Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9374/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 17 may 2016-cı il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 01 iyun 2017-ci il təvəllüdlü X4 və 16 yanvar 2019-cu il təvəllüdlü X3 onun yanında qalmaları və cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh və İddiaçı arasında Yasamal rayon Qeydiyyat Şöbəsində 17 may 2016-cı il tarixli, 121 №-li akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, 01 iyun 2017-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qətnamədə ekspertiza haqqında məsələnin həll edilmədiyini, bu səbəbdən tibbi ekspertizanın keçirilməsi üçün onun tərəfindən ödənilmiş 2300 manat ekspertiza xərcinin iddiaçıdan alınaraq ona ödənilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı 12.03.2021-ci il tarixli qərardadı ilə əlavə qətnamənin çıxarılmasından imtina edilmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-307/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərardadında göstərmişdir ki, tərəfindən qərardaddan şikayət verilmiş və məhkəmə hesab etmişdir ki, şikayət geri qaytarılmalıdır. Halbuki, tərəfindən şikayət yox, qərardadın ləğvi barədə ərizə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlunun nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bеlə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 268.1.-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya qeyd edir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə sistemə proses iştirakçısı kimi daxil edilmiş və onun elektron kabineti vardır. Məhkəmə tərəfindən qərardad həmin şəxsin elektron kabinetinə 08 aprel 2021-ci il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.6 və 135.5-ci maddələrinə əsasən Yasamal Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(004)-307/2020 saylı qərardadı cavabdehin nümayəndəsi tərəfindən 08 aprel 2021-ci il tarixdən alınmış hesab edilir. Belə olan halda iddiaçı tərəfindən şikayətin verilməsinin son günü 18 aprel 2021-ci il tarixi olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən həmin qərardaddan şikayət 06 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim edilməklə, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göstərilənləri nəzərə аlаrаq məhkəmə kоllеgiyаsı bеlə qənаətə gəlir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, və 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərаrа аldi: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9374/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9374/2021
14.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver