Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9650/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4763/2021 saylı işi üzrə 06.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağının saxlanılması üçün 250 manat sabit pul məbləğində və onun saxlanılması üçün 150 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X4 arasında 14.07.2018-ci il tarixdə nikah bağlanmış birgə nikahlarından X3 19.12.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Arayışa əsasən, Cavabdeh "Aktoglass” MMC-də sürücü vəzifəsində işləməsi və aylıq 250 manat əmək haqqı alması müəyyən edilir (səh.7, 8, 23). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4763/2021 saylı işi üzrə 06.08.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 19.12.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddəti 08.07.2021-ci il tarixdən müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin dərhal icra olunması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 17; «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19; Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 84.1, 84.2, 84.2.1, 100.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.Bunun əksi olaraq iş materiallarında olan iş yerinə dair arayışdan görünür ki, Cavabdeh "Aktoglass” MMC-də sürücü vəzifəsində işləməsi və aylıq 250 manat əmək haqqı alması müəyyən edilmişdir.Məhkəmə eyni zamanda odu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır .Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Qeyd edilənlərə əsasən X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin uşağın 3 yaşına çatanadək cavabdehdən hər ay 150 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdeh tərəfin zəruri vəsaitə malik olması, özünün əmək qabiliyyətinin olmaması, hazırda analıq məzuniyyətində olmasını və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri,Yasamal rayon məhkəməsinin 06.08.2021-ci il qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 17; “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 19; Azərbaycan Respublikasımın ailə Məcəlləsinin 75, 78.1, 78.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, izahat verərək bildirmişdir ki,Cavabdeh tərəfindən uşaq və onun saxlanmağı üçün heç köməklik göstərmir.Cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır və onun saxlanmasında iştirak etmir. O, hal-hazırda analıq məzuniyətindədir və başqa yerdən gəliri yoxdur, tək başına uşağının saxlanmasında çox əziyyət çəkir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uşağın xəstə olduğunu, özünün iki ildir ki cavabdehlə faktiki ayrılaraq anası ilə yaşadığını, işləmədiyini, 3 yaşı tamam olana qədər hər ay 150 manat aliment ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, əmək qabiliyyətini itirdiyini, sürücü işlədiyini və aylıq əmək haqqının 250 manat olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 80, 81, 84, 99, 112.1; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən artıq yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması, isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə əsassız olaraq səhv nəticəyə gəlmişdir. Belə ki, digər amillərdən çıxış edərək iddiaçının tələbinin tam təmin edilməməsi üçün əsaslar olmasada və iddiaçı tərəfindən faktiki əsasların tam sübuta yetirilməməsi, körpə uşağın mənafeyi (yaşayış müinimumu və ananın biləvasitə ona baxması zərurəti) baxımından nəzərə alınmaması üzrə dispozitiv imkanı istisna edən hal deyildir. İş üzrə müəyyən edilir ki, tərəflər ayrı yaşamaqla ayrı təsərrüfat aparırlar və körpə uşaq ananın (iddiaçının) yanındadır, iddiaçının kifayət qədər maddi duruma malik olması müəyyən edilmir. Ona görə uşağın minimum təminat səviyyəsində yaşaması üçün kollegiya aliment tələbinin minimum yaşayış həddində cavabdeh tərəfindən təmin edilməlidir. Belə ki, uşağın saxlanılması üçün bu məbləğ minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması və digər zəruri tələbatlarının təmin edilməsi əlbəttə ki, valideyn öhdəliklləri üzrə vəzifə bərabərliyi baxımından iddiaçının üzərinə düşür. Burada uşağın körpə olduğunu və qanunvericiliklə nəzərdə tutulmuş ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik olmasını əsas tutaraq kollegiya hesab edir ki, iddiaçının saxlanılması üçün 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını mütənasiblik və ağlabatanlıq meyyarlarına uyğundyr. Qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi iş yerindən olan arayış məhz onun bu məbləğə malik olmasını sübut edir. Qeyd edilənlərə görə və birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qəbul edilən qənaətin tam fərqli əsasları müəyyən edildiyi üçün, iddia qismən təmin edilməklə apellyasiya şikayəti qismən təmin edilməli, 19.12.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində sabit pul məbləğində aliment və X2 3 yaşı tamam olana qədər İddiaçı hər ay 50 (əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulma müddəti iddianınn verildiyi 08.07.2021-ci il tarixdən müəyyən edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4763/2021 saylı işi üzrə 06.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək- 19.12.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində sabit pul məbləğində aliment və X2 3 yaşı tamam olana qədər İddiaçı hər ay 50 (əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma müddəti 08.07.2021-ci il tarixdən müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9650/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9650/2021
11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver