Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9545/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovun və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş 28.12.2012-ci il təvəllüdlü X1 üçün yaranmış 4500 (dörd min beş yüz) manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30.10.2011-ci il tarixdə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşlar. Faktiki nikah münasibətindən 2 övladları, 28.12.2012-ci il təvəllüdlü X7 və 06.07.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Hər iki övladının məhkəmə qətnaməsi əsasında analarının himayəsinə verilməsinə baxmayaraq, cavabdehlə faktiki olaraq ayrı yaşamağa başladığı vaxtdan, yəni 2019-cu ilin yanvar ayından bu günədək böyük övladı 28.12.2012-ci il təvəllüdlü X5 onun yanında və himayəsindədir. Həmçinin övladı yaşadığı Sabunçu rayonu ərazisində yerləşən 234 nömrəli məktəbdə təhsil alır. Uşağın ananın himayəsinə verilməsi formal xarakter daşıyır. Hətta Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru uşağın ananın himayəsinə verilməsinə dair qətnaməni icra etmək istəsə də, uşaq ona bağlı olduğundan və anasının yanına getmək istəməməsi səbəbindən qətnamənin icrası mümkün olmamış, uşaq anası ilə görüşməkdən, danışmaqdan və onunla birlikdə getməkdən imtina etmişdir. İcra məmuru X8 tərəfindən buna dair 19.02.2021ci il tarixli akt da tərtib olunmuşdur. Faktiki olaraq ayrı yaşamağa başladıqda övladı 28.12.2012ci il təvəllüdlü X5 anası ilə qalmaq istəmədiyini bildirərək onun himayəsində yaşamağı üstün tutumuşdur. Digər övladı 06.07.2014-cü il təvəllüdlü X4 isə cavabdehin himayəsindədir. Nuran üçün qət edilən alimentin məbləğini ödəməyə hazırdır. Digər övladının isə bütün məişət, həkim, qida, təhsil xərcləri onun tərəfindən qarşılanır. O, bu illər ərzində böyük övladının saxlanılmasında tək iştirak etmişdir. Bu səbədən də həmin dövr üçün aliment tələb olunmamış və nəticədə yığılaraq böyük bir məbləğ təşkil edərək ödənilməsində çətinliklər yaratmışdır. 28.12.2012-ci il təvəllüdlü X1 üçün 4500 manat aliment borcu yaranmışdır. Ona görə də həmin borcun silinməsini xahiş edir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiaçının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı Cavabdeh ilə 30.10.2011-ci il tarixdə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşlar. Faktiki nikah münasibətindən 2 övladları, 28.12.2012-ci il təvəllüdlü X7 və 06.07.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Hər iki övladının məhkəmə qətnaməsi əsasında analarının himayəsinə verilməsinə baxmayaraq, cavabdehlə faktiki olaraq ayrı yaşamağa başladığı vaxtdan, yəni 2019-cu ilin yanvar ayından bu günədək böyük övladı 28.12.2012-ci il təvəllüdlü X5 atasının yanında və himayəsindədir. İddiaçı bir uşağa görə qət edilən alimentin məbləğini ödəməyə hazırdır. Digər övladının isə bütün məişət, həkim, qida, təhsil xərcləri atası tərəfindən qarşılanır. 28.12.2012-ci il təvəllüdlü X1 üçün 4500 manat aliment borcu yaranmışdır. Ona görə həmin borcun silinməsini xahiş edir. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2 qeyd etdiklərini təsdiq edərək, İddiaçı 28.12.2012-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu borcun silinməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı borcun silinməsini tələb etdiyi müddətə görə 28.12.2012-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu borcun məbləği 4320 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı borcun silinməsini tələb etdiyi müddət üçün 28.12.2012-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu borcun 4320 manat hissəsi silinməlidir. Qalan hissədə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı 28.12.2012-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu borcun 4320 manat təşkil edən hissəsi silinsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9545/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9545/2021
25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver