Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-935/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-935/2023 (Açar sözlər: “alimentin tutulması”) Bakı şəhəri 16 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-799/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış və 2594 nömrə ilə qeyd edilmişdir, nikah bağlandıqdan sonra qadına Hüseynova soyadı verilmişdir
2. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və onun həcminin artırılmasına dair ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetknilik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 193 manat və onların 3 yaşına çatanadək hər ay əlavə xərclər üçün hər birinə görə 100 manat olmaqla, cəmi 586 manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Son zamanlar münasibətləri pozulmuş və artıq onlar bir yerdə yaşamırlar. Uşaqları təkbaşına saxlamaqda iddiaçı çətinliklik çəkir, ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, tələbin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-799/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment, habelə onların 3 yaşı tamam olanadək hər uşağa görə 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat, ümumilikdə 486 (dörd yüz səksən altı) manat sabit pul məbləğində aliment, həmçinin keçirilmiş ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin tutulması, alimentin xx.xx.2020-ci il təvəllüdlü X4 münasibətdə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il təvəllüdlü X5 münasibətdə xx.xx.2021-ci il tarixdən başlayaraq tutulması, Cavabdeh 66,32 (altmış altı manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iş yeri və qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyinə görə, məhkəmə Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməldir. Uşaqların mənafeyini, 2022-ci il üçün yaşayış minimumunun miqdarını nəzərə alaraq, eləcə də cavabdehin daimi iş yerinin olmamasını, iddiaçı tərəfindən cavabdehin gəlirləri və əmlakı barədə məhkəməyə sübutlar təqdim etməməsini diqqətə alaraq, məhkəmə alimentin hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
9. Eyni zamanda, diqqətə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı).
10. İş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin hissədə - cavabdehlə birgə nikahdan olmuş uşaqların 3 yaşı tamam olanadək hər biri üçün cavabdehdən 100 manat məbləğində alimentin tutulmasını əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə pulu ödəmək üçün zəruri vəsaitə malik olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə, uşaqların 3 yaşı tamam olanadək hər biri üçün cavabdehdən 50 manat, cəmi 100 (bir yüz) manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, 34-cü maddəsinin İİİ hissəsinə, 71-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, 75.1-ci, 75.4-cü , 76-cı , 78.1-ci, 78.2-ci, 112.1-ci, 84.1-ci, 84.2.2-ci, 85.1.2-85.1.1-cü, 85.1.1-ci, 85-ci, 86cı,100.2-ci maddələrinə,MPM-nin 77.1-ci, 234.2.1-ci, 112.1.3-cü, 119.1 və 119.2-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, 9.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-799/2022 nömrəli qətnaməsi ləğv edilməsini, İddiaçı ilə birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancından 1/3 hissə miqdarında aliment tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ailə məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə görə, görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-0012 nömrəli arayışdan görünür ki, o, daxili xidmət çavuşu- Cavabdeh həqiqətən 30 aprel 2019-cu il tarixdən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun Növbətçi hissəsinin növbətçisi vəzifəsində işləyir, aylıq əmək haqqı 681,91 manat olmaqla, vergi və digər ödənişlər edildikdən sonra əmək haqqı kartına köçürülən məbləğ 597,22 manat təşkil edir.Göründüyü kimi, o, nikaha daxil olmadan əvvəl hazırkı işdə işləyir .Yuxarıda qeyd olunanlardan və xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi, onun daimi iş yeri var və hər ay əməkhaqqı alır. Ona görə də mübahisəyə Ailə Məcəlləsinin 78.1-ci maddəsi tətbiq edilməli deyil.
b) Apellyasiya şikayətinə yazılı etiraz
14. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
17. 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
23. Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu:
24. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qətnamə alimentin məbləği hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Belə ki, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və onun həcminin artırılmasına dair ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetknilik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 193 manat və onların 3 yaşına çatanadək hər ay əlavə xərclər üçün hər birinə görə 100 manat olmaqla, cəmi 586 manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
38. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Son zamanlar münasibətləri pozulmuş və artıq onlar bir yerdə yaşamırlar. Uşaqları təkbaşına saxlamaqda iddiaçı çətinliklik çəkir, ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, tələbin təmin olunmasını xahiş etmişdir.
39. Cavabdeh isə etiraz edir ki, həqiqətən 30 aprel 2019-cu il tarixdən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun Növbətçi hissəsinin növbətçisi vəzifəsində işləyir, aylıq əmək haqqı 681,91 manat olmaqla, vergi və digər ödənişlər edildikdən sonra əmək haqqı kartına köçürülən məbləğ 597,22 manat təşkil edir.
40. Kollegiya Ailə Məcəlləsinin 78.1-ci maddəsinin (tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hal-alimentin məbləğinin hər uşaq üçün çox az məbləğə düşəcəyi,) tələbindən çıxış edərək və Uşaqların mənafeyini, 2022-ci il üçün yaşayış minimumunun miqdarını nəzərə alaraq, hesab edir ki, aliment sabit pul məbləğində (uşaqlar yetknilik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 193 manat) təyin edilməldir.
41. Həmçinin, mübahisələndirilən iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-799/2022 saylı, 23 iyun 2022 tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.