Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9564/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 5 saylı Notariat Kontoru və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı "çıxarışın ləğvi və torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(009)-2258/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 5 saylı Notariat Kontoruna və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs3 1971 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə Cavabdeh2 ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 nömrəli 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh2 adına 22.07.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ № ******* nömrəli, 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına 04.08.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 ünvanda İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsindən Cavabdeh1 çıxarılması, sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(009)-2258/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 5 saylı Notariat Kontoruna və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(009)-2258/2021 nömrəli qərardadından iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən tələb inzibati deyil, sırf mülki xarakterlidir. Hazırki mübahisə predmeti olan torpaq sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatından çıxarış cavabdehlər arasında, yəni satıcı ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsinin nəticəsi olduğundan mülki xarakterlidir. Hesab edir ki, torpaq sahəsinə dair tərtib edilmiş yerləşmə cizgisi inzibati akt olmadığından inzibati məhkəmədə baxıla bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli 2(009)-2258/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 şikayəti müdafiə hesab edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən bir-biri ilə bağlı olan bir neçə tələb (torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi, reyestrdə qeydiyyatın ləğv olunması,bu barədə çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında dövlət reystrində aparılmış qeydiyyatın və bu barədə çıxarışın ləğv edilməsi) irəli sürülmüşdür. Qeyd edilən tələblərin təhlili göstərir ki, iddiaçı ilk növbədə cavabdeh ƏMDK yanında DƏDRX tərəfindən torpaq sahəsinin plan-cizgisinin hazırlanması zamanı qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyini və nəticədə ona məxsus olan torpaq sahəsinin qanunsuz olaraq digər Cavabdeh2 adına Dövlət reystrində qeydiyyata alındığını mübahisələndirir. Digər tələblər isə həmin tələbdən törəmə olmaqla, qeyd edilən əsas tələbin hüquqi nəticələrini təşkil edir. Göründüyü kimi, iddiaçı faktiki olaraq ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehə məxsus əmlakın Dövlət reyestrində qeydiyyatının düzgün aparılmadığını, nəticədə isə onun əmlak hüquqlarının pozulduğunu göstərmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilir ki, daşınmaz əmlakın alqısatqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır.Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Həmin Qərarla müəyyən edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin dispozitiv şərtinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin müəyyən edilmiş hallarından, qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddia öz hüquqi təbiəti etibarı ilə iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətlərindən doğan mübahisə ilə bağlı olmayıb, inzibati orqan hesab olunan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Dövlət Reyestrində qeydiyyatın mübahisələndirilməsi ilə bağlı olan inzibati-hüquq xarakterli tələbdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «Reyesirdəki qeydiyyat hər hansı mülki hüquqi əqdlə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal inzibati orqanın ümumi (publik)hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır». Beləliklə müəyyən edilir ki, əsas iddia tələbi inzibati xarakterli olmaqla, mülki məhkəmə icraatı qaytasında baxılmalı deyil. Digər tələblər (alqı-satqı müqavilələrinin etibarsızlığı və bununla bağlı Dövlət reyestrində qeydiyyatın və Çıxarışın ləğv edilməsi) hüquqi təbiətinə görə mülki mübahisələrə aid olsa da, həmin mübahisənin həlli iddianın inzibati mübahisə xarakteri daşıyın hissəsinin həlli ilə birbaşa əlaqəlidir və yalnız həmin məsələyə baxılaraq həll edildikdən sonra həll edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə, gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(009)-2258/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9564/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9564/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver