Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9363/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD – 9363 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaları və əmlak tələbinə” dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(004)-4877/2021 nömrəli qərardadından iddiaçı X1 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaları və əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X5 məhkəməyə vəsatət ünvanlayaraq, mülki işin aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(004)-4877/2021 nömrəli qərardadı ilə cavabdeh X2 vəsatəti təmin edilmiş, iddiaçı X1 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair 2(004)-4877/2021 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X4 məhkəməyə şikayət verərək, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)-4877/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materialları əsasında müəyyən edilir ki, cavabdeh X5 ünvan 2 ünvanında qeydiyyatdadır. Bu səbəbdən prosessual qanunvericliyinə tələbinə uyğun olaraq, mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(004)-4877/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı X1 cavabdeh X3 qarşı “qızıl-zinət əşyaları və əmlak tələbinə” dair mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9363/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9363/2021
16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver