Məhkəmə qərarları › İş №2(103)-9539/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9539/2021

24.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9539/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-2297/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı 21 saylı mənzilə dair onunla cavabdeh arasında bağlanmış 26 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi şahəsı 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı 21 nömrəli mənzili 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində 26 oktyabr 2017-ci il tarixdə oğlu Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin rəsmiləşdirilən anda oğlunun əvəzinə ** AA ***2912 nömrəli etibarnaməyə əsasən onun qızı Nümayəndə təmsil edib və bütün sənədlərə özü qol çəkmişdir. Oğlu Cavabdeh 1995-ci ildən (üç nəfər ailə tərkib ilə, daimi yaşamaq üçün Rusiya Federasiyasının, Nijeqorodsk vilayəti, Dzerjinski şəhərinə köçüb və bu günə kimi orada yaşayırlar. 2003-cü ilin iyul ayında gəlini S.H.Fərəcova Bakıya gəlib xahiş etmişdir ki, xarici pasport alması üçün onu mənzilinə özünü və Cavabdeh qeydiyyata salsın və söz vermişdir ki, pasportu aldıqdan sonra onlar qeydiyyatdan çıxacaqlar. Lakin pasportu alıb Dzerjinski şəhərinə qayıdıb verdiyi sözə əməl etmədiyinə görə məhkəməyə müraciət edib, onların yaşayış sahəsinə hüququn itirilməsinə dair tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2-789/2004cü il tarixli Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh və S.H.Fərəcova Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin, 21 saylı mənzilinə yaşayış sahəsinə hüququ itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilmiş və icra olunmuşdur. 2017-ci ildə Cavabdeh Bakı şəhərinə gələndə ikinci dəfə onu aldadaraq deyib ki, Rusiya Federasiyasında iş tapmaq çətindir, ailənin maliyyə vəziyyəti ağırlaşıb və o, Bakı şəhərinə qayıdıb orada yaşamağı planlaşdırır. Öz ailəsinə və uşaqlara şərait yaratmaq üçün yaşayış sahəsi ilə ailəni təmin etməyə ehtiyacı var. Həm də onunla yaşayaraq yanında olub ona hərtərəfli kömək göstərə bilər. Rusiyada öz mənzili olmadığı halda (o belə bilirmiş) mənzilində yaşamaq onun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Oğlunun çətin vəziyyətini nəzərə alaraq, onun sözlərinə inanaraq mənzilinə köçüb onunla yaşamasını təklif etmişdir. Mülkiyyətində olan mənzili o şərtlə oğluna bağışlayıb ki, o, öz ailəsi ilə birlikdə Bakıya qayıdıb onunla bir yaşayacaq. Eyni zamanda da xəstə olduğunu və yaşını nəzərə alaraq ehtimal edib ki, ölümünə qədər ona qulluq edər və mənzilin yenidən sənədləşdirmə aparmasına ehtiyac qalmaz. Lakin oğlunun laqeyd münasibəti münaqişəyə səbəb olub, övladlıq borcunu yerinə yetirməməsi nəticəsində ağır vəziyətə düşüb. Ona dəstək olmaq əvəzinə o, iki aydan sonra yenidən Rusiya Federasiyasına yaşamaq üçün qayıdıb, o, öz mənzilində tək yaşayır, mənzilə tək sahiblik edir, mənzilin bütün kommunal xərclərini də özü bu günə kimi tək aparır. Nəvəsi hərdən bir Bakıya gəlib onunla yaşamasına baxmayaraq heç bir köməklik göstərmir, özünü qonaq kimi aparır. Cavabdeh onu aldadaraq bir müddət keçdikdən sonra yenidən Rusiya Federasiyasının, Nijeqorodsk vilayəti, Dzerjinsk şəhəri, Mayakovskiy küçəsi, ev 2 ünvanda yerləşən 32 nömrəli öz mənzilinə köçüb, bu günə kimi də orada yaşayır. Hesab edir ki, Cavabdeh ailə-hüquq münasibətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsində nəzərdə tutulmuş və onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozur və həmin bağışlama nəticəsində əmlak münasibətləri onun üçün son dərəcə ağır yükə çevrilib. Ona görə də, hesab edir ki, qeyd olunan bağışlama müqaviləsi ləğv edilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-2297/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-2297/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, qeyd etdi ki, İddiaçı 01 noyabr 2021-ci ildə vəfat etmişdir. İddiaçının övladları olan X2, X3, X7 notariat qaydada təsdiq olunmuş ərizələr verərək, qeyd etmişlər ki, İddiaçı hüquqi varisi olaraq mülki iş üzrə mübahisə edilən hüquq münasibətini davam etdirmək istəmirlər. Hazırki mülki mübahisə üzrə ünvan 1 ünvanınla yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı, 21 saylı mənzillə bağlı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Xahiş etdi ki, hazırkı iş üzrə artıq hüquq varisi olmadığından, iş üzrə icraata xitam verilsin. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidiir. Belə ki, iş materiallarında olan: -312357 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı 01 dekabr 1960-cı il tarixdə nikahlarını bağlamışlar, bu barədə həmin tarixdə akt qeydləri kitabında qeyd edilmişdir; -AZ-İ seriyalı, 129505 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09 may 2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 may 2002-ci il tarixdə 345 nömrə ilə qeyd edilmişdir; -Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 may 2004-cü il tarixli, 2-789/2004 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh, X4 2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi 15 saylı evin 21 saylı mənzilinin yaşayış sahəsinə hüququ itirilməklə, pasport qeydiyyatından çıxarılmışlar; - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısının 27 oktyabr 2004-cü il tarixli 465 saylı Sərəncamının surətindən görünür ki, İ.Məmmədov küçəsi 15 saylı evin 4 otaqlı (yaşayış sahəsi 48,05 kv.m) 21-ci mənzilinin kirayəçisi 25 iyul 1979-cu il tarixli, 173901 saylı orderə əsasən (ailə tərkibi iki nəfər-İddiaçı və X3) olmaqla mənzilə kirayə müqaviləsi Cavabdeh ölümündən sonra dəyişdirilb, onun arvadı-İddiaçı ilə yeni müqavilə bağlanılmışdır; -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı, 219763 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin, 21 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1363 saylı reyestr kitabının 204600 nömrəli səhifəsində 30 dekabr 2004-cü il tarixdə qeydiyyat aparılmışdır; -Rusiya Federasiyası, X1 şəhəri 20 oktyabr 2017-ci il tarixli 52AA3462912 seriyalı etibarnamənin tərcümə olunmuş surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1993-cü il təvəllüdlü qızı Nümayəndə ünvan 1, 21 saylı mənzili və ümumi əmlaka dair mülkiyyət hüququndakı payı onun adından hədiyyə almağı, əmlakla bağlı sənədlərin rəsmiləşdirilməsi və bunula bağlı tapşırıqların yerinə yetirilməsi, zəruri hərəkətləri yerinə yetirilməsi və s. hüquqları həvalə etmişdir; -Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudladırılmasına (yüklülüyünə) dair dövlət reyestrinin 23 oktyabr 2017-ci il tarixli 09AZ/1215 saylı arayışından müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin 4 otaqlı 48,05 kv.m yaşayış sahəsi, mənzil 21 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ barədə 1363 ÖZ saylı reyestr kitabının 204600. nömrəli vərəqində 219763 saylı qeydiyyat vəsiqəsi ilə 30 dekabr 2004-cü il tarixdə qeydiyyat aparılmışdır; -Yaşayış yeri üzrə qeydiyyat haqqında 12 oktyabr 2017-ci il tarixli ******* saylı arayışı ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin, 21 saylı mənzilində qeydiyyatdadır; -24 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun notariusu N.M.Səmədov tərəfindən təsdiq edilmiş ərizənin tərcümə edilmiş surətindən müəyyən edilir ki, X11 ünvan 1 ünvanında yerləşən 21-ci mənzilin bağışlanmasına etiraz etməmişdir; -Daşınmaz Əmlakın İcbari Sığortası haqqında RAT ********** saylı, BA 787512 seriyalı, 25 oktyabr 2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 21 saylı mənzili barədə sığortalı Nümayəndə ilə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC arasında sığorta müqaviləsi bağlanmış, qeyd olunan mənzil 25.10.2017-ci il tarixdən 24.10.2018-ci il tarixədək 25.000 manat məbləğ müəyyən edilməklə sığorta edilmişdir; -26 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmiş ərizənin surətindən müəyyən edilir ki, Nümayəndə ünvan 1 ünvanında yerləşən 21-ci mənzilin bağışlanmasına etiraz etməmişdir; - 26 oktyabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmiş 26 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən surətindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən verilmiş 30 dekabr 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m. olan 4 otaqlı 21-ci mənzili Cavabdeh bağışlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666- 674-ci maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmişdir; -Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışı və Bakı şəhəri Ərazi İdarəsinin mənzilə dair 01 noyabr 2017-ci il tarixli Texniki Pasportunun surətləri ilə müəyyən olunur ki, ünvan 1, 21 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına 06 noyabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 06.11.2021-ci il tarixdə verilmiş notariat qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 01.11.2021-ci ildə Bakı şəhərində beyin ödəmindən vəfat etmişdir. İddiaçının övladları olan X2, X3, X7 tərəfindən 16.11.2021, 15.11.2021, 18.11.2021-ci il tarixlərdə verilmiş notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar İddiaçı hüquqi varisi olaraq mülki iş üzrə mübahisə edilən hüquq münasibətini davam etdirmək istəmədiklərini, hazırki mülki mübahisə üzrə ünvan 1 ünvanınla yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı, 21 saylı mənzillə bağlı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə,hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, iddiaçı vəfat etdiyindən, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol versə də, vərəsələr X2, X3, X7 mübahisə edilən hüquq münasibətini davam etdirmək istəmədiklərini, hazırki mülki mübahisə üzrə ünvan 1 ünvanınla yerləşən ümumi sahəsi 83,39 kv.m, yaşayış sahəsi 48,05 kv.m olan 4 otaqlı, 21 saylı mənzillə bağlı heç bir tələbləri olmayacağını bildirdiklərindən, bununla da, hüquq varisliyinin davam etdirilməsi mümkün olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7, 391, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-2297/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar