekabr 2009-cu il tarixli, 464 pbs/pk nömrəli kredit müqaviləsinə görə müvafiq olaraq 18 ay müddətinə 13.500 (on üç min beş yüz) ABŞ dolları və 12 ay müddətinə 500 (beş yüz) ABŞ dolları, cəmi 14.000 (on dörd) min ABŞ dolları məbləğində borc götürmüşdür. Qeyd edilən kredit müqavilələrinin təminatı kimi 09 dekabr 2009-ci il tarixli İpoteka müqaviləsinə İddiaçı (əvəlki adı və soyadı Mirzəyev Elçin Yaşar oğlu) mülkiyyətində olan ünvan 1 mənzil 12 girov ipoteka qoyulmuşdur. Borclu yaranmış maliyyə çətinliyi ilə bağlı olaraq ödənişlərini tam yetirmədiyinə görə bank tərəfindən məhkəməyə verilmişdir. Həmin məhkəmə icraatının yekun məhkəmə aktı olaraq Ali Məhkəmənin 17 mart 2011-ci il tarixli Qərarı ilə borcludan ümümilikdə 17.041 (on yeddi min qırx bir) ABŞ dolları tutulması, sözügedən mənzilin açıq hərracda satılması və həmin mənzildə yaşayan və qeydiyyatda olanların ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində çıxarılmaları barədə qət etmişdir. Sumqayıt Apellyasiva Məhkəməsinin qətnaməsi Ali Məhkəmə tərəfindən dəyişdirildiyindən 17 mart 2011-ci il tarixli Qərarın icra olunması ilə bağlı Ali Məhkəmə tərəfindən icra vərəqəsi verilərək Sumqayıt İcra Şöbəsinə göndərilmişdir. Sumqayıt İcra Şöbəsi tərəfindən 15 aprel 2011-ci il tarixində icraata başlamaq haqqında Qərar qəbul edilmiş və 05.05.2011-ci ildə qiymətləndirici olaraq "xxxx" MMC-və mənzilin qiymətləndirilməsi məqsədilə sifariş göndərilmişdir. Qiymətləndiricinin 15.07.2011- ci il tarixli ekspert rəyi ilə həmin mənzilə ilkin satış qiyməti olaraq 30.000 manat məbləğində dəyər verilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərraclar zamanı alıcı olmadığından 05 mart 2012-ci il tarixli məktubla mənzilin İpoteka saxlayan olaraq bank tərəfindən əldə edilməsi təklif edilmişdir. Bank tərəfindən həmin təkliflə 09.04.2012-ci il tarixində mənzilin əldə edilməsinə razılıq verilməsi yönündə yazılı cavab verilmişdir. Bu fakt sübut edirki icraçının sifarişi əsasında başlanmış hərrac prosesi bitmişdir və mənzil banka təklif edilmişdir. Lakin mənzilin əldə edilməsi ilə bağlı faktiki heç bir hərəkət edilməmişdir və həmin vaxtan 9 il keçməsinə baxmayaraq mənzil hal-hazırda da ipoteka qoyanın mülkiyyətində qalmaqdadır. Qiymətləndiricinin 15.07.2011-ci il tarixli ekspert rəyi ilə həmin mənzilə ilkin satış qiyməti olaraq 30.000 manat məbləğində dəyər qoyulanda borclu bu qiymət ilə razılaşmamış və yenidən qiymətləndirilmə keçirilməsi barədə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bu məhkəmə iclası davam edərkən və qətnamə qəbul edilərkən yuxarıda göstərilən hərrac prosesi davam edirdi və heç bir dayandırma olmamışdır. Borclu birinci insantansiya məhkəməsinin qətnaməsindən şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2012-ci il tarixli qətnaməsi ilkin qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə, göründüyü kimi, ilkin satış qiymətində heç bir dəyişiklik olmamışdır. Həmçinin sonrakı müddətdə keçirilmiş hərracın ləğvi, etibarsızlığı ilə bağlı heç bir məhkəmə icraatları olmamışdır. Nəticə etibarı ilə keçirilən hərracın öz məntiqi sonluğuna uyğun olaraq "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən alıcı olmadığından 05 mart 2012-ci il tarixli təklifi və bankın 09.04.2012-ci il tarixli razılıq məktubu ilə bitmişdir. Lakin həmin tarixdə indiyə qədər mənzil ipoteka saxlayan tərəfindən əldə edilməmiş və hərrac protokolu imzalanmamışdır. Lakin "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən iddiaçının ünvanına 02.02.2021-ci il tarixli 01/509 nömrəli bildiriş göndərilmiş və Sumqayıt şəhəri üzrə icra idarəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəməninin 17.03.2021-ci il tarixli icra vərəqi üzrə ilkin hərracın 26 fevral 2021-ci il tarixinə təyin edildiyi göstərilmişdir. Bu mənzil üzrə yenidən hərracın keçirilməsi əhəmiyyətsizdir və heç bir hüquqi nəticələr yarada bilməz. Çünki yuxarıdakı faktlardan da göründüyü kimi, 2011-2012-ci illər aralığıda hərrac keçirilmiş və alıcı olmadığından ipoteka saxlayana təklif edilmişdir. Lakin həmin əmlak indiyə qədər əldə edilməmişdir. Həmçinin 2011-2012-ci illər aralığında keçirilmiş hərrac ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Yəni həmin harrac tam qanuni şəkildə olmuş və mənzil ipoteka saxlayana təklif edilmişdir. Yəni hərrac prosesi tam bitmişdir. İndi keçirilən hərrac isə kredit təşkilatı tərəfindən vaxtında buraxılmış hüquqi səhvləri “sığortalamaq” məqsədi daşıyır və hüququn müəyyənliyi prinsipinin birbaşa pozulmasıdır. Həmçinin borclunun qiymətləndirməni mübahisələndirməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktı belə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-cı maddəsinin də təsiri altına düşmür. Çünki qiymətləndirmənin mübahisələndirilməsi ilə bağlı iddia müstəqil iddiadır. Yəni tamam başqa predmet ilə verilmiş müstəqil iddia başqa bir predmet üzrə verilmiş icra sənədinin icrasınının dayandırılması üçün əsas deyil. Bir daha təkrar edərək bildiririk ki, bunun üçün müvafiq iddianın təmin tədbiri barədə qərardad və ya “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən əsaslardan biri olmalı idi. Bu isə Hərrac Mərkəzi tərəfindən cavabdehə ünvanlanmış 05.03.2012-ci il tarixli təklifə cavab verilməsi üçün nəzərdə tutulmuş müddətin axımın davam etdiyini gösətərir. Həmçinin bankın 9 ildir ki, əmlakı qəbul etməməsi laktı da ipoteka saxlayanın icra intizamına münasibətini göstərir. Göründüyü kimi İpoteka saxlayan 2012-ci ilində bu imkanı əldə etmiş, lakin ondan istifadə etməmişdir. Çünki İpoteka haqqında Qanununa görə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bura əldə etmə dedikdə konkret fəal iradə ifadəsi olaraq hərəkətlər edilməsi başa düşülməlidir. Belə ki, burada ipoteka saxlayan, icra məmuru və hərrac mərkəzi arasında üçtərəfli horrac protokolu imzalanmalı idi. İpoteka saxlayanın razılıq məktubu isə İpoteka haqqında Qanuna görə heç bir hüquqi əhəmiyyətə malik deyildir. Çünki Qanunun özündə konkret belə anlayış mövcud deyil, həmçinin bu məktubun davamı olaraq üçtərəfli hərrac protokolu imzalanmalı və o vaxtın manatın ABŞ dollarına məzənnəsinə nəzərə alsalar ki, ipoteka qoyana aradakı fərq ödənməli idi. Yalnız bu hərəkətlər İpoteka Saxlayanın ipoteka predmetini əldə etməsini real olaraq göstərə bilərdi. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464pbs nömrəli ipoteka müqaviləsi əsasənda Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 2 mənzil 12 üzrə ipotekaya xitam verilməsi və Məhərrəmov Eldar Göyüş oğlunun adına verilmiş 10.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, bildirirlər ki, Mirzəyev Sənan Yaşar oğlu "xxxx" ASC-dən (hazırda Cavabdeh1 BOKT ASC) aralarında bağlanmış 09 dekabr 2009-cu il tarixli, 464 pbs nömrəli kredit müqaviləsinə və 09 dekabr 2009-cu il tarixli, 464 pbs/pk nömrəli kredit müqaviləsinə görə müvafiq olaraq 18 ay müddətinə 13.500 (on üç min beş yüz) ABŞ dolları və 12 ay müddətinə 500 (beş yüz) ABŞ dolları, cəmi 14.000 (on dörd) min ABŞ dolları məbləğində borc götürmüşdür. Qeyd edilən kredit müqavilələrinin təminatı kimi 09 dekabr 2009-ci il tarixli İpoteka müqaviləsinə İddiaçı (əvəlki adı və soyadı Mirzəyev Elçin Yaşar oğlu) mülkiyyətində olan ünvan 1 mənzil 12 girov ipoteka qoyulmuşdur. Borclu yaranmış maliyyə çətinliyi ilə bağlı olaraq ödənişlərini tam yetirmədiyinə görə bank tərəfindən məhkəməyə verilmişdir. Həmin məhkəmə icraatının yekun məhkəmə aktı olaraq Ali Məhkəmənin 17 mart 2011 -ci il tarixli Qərarı ilə borcludan ümüumilikdə 17.041 (on yeddi min qırx bir) ABŞ dolları tutulması, sözügedən mənzilin açıq hərracda satılması və həmin mənzildə yaşayan və qeydiyyatda olanların ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində çıxarılmaları barədə qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmə tərəfindən dəyişdirildiyindən 17 mart 2011 -ci il tarixli Qərarın icra olunması ilə bağlı Ali Məhkəmə tərəfindən icra vərəqəsi verilərək Sumqayıt İcra Şöbəsinə göndərilmişdir. Sumqayıt İcra Şöbəsi tərəfindən 15 aprel 2011-ci il tarixində icraata başlamaq haqqında Qərar qəbul edilmiş və 05.05.2011-ci ildə qiymətləndirici olaraq "xxxx" MMC-yə mənzilin qiymətləndirilməsi məqsədilə sifariş göndərilmişdir. Qiymətləndiricinin 15.07.2011-ci il tarixli ekspert rəyi ilə həmin mənzilə ilkin satış qiyməti olaraq 30.000 manat məbləğində dəyər verilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərraclar zamanı alıcı olmadığından 05 mart 2012-ci il tarixli məktubla mənzilin İpoteka saxlayan olaraq bank tərəfindən əldə edilməsi təklif edilmişdir. Bank tərəfindən həmin təkliflə 09.04.2012-ci il tarixində mənzilin əldə edilməsinə razılıq verilməsi yönündə yazılı cavab verilmişdir. Bu fakt sübut edirki icraçının sifarişi əsasında başlanmış hərrac prosesi bitmişdir və mənzil banka təklif edilmişdir. Lakin mənzilin əldə edilməsi ilə bağlı faktiki heç bir hərəkət edilməmişdir və həmin vaxtan 9 il keçməsinə baxmayaraq mənzil hal-hazırda da ipoteka qoyanın mülkiyyətində qalmaqdadır. Nəzərə çatdırır ki, qiymətləndiricinin 15.07.2011 -ci il tarixli ekspert rəyi ilə həmin mənzilə ilkin satış qiyməti olaraq 30.000 manat məbləğində dəyər qoyulanda borclu bu qiymət ilə razılaşmamış və yenidən qiymətləndirilmə keçirilməsi barədə Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin 28 fevral 2012- ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bu məhkəmə iclası davam edərkən və qətnamə qəbul edilərkən yuxarıda göstərilən hərrac prosesi davam edirdi və heç bir dayandırma olmamışdır. Borclu birinci insantansiya məhkəməsinin qətnaməsindən şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2012-ci il tarixli qətnaməsi ilkin qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə göründüyü kimi ilkin satış qiymətində heç bir dəyişiklik olmamışdır. Həmçinin sonrakı müddətdə keçirilmiş hərracın ləğvi, etibarsızlığı ilə bağlı heç bir məhkəmə icraatları olmamışdır. Nəticə etibarı ilə keçirilən hərracın öz məntiqi sonluğuna uyğun olaraq "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən alıcı olmadığından 05 mart 2012-ci il tarixli təklifi və bankın 09.04.2012-ci il tarixli razılıq məktubu ilə bitmişdir. Lakin həmin tarixdə indiyə qədər mənzil ipoteka saxlayan tərəfindən əldə edilməmiş və hərrac protokolu imzalanmamışdır. Lakin "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən iddiaçının ünvanına 02.02.2021-ci il tarixli 01/509 nömrəli bildiriş göndərilmiş və Sumqayıt şəhəri üzrə icra idarəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəməninin 17.03.2011-ci il tarixli icra vərəqi üzrə ilkin hərracın 26 fevral 2021-ci il tarixinə təyin edildiyi göstərilmişdir. Qeyd edir ki, bu mənzil üzrə yenidən hərracın keçirilməsi əhəmiyyətsizdir və heç bir hüquqi nəticələr yarada bilməz. Çünki yuxarıdakı faktlardan da göründüyü kimi 2011-2012- ci illər aralığında hərrac keçirilmiş və alıcı olmadığından ipoteka saxlayana təklif edilmişdir. Lakin həmin əmlak indiyə qədər əldə edilməmişdir. Həmçinin 2011-2012-ci illər aralığında keçirilmiş hərrac ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Yəni həmin hərrac tam qanuni şəkildə olmuş və mənzil ipoteka saxlayana təklif edilmişdir. Yəni hərrac prosesi tam bitmişdir. İndi keçirilən hərrac isə kredit təşkilatı tərəfindən vaxtında buraxılmış hüquqi səhvləri “sığortalamaq” məqsədi daşıyır və hüququn müəyyənliyi prinsipinin birbaşa pozulmasıdır. Həmçinin borclunun qiymətləndirməni mübahisələndirməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi faktı belə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-cı maddəsinin də təsiri altına düşmür. Çünki qiymətləndirmənin mübahisələndirilməsi ilə bağlı iddia müstəqil iddiadır. Yəni tamam başqa predmet ilə verilmiş müstəqil iddia başqa bir predmet üzrə verilmiş icra sənədinin icrasınının dayandırılması üçün əsas deyil. Bir daha təkrar edərək bildirirlər ki, bunun üçün müvafiq iddianın təmin tədbiri barədə qərardad və ya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən əsaslardan biri olmalı idi. Bu isə Hərrac Mərkəzi tərəfindən cavabdehə ünvanlanmış 05.03.2012-ci il tarixli təklifə cavab verilməsi üçün nəzərdə tutulmuş müddətin axımının davam etdiyini göstərir. Həmçinin bankın 9 ildir ki, əmlakı qəbul etməməsi faktı da ipoteka saxlayanın icra intizamına münasibətini göstərir. Digər tərəfdən istər İpoteka haqqında Qanununda, istərsə də, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarından belə anlaışılır ki, əslində hərrac mərkəzlərinin alıcı olmadığı üçün əmlakların ipoteka saxlayana təklif edilməsi ilə bağlı məktubları və ipoteka saxlayanların bu təkliflərə razılıq məktublarının heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, İpoteka haqqında Qanunun 43.8-ci maddəsində görə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Göründüyü kimi buradan 2 vacib məqamı anlamaq olar. 30 gün müddətin axımı hərrac mərkəzinin yazılı təklifindən yox, təkrar hərracın baş tutmasının elan edilməsi (ixtisaslaşmış qazetlər vasitsəi) ilə başlayır. İpoteka saxlayana yalnız bir dəfə ipoteka predmetini əldə etmək imkanı verilir. Göründüyü kimi İpoteka saxlayan 2012-ci ilində bu imkanı əldə etmiş, lakin ondan istifadə etməmişdir. Çünki İpoteka haqqında Qanununa görə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bura əldə etmə dedikdə konkret fəal iradə ifadəsi olaraq hərəkətlər edilməsi başa düşülməlidir. Belə ki, burada ipoteka saxlayan, icra məmuru və hərrac mərkəzi arasında üçtərəfli hərrac protokolu imzalanmalı idi. İpoteka saxlayanın razılıq məktubu isə İpoteka haqqında Qanuna görə heç bir hüquqi əhəmiyyətə malik deyildir. Çünki Qanunun özündə konkret belə anlayış mövcud deyil, həmçinin bu məktubun davamı olaraq üçtərəfli hərrac protokolu imzalanmalı və o vaxtın manatın ABŞ dollarına məzənnəsinə nəzərə alsaq ipoteka qoyana aradakı fərq ödənməli idi. Yalnız bu hərəkətlər İpoteka Saxlayanın ipoteka predmetini əldə etməsini real olaraq göstərə bilərdi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48- ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında konkret olaraq aşağıdakıları qeyd edilmişdir: Nəzərə çatdırır ki, İddiaçı yuxarıda göstərilən ipoteka müqaviləsini imzalayarkən adı və soyadı Mirzəyev Elçin Yaşar oğlu idi. Daha sonra Sumqayıt şəhər məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə ad və soyadı dəyişidirilərək Cəfərəov Əli Yaşar oğlu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə görə Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Həmçinin məhkəmə tərəfindən 01.03.2021-ci il tarixli Qərardad ilə göstərilən mənzilin üzərinə özgəninkiləşdirmə ilə bağlı qadağa qoyulsa və qərardadla bağlı icra vərəqəsi hazırlanaraq 02 mart 2021-ci il tarixində məhkəmə elektron sistemində yerləşdirilmişdirsə də bundan 8 gün sonra çox müəammalı şəkildə həmin mənzil Məhərrəmov Eldar Göyüş oğlunun adına özgəninkiləşdirilmişdir. Halbuki göstərilən qərardad hazırkı vaxtadək də qüvvədədir və ləğv edilməmişdir. Yəni həmin mənzil üzərində məhkəmə aktı ilə qadağa ola ola mənzilin özgəninkiləşdirilməsi tam qanunsuzdur və etibarsız hesab edilməlidir. Digər tərəfdən nəzərə çatdırır ki, Məhərrəmov Eldar Göyüş oğlu həm hərrac keçirilməmişdən əvvəl bu hüquqi mübahisədən məlumatlı idi, həm də məhkəmənin mənzilin üzərinə qadağa qoymasından tam xəbərdar idi. Maraqlıdır ki, həmin şəxs 09 mart 2021-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək üçüncü şəxs kimi tanınmasını xahiş etmişdir. Bundan 1 gün sonra isə “surətləndirilmiş” şəkildə həmin mənzilə çıxarış əldə etmşdir. Bütün bunlar həmin şəxsin “vicdanlılıq dərəcəsindən xəbər verir ki, bu məqamda məhkəmə müstəvisində öz hüquqi qiymətini almalıdır. Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırımışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09.12.2009-cu il tarixli, 464 pbs nömrəli İpoteka müqaviləsi əsasında Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və mənzilin üzərində olan İpotekaya xitam verilməsini xahiş etmişdir. Bildirir ki, iddiaçı iddia ərizəsində ipoteka predmeti olan mənzilə dair məhkəmə proseslərini sadalamış və əmlakın qiymətləndirilməsinə dair 15.07.2011-ci il tarixli ekspert rəyini mübahisələndirdiyini və əmlaka dair alıcı olmadığından "xxxx" MMC Hərrac Mərkəzinin 05.03.2012-ci il tarixli təklifinə bank tərəfindən əmlakın mülkiyyətə götürülməsinə 09.04.2012-ci il tarixli razılıq məktubu verildiyi bildirilir. Göründüyü kimi iddiaçı bütün proseslərdən xəbərdar olmuş və əmlakın 05.03.2012-ci il tarixdə Banka təklif edildiyini bilmişdir. Lakin həmin tarixdən 2021- ci ilə kimi məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini itirmişdir. Göstərilənlərlə yanaşı bildirir ki, 2012-ci il tarixindən bu günə kimi 8 ilə yaxın bir müddət keçmişdir. İddiaçı isə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı əqdlərin mübahisələndirilməsinə dair MM-nin nəzərdə tutduğu müqavilələrdən irəli gələn işlər üzrə üç illik və daşınmaz əmlaklara dair altı illik iddia müddətlərini buraxmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli İpoteka müqaviləsi əsasında "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş yüklülük ləğv edilmiş, həmin əmlak üzərində ipotekaya xitam verilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Məhərrəmov Eldar Göyüş oğlunun adına verilmiş 10.03.2021-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Məhərrəmov Eldar Göyüş oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız işdə olan sübutları sadalamaqla kifayətlənmiş, cavabdeh tərəfin iddianın tətbiqi barədə ərizəsinə münasibətdə isə, İpoteka haqqında qanunda bununla bağlı hər hansı bir müddəa olmadığına istinad etmişdir. Halbuki, iddia müddətinin tətbiqi ilə bağlı məsələlər Mülki Məcəllə ilə tənzim olunur ki, məhkəmə həmin Məcəlləyə istinad etməmiş, tətbiq edilməli olan maddi hüquq normasın tətbiq etməmişdir. Məhkəmənin qətnaməsinin nəticə hissəsindən göründüyü kimi, məhkəmə hərracın nəticələrinin etibarsız sayılması barədə hər hansı bir qərar qəbul etmədən, onun adına verilmiş çıxarışı etibarsız hesab etmişdir. Halbuki, keçirilmiş hərrac və onun nəticələri ləğv edilməyib, etibarsız sayılmayıb. Belə olan halda onun mülkiyyət hüququna dair çıxarışın etibarsız sayılmasının heç bir hüquqi əsası yoxdur və məhkmənin qətnaməsi qanunsuz olduğu üçün ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məhərrəmov Eldar Göyüş oğlu və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əlavə olaraq bildirdi ki, iddiaçı tərəf ilk öncə qeyd etdiklərini sübut etməlidir. Çünki cavabdeh olaraq iddiaçının dediklərini qəbul etmirlər. Hazırki iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə iddiaçı ilə Bank arasında olan münasibət bağlı, ikinci isə iddiaçı ilə cavabdeh Eldar Məhərrəmov arasında münasibət. Bankla iddiaçı arasında olan münasibətlə cavabdeh olaraq Eldar Məhərrəmovu maraqlandırmır. Cavabdeh Eldar Məhərrəmovu maraqlandıran məsələ odur ki, qanunvericiliyə uyğun hərrac keçirilib, hərracı Eldar Məhərrəmov udub və hərracın protokoluna uyğun olaraq o, əmlakı əldə etmiş və çıxarış almışdır. Qarşı tərəf hərracı mübahisələndirməyib. Əgər hərrac etibarsız sayılmayıbsa, cavabdehin adına olan çıxarış necə etibarsız hesab edilə bilər. Cavabdeh Eldar Məhərrəmov vicdanlı alıcıdır. Məhkəmənin qətnamə ilə ipotekaya xitam verilmişdir. Halbuki artıb hərrac keçirilmiş və məhkəmə artıq mövcud olmayan bir müqaviləyə xitam vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, birrinci instansiya məhkəməsində iddia müdətinin tətbiqi barədə ərizə təqdim etmişdir. İşin materiallarından göründüyü kimi, iddiaçı 2011-ci ildən proseslərdən xəbərdar olmuşdur. Hətta əmlakın qiymətləndirilməsinə dair ekpert rəyini də mübahisələndirmişdir. Həmin vaxtda hərrac prosesi davam edirdi. 2012-ci ildə hərrac prosesi yekunlaşmış, lakin iddiaçı 2012-ci ildən hazırki iddia ilə məhkəməyə müraciət edənə qədər hər hansı mübahisəyə dair iddia verməmişdir. Hesab edir ki, hazırki iddiaya 3 illik iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdik ki, hazırki iddia mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələb olduğundan iddia müddəti tətbiq edilə bilməz. Eyni zamanda digər cavabdeh Eldar Məhərrəova aid hissə ilə bağlı bildirdi ki, 24 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər, bu barədə rəsmi qaydada həmin gün hərrac keçirən təşkilata məlumat verilmiş, hərracın keçirildiyi gün, yəni 26 fevral 2021-ci ildə iddiaçının nümayəndəsi olaraq hərracda iştirak etmiş və Eldar Məhərrəmova məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Bundan sonra 01 mart 2021-ci il tarixdə mübahisələndirilən əmlak üzərinə həbs qoyulmuş və 09 mart 2021-ci il tarixli məhkəmə iclasında Eldar Məhərrəmov üçüncü şəxs kimi məhkəməyə qoşulmaq barədə ərizə ilə müraciət etmiş və həmin iclasda ona məlumat verilmişdir ki, əmlak üzərində həbs mövcuddur. Lakin buna baxmayaraq bir gün sonra Eldar Məhərrəmov 10 mart 2021-ci il tarixdə əmlakı təkrar qeydiyyata aldırmaqla özgəninkiləşdirmişdir. Bütün bunlar onu göstərir ki, hazırki halda Eldar Məhərrəmov vicdanlı alıcı hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC, Sumqayıt Şəhəri üzrə İcra idarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsin nümayəndəsi məhkəmə kollegiyasının iclаsınа gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3937/2012 saylı, 13.09.2012-ci il tarixli qətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Mirzəyev Elçin Yaşar oğlunun soyadı “Mirzəyev”-dən dəyişdirilərək “Cəfərov”, adı isə “Elçin”-dən dəyişdirilərək “Əli” kimi qeydə alınması qət edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yükllüyünə) dair dövlət reyestrindən 01.12.2009-cu il tarixli, 14/3918 saylı arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 9E nömrəli binada yerləşən 12 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə Mirzəyev Elçin Yaşar oğlunun adına qeydiyyata alınmışdır. 01.12.2009-cu il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarında olan "xxxx" ASC ilə Mirzəyev Sənan Yaşar oğlu arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs/pk saylı kredit (borc) müqaviləsinə əsasən, Mirzəyev Sənan Yaşar oğluna illik 33 faiz olmaqla, 12 ay müddətinə 500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Mirzəyev Sənan Yaşar oğlu arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs/pk saylı kredit (borc) müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditorun borcluya kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclunun təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əsaqədar hesablana bilən dəbbə pulunun, kreditorun tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məlikəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditora qaytarılmasını təmin etmək məqsədilə tərəflər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “09” dekabr 2009-cu il tarixli 464 pbs №-li ipoteka müqaviləsini bağlamışlar. İş materiallarında olan "xxxx" ASC ilə Mirzəyev Sənan Yaşar oğlu arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs saylı kredit (borc) müqaviləsinə əsasən, Mirzəyev Sənan Yaşar oğluna illik 18 faiz olmaqla, 18 ay müddətinə 13500 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Mirzəyev Sənan Yaşar oğlu arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs saylı kredit (borc) müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditorun borcluya kredit verdiyi pul vəsaitinin və ona hesablanan faizlərin, habelə borclunun təqsiri üzündən öhdəliyin icrasının gecikdirilməsilə əsaqədar hesablana bilən dəbbə pulunun, kreditorun tərəfindən çəkilmiş mümkün ola bilən məhkəmə xərclərinin və məlikəmə aktının icrası üzrə qanunla müəyyən edilmiş sair xərclərin əvəzinin kreditora qaytarılmasını təmin etmək məqsədilə tərəflər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “09” dekabr 2009-cu il tarixli 464 pbs №-li ipoteka müqaviləsini bağlamışlar. İş materiallarında olan "xxxx" ASC ilə Mirzəyev Sənan Yaşar oğlu arasında bağlanmış 09.12.2009-cu il tarixli, 464 pbs saylı ipoteka (girov) müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti borclu Mirzəyev Sənan Yaşar oğlu ilə ipoteka saxlayan "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli 464 pbs №-li kredit müqaviləsi üzrə: illik 33 faizlə 18 (on səkkiz) ay müddətinə 13500 (on üç min beş yüz) ABŞ dolları kredit məbləği nəğd və 09 dekabr 2009-cu il tarixli 464 pbs/pk №-İi kredit kartı müqaviləsi üzrə 33 faiz məzənnə ilə 12 (on iki) ay müddətinə 500 (beş yüz) ABŞ dolları məbləğində kredit kartla aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. İpotekanın predmeti Mirzəyev Elçin Yaşar oğlunun mülkiyyətindəki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH № 00300291, 86 nömrəli reyestr kitabının 104 nömrəli vərəqində ********** qeydəalma nömrəsilə 03.06.2009-cu il tarixli Çıxarışa əsasən Sumqayıt şəhəri, 9cu mikrorayonda istifadədə olan 0.16 ha torpaq sahəsində yerləşən 9E №-li, 5 mərtəbəli binamn 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 68.03 kv.m ümumi, 47.31 kv.m yaşayış sahədən ibarət 3 otaqlı, 12 №-li mənzildir (yaşayış sahəsi). (2.1-ci bənd). Tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın predmeti 28000 (iyirmi səkkiz min) AZN qiymətləndirilmişdir. (3.1-ci bənd). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2687/2012 saylı, 19.06.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Sənan Yaşar oğlu Mirzəyevin və Elçin Yaşar oğlu Mirzəyevin cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, maraqlı şəxs Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzinə qarşı əmlakın qiymətləndirilməsi üçün yeni ekspertizasının keçirilməsinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 28 fevral 2012-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(102)-704/11 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Mirzəyev Elçin Yaşar oğluna məxsus ünvan 2-də yerləşən 12 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra bir ay müddətində həmin mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin oradan çıxarılması, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1040/2010 saylı 03 noyabr 2010-cu il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Mirzəyev Sənan Yaşar oğluna və qeyrilərinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi qət edilmiş, borc üzrə tələbin ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0,16 hektar torpaq sahəsində yerləşən 9E №-li, beşmərtəbəli binada, Mirzəyev Elçin Yaşar oğlunun mülkiyyətindəki 68,03 kv.mümumi sahədən, 47,31 kv.m yaşayış sahəsindən ibarət üç otaqlı, 12 №-li mənzilə yönəldilməsi, ipoteka predmeti olan Mirzəyev Elçin Yaşar oğluna məxsus mübahisəli mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Mirzəyev Yaşar Sənan oğlunun "xxxx" ASC-nə 09.12.2009-cu il tarixli 464 pbs №-li kredit müqaviləsi üzrə 12.303,48 ABŞ dolları əsas, 2.255,70 ABŞ dolları gecikdirilmiş faiz, 1.894,74 ABŞ dolları dəbbə pulu, cəmi 16.453,92 ABŞ dolları və 09.12.2009-cu il tarixli 464 pbs/pk №-li kredit müqayiləşyjüzrə isə 494,13 ABŞ dolları əsas, 93,06 ABŞ dolları gecikdirilmiş fazi, cəmi 587,19 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi hesablanmaqla hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 20 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və mənzilin satışından artıq qalan məbləğin Mirzəyev Elçin Yaşar oğluna qaytarılması qərara alınmışdır. Sumqayıt şəhər icra şöbəsinin 25.04.2011-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.03.2011-ci il tarixli, 2(102)-704/11 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər icra şöbəsinin 05.05.2011-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 17.03.2011-ci il tarixli, 2(102)-704/11 saylı icra sənədinə əsasən üzərinə həbs qoyulmuş əmlakların qiymətləndirilməsi üçün Azərbaycan Respublikası "xxxx" MMC-dən qiymətləndirici ekspertin dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 251 saylı, 15.07.2011-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Mirzəyev Elçin Yaşar oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E syalı evin 12 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 30000 (otuz min) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" BOKT ASC-yə, Sumqayıt şəhəri üzrə icra idarəsinə, Mirzəyev Sənan Yaşar oğluna, Mirzəyev Elçin Yaşar oğluna, Mirzəyev Pərviz yaşar oğluna, Mirzəyeva Kəndar Məcid qızına və Mirzəyeva Aygün Yaşar qızına ünvanlanmış 02.02.2021-ci il tarixli, 01 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt şəhəri üzrə icra idarəsinin № 10/42 saylı 25.01.2021-ci il tarixli və Azərbaycan Ali Məhkəməsinin 2(102)-704/11 saylı 17.03.2011-ci il tarixli İcra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt səhəri, 9-cu mikrorayon, ev 9 “E” ünavanında yerləşən 12 saylı mənzilə yönəldilməsi, hərracda 30000 manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 26.02.2021-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, Mirzəyev Elçin Yaşar oğluna məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E syalı evin 12 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan 05.03.2012-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Sumqayıt şəhər İcra Şöbəsinin 17/63-67 saylı 19.08.2011-ci il sifariş məktubuna əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildirir ki, üzərinə tələb yönəldilmiş Mirzəyev Elçin Yaşar oğluna məxsus ipoteka ilə yüklənmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda yeləşən 9E saylı evin 12 saylı mənzilini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 (on doqquz min yüz iyirmi beş) manat olmaqla alına bilər. İş materiallarında olan "xxxx" ASC-nin 09.04.2012-ci il tarixli Sumqayıt şəhər İcra şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, "xxxx" ASC-də ipoteka ilə yükül edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9 E saylı evin Mirzəyev Elçin Yaşar oğlunun mülkiyyətindəki 12 saylı mənzilini Sumqayıt şəhər İcra şöbəsinin icraatındakı icra işləri üzrə sifarişə əsasən keçirilmiş təkrar hərracda satılmadığına görə, tələbkar "xxxx" ASC "xxxx" MMC Hərrac Mərkəzinin 2012-ci il 05 mart tarixli 01/740 №-li təklifini qəbul edir, həmin evi borcun əvəzinə almağa razılıq verir. Hesab və müvafiq sənədlər təqdim edildikdə, ödəniş aparılacaq. İş materiallarında olan Hərrac Mərkəzi "xxxx" MMC-nin məhkəmə sorğusuna verilmiş 10.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi hərrac təşkilatına 25.01.2021-ci il tarixdə məktub ünvanlayaraq icra sənədinin icrasını təmin etmək məqsədilə yuxarıda göstərilən əmlakın hərrac vasitəsilə satışını təmin edilməsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən İddiaçı ünvanlanmış 16.03.2021-ci il tarixli, 3807/42 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-704/11 saylı, 17.03.2021-ci il tarixli icra sənədi üzrə borclular İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68.03 kv.metr, yaşayış sahəsi 47.31 kv.metr olan, 3 otaqlı, 12 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmış və satışdan əldə olunmuş vəsait hesabına icra sənədində qeyd olunan borc məbləği banka ödənilmiş, artıq qalan 515 (beş yüz on beş) manat pul vəsaitinin sizin xeyrinizə ödənilməsi üçün bank rekvizitlərinizi Sumqayıt şəhəri üzrə icra idarəsi təqdim etməyiniz təklif olunur. Qeyd olunanlara əsasən, mənzilin könüllü olaraq boşaldılması təklif olunur, əks halda məhkəmə qərarının icrası məcburi qaydada təmin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ********** qeydiyyat nömrəli, 10.03.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E syalı evin 12 saylı mənzil Məhərrəmov Eldar Göyüş oğlunun tam mülkiyyətindədir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən "xxxx" MMCyə ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, “hazırda icraatınızda Sumqayıt şəhəri üzrə icra idarəsinin 25.01.2021-ci il tarixli sifariş məktubu və Ali Məhkəməninin 17.03.2011-ci il tarixli icra vərəqi üzrə Sumqayıt şəhəri, 9-cu mikrarayon, ev 9E mənzil 12-nin açıq hərracda satılması ilə bağlı iş mövcuddur. Bununla bağlı olaraq tərəfinizdən müvafiq tərəflərə sözügedən ipoteka predmeti üzrə açıq hərracın 26 fevral 2021-ci il tarixində keçiriləcəyi barədə 02.02.2021-ci il tarixli, 01/509 nömrəli Bildiriş də göndərilib. Diqqətinizə çatdırmaq istərdik ki, açıq hərracdan satılmasını planlaşdırığınız adıçəkilən mənzil üzrəində Cavabdeh1BOKT ASC-nin ipoteka yüklülüyünün ləğv edilməsi ilə bağlı iddia ərizəsi artıq Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Hərracda satışı nəzərdə tutulan mənzilin üzərində olan ipoteka yüklülüyünün xitamı ilə bağlı iddia ərizəsinə baxılarkən və həmin-ərizəyə dair yekun məhkəmə aktı qəbul edilənədək bildirişdə göstərilə hərracın keçirilməsinin heç bir hüquqi və praktiki əhəmiyyəti yoxdur. Belə ki, ipoteka haqqında Qanuna görə əmlak hərracın ilk mərhələsində belə satıla bilər və ya sonda alıcı olmadıqca ipoteka saxlayana təklif edilə bilər. Ona görə də ortalıqda ipotekanın özünün ləğvi məsələsi mübahisələndirilərkən onun barəsində hər hasnı hərrac hərəkətlərinin edilməsi mənasızdır. İpotekaya məhkəmə qaydasında xitam vermək isə bu halda iddiaçının hüququdur. Hər şey bu hüququn reallaşmasından aşlıdır və biz bu hüququmuzdan rəsmi olaraq istifadə etdiyimiz üçün ipotekaya xitam verilməsində iddialıyıq. Bu səbəbdən mübahisələndirilən ipoteka predmetinin bankın və digər şəxslərin mülkiyyətinə keçməməsi tərəfinizdən istənilən hərrac hərəkətləri dayandırılmalıdır. Əks halda Nəsimi Rayon Məhkəməsində iddiamız təmin ediləcəyi və ipoteka predmeti üçcüncü şəxslərə satıldığı halda İddiaçı dəymiş maddi ziyanın tələbinə dair Sizə qarşı məhkəmədə iddia qaldırılacaqdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarının 1-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Sözügedən qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmin Qərarın 3-cü bəndinə əsasən “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-704/11 saylı, 17 mart 2011-ci il tarixli qərarı ilə cavabdeh Mirzəyev Sənan Yaşar oğlunun kassasiya şikayəti qismən təmin edilmiş cavabdeh Mirzəyev Elçin Yaşar oğluna məxsus ünvan 2-də yerləşən 12 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra bir ay müddətində həmin mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin oradan çıxarılması, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1040/2010 saylı 03 noyabr 2010-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Mirzəyev Sənan Yaşar oğluna və qeyrilərinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsi, borc üzrə tələbin ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda istifadədə olan 0,16 hektar torpaq sahəsində yerləşən 9E №-li, beşmərtəbəli binada, Mirzəyev Elçin Yaşar oğlunun mülkiyyətindəki 68,03 kv.mümumi sahədən, 47,31 kv.m yaşayış sahəsindən ibarət üç otaqlı, 12 №-li mənzilə yönəldilməsi, ipoteka predmeti olan Mirzəyev Elçin Yaşar oğluna məxsus mübahisəli mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Mirzəyev Yaşar Sənan oğlunun "xxxx" ASC-nə 09.12.2009-cu il tarixli 464 pbs №-li kredit müqaviləsi üzrə 12.303,48 ABŞ dolları əsas, 2.255,70 ABŞ dolları gecikdirilmiş faiz, 1.894,74 ABŞ dolları dəbbə pulu, cəmi 16.453,92 ABŞ dolları və 09.12.2009-cu il tarixli 464 pbs/pk №-li kredit müqayiləşyjüzrə isə 494,13 ABŞ dolları əsas, 93,06 ABŞ dolları gecikdirilmiş fazi, cəmi 587,19 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi hesablanmaqla hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 20 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və mənzilin satışından artıq qalan Mirzəyev Elçin Yaşar oğluna qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-704/11 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC-nin 26.02.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin № 10/42 saylı 25.01.2021-ci il tarixli sifariş məktubuna əsasən, AR MM-nin 415-ci maddəsinə, İpoteka Qanununa uyğun olaraq təşkil olunmuş açıq hərracda İddiaçı (Mirzəyev Elçin Yaşar oğluna) məxsus olan Sumqayıt səhəri, 9-cu mikrorayon, ev 9 “E” ünavanında yerləşən 12 saylı mənzil 30050 manat olmaqla qalib alıcı Məhərrəmov Eldar Göyüş oğluna satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.“İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki ipoteka predmeti olan mənzil birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Çünki yuxarıda qeyd edildiyi kimi, Bank, “İpoteka haqqında” Qanun ilə ona verilmiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. İşin hallarından məlum olduğu kimi, hərrac təşkilatının təklifinə müsbət cavab verilsə də, ötən müddət ərzində ipoteka predmeti iddiaçının mülkiyyətində qalmaqda davam etmiş, "xxxx" BOKT ASC 30 gün müddətində ipoteka predmetini əldə etmək istiqamətində hər hansı hərəkətlərin edilməsini həyata keçirməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə əmlakın üzərində olan yüklülük ləğv olunmalı, ipotekaya xitam verilməlidir. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında bildirildiyi kimi də, "İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir. Habelə "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən 30 günlük müddət kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əmlakı əldə etmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Bununla yanaşı qanunun birbaşa göstərişinə əsasən ipotekaya xitam verildiyindən, 26 fevral 2021-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən E.Məhərrəmovun mənzili əldə etməsi qanunsuz olmuşdur. Mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Bu mənada məhkəmə haqlı olaraq qeyd etmişdir ki, artıq 2012-ci il tarixdə başa çatmış hərracla bağlı yenidən hərrac təşkilatına sifariş verilməsi qanunazidd olmuşdur. Belə ki, icra məmuru tərəfindən yenidən hərracın keçirilməsi barədə sifarişin verilməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə və “İcra haqqında” Azərbaycan Respublikası 53.3-cü maddəsinin tələblərinə ziddir. Belə olan halda ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzilin həmin sifarişin nəticəsində keçirilmiş hərrac vasitəsilə cavabdeh Məhərrəmov Eldar Göyüş oğluna satılması açıq aşkardır, iş materiallarında E.Məhərrəmovun vicdanlı əldə edən olduğu müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdeh E.Məhərrəmovun adına verilmiş 10.03.2021-ci il tarixli ********** saylı Çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli İpoteka müqaviləsi əsasında "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş yüklülük ləğv edilməli, həmin əmlak üzərində ipotekaya xitam verilməli və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Məhərrəmov Eldar Göyüş oğlunun adına verilmiş 10.03.2021- ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilməlidir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə cavabdeh Para” BOKT ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair vəsatətə münasibətdə də düzgün olaraq qeyd etmişdir ki, ipoteka qoyan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi barədə tələblərini irəli sürməsi hər hansı hallarla və ya müddətlə şərtləndirilməmiş və ipoteka qoyan istənilən vaxt həmin iddianı irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamaqla kifayətlənmiş, apellyasiya şikayətində yalnız hərracın nəticələrinin mübahisələndirilmədiyi və vicdanlı alıcı olduğunu əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş etimişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Eldar Məhərrəmov əmlakın mübahisəli əmlak olmasında və məhkəmə mübahsəindən məlumatlı olmuşdur. O da, nəzərə alınmalıdır ki, qanunsuz keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilib-edilməməsindən aslı olmayaraq iddiaçı tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğvini tələb edilməsi hüququnu məhdudlaşdırıla bilməz. Belə ki, qanunun birbaşa göstərişinə əsasən ipotekaya xitam verilməli olduğu halda, 26 fevral 2021-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən E.Məhərrəmovun mənzili əldə etməsi qanunsuz olmuşdur. Göründüyü kimi, hazırki halda hərracın nəticələri hüquqi mahiyyət etibarı ilə əhəmiyyətsizdir və hər hansı hüquqi nəticə yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Məhərrəmov Eldar Göyüş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar