Məhkəmə qərarları › İş №2(103)-9432/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9432/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9432/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) icbari sığorta məbləğinin bərpası barədə iddiasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı onun və nənəsinin xeyrinə cavabdehdən sığorta ödənişinin ümumi məbləği olan 9114,986 manat pulun və ümumi mənəvi ziyana görə 2500 manat pulun bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin 17.06.2021-ci iç tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 3701,26 manat, hüquqi xidmət xərcinə görə 190 manat və 11,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3902,66 manat pul vəsaiti Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmət xərcinə görə ödənilmiş 310 manat və ödənilmiş dövlət rüsmunun 18,60 manat hissəsi İddiaçı aid edilmiş, İddiaçı iddiası qalan hissədə təmin edilməmiş, X2 iddiası qismən təmin edilməsi, 4355,93 manat pul vəsaiti Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin "xxxx" MMC-dən tutularaq X3 ödənmilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən "xxxx" MMC-nin vəkili və nümayəndəsi apellyasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.1, 361.1.2, 361.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir. Həmin Məcəllənin 363.1, 363.1.1-ci maddələrində göstərilir ki, apellyasiya şikayəti bu Məcəllənin 363.1-ci maddəsinin tələblərinə cavab vermirsə apellyasiya şikayəti qaytarılır. Bu Məcəllənin 364-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh "xxxx" MMC iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnaməsindən deyil, 29 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verib, 29 iyun 2021-ci il tarixli qətnaməsinin isə hazırkı mülki işə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, sözügedən mülki iş üzrə "xxxx" MMC cavabdeh olduğu halda, apellyasiya şikayətinə əlavə olunmuş vəkil orderini isə Optika- Mexanika İB–nin Alov Zavodu və vəkil X4 tərəfindən imzalanmışdır. Optika-Mexanika İB–nin Alov Zavodu sözügedən mülki iş üzrə tərəf olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364. 366. Və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) icbari sığorta məbləğinin bərpası barədə iddiasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar