Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9372/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı X5, onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakların nizamnamə kapitalında ikidə bir təsisçi payına mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(004)-3915/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakların nizamnamə kapitalında ikidə bir təsisçi payına mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə öz adına əldə etdiyi "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin nizamnamə kapitalında 1/2 təsisçi payına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X9 və Cavabdeh 31.08.2002-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Birgə nikah dövründə əldə olunan əmlakların bir qisminin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququ məhkəmə qərarları əsasında tanınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin 29.11.2019-cu il tarixli arayışından məlum olur ki, Cavabdeh 04.02.2016-cı il tarixdən hal-hazıra kimi "Aqua Texnik” MMC-nin təsisçisi, eyni zamanda 04.04.2018-ci il tarixdən hal-hazıradək direktorudur. 16.09.2003-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-nin təsisçisidir, 16.09.2003-cü il tarixdən 23.09.2018-ci il tarixədək direktoru olmuş, boşanma ərəfəsində öz əmri ilə direktor vəzifəsindən çıxaraq 01.10.2018-ci il tarixdə doğma qardaşı X10 direktor təyin etmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlumdur ki, "xxxx" MMC-nin təsisçisi və direktoru 16.01.2017-ci il tarixdə qeydiyyata alındığı gündən hal-hazıradək Cavabdehdur. Hesab edir ki, birgə nikah dövründə keçmiş əri Cavabdeh tərəfindən təsis edilən və alqı-satqı yolu ilə alınan hüquqi şəxslərin təsisçilik payının ½ hissəsinə iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(004)-3915/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçı X5 pay hüququ tanınması, həmin əmlakların təsisçi paylarının qalan 1/2 (ikidə bir) hissələri isə Cavabdeh mülkiyyətində saxlanılması, bu barədə müvafiq qeydiyyat aparılması və tərəflərə yeni çıxarış verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddianın "xxxx" MMC və "xxxx" MMC-nin nizamnamə kapitalının ½hissəsinə X5 pay huququnun tanınması hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki. İddianın əsasını 3 (üç) MMC-nin - "xxxx"MMC-nin, "xxxx" MMC-nin və "xxxx"MMC-nin nizamnamə kapitalındakı təsis paylarının 1/2 (ikidə bir) hissəsinə mülkiyyət hüququnun tanınması təşkil edir."xxxx" MMC- 15.09.2003-cü il tarixində, "xxxx" MMC-04.02.2016-cı il tarixində, "xxxx" MMC-16.01.2017-ci il tarixində təsis edilib. O, iddiaçı ilə 31.08.2002-ci ildə qanunla müəyyən edilmiş qaydada nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Nikahları 26.10.2018-ci ildə pozulub. Lakin, onun ailə münasibətləri 30.04.2014-cü ildən faktiki olaraq kəsilmiş, ayrı-ayrı ünvanlarda yaşamış, ayrı-ayrı təsərrüfat aparmışlar. Bu fakt, X5 aliment tələbinə dair 25.07.2018-ci il tarixli iddia ərizəsində qeyd edilmişdir ki, “4 ildən yuxarıdır ki, cavabdehlə ayrı yaşayırıq” və Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)- 6594/2018 saylı qətnaməsində öz əksini tapıb. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli, 2(103)-846/2020 saylı qətnaməsində bu fakt öz əksini tapıb. İlk baxışdan elə görünür ki, hər 3 (üç) MMC birgə nigah dövründə əldə olunub. Lakin, yuxarıda qeyd edilən faktlardan tam aydın olur ki, "xxxx" MMC və "xxxx" MMC ayrı-ayrılıqda yaşadıqları və təsərrüfat aparmadıqları dövrdə təsis edilib. Buna görə də bu MMC-lər birgə nigah dövründə əldə edilmiş əmlak hesab edilmir və bölgünün predmeti ola bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 və onun vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının "xxxx" MMC və "xxxx" MMC-yə aid hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh və X9 31.08.2002-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflər arasındakı nikah 26.10.2018-ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X7 İdarəsinin 29.11.2019-cu il tarixli **********767100 nömrəli və 02.07.2021-ci il tarixli **********853400 nömrəli məktublarından müəyyən edilir ki, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X7 İdarəsində olan reyestrə əsasən Bakı şəhəri 51 saylı notariat ofisinin 28.01.2016-cı il tarixli 3M-75 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən 04.02.2016cı il tarixdən hal-hazıradək "xxxx" MMC-nin təsisçisi Cavabdehdur. Cavabdeh Ümumi Yığıncağın 02.04.2018-ci il tarixli qərarı ilə 04.04.2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin direktorudur. "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı tarixdən hal-hazıradək təsisçisi Cavabdehdur. Cəmiyyətin 16.09.2003-cü il tarixli əmrinə əsasən 01.10.2018-ci il tarixədək direktoru Cavabdeh olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2021-ci il tarixli **********715000 nömrəli məktubundan müəyyən edilir ki, "xxxx" MMC-nin (VÖEN **********) 14.01.2017-ci il tarixdə təsisçi və rəhbəri Cavabdeh olmaqla qeydiyyata alınmışdır. Qeydiyyata alındığı tarixdən bugünə kimi rəhbər və təsisçi dəyişikliyi ilə bağlı müraciət daxil olmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Aqua Texnik” MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi payı ər-arvadın birgə nikah dövründə qazanılmış vəsaiti hesabına alındığına görə tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakı sayılır və onların təsisçi paylarında payları bərabər hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh tərəfindən məhkəmə apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 saylı qətnaməsi ilə 21.10.2003-cü il təvəllüdlü X3, 05.10.2004-cü il təvəllüdllü X4 və 25.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının başlanğıcı 25 iyul 2018-ci il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 31.08.2002-ci il tarixdə Hacıqabul rayon VVADQ şöbəsində bağlanmış və 226 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra 21.10.2003-cü il təvəllüdlü X3, 05.10.2004-cü il təvəllüdllü X4 və 25.12.2014-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, nikahlarının faktiki olaraq, 4 ildən artıqdır kı, pozulmasını və ayrı yaşadıqlarını göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) 14.01.2017-ci il tarixdə təsis edilmiş, təsisçi və rəhbəri Cavabdehdur. "xxxx" MMC isə 28.01.2016-cı il tarixli 3M- 75 saylı müəssisədəki payın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 04.02.2016-cı il tarixdən hal-hazıradək təsisçi Cavabdehdur. Tərəflərin nikahı isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 saylı qətnaməsinə əsasən, 2014-cü il tarixdən faktiki olaraq pozulmuşdur. Göründüyü kimi, "xxxx" MMC və "xxxx" MMC tərəflərin ümumi gəlirləri hesabına təşkil edilməməklə birgə ailə təsərrüfatı aparmadıqları zaman, yəni nikahları faktiki olaraq pozulduqdan sonra cavabdeh tərəfindən təşkil edildiyindən, həmin MMC-lər birgə nikah dövründə əldə edilmiş əmlak kimi hesab edilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini "xxxx" MMC və "xxxx" MMC-yə aid hissədə təmin etməklə səhv nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın tam təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və mübahisələndirilən hissələrdə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(004)-3915/2021 saylı qətnaməsi “tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçı X5 pay hüququ tanınması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9372/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9372/2021
30.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver