Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9586/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(009)- 2194/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə биринъи инстансийа məhkəməсиня müraciət етмишдир. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(009)- 2194/2021 saylı qərardadı ilə (hakim Rəna Qafarova) iddia ərizəsi qaytarılmış və iddiaçıya yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, 04 avqust 2021-ci il tarixli qərardad ləğv olunmuşdur. Bununla yanaşı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(009)-2194/2021 saylı qərardadı ilə yenidən iddia ərizəsinin qaytarılması nəticəsinə gəlinmişdir. İddiaçı qərardaddan şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(009)-2194/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 26 iyul 2021-ci il tarixdən etibarən ailə, əmək və kommersiya mübahisələri üzrə məhkəmə prosesinə başlamadan əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək məcburidir. Lakin iddiaçı məhkəməyə 23 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Bu halda iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə nə vaxt daxil olması önəmli deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), şikayətin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegkiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası, izahatları dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə göndərilmək üçün 23.07.2021-ci il tarixdə “Atlas Ekspress” sürətli poçt şirkətinə tədqim edilmiş və 04.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi, iddia ərizəsini geri qaytararkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, ...mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair sənəd və ona cavab – mediasiya sessiyasinda iştirak edilib-edilməməsi ilə bağlı arayış və ya protokol ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 09 iyul 2021-ci il tarixli 360-VİQD 21 saylı Azərbaycan Respublikası Qanunu 25 iyul 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş və bu Qanunla Mülki Prosessual Məcəlləyə 152.1.6- 1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən də kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, “Mediasiya haqqında” Qanunun ailə mənasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməsi vəzifəsini müəyyən edən 28.1-ci maddəsi 01 iyul 2021-ci il tarixdən, Qanunun həmin maddəsinin tələblərinə əməl edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsinin iddia ərizəsinin geri qaytarılmasına əsas olmasını müəyyən edən Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsi isə 25 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, iddiaçı 23 iyul 2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (sənədləri rabitə orqanına təqdim etmişdir) ki, bu halda da iddiaçının 25 iyul tarixinədək məhkəməyə ünvanladığı ərizə “Mediasiya haqqında” Qanunun təsir dairəsinə düşmür Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(009)- 2194/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(009)- 2194/2021 saylı qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9586/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9586/2021
21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver