Məhkəmə qərarları › İş №2(103)-9592/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9592/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9592/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovun və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, iddiaçı "xxxx"ASC-nin nümayəndəsi X1, "xxxx" BOKT MMC-nin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı "xxxx"ASC-nin cavabdehlər "xxxx" BOKT MMC və Cavabdeh2 qarşı “pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair” tələbi barədə mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2512,06 (iki min beş yüz on iki manat, altı qəpik) məbləğində sığorta ödənişinin, 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 2542,46 (iki min beş yüz qırx iki manat qırx altı qəpik)məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASCninhesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «BakıSığorta” ASC iddiasını onunla əsaslandırmışdır ki, 30.09.2020-ci il tarixində ünvan 1 ünvanında "xxxx" BOKT MMC-nin mülkiyyətində olan “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN Bakı Şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, 30.09.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı Qərara əsasən, “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (akmış manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hadisə zamanı "xxxx" BOKT MMC-nin mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə edilən “Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bu səbəbdən 7512 (yeddi min beş yüz on iki manat) məbləğində sığorta ödənişinin 5000 (beş min) manat hissəsi "xxxx" ASC tərəfindən "Bakı Sığoıla” ASCnin hesabına ödənilmişdir. Sığorta Hadisələrinin tənzimlənməsi xidməti Məlum olduğu kimi “İcbari Sığotalar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min manat) müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AD №763224 saylı X2 Şəhadətnaməsindən göründüyü kimi “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, X4 tərəfindən idarə edilən “Kia Sorento minik” markalı, 99-PX- 690 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİC-11867/20 saylı sığorta şəhadətnaməsindən və ona əlavələrdən göründüyü kimi, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 15.02.2020-ci il tarixindən 15.02.2021-ci il tarixindək 68000,00 (altmış səkkiz min) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləği 100,00 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 02.11.2020-ci tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (yeddi min altı yüz on iki manat, 06 qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 04.11.2020-ci il tarixli, 152/20 saylı sığorta aktına və 05.11.2020-ci il tarixli, № İT0001240 saylı ödəniş tapşırığına əsasən 7612,06 (yeddi min altı yüz on iki manat, 06 qəpik) manat məbləğində sığorta ödənişi sığortalı avtomobilin təmiri üçün “X12” MMCnin "xxxx" ASC-də olan AZ23BRRS******************** saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş, 03.06.2019-cu il tarixli Etibarnamədən görünür ki, «Bank Respublika” ASC tərəfindən “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X7 verilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AD №511250 saylı X2 Şəhadətnaməsindən göründüyü kimi “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASCdir. İddia ərizəsinə əlavə edilmiş, 06.10.2020-ci iİ tarixli, BS-C-20/1501 saylı məktubundan görünür ki, iddiaçı cavabdehlərə müraciət edərək, hadisə nəticəsində “Toyota Camry” markalı, 90- AO-730 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak təklifini etmişdir. Qeyd edilən məktub Cavabdeh2 tərəfindən 09.10.2020-ci il tarixdə imzalanaraq təhvil alınmışdır. Həmçinin, iddiaçının nümayəndələri telefon vasitəsi ilə Cavabdeh2 ilə əlaqə saxlayaraq eyni təklifi cavabdehə etmiş (audio yazılış əlavə edilib) lakin cavabdeh zərərin qiymətləndirilməsi prosesində iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş 06.01.2021-ci il tarixli, BS-C-20/0019 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 2512,06 (iki min beş yüz on iki manat,06 qəpik) məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində "xxxx" BOKT MMC və Cavabdeh2 tərəfindən geri ödənilməsi tələb edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2512 (iki min beş yüz on iki manat) məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Bununla bağlı 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASCnin mülkiyyətində olan «Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində cavabdehlər Cavabdeh2 və BOKT "xxxx" MMC-dən müştərək qaydada 2512,06 (iki min beş yüz on iki manat, altı qəpik) məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu iddiaçı «BakıSığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsindən BOKT "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin BOKT "xxxx" MMC aid hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı qismən BOKT "xxxx" MMC aid hissədə yoxlanılmalıdır. Məhkəmə iclasında BOKT "xxxx" MMC-nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsinin BOKT "xxxx" MMC aid hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı "xxxx"ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. BOKT "xxxx" MMC apellyasiya şikayətində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsinin qismən BOKT "xxxx" MMC-yə aid hissədə ləğv olunmasının əsası kimi ona istinad etmişdir ki, “02/755- 2020 saylı, 28.02.2020-ci il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsi əsasında lizinq alan Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında həmin tarixli X10 bağlanmış və həmin müqaviləyə əsasən lizinq alan tərəfindən öhdəlik götürülərək imzalanmışdır. X13 Müqaviləsinin 2.1-ci bəndinə uyğun olaraq lizinq obyekti lizinq alanın balansında uçota alınır və bununla bağlı bütün vergi və digər ödənişləri lizinq alan ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən təyinatına uyğun olaraq lizinq obyektinə sahiblik və istifadə hüququ bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alana məxsusdur və lizinq müddəti ərzində də lizinq alanın balansında qalır. Həmçinin müqavilənin 15.4-cü maddəsinə əsasən lizinq obyektinin yerləşdirilməsi, saxlanması, istifadəsi və qaytarılması zamanı üçüncü şəxslərə vurulmuş zərərə görə lizinq alan məsuliyyət daşıyır. Azərbaycan Respöublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini pödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsaslı hesab edir. Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında bağlanmış X5 15.4-cü maddəsinə əsasən lizinq obyektinin istifadəsi zamanı üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyət daşımaq barədə öhdəliyi üzərinə götürdüyünə görə BOKT "xxxx" MMC həmin məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsi qismənn BOKT "xxxx" MMC aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2013/2021 saylı, 17.06.2021ci il tarixli qətnaməsi qismən «BOKT "xxxx" MMC-dən müştərək qaydada 2512,06 (iki min beş yüz on iki manat, altı qəpik) məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu iddiaçı «BakıSığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə qəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar