Məhkəmə qərarları › İş №2(103)-9580/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9580/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9580/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 vəkili Elnaz Səmədovanın, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadından cavabdeh QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına və ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı daşınmaz əmlakların ipotekasına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar həmçinin iddianı təmini tədbiri barədə ərizə təqdim edərək göstərmişlər ki, iddia ərizəsində sadalanan və ipoteka predmeti kimi çıxış edən yaşayış evləri qeyd olunduğu kimi təkrar hərrac baş tutmamış elan edildikdən sonra tələbkara təklif edilsə də, sonuncu həmin əmlakları əldə etməmişdir. Artıq hərrac prosedurunun keçirilməsindən 1 ildən çox müddət keçmişdir və hazıra kimi ipoteka predmetlərinin əldə edilməsi həyata keçirilməmişdir. Belə olan halda ipoteka qoyan kimi onların həmin əmlakların ipotekasına xitam verilməsini tələb etmək hüquqları yaranmışdır. Bu səbəbdən onlar tərəfindən ipoteka predmetlərinin ipotekasına xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi verilmişdir. Lakin həmin iddia ərizəsinə baxılıb qurtaranadək göstərilən ipoteka predmetlərinin (yaşayış evlərinin) qanunsuz olaraq hərrac təşkilatı tərəfindən tələbkarın adına rəsmiləşdirilməsi təhlükəsi var ki, bunun qarşısını almaq üçün göstərilən əmlakların özgəninkiləşdirilməsi işə baxılıb qurtaranadək qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Göründüyü kimi iddianı təmini tədbiri gələcəkdə çıxarılacaq qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. İpoteka predmetləri işə baxılıb qurtaranadək ögzəninkiləşdirilərsə, iddia təmin olunacağı halda çıxarılan qətnamənin icrası artıq qeyri-mümkün olacaqdır. Çünki həmin əmlakların ipotekasına onlar özgəninkiləşdirildikdən sonra avtomatik olaraq xitam veriləcəkdir. Digər tərəfdən irəli sürülmüş iddia tələbi ipoteka saxlayanın ipoteka predmetlərinin əldə edilməsi hüququnun itirilmiş hesab edilməsi ilə əlaqədar ipoteka predmetlərinin ipotekasına xitam verilməsi ilə bağlıdır. Lakin göstərilən əmlaklar işə baxılıb qurtaranadək özgəninkiləşdirilərsə, bu halda da çıxarılacaq qətnamənin hüquqi nəticəsinin hər hansı mənası olmayacaqdır. Bu səbəbdən hesab edirik ki, gələcəkdə çıxarılacaq qətnanin icrasını təmin etmək məqsədilə iddia ərizəsində sadalanan və ipoteka predmeti olan əmlakların işə baxılıb yekun qətnamə qəbul edilənədək və həmin qətnamə qanuni qüvvəsini alanadək özgəninkiləşdirilməsi qadağan edilməlidir. Şərh olunanlara əsasən iddiaçılar məhkəmədən iddianı təmini tədbiri kimi işə baxılıb qurtaranadək (müvafiq qətnamə qəbul edilib qanuni qüvvəsini alanadək) adları aşağıdakı qeyd edilən və ipoteka predmeti olan yaşayış evlərinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi və həmin qərardadı icra olunmaq üçün "xxxx" MMC-yə, Abşeron rayon İcra və probasiya şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər: Abşeron rayonu, Saray qəsəbəsi, Villa Badam yaşayış kompleksində yerləşən 1. A/4 saylı fərdi yaşayış evi; 2. A/3 saylı fərdi yaşayış evi; 3. A/10 saylı fərdi yaşayış evi; 4.A/11 saylı fərdi yaşayış evi; 5. A/21 saylı fərdi yaşayış evi; 6. A/24 saylı fərdi yaşayış evi; 7. A/27 saylı fərdi yaşayış evi; 8. A/37 saylı fərdi yaşayış evi; 9. A/40 saylı fərdi yaşayış evi; 10. A/47 saylı fərdi yaşayış evi;

11. A/64 saylı fərdi yaşayış evi; 12. A/65 saylı fərdi yaşayış evi; 13. A/71 saylı fərdi yaşayış evi; 14. A/72 saylı fərdi yaşayış evi; 15. A/78 saylı fərdi yaşayış evi; 16. A/80 saylı fərdi yaşayış evi; 17. B/08 saylı fərdi yaşayış evi; 18. B/15 saylı fərdi yaşayış evi; 19. B/30 saylı fərdi yaşayış evi; 20. B/31 saylı fərdi yaşayış evi; 21. B/40 saylı fərdi yaşayış evi; 22. B/41 saylı fərdi yaşayış evi; 23. B/12 saylı fərdi yaşayış evi; 24. B/48 saylı fərdi yaşayış evi; 25. C/16 saylı fərdi yaşayış evi; 26. C/37 saylı fərdi yaşayış evi; 27.C/39 saylı fərdi yaşayış evi; 28. C/44 saylı fərdi yaşayış evi; 29. A/5 saylı fərdi yaşayış evi; 30. A/22 saylı fərdi yaşayış evi; 31. A/25 saylı fərdi yaşayış evi; 32. A/29 saylı fərdi yaşayış evi; 33. A/31 saylı fərdi yaşayış evi; 34. A/36 saylı fərdi yaşayış evi; 35. A/45 saylı fərdi yaşayış evi; 36. A/51 saylı fərdi yaşayış evi; 37. A/66 saylı fərdi yaşayış evi; 38. A/75 saylı fərdi yaşayış evi; 39. B/04 saylı fərdi yaşayış evi; 40. B/07 saylı fərdi yaşayış evi; 41.B/11 saylı fərdi yaşayış evi.; 42. B/13 saylı fərdi yaşayış evi; 43. B/44 saylı fərdi yaşayış evi; 44. B/49 saylı fərdi yaşayış evi; 45. B/53 saylı fərdi yaşayış evi; 46. B/58 saylı fərdi yaşayış evi; 47. C/7 saylı fərdi yaşayış evi; 48. C/36 saylı fərdi yaşayış evi; 49. B/09 saylı fərdi yaşayış evi; 50. A/13 saylı fərdi yaşayış evi; 51. B/21 saylı fərdi yaşayış evi. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadı ilə iddianı təmini tədbiri barədə ərizə təmin edilərək ipoteka predmeti olan və ərizədə göstərilən yaşayış evlərinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardaddan cavabdeh QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vermiş olduğu şikayət Səbail Rayon Məhkəməsinin 2(009)- 1352/2021 saylı, 20.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətin baxılması üçün 2(009)-1352/2021 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollüegiyasının 22.06.2021-ci il tarixli, 2(103)- 6221/2021 saylı qərardadı ilə cavabdeh QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadı ləğv edilmiş və mülki iş iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri `Səbail Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadı ilə iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsi, işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək iddianı təmini tədbiri kimi Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən: 1. A/4 saylı fərdi yaşayış evi; 2. A/3 saylı fərdi yaşayış evi; 3. A/10 saylı fərdi yaşayış evi; 4.A/11 saylı fərdi yaşayış evi; 5. A/21 saylı fərdi yaşayış evi; 6. A/27 saylı fərdi yaşayış evi; 7.A/37 saylı fərdi yaşayış evi; 8.A/40 saylı fərdi yaşayış evi; 9.A/47 saylı fərdi yaşayış evi;

10. A/64 saylı fərdi yaşayış evi; 11. A/65 saylı fərdi yaşayış evi; 12. A/71 saylı fərdi yaşayış evi; 13. A/72 saylı fərdi yaşayış evi; 14. A/78 saylı fərdi yaşayış evi; 15. A/80 saylı fərdi yaşayış evi; 16.B/08 saylı fərdi yaşayış evi; 17. B/15 saylı fərdi yaşayış evi; 18.B/31 saylı fərdi yaşayış evi; 19.B/40 saylı fərdi yaşayış evi; 20. B/41 saylı fərdi yaşayış evi; 21. B/12 saylı fərdi yaşayış evi; 22.B/48 saylı fərdi yaşayış evi; 23. C/16 saylı fərdi yaşayış evi; 24. C/37 saylı fərdi yaşayış evi; 25.C/39 saylı fərdi yaşayış evi; 26.C/44 saylı fərdi yaşayış evi;

27. A/5 saylı fərdi yaşayış evi; 28. A/22 saylı fərdi yaşayış evi; 29. A/25 saylı fərdi yaşayış evi; 30. A/29 saylı fərdi yaşayış evi; 31. A/31 saylı fərdi yaşayış evi; 32. A/36 saylı fərdi yaşayış evi; 33. A/45 saylı fərdi yaşayış evi; 34. A/51 saylı fərdi yaşayış evi; 35. A/66 saylı fərdi yaşayış evi; 36.A/75 saylı fərdi yaşayış evi; 37. B/04 saylı fərdi yaşayış evi; 38.B/11 saylı fərdi yaşayış evi.; 39. B/13 saylı fərdi yaşayış evi; 40. B/44 saylı fərdi yaşayış evi; 41. B/49 saylı fərdi yaşayış evi; 42. B/53 saylı fərdi yaşayış evi; 43. B/58 saylı fərdi yaşayış evi; 44. C/7 saylı fərdi yaşayış evi; 45. C/36 saylı fərdi yaşayış evi; 46.B/09 saylı fərdi yaşayış evi; 47. A/13 saylı fərdi yaşayış evi; 48. B/21 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının "xxxx" MMC-yə, Abşeron İcra və probasiya şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılması, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadının icrasına dönüş edilməsi və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən B/07 saylı, B/30 saylı və A/24 saylı evlərin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı iddianı təmini tədbirinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə şikayət ünvanlayaraq, məhkəmənin sonuncu qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin göstərdiklərini sadalamaqla kifayətlənmiş, heç bir fakta hüquqi qiymət verməmiş və müvafiq araşdırma aparmamış, qərardadda qeyd edilən qətnamənin icra vəziyyəti barədə məlumatlar icra orqanı ilə dəqiqləşdirilməmiş, habelə cavabdehin icra vəziyyəti barədə müvafiq sənədləri təqdim etməsi və həmin sənədlər üzrə məhkəmə araşdırılması üçün vaxt istəməsini rədd edərək, əsassız olaraq buna şərait yaratmamışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(009)- 1352/2021 saylı qərardadı ilə şikayətin təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçının vəkili E.Səmədova şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyulmaqla əlaqədar tədbir görə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə qeyd edir ki, iddianı təmini tədbiri kimi tətbiq edilməsi xahiş olunan tədbirin cavabdehlərə qarşı tətbiq edilməsi irəli sürülmüş tələblərə mütənasibdir, əlaqəlidir və gələcəkdə iddia təmin olunacağı halda qətnamənin icrasının təmin etməsinə qulluq edir. İddianın təmini tədbirinin tətbiqi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına maneə təşkil etməməlidir. Ona görə də, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı qeyd edilən daşınmaz əmlakların özgəninkiləşdirilməsinin hazırkı işə prosessual aidiyyəti olmayan şəxslərə qadağan edilməsi hissəsində ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə qismən təmin olunmalı və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən: 1. A/4 saylı fərdi yaşayış evi; 2. A/3 saylı fərdi yaşayış evi; 3. A/10 saylı fərdi yaşayış evi; 4.A/11 saylı fərdi yaşayış evi; 5. A/21 saylı fərdi yaşayış evi; 6. A/27 saylı fərdi yaşayış evi; 7.A/37 saylı fərdi yaşayış evi; 8.A/40 saylı fərdi yaşayış evi; 9.A/47 saylı fərdi yaşayış evi; 10. A/64 saylı fərdi yaşayış evi; 11. A/65 saylı fərdi yaşayış evi; 12. A/71 saylı fərdi yaşayış evi; 13. A/72 saylı fərdi yaşayış evi; 14. A/78 saylı fərdi yaşayış evi; 15. A/80 saylı fərdi yaşayış evi; 16.B/08 saylı fərdi yaşayış evi; 17. B/15 saylı fərdi yaşayış evi; 18.B/31 saylı fərdi yaşayış evi; 19.B/40 saylı fərdi yaşayış evi; 20. B/41 saylı fərdi yaşayış evi; 21. B/12 saylı fərdi yaşayış evi; 22.B/48 saylı fərdi yaşayış evi; 23. C/16 saylı fərdi yaşayış evi; 24. C/37 saylı fərdi yaşayış evi; 25.C/39 saylı fərdi yaşayış evi; 26.C/44 saylı fərdi yaşayış evi; 27. A/5 saylı fərdi yaşayış evi; 28. A/22 saylı fərdi yaşayış evi; 29. A/25 saylı fərdi yaşayış evi; 30. A/29 saylı fərdi yaşayış evi; 31. A/31 saylı fərdi yaşayış evi; 32. A/36 saylı fərdi yaşayış evi; 33. A/45 saylı fərdi yaşayış evi; 34. A/51 saylı fərdi yaşayış evi; 35. A/66 saylı fərdi yaşayış evi; 36.A/75 saylı fərdi yaşayış evi; 37. B/04 saylı fərdi yaşayış evi; 38.B/11 saylı fərdi yaşayış evi.; 39. B/13 saylı fərdi yaşayış evi; 40. B/44 saylı fərdi yaşayış evi; 41. B/49 saylı fərdi yaşayış evi; 42. B/53 saylı fərdi yaşayış evi; 43. B/58 saylı fərdi yaşayış evi; 44. C/7 saylı fərdi yaşayış evi; 45. C/36 saylı fərdi yaşayış evi; 46.B/09 saylı fərdi yaşayış evi; 47. A/13 saylı fərdi yaşayış evi; 48. B/21 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi cavabehlərə qadağan edilməli, qərardad Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən B/07 saylı, B/30 saylı və A/24 saylı evlərin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı iddianı təmini tədbirinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadı daşınmaz əmlakların özgəninkiləşdirilməsinin hazırkı işə prosessual aidiyyəti olmayan şəxslərə qadağan edilməsi hissəsində ləğv edilsin. Ərizə qismən təmin edilsin. İddianın təmini tədbiri kimi Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən: 1. A/4 saylı fərdi yaşayış evinin; 2. A/3 saylı fərdi yaşayış evinin;

3. A/10 saylı fərdi yaşayış evinin; 4.A/11 saylı fərdi yaşayış evinin; 5. A/21 saylı fərdi yaşayış evinin; 6. A/27 saylı fərdi yaşayış evi; 7.A/37 saylı fərdi yaşayış evi; 8.A/40 saylı fərdi yaşayış evi; 9.A/47 saylı fərdi yaşayış evi; 10. A/64 saylı fərdi yaşayış evi; 11. A/65 saylı fərdi yaşayış evi; 12. A/71 saylı fərdi yaşayış evi; 13. A/72 saylı fərdi yaşayış evi; 14. A/78 saylı fərdi yaşayış evi; 15. A/80 saylı fərdi yaşayış evi; 16.B/08 saylı fərdi yaşayış evi;

17. B/15 saylı fərdi yaşayış evi; 18.B/31 saylı fərdi yaşayış evi; 19.B/40 saylı fərdi yaşayış evi; 20. B/41 saylı fərdi yaşayış evi; 21. B/12 saylı fərdi yaşayış evi; 22.B/48 saylı fərdi yaşayış evi; 23. C/16 saylı fərdi yaşayış evi; 24. C/37 saylı fərdi yaşayış evi; 25.C/39 saylı fərdi yaşayış evi; 26.C/44 saylı fərdi yaşayış evi; 27. A/5 saylı fərdi yaşayış evi; 28. A/22 saylı fərdi yaşayış evi; 29. A/25 saylı fərdi yaşayış evi; 30. A/29 saylı fərdi yaşayış evi; 31. A/31 saylı fərdi yaşayış evi; 32. A/36 saylı fərdi yaşayış evi; 33. A/45 saylı fərdi yaşayış evi; 34. A/51 saylı fərdi yaşayış evi; 35. A/66 saylı fərdi yaşayış evi; 36.A/75 saylı fərdi yaşayış evi; 37. B/04 saylı fərdi yaşayış evi; 38.B/11 saylı fərdi yaşayış evi.; 39. B/13 saylı fərdi yaşayış evi; 40. B/44 saylı fərdi yaşayış evi; 41. B/49 saylı fərdi yaşayış evi; 42. B/53 saylı fərdi yaşayış evi; 43. B/58 saylı fərdi yaşayış evi; 44. C/7 saylı fərdi yaşayış evi; 45. C/36 saylı fərdi yaşayış evi; 46.B/09 saylı fərdi yaşayış evi; 47. A/13 saylı fərdi yaşayış evi;

48. B/21 saylı fərdi yaşayış evi; Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən B/07 saylı, B/30 saylı və A/24 saylı evlərin özgəninkiləşdirilməsi iş üzrə cavabdehlərə qadağan edilsin Qərardad Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən B/07 saylı, B/30 saylı və A/24 saylı evlərin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı iddianı təmini tədbirinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar