Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9556/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaranmış aliment borcu üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3318/2021 saylı işi üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə 26.04.2021-ci il tarixdə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 17.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X5 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14600 manat aliment borcunu 781 gün gecikdirərək ödəmədiyinə görə Cavabdeh 11402,60 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birini instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)- 460/2006 nömrəli qətnaməsinə əsasən cavabdeh X4 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün 05.01.2006-cı il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq İddiaçı ödəməlidir. Cavabdeh Rəzəddinov (Rəzəddin) Yaşar Ariz oğlu ümumilikdə 3800 manat ödəmiş, daha sonra ödənişləri dayandırmışdır. Bununla əlaqədar borclu Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmış və icra məmurunun 11.03.2021-ci il tarixli qərarı ilə xx.xx.1974-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan borclu Cavabdeh barəsində axtarış elan edilmişdir. Cavabdeh hazırda 14600 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə bağlı tədbirlər davam etdirilir (iş.səh.7,8, 9, 11, 13, 37) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3318/2021 saylı işi üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X5 24.04.2001-ci il təvəllüdlü qızı X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14600 manat aliment borcuna görə Cavabdeh 1000 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 467; Ailə Məcəlləsinin 108.2, 108.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçının tənasübsüz surətdə yüksək hesabladığı 11402,60 manat dəbbə pulu azaldılaraq 1000 manat müəyyən edilməli, tərəflərin maddi durumu nəzərə alınmalıdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edib, yol verilmiş maddi və prosessual qanun pozuntularına görə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3318/2021 saylı, 26.07.2021-ci il tarixli qətnaməsini iddia tələbinin tam həcmdə təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; Mülki Məcəlləsinin 46; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2-460/2006 saylı, 03.02.2006-cı il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 24.01.2001-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 100 manat sabit pul məbləğində alimentin xeyrinə tutulmasına qərar verilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında verilmiş 03.02.2006-cı il tarixli icra vərəqəsinə əsasən Maraqlı şəxsndə başlanılmış icra icraatı üzrə ötən dövrdə ümumilikdə 3800 manat məbləğində alimentin ödənilməsi təmin edilmiş və nəticə etibarı ilə onun hazıradək 14600 manat məbləğində aliment borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi istiqamətində görülmüş icra tədbirləri bu günədək müsbət nəticə verməyərək dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrası hal-hazıradək cavabdehin təqsiri üzündən təmin edilməmişdir. Belə ki, qeydiyyatda olduğu ünvanda deyil, Almaniya Federativ Respublikasında yaşadığı üçün cavabdeh barəsində Maraqlı şəxs tərəfindən “Borclunun axtarılması haqqında” müvafiq qərar qəbul edilmiş və həmin qərar əsasında Yasamal rayon Polis İdarəsində müvafiq axtarış işi açılmışdır. Hal-hazıradək cavabdehin axtarılması istiqamətində həyata keçirilən axtarış tədbirləri müsbət nəticə verməmişdir. Lakin, son zamanlarda cavabdehin ümumvətəndaş pasportunun qüvvədə olma vaxtının keçməsi, yeni pasportun alınması ilə əlaqədar onun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinə müraciət etməsi, habelə onun barəsində Azərbaycabaycan Respublikasında axtarış elan edildiyindən ona pasportun verilməsindən imtina olunması və nəticə etibarı ilə ona müvafiq qaydada Maraqlı şəxsnə müraciət etmək hüquq izah edildiyindən onun anası telefon zəngi edərək aliment ilə bağlı razılığa gəlməyini yəni alimenti hissəsinin ödəməyə razılıq verməyini və axtarışın götürülməsini xahiş etsə də, sonradan o, heç bir ödəniş etməmişdir.Nəticə etibarı ilə məhkəmə qətnaməsi əsasında ödənilməli olan 114600 manat məbləğində aliment borcu ötən dövrdə baş vermiş infilyasiya prosesləri ilə əlaqədar iki dəfədən çox dəyərini itirmişdir.Belə ki, qeyd olunan borc məbləği 05.01.2006-cı il və 24.04.2019-cu illər üzrə yaranmış olsa da, həmin borc məbləği hal-hazıradək ödənilməmişdir.Buna görə də, 114600 manat məbləğində aliment borcu ilə yanaşı cavabdehdən həmin borc məbləği onu təqsiri üzündən 21.04.2021-ci il tarixinədək vaxtında ödənilmədiyinə görə əlavə olaraq hər geciktirilmiş gün üçün aliment borc məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu tutulmalıdır. 114600 manat məbləğində aliment borcu ilə yanaşı hər geciktirilmiş günə görə 11.46 manat məbləğində dəbbə pulu hesablanmalı və ümumilikdə 781 geciktirilmiş günə görə 11402,60 manat məbləğində dəbbə pulu Cavabdeh xeyirinə tutulmalıdır. Belə ki, Cavabdeh alimenti ödəməyə maddi imkanı olsa da, o, qəsdən aliment öhdəliyini icra etməmiş, nəticə etibarı ilə onu və övladını ağır maddi ehtiyaclar, iztirblar ilə üz-üzə qoyaraq ödəməli olduğu aliment məbləğini vaxtında ödəmədiyi üçün yaranmış aliment borc məbləği iki dəfədən çox dəyərdən düşmüş və nəticə etibarı ilə o və övladı çox ağır duruma düşərək sarsılmışlar. Məlumat üçün bildirir ki, Cavabdeh oqlu Almaniya Federativ Respublikasının Erfurt səhərində yaşayır və həmin səhərdə Liebknechtstr 54, 99085 ünvanında yerləşən “X9” adlı firmaya malik olmaqla sahibkar kimi restoran fəaliyyəti ilə məşğuldur, yüksək gəlirlərə və qazanca malikdir. Lakin, buna baxmayaraq o, qəsdən aliment borcunu illər keçməsinə baxmayaraq ödəməmişdir. Buna görə də, cavbdehin yüksək qazanca və gəlirlərə sahib olmasına baxmayaraq alimenti vaxtında ödəmədiyinə və hazırda yaranmış aliment borc məbləğinin ödənilməli olduğu vaxta münasibətdə iki dəfədən çox dəyərini itirdiyinə görə ondan hər qeciktirilmis gün nəzərə alınmaqla əlavə dəbbə pulu tutulmalıdır.Cavabdeh hazırda həm yaranmış aliment borc məbləğini və tərəfindən hesablanmış dəbbə pulunu ödəmək üçün lazımi qaydada maddi imkana sahibdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, cavabdehin Almaniyada yaşadığını, Azərbaycan və Almaniya arasında mülki münasibətləri tənzimləyən müqavilənin mövcud olmadığını, sosial şəbəkələr vasitəsilə əldə edilmiş məlumata əsasən cavabdehin Almaniyada restoran sahibi olaraq fəaliyyət göstərdiyinin müəyyən edildiyini, eyni zamanda şəxsiyyətini təsdiq edən vəsiqənin müddəti bitdiyindən ona rəsmi cavab olaraq axtarışda olduğunun bildirildiyini, birinci instaniya məhkəməsinin tətbiq etdiyi normanın kredit öhdəlikləri üzrə dəbbə puluna aid olduğunu, alimet öhdəliyinin uşağın saxlanılması üzrə həyata keçməli olduğunu, məhkəmənin bunu nəzərə almadığını, uşağın hal-hazırda bu pula ehtiyacının olduğunu, uzun müddət örtüyündən pulun dəyərdən düşdüyünü, bu səbəblə iddianın tam təmin edilməsini xahiş etdiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 17; "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5, 13; Mülki Məcəlləsinin 460-467,560 Ailə Məcəlləsinin 99-113 ; Mülki Prosesual Məcəllənin 13, 14.2, 76.1, 76.2, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, cavabdehin şikayət vermədiyi və uşağın mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ailə Məcəlləsinin 108-ci maddəsinə görə: Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasının dispozitiv şərtində məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borcların yaranması və (ya) aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin mövcudluğu əsasları müəyyən edilməli olmalı halda, məhkəmə qərarının icra edilməməsi səbəbləri belə araşdırılmamış, işdə olan sənədlərin nüsxələrindən isə tələbkarın istəyi nəticəsində icra sənədinin icrasız qaytarılması həyata keçirilməsi müəyyən edilmişdir. Beləliklə, qanun normasının tətbiqi baxımından sübut əhəmiyyətli mötəbər əsaslar və ona yönəlik prosessual tələblər tam əhatə edilməmişdir. Bundan başqa, normanın tələbləri analoğiyanın tətbiqini istisna etməsədə, onun tətbiqi zamanı faiz dərəcəsinin dəqiq müəyyən edlməməsi mütənasiblik baxımından obyektiv və ağlabatan meyarların uyğunluğunu tələb edir. Məhz bu baxımdan, habelə diqqətəlayiq digər hallar nəzərə alınmaqla müəyyən edilmiş dəbbə pulunun məbləği onun əsas təyinatına uyğunluq təşkil edir və tələbkarın yeni tələb hüquqların məhdudlaşdırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)- 3318/2021 saylı işi üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9556/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9556/2021
11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver