Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-968/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (açar sözlər: əmək haqqı tələbi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin nümayəndələri Nümayəndə2, (vəkili) Vəkil1, (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqı, məzuniyyət və mükafat pulunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-418/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 088231 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə 70 nömrəli əmrlə, AMEA-nın Botanika İnstitutu Baş laborant vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı öz xahişi ilə xx.xx.2013-cü il tarixdə 51 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə, 17 nömrəli əmrlə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin “proqram vasitələrinin əttbiqi və teniki xidmət” şöbəsinə kompyuter operatoru təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə, 20 nömrəli əmrlə öz xahişi ilə tutdiuğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə, ********** nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Mülki Observatoriyada PHŞ “Ümumi” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə, **********9 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli 2(102)-3564/2022 saylı qərarının icrasını təmin etmək məqsədi ilə 6 nömrəli qeyd ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli əmrə edilmiş dəyişikliyə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, “b” bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edilməklə) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixli, **********6 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin, “f” bəndinə əsasən hüquq kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)- 2464/2023 saylı qərardadının əsaslandırıcı hissəsində göstərələnlərin icrasını təmin etmək məqsədi ilə 15 yanvar 2021-ci il arixindən, 22 dekabr 2022-ci il tarixinədək olan dövr iş stajına daxil edilmişdir. xx.xx.2023-cü il tarixli, 3-17-6/3-477/2023 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. İddiaçı üçün hesablanmış işdən azad olunduğu xx.xx.2020-ci il tarixli son haqqhesab cədvəlindən görünür ki, aprel, may və iyun (2020-ci il) ayları üçün hesablanmış əmək haqqı 1500 manat, cəmi hesablanmış məbləğ 1500 manat olmaqla, son hesaba düşən gün (3 aylıq) 7.5 manat hesablanmışdır. Bir günə düşən məbləğ 16,45 manat, cəmi hesablanmış məbləq isə 123,36 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 24 mart 2020ci il tarixli, **********2 nömrəli əmrindən görünür ki, 24 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin müəyyən edilmiş işçilərin say həddi daxilində ştat cədvəli təsdiq edilmiş və həmin ştat cədvəlinə əsasən informasiya məsələləri üzrə mütəxəssis vəzifəsi üzrə aylıq vəzifə maaşı 500 manat, aylıq əmək haqqı fondu 1000 manat məbləğində müəyyən edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi bildirişindən görünür ki, işə götürənin səlahiyyətlərini yerinə yetirən şəxs direktor müavini X4 əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək (3 ay) informasiya məsələləri üzrə mütəxəssis kimi işə qəbul edilmiş və aylıq əmək haqqısı 1000 manat məbləğində təşkil edir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin 2020-ci ilin mart - iyun aylarında mütəxəssis vəzifəsində çalışımış İddiaçı hesablanmış və ödənilmiş əmək haqqı və digər məcburi tutmalarla bağlı arayış arayışdan görünür ki, İddiaçı mart, aprel, may və iyun ayları üzrə hesablanmış əmək haqqı üzrə 2000 manat, carı ay əmək haqqı 1562,5 manat, gəlir vergisi 126 manat, DSMF 3 % olmqla 46,88 manat, sığorta 0,5 % manat, ümumilikdə tutulmuş məbləğ 180.69 manat olmaqla, 1381.81 manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya"nın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.085,20 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 13.085,20 manat məbləğində pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3564/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi kassasiya şikayəti vermiş və qeyd edilən qərarla kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadından görünür ki, İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi üzrə təmin edilmiş tələb üzrə işə bərpa olunması hissəsində hansı müddətlər iş stajına əlavə edilərək qeyd aparılması, buraxılmış müddətin hansı müddətlər hesab olunması və buraxılmış müddət üzrə əmək haqqının (elektron sistemdə aylıq 1000 manat göstərilib, lakin görmədiyi müqaviləsində cavabdeh bildirir ki, əmək haqqı 500 manat olmuşdur) hansı məbləğdə ödənilməsinə izah verilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadından görünür ki, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadı ləğv edilmiş, qətnaməyə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmiş və qərardadın əsaslandırıcı hissəsində göstərilən məcburiliyini tərəflər və icra məmurunun nəzərə alması qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, “göründüyü kimi, tərəflər arasında olan mübahisə və qətnaməyə izah verilməsi şəklində həll olunması xahiş edilən məsələ əslində, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən işçinin başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının məbləği, hansı ki, iddiaçı hesab edir ki, bu məbləğ 1000 manatdır, cavabdeh tərəf isə hesab edir ki, bu məbləğ 500 manatdır, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnamənin qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilmədiyi ilə bağlı olmuşdur. Yəni cavabdeh faktiki olaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə əsasən əmək haqqı 500 manatdır və əmək müqaviləsinin əmək haqqı barədə müddəası bunu deməyə əsas verir, iddiaçı isə əksini iddia edir. Göründüyü kimi burada mübahisənin predmeti başqadır və yeni iddianın əsasını təşkil edir. Çünki cavabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində, iddiaçı isə iddia tələbində əmək müqaviləsinin həmin müddəası ilə bağlı məsələni mübahisələndirməmişdir. Bundan başqa ikinci məsələ ştatın ixtisarından qətnamənin icra edildiyi və işçinin başqa vəzifəyə bərpa olunduğu günədək olan dövr üçün hüquqi tənzimləmə ilə bağlıdır. Çünki cavabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində bu barədə heçnə bildirməmişdir, hansı ki, ştat artıq ixtisar edilmişdir. Odur ki, bu məsələ də qətnaməyə izah verilməsi barədə prosessual qaydaya uyğun tənzimləmə imkanı xaricindədir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq göstərib ki, qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq oradakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Ancaq birinci instansiya məhkəməsi ərizəni rədd edərkən rəddin əsasını düzgün müəyyən etməmişdir. Əvvəla ona görə ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı mübahisə ola bilməz. Çünki, qətnamə dövlətin adından qəbul edilir və məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurunun tələbləri də Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Başqa sözlə cavabdehin-icra sənədi üzrə icraatda borclunun qanuni qüvvədə olan icra sənədinin icrasına hansısa formada etiraz edə yaxud bundan imtina edə bilməz. Çünki, bu hal hüquqi məsuliyyət yaradar. İkincisi, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə məcburi iş buraxma müddətində qeyd olunan vəzifə üzrə əmək haqqını məbləği artırılmamış yaxud azalmamış olsun. Üçüncüsü, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnaməni qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilməməsi məsələsi də izah qaydasında həll edilməli məsələ deyildir. Çünki, qətnamədə bu məsələ konkret və dəqiq göstərilib. Məcburi iş buraxma müddətində ştatın ixtisar edilməsi həqiqi olsa belə bu hal iddiaçıya həmin dövr üçün əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Qeyd olunduğu kimi bu dövrdə əmək haqqının ödənilməməsi və həmin dövrün iş stajına daxil edlməməsi qətnamənin mahiyyətinə ziddir və onun məcburiliyinə xələl gətirə bilər. Dördüncüsü, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamənin məcburi icrası ilə əlaqədar tərəflər arasında hansısa “mübahisə” olsa belə bu hal heç bir halda yeni iddianın predmeti yaxud əsasını təşkil edə bilməz. Tərəflərin qeyd olunan məsələləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində mübahisələndirməmək də yeni müstəqil iddianın irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, bu hallar qanuni qüvvəyə minmiş qətnamənin sabitliyinə, məcburiliyinə və dayanıqlığına xələl gətirə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, qətnaməyə izah verilməsi barədə ərizə yeni əsasla təmin edilməməli, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyini tərəflər və icra məmuru nəzərə almalıdır.” Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin İddiaçı iyul 2020-ci ildən yanvar 2021-ci il tarixədək hesablanmış əmək haqqı üzrə reyestr cədvəlindən görünür ki, İddiaçı hesablanmış əmək haqqı üzrə 4267,00 manat, gəlir vergisi 366,38 manat, DSMF üzrə 120,51, işsizlik sığortası 0,5% - 21,33 manat, həmkarlar 1% - 40,00 manat, icbari tibbi sığorta 2% - 25,34 manat, ümumi 573,56 tutulub, 3696,43 manat məbləğində pul ödənilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, mütəxəssis İddiaçı iyul 2020-ci il tarixdən 2021-ci yanvar ayınadək aylıq əmək haqqısı 500 manat olmaqla, ümumilikdə 4267,00 manat əmək haqqı hesablanmış, 573,56 manat (DSMF, Sığorta, Tibbi Sığorta tutularaq) tutulmuş və 3693,43 manat məbləğində vəsait ödənilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin İddiaçı xx.xx.2021-ci il tarixdən, 28 dekabr 2022-ci il tarixədək hesablanmış aylıq 500 manat məbləğində əmək haqqı üzrə reyestr cədvəlindən görünür ki, İddiaçı hesablanmış əmək haqqı üzrə 11376,98 manat, gəlir vergisi 938,78 manat, DSMF 3 % üzrə 341,31, işsizlik sığortası 0,5% - 56,88 manat, həmkarlar 2% - 113,77 manat, icbari tibbi sığorta 2% - 227,54 manat, əvvəlcədən ödənilmiş 853,68 manat, ümumi 2531,96 tutulub, 8845,02 manat məbləğində pul ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, İB**********_433265_221221 nömrəli ödəniş tapşırığından görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən İddiaçı 3693,43 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, İB**********_433265_230410 nömrəli ödəniş tapşırığından görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən İddiaçı 8845,02 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2024-cü il tarixli, 9/5980 saylı rəyinə əsasən; Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövrdə aylıq əmək haqqısı 500 manat təşkil etdiyi təqdirdə, vergilər və digər tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğ 2020-ci il üzrə 435,50 manat, 2021-ci və 2022-ci illər üzrə 425,50 manat təşkil etdiyi müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövrdə aylıq əmək haqqısı 1000 manat təşkil etdiyi təqdirdə, vergilər və digər tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğ 2020-ci il üzrə 843,00 manat, 2021-ci və 2022-ci illər üzrə 823,00 manat təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsindən müəyyən olunur ki, təqdim edilmiş sənədlərdə əmək müqaviləsi, əmək müqaviləsinə əlavələr, məzuniyyət, mükafatlar barədə əmrlər olmadığından, məzuniyyət haqqının və mükafat haqlarının hesablanması mümkün olmamışdır. Belə ki, məzuniyyət haqqı hesablanarkən məzuniyyətin günləri, istifadə olunan günlər, əsas və əlavə məzuniyyət günləri və digər amillər nəzərə alınmaldır. Mükafat haqları hesablanarkən əmr, səbəblər və əmək haqqının neçə misli göstərilməlidir. İşə əlavə edilmiş 17 sentyabr 2024-cü il tarixli, 9/5980 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, mediasiya üçün ödənilmiş 60 manat rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı idia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsinə və mediasiya üçün ödənilmiş 60 manat rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin proqram vasitələrinin tətbiqi və texniki xidmət şöbəsində kompüter operatoru vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi yaradılmışdır. İşlədiyi Mərkəz ləğv edildiyindən o, öz ərizəsi ilə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2020-ci il tarixdən yeni yaradılmış "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsdə sonradan bildiyi müddətə yəni 3 ay müddətinə müddətli-əmək müqaviləsi bağlanaraq rəsmi əmək haqqı 1000 (bir min) manat olmaqla "Ümumi” şöbədə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Bundan sonra 3 ayın tamamında yəni xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə əsassız olaraq **********9 saylı xitam əmri verilmişdir. Bildirir ki, o, bundan sonra cavabdehin qanunsuz olaraq onu işdən çıxarması ilə əlaqədar cavabdehə qarşı Binəqədi Rayon Məhkəməsində “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək məhkəmədən xx.xx.2020-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, iddiaçı olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi və onun məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi tərəfindən ona ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Apellyasiya Məhkəməsinin qətnaməsindən də narazı qalaraq kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3564/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixində icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Sonradan aidiyyat ailə bağlı Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru Aslan Aslanbəylinin icraatına verilmişdir. Cavabdeh bir müddət müxtəlif bəhanələrə gətirərək icra sənədi qəsdən yubatmış və nəhayət ki, icra sənədi qismən, yəni əmrin ləğv edilərək işə bərpa hissəsində və buraxılmış əmək haqqı üzrə aylıq əmək bildirişində göstərilən 1000 (bir min) manata uyğun deyil, aylıq 500 (beş yüz) manat uyğun ödənilərək təmin edilmiş və o, xx.xx.2022-ci il tarixində 3 (üç) ay müddətinə kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmişdir. Müqavilə bitdikdən sonra yenidən müqavilə bağlanmadan 3 (üç) ay müddətinə uzadılmışdır. Növbəti 3 ayın tamamında, yəni xx.xx.2023-cü il tarixində yenədə əvvəlki əsaslarla əmək müqaviləsinin bitməsi əsası ilə hansı ki, o, əsas artıq bütün məhkəmə instansiyalarında əsassız sayılmış, o, yenidən işə bərpa edilmişir. Bildirir ki, icra sənədinə hazırda xitam verilməmiş və icra məmurunun icraatındadır. Onuda məhkəmənin nəzərinə çatdırır ki, o, məcbur olub buraxılmış müddət üçün əmək haqqının 1000 manata uyğun ödənilməsi, məzuniyyət, mükafat və s. ödənişlərin düzgün hesablanaraq ödənilməsi məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinə izah verilməsi barədə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan apelyasiya şikayəti vermiş və ərizəsi təmin edilərək qərardad ləğv edilmişdir. Lakin əmək haqqının hansı məbləğə uyğun ödənilməsi hissəsində izahını istədiyi hissəsinə Apellyasiya Məhkəməsi bu halın yeni iddianın predmeti olduğunu qeyd etmişdir. Bundan sonra o, gözləmiş ki, cavabdeh əmək haqqı əmək bildirişinə uyğun olaraq ödəyəcəklər. Əmək haqqını tam ödəmədikləri üçün məcburi olaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh onun işə qəbul olunduğu tarixdən yəni, xx.xx.2020-ci il tarixdən cavabdehə yeni bağladığı müqavilə tarixinədək, yəni xx.xx.2022-ci il tarixinədək ödənilməmiş hər aya münasibətdə 500 manat yenidən hesablanaraq ödənilməlidir. Bundan əlavə olaraq həmin müddətlər üzrə işçilərə ödənilmiş mükafat məzuniyyət və s. ödənişlərdə hesablanaraq ona ödənilməlidir. Beləliklə, qanunvericiliyin normalarına əsasən işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində digər şərtlərlə yanaşı əmək haqqı və ona əlavələr mütləq göstərilməli və həmin əmək müqaviləsinin bağlanması işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Məhz bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir. Həmçinin onuda qeyd edir ki, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən sistemə daxil edilmiş və həmin sistemdə əmək müqaviləsi bildirişində iddiaçının aylıq əmək haqqı məbləği 1000 manat olaraq göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində işçinin əsas hüquqlarından biri də işçinin onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, hahelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etməkdir. O, arayış alarkən aylıq əmək haqqının məbləği 1000 manat olaraq göstərilmiş, başqa sözlə cavabdeh məhz ona aylıq 1000 manat əmək haqqı ödəyəcəyini vəd etmişdir. Çünki, işəgötürən məhz əmək müqaviləsinə uyğun məlumatları sistemə daxil edə bilər. Məhz həmin məlumatların düzgünlüyü mühüm əhəmiyyət kəsb edir, belə ki, həmin məlumatlar əsasında işçi zəruri sosial, iqtisadi (kredit və sair) və digər münasibətlərdə aktiv iştirakçıya çevirilir. Belə olan halda göstərilənləri nəzərə alaraq ilk növbədə hesab edir ki, onun əmək haqqısı 1000 manat məbləğində müəyyən edilməli və ona münasibətdə ödənilməmiş əmək haqqı hesablanaraq ona ödənilməlidir. Beləliklə, onun 1000 manat məbləğində əmək haqqısından yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən tutmalar aparılarsa aşağıdakı məbləğ nəzərə alınmalıdır: Vergiyə cəlb olunan məbləğ 2500 manatadək olduqda (vergiyə cəlb olunan məbləğ 200) 14%). 1000-200 (vergidən azad olunan məbləğ)=800, 800x14%=112 manat; DSMF ayırmaları – hesablanan aylıq əmək haqqı 3%, 1000x3%=30 manat; işsizlikdən sığorta haqqı – hesablanan aylıq əmək haqqı 0,5%, 1000x0,5%=5 manat. Göründüyü kimi, onun 1000 manat əmək haqqısından qanunvericiliklə nəzərdə tutulan ödənişlər çıxıldıqdan sonra (1000-112-30-5), ona qalan əmək haqqı məbləği 853 manat təşkil edir. Məhkəmənin nəzərinə çatdırır ki, ona ümumilikdə 30 aya münasibətdə 30x853=25.590 manat ödənilməli idi. Lakin ona həmin dövrlər üçün cavabdeh cəmi 13858 manat əmək haqqı ödəmişdir. Belə olan halda cavabdeh ona 25590-13858=11732 manat əmək haqqı hesablayaraq ödəməlidir. Eyni zamanda da, həmin dövrlər üçün məzuniyyət, əlavə mükafatlar və s. ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ekspert rəyi ilə razıdır. Həmçinin göstərdi ki, iddiaçının əmək müqaviləsi bildirişində əmək haqqı 1000 manat kimi qeyd edilmiş, lakin karta hər ay 500 manat məbləğində pul vəsaiti mədaxil olunurdu. Çünki 1000 manat məbləğində bağlanmış əmək müqaviləsi iddiaçıya təqdim edilməmişdir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində də, göstərilib ki, əmək müqaviləsi bağlandığı məbləğdə əmək haqqı ödənilməlidir. İlk vaxtlar cavabdeh publik hüquqi şəxs tərəfindən ölkədə pandemiya şəraiti olduğuna görə həmin məbləğdə ödəniş olunduğu və sonradan qalan pulların ödəniləcəyini bildirilmişdir, lakin iddiaçı həmin məbləğdə əmək haqqı almağa davam edirdi və əlavə heç bir əlavə ödəniş olunmamışdır. Hazırda da, 900 manat yazılıb və həmin məbləğdə əmək haqqı ödənilir. İddiaçıya işə bərpa qətnaməsinin icrası ilə əlaqədar 3 aylıq son haqq-hesab ödənilmişdir. O, həmçinin bildirdi ki, hazırki iş üzrə iddia müddəti ötməmişdir. Belə ki, onlar son haqqhesabın verilməsini gözləmişlər. Son haqqhesab kəsirlərlə, yəni 500 manatdan ödənildiyindən, hüquqları pozulmuş və məcbur olub məhkəməyə müraciət etmişlər. Ona görə də hesab edir ki, iş üzrə iddia müddəti ötməmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28 noyabr 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin idarə heyyətinin sədri məhkəməyə iddia müddətinin tətbiq erdilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tələb etdiyi məbləği onunla əsaslandırmışdır ki, cavabdeh onun qurumda işə qəbul edildiyi xx.xx.2020-ci il tarixdən, işə bərpa olunması ilə bağlı müvafiq icra sənədi əsasında onunla yeni əmək müqaviləsinin bağlandığı xx.xx.2022-ci il tarixədək ödənilmədiyini iddia etdiyi hər aya münasibətdə 500 manat yenidən hesablanaraq ödənilməli, habelə ona bu müddət üzrə mükafatlar, məzuniyyət haqları və s. cavabdehdən tutulmalıdır. Həmin iddia tələbinə etiraz edərək hesab edir ki, İddiaçı 2(001)-5396/2023 saylı mülki iş üzrə iddia tələbi rədd edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən 30 iyun 2020-ci il tarixədək Observatoriyada Ümumi şöbədə mütəxəssis (informasiya məsələləri üzrə) vəzifəsində işləmiş, 30 iyun 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b" bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmiş və son-haqq hesab aparılmaqla işdən azad edilmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində iddia etdiyi hüququnun ehtimal etdiyi pozuntusunu ən azından 30 aprel 2020-ci il tarixdə, ona cavabdeh Observatoriya tərəfindən ilk aylıq əmək haqqı ödənilərkən, həmin məbləği şəxsi bank hesab kartından məxaric edərkən, ən geci isə 30 iyun 2020-ci il tarixdə onunla son haqq-hesab aparılarkən bilmişdir və ya bilməli idi. Lakin hazırki iddia tələbini isə bundan 3 ildən artıq müddət keçdikdən sonra irəli sürmüşdür. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbinə iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəliə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdivi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göstərdiklərini nəzərə alaraq iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsini, İddiaçı Observatoriyaya qarşı əmək haqqı və s. pul tələbinə dair hazırkı iş üzrə iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28 noyabr 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin idarə heyyətinin sədri məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Belə ki, İddiaçı iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı onun Observatoriyada müvafiq işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üzrə əmək haqqının və digər ödənişlərin ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin borclu tərəfindən müvafiq pul məbləğlərinin ödənilməsi ilə bağlı hissədə kəsrlə icra olunduğunu, məcburi işburaxma müddəti üzrə əmək haqqının düzgün hesablanmadığını iddia etmişdir. İddiaçının iddia tələbinin əsasını təşkil edən tərəflər arasındakı əmək münasibətlərini və onun iddia tələbini şərti olaraq 2 dövrə bölmək olar: 30 mart - 30 iyun 2020-ci il - iddiaçının Observatoriyada Ümumi şöbənin mütəxəssisi (İnformasiya məsələləri üzrə) vəzifəsində çalışdığı dövr üzrə əmək haqları: 30 iyun - 22 dekabr 2022-ci il - iddiaçının Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə məcburi is buraxma dövrü (işdən çıxarıldığı tarixdən icra sənədi əsasında işə bərpa edildiyi tarixədək olan dövr). Beləliklə, iddia ərizəsində də qeyd olunduğu kimi İddiaçı 30 mart 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixədək Observatoriyada Ümumi şöbənin mütəxəssisi (informasiya məsələləri üzrə) vəzifəsində çalışmış, tərəflər arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən ştat cədvəli üzrə vəzifə maaşını almış, 30 iyun 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək son haqq-hesab aparılmaqla işdən azad olunmuşdur. İddiaçının iddia tələbinin 30 mart - 30 iyun 2020-cil tarixləri üzrə əmək haqqlarının ödənilməsi tələbinə tərəflərindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. İddia tələbinin 30 iyun 2020-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək olan dövrü ilə əlaqədar isə bildiririk ki, həmin dövr üzrə əmək haqlarının və digər ödənişlərin ödənilməsi məhz eyni tərəflər arasında eyni predmet barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə və həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən aparılmışdır. Belə ki, 30 iyun 2020-ci il tarixdə İddiaçı Observatoriyada işdən azad edildikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Observatoriyanın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi cavabdeh Observatoriyanın “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Observatoriyanın “Ümumi" şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Observatoriya tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamə sonrakı məhkəmə instansiyaları tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri əsasında yoxlanılaraq dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunmasından ötrü Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş, daha sonra İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsi üzrə təmin edilmiş tələb üzrə işə bərpa olunma hissəsində hansı müddətlər iş stajına əlavə edilərək qeyd aparılması, buraxılmış müddətin hansı müddətlər hesab olunması və buraxılmış müddət üzrə əmək haqqının hansı məbləğdə ödənilməsinə izah verilməsini xahiş etmişdir. Ərizəyə baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2464/2023 saylı xx.xx.2023-cü il tarixli yekun qərardadına əsasən İddiaçı şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi və qətnaməyə zah verilməsi barədə İddiaçı ərizəsinin təmin edilməməsi, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyinin tərəflər və icra məmurunun nəzərə almalı olması qərara alınmışdır. Həmin qərardadın əsaslandırıcı hissəsində isə Məhkəmə kollegiyası tərəfindən aşağıdakılar göstərilmişdir: “Əvvəla ona görə ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı mübahisə ola bilməz. Çünki, qətnamə dövlətin adından qəbul edilir və məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurunun tələbləri də Azərbaycan Respublikasının ərazisində bütün orqanlar hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Başqa sözlə cavabdehin-icra sənədi üzrə icraatda borclunun qanuni qüvvədə olan icra sənədinin icrasına hansısa formada etiraz edə yaxud bundan imtina edə bilməz. Çünki, bu hal hüquqi məsuliyyət yaradar. İkincisi, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə (məcburi iş buraxma müddətində) qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. Üçüncüsü, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından (təxmini tarix) qətnamənin qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilməməsi məsələsi də izah qaydasında həll edilməli məsələ deyildir. Çünki, qətnamədə bu məsələ konkret və dəqiq göstərilib. Məcburi iş buraxma müddətində ştatın ixtisar edilməsi həqiqi olsa belə bu hal iddiaçıya həmin dövr üçün əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Qeyd olunduğu kimi bu dövrdə əmək haqqının ödənilməməsi və həmin dövrün iş stajına daxil edlməməsi qətnamənin mahiyyətinə ziddir və onun məcburiliyinə xələl gətirə bilər. Dördüncüsü, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamənin məcburi icrası ilə əlaqədar tərəflər arasında hansısa “mübahisə” olsa belə bu hal heç bir halda yeni iddianın predmeti yaxud əsasını təşkil edə bilməz. Tərəflərin qeyd olunan məsələləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində mübahisələndirməmələri də yeni müstəqil iddianın irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, bu hallar qanuni qüvvəyə minmiş qətnamənin sabitliyinə, məcburiliyinə və dayanıqlığına xələl gətirə bilər.” Beləliklə, iddiaçı iddia ərizəsində eyni tərəflər arasında eyni əsaslarla və eyni predmet üzrə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqlarının ona kəsrlə ödənildiyini, düzgün hesablanmadığını, dolayısı ilə həmin qətnamənin natamam icra edildiyini iddia edir ki, bu da yeni iddianın predmeti ola bilməz, icra sənədinin icrasına məhkəmə və ya icra qurumunun rəhbərinin nəzarəti qaydasında İcra haqqında Qanunun 26-cı maddəsinə müvafiq olaraq nəzarət və ya icra icraatı predmetidir. Başqa sözlə iddiaçı Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2021 -ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə tələbin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi hissəsinin borclu Observatoriya tərəfindən düzgün və qanunamüvafiq qaydada icra olunmadığını, natamam icra olunduğunu, həmin icra sənədinin qeyd olunan hissəsinin icrası zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilmədiyini və qüsurlu icra edildiyini qeyd edir. Belə olan halda iddiaçı tələbkar kimi İcra haqqında Qanunun 29.1, 87ci maddəsinə əsasən həmin icra sənədini icra edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət verə bilər və ya icranı qəbul etməyə bilərdi. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra vəziyyəti digər mülki iş üzrə məhkəmə baxışının müstəqil predmeti ola bilməz. Bu qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı prinsipinə zidd olmaqla yanaşı, prosessual qənaət prinisipinə də ziddir. Ona görə də hesab edir ki, İddiaçı Observatoriyaya qarşı qaldırdığı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11732 manat əmək haqqı qismində pul məbləğinin ona ödənilməsinə dair iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı, məzuniyyət və mükafat pulu hissəsi üzrə məhkəmə icraatına xitam verilməlidir. Göstərdiklərini nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməsi haqqında hazırki ərizənin (vəsatətin) nəzərə alınmasını, İddiaçı Observatoriyaya qarşı qaldırdığı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11732 manat əmək haqqı qismində pul məbləğinin ona ödənilməsinə dair iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı, məzuniyyət və mükafat pulu hissəsi üzrə, həmin hissə eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəyə minmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin tələbin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi hissəsinin tərkib hissəsi olduğundan məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə məlum olmuşdur ki, onun əmək haqqısı az hesablanıb, ona görə də hazırki iddia müddətini ötürməklə qaldırmışdır. Ona görə də iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. O, eyni zamanda elektron kabinet vasitəsi ilə ünvanlanmış etirazı müdafiə edərək göstərdi ki, iddia tələbinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı ilk dəfə xx.xx.2020-ci ildə Observatoriyada Ümumi şöbənin mütəxəssisi vəzifəsinə rəsmi əmək haqqı 1000 manat olmaqla işə götürüldüyünü, lakin ona əmək haqqının və əmək haqqı əsasında hesablanan məcburi iş buraxma müddəti üzrə əmək haqlarının kəsrlə ödənildiyini iddia edir. Həmçinin iddiaçı onun Observatoriyada işə bərpası və məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası zamanı da məcburi iş buraxma müddəti üzrə əmək haqqının 1000 manat əmək haqqı əvəzinə 500 manat əmək haqqı məbləğinə nəzərən hesablandığını göstərir və bu tələbini müvafiq əmək müqaviləsi bildirişi məlumatları ilə əsaslandırmağa çalışır. İddiaçının iddia tələbinin qeyd olunan dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, İddiaçı ilə Observatoriya arasında bağlanmış 30 mart 2020-ci il tarixli Əmək müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, ‘‘işçiyə” aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir". Tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan müddəasından göründüyü kimi tərəflər arasında bununla bağlı hər hansı konkret məbləğ razılaşdırılmamış, sadəcə olaraq işəgötürən müqavilədə əməkhaqqı qismində İddiaçı məhz ştat cədvəlinə uyğun olaraq müəyyən edilən aylıq vəzifə maaşını ödəmək öhdəliyi götürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış istinad olunan əmək müqaviləsindən görünür ki, işəgötürənin müqavilənin məbləği (aylıq əməkhaqqı) ilə bağlı imperativ öhdəliyi yalnız ştat cədvəli üzrə aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 mart 2020-ci il tarixli **********2 saylı əmrinə əsasən Observatoriyamn ştat cədvəli təsdiq olunmuşdur. Həmin ştat cədvəlinə əsasən İddiaçı işlədiyi ştat vahidi, yəni Ümumi şöbənin mütəxəssisi (İnformasiya məsələləri üzrə) vəzifəsi üzrə müəyyən edilmiş aylıq vəzifə maaşı 500 manat məbləğdən ibarət olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin əməkhaqqı ilə bağlı müddəasının blanket dispozisiyasında qurumun ştat cədvəlinə istinad olunmuş, cavabdehin həmin əmək müqaviləsi üzrə imperativ öhdəliyi aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur ki, həmin məbləğ 500 manat təşkil etmişdir. Məsələ burasındadır ki, ştat cədvəlində aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin və aylıq əmək haqqı fondunun ödənildiyi halda mümkün maksimal məbləği də göstərilmiş, lakin aylıq vəzifə maaşına əlavələr tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan əmək haqqının məbləğini müəyyən edən 4.1-ci bəndindən göründüyü kimi işəgötürənin imperativ öhdəliyi olmamış, işəgötürən müqavilə üzrə həmin məbləğlərin mütləq şəkildə ödənilməsi öhdəliyi daşımamışdır. Başqa sözlə işəgötürənin işçi qarşısında iddiaçıya aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin ödənilməsi kimi müqavilə öhdəliyi mövcud olmamış, ştat cədvəlində müəyyən edilmiş aylıq vəzifə maaşına əlavələr dispozitiv xarakter daşımışdır. İddiaçının istinad etdiyi X3 Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə işçinin aylıq əmək haqqının məbləği qrafasında sadəcə olaraq ştat cədvəlinə uyğun olaraq işçinin işlədiyi ştat vahidi üzrə mümkün aylıq əmək haqqı fondunun ümumi məbləği, yəni aylıq vəzifə maaşı ilə yanaşı vəzifə maaşına əlavələrin mümkün maksimal həddinin cəmi göstərilmişdir ki, həmin əlavələr qurumun maliyyə vəziyyətinə uyğun olaraq perspektivdə işçiyə ödənildiyi halda mümkün vergi, mühasibatlıq, statistik və s. hesabatlılıqda çaşqınlıq yaranmasın. Başqa sözlə iddiaçı tərəfindən istinad olunan əmək müqaviləsi bildirişində işəgötürənin işçi qarşısında maliyyə öhdəliyi deyil, ümumilikdə ştat vahidi üzrə əmək haqqı fondunun cəmi məbləği göstərilmiş, ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşı hissəsi tərəflər arasındakı əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürənin işçi qarşısında imperativ öhdəliyi olmuş, vəzifə maaşına əlavələrin verilməsi isə qurumun maliyyə vəziyyətindən asılı olaraq onun səlahiyyəti dairəsində olmuşdur. Məlumat üçün qeyd etməyi zəruri hesab edirik ki, Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında" 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarının 5-ci hissəsinə əsasən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır. Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına 1 nömrəli Əlavə ilə təsdiq edilmiş Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Observatoriyanın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, işsizlikdən sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-18-ci maddələrindən görünür ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri və onun hesablanma qaydası qanunla müəyyən olunur. Başqa sözlə, Observatoriyanın fəaliyyətinin maliyyə əsaslarını və qurumun saxlanma xərclərinin, o cümlədən əməkhaqqı fondunun əsas maliyyə mənbəyi işsizlikdən sığorta fondunun vəsaitlərindən ibarətdir ki, bu da təbii iqtisadi inkişaf qanunauyğunluqlarına müvafiq olaraq mütəhərrik olmaqla ölkə üzrə məşğul əhalidən tutulan sığorta haqları hesabına formalaşır. Belə ki, tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1698- VQ saylı Qanunun 2-ci maddəsindən göründüyü kimi Fondun gəlir mənbəyini İşsizlikdən sığorta üzrə sığorta haqları təşkil etmişdir ki, bu maliyyə proqnozunun icra mümkünlüyü də əmək bazarındakı cari və perspektiv vəziyyətdən, məşğul əhalinin say dinamikası və iqtisadi göstəricilərdən asılı olmuşdur. Bu baxımdan fəaliyyəti və saxlanma xərcləri, o cümlədən əməkhaqqı fondu qeyd olunan mənbədən maliyyələşən Observatoriyanın həmin dövrdə işçilərlə, o cümlədən iddiaçı ilə bağladığı əmək müqaviləsində müvafiq ştat vahidi üzrə aylıq əməkhaqqı fondunun yalnız aylıq vəzifə maaşının-ödənilməsi hissəsində imperativ öhdəlik götürməsi, vəzifə maaşına əlavələrin isə fondun büdcə proqnozlarının icrasından asılı olmaqla və yeni yaranmış qurumun maliyyə vəziyyəti nəzərə alınmaqla şərti və diskresion xarakter daşıması büdcə vəsaitlərinin qənaətli, səmərəli və təyinatı üzrə istifadəsi baxımından qanuni və əsaslı olmuşdur. Təsadüfi deyildir ki, Observatoriyanın Nizamnaməsinin 4.5.16-cı yarımbəndinin tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən Observatoriyanın Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin əməkhaqqı fondunun və işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və diger ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək İdarə Heyətinin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Observatoriyanın Nizamnaməsinin 4.11.11-ci yarımbəndinə əsasən İdarə Heyətinin sədri Observatoriyanın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir. Qurumun Nizamnaməsinin istinad olunan müddəalarından göründüyü kimi işçilərə vəzifə maaşına əlavələrin verilməsi, habelə onlar barəsində digər həvəsləndirmə tədbirlərinin görülməsi qurumun vəzifəsi və ya öhdəliyi deyil, səlahiyyətidir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsində razılaşdırılmış aylıq vəzifə maaşı məbləğindən əlavə olaraq müqavilədə verilməsi şərtləşdirilməmiş vəzifə maaşına əlavələrin tutularaq iddiaçıya ödənilməsi barədə tələbi qanuni və müqavilə əsası olmadığından tamamilə əsassızdır. İddianın mahiyyəti ilə yanaşı maddi hüquqi və prosessual məsələlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqinə dair ərizənin məzmunundan da göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Həmçinin, bununla yanaşı, mülki iş üzrə icraata xitam verilməsi haqqında məhkəməyə təqdim olunan vəsatətdən də görünür ki, iddiaçı iddia ərizəsində eyni tərəflər arasında eyni əsaslarla və eyni predmet üzrə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqlarının ona kəsrlə ödənildiyini, düzgün hesablanmadığını, dolayısı ilə həmin qətnamənin natamam icra edildiyini iddia edir ki, bu da yeni iddianın predmeti ola bilməz, icra sənədinin icrasına məhkəmə və ya icra qurumunun rəhbərinin nəzarəti qaydasında “İcra haqqında" Qanunun 26-cı maddəsinə müvafiq olaraq nəzarət və ya icra icraatı predmetidir. Başqa sözlə iddiaçı Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə tələbin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi hissəsinin borclu Observatoriya tərəfindən düzgün və qanunamüvafiq qaydada icra olunmadığını, natamam icra olunduğunu, həmin icra sənədinin qeyd olunan hissəsinin icrası zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilmədiyini və qüsurlu icra edildiyini qeyd edir. Belə olan halda iddiaçı tələbkar kimi İcra haqqında Qanunun 29.1, 87-ci maddəsinə əsasən həmin icra sənədini icra edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən şikayət verə bilər və ya icranı qəbul etməyə bilərdi. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra vəziyyəti digər mülki iş üzrə məhkəmə baxışının müstəqil predmeti ola bilməz. Bu qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı prinsipinə zidd olmaqla yanaşı, prosessual qənaət prinisipinə də ziddir. Göstərdiklərini nəzərə alaraq iddiaya etirazdakı izahat, mülahizə və dəlillərinin nəzərə alınmasını, İddiaçı Observatoriyaya qarşı qaldırdığı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11.732 manat əmək haqqı qismində pul məbləğinin ona ödənilməsinə dair iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı, məzuniyyət və mükafat pulu hissəsi üzrə, həmin hissə eyni tərəflər arasında eyni predmet üzrə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin tələbin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi hissəsinin tərkib hissəsi olduğundan məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini, İddiaçı Observatoriyaya qarşı əmək haqqı və s. pul tələbinə dair hazırkı mülki iş üzrə iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını, İddiaçı Observatoriyaya qarşı əmək haqqı və s. pul tələbinə dair hazırkı mülki iş üzrə iddia ərizəsinin həm də tələbin mahiyyəti üzrə təmin edilməməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-418/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş (əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişləri) 11012 (on bir min on iki) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi və cavabdehdən tutulmuş 11012 manat məbləğində olan pul vəsaitinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməsi, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaitinin, 40 (qırx) manat hissəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsinin İddiaçı, 90 (doxsan) manat hissəsinin isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; Müxbir hesab Az 41NABZ 013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddiada tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi təşkil edir. Məhkəmə iddia tələbini aşağıdakılara görə qismən əsaslı hesab etmişdir. İş üzrə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişləri ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya"nın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.085,20 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 13.085,20 manat məbləğində pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3564/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021ci il tarixli, 2(103)- 8526/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi üzrə təmin edilmiş tələb üzrə işə bərpa olunması hissəsində hansı müddətlər iş stajına əlavə edilərək qeyd aparılması, buraxılmış müddətin hansı müddətlər hesab olunması və buraxılmış müddət üzrə əmək haqqının (elektron sistemdə aylıq 1000 manat göstərilib, lakin görmədiyi müqaviləsində cavabdeh bildirir ki, əmək haqqı 500 manat olmuşdur) hansı məbləğdə ödənilməsinə izah verilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsinə izah verilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı qərardadı ləğv edilmiş, qətnaməyə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmiş və qərardadın əsaslandırıcı hissəsində göstərilən məcburiliyini tərəflər və icra məmurunun nəzərə alması qərara alınmışdır. Həmin qərardad yuxarıda qeyd olunduğu kimi əsaslandırılmışdır. Məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin cavabdehdən tutulması ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin İddiaçı iyul 2020-ci ildən yanvar 2021-ci il tarixədək hesablanmış əmək haqqı üzrə reyestr cədvəlinə əsasən, İddiaçı aylıq vəzifə maaşı üzrə 500 manatdan hesablanmış əmək haqqı üzrə 4267,00 manat, gəlir vergisi 366,38 manat, DSMF üzrə 120,51, işsizlik sığortası 0,5% - 21,33 manat, həmkarlar 1% - 40,00 manat, icbari tibbi sığorta 2% - 25,34 manat, ümumi 573,56 tutulub, 3696,43 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin İddiaçı xx.xx.2021-ci il tarixdən, 28 dekabr 2022-ci il tarixədək hesablanmış aylıq 500 manat məbləğində əmək haqqı üzrə reyestr cədvəlinə əsasən, İddiaçı hesablanmış əmək haqqı üzrə 11376,98 manat, gəlir vergisi 938,78 manat, DSMF 3 % üzrə 341,31, işsizlik sığortası 0,5% - 56,88 manat, həmkarlar 2% - 113,77 manat, icbari tibbi sığorta 2% - 227,54 manat, əvvəlcədən ödənilmiş 853,68 manat, ümumi 2531,96 tutulub, 8845,02 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3564/2022 saylı qərarının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iş üzrə İddiaçı aylıq 500 manat (işləmədiyi illər üçün) məbləğində əmək haqqı hesablanaraq pul ödənilmişdir. Məhkəmə cavabdehin “işçiyə aylıq vəzifə maaşının ştat cədvəlinə uyğun təyin edilməsi” ilə bağlı dəlilinə mansibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “ştat cədvəli” anlayışı yoxdur və işəgötürən tərəfindən belə bir cədvəlin tərtib edib-etməməsi hüquqi nəticə yaratmır. Lakin mövcud təcrübədə müəssisələrdə ştat cədvəli özündə müəssisənin strukturu, kadr tərkibi və işçilərin vəzifə maaşları barədə informasiyanı əks etdirən sənəd kimi qəbul edilir. Ştat cədvəlinin tərtibi qanunvericilikdə nəzərdə tutulmadığından onun tərtibi proseduru ilə bağlı hər hansı tələb də yoxdur, bu proses işəgötürənin mülahizəsinə əsasən aparılır. Odur ki, cavabdehin iddiaçıya əmək haqqının “ştat cədvəli”nə uyğun olaraq hesablanması ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 4.1-ci və 4.3.11-ci bəndlərinə əsasən işçinin aylıq əməkhaqqının məbləği (manatla) “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 24 mart 2020-ci il tarixli, **********2 nömrəli əmrindən görünür ki, 24 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin müəyyən edilmiş işçilərin say həddi daxilində ştat cədvəli təsdiq edilmiş və həmin ştat cədvəlinə əsasən informasiya məsələləri üzrə mütəxəssis vəzifəsi üzrə aylıq əmək haqqı fondu 1000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin işdə olan elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə əlaqədar xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işə götürənin səlahiyyətlərini yerinə yetirən şəxs direktor müavini X4 əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək (3 ay) informasiya məsələləri üzrə mütəxəssis kimi işə qəbul edilmiş və aylıq əmək haqqı 1000 manat məbləğində təşkil edir. Belə olan halda cavabdeh təşkilat məhkəmə qərarını icra edərkən iddiaçının əmək haqqını 1000 manatdan hesablayaraq ödəməli olduğu halda, 500 manatdan ödəməkdə səhvə yol vermişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə ödənişlərin obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində ’’Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi dövrdə aylıq əmək haqqısı 1000 manat təşkil etdiyi təqdirdə, vergilər və digər tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğ 2020-ci il üzrə 843,00 manat, 2021-ci və 2022-ci illər üzrə 823,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia tələbi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 11.732 (on bir min yeddi yüz otuz iki) əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi ilə əlaqədardır. Bununla bağlı məhkəmə, ekspert rəyində 1000 manat məbləğində əmək haqqı 33 aylıq (24+9=33) müddət hesablansa da, iddia tələbində iddiaçı 30 ay müddətində ona cavabdeh tərəfindən ödənilməli olan məbləğin ödənilməsini tələb etdiyindən, hesab edir ki, ödənilməmiş iddiaçıya verilməli olan məbləğ iddia tələbində göstərilən 30 aylıq müddəti həddində tutulmalıdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının işlədiyi dövrdə aylıq əmək haqqı (ekspert rəyinə uyğun) 1000 manatdan hesablanaraq vergilər və digər tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məbləğ 2020-ci il üzrə 843,00 manat, 2021-ci və 2022-ci illər üzrə 823,00 manat (2020-ci il üzrə 843x9=7587, 2021 və 2022-ci illər üzrə 823x24=19752, ümumilikdə 7587+19752=27339) müəyyən edilir. Həmçinin 2021-2022-ci illər üzrə hesablanmış ümumi məbləğdən (19752- 2469=17283) 3 aylıq müddət çıxıldıqda 17283 manat müəyyən edilir. Cavabdeh tərəfindən isə iddiaçıya aylıq 500 manat əmək haqqının hesablamarı üzrə ümumilikdə 13858 manat ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbində cavabdehdən tələb edilən 30 aylıq müddət ekspert rəyi ilə (iddiaçının əmək haqqı 1000 manat məbləğində hesablanmaqla) hesablanaraq (7587+17283=24870) müəyyən edilmiş ümumi 24870 manat məbləğdən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 13858 manat (24870- 13858=11012) məbləğ çıxıldıqdan sonra qalıq 11012 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və cavabdehdən tutulmuş 11012 manat məbləğində olan pul vəsaiti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməlidir. Məhkəmə həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin idarə heyyətinin sədri 28 noyabr 2023-cü il tarixdə məhkəməyə ünvanlandığı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Hazırki işdən isə müəyyən edilir ki, İddiaçı icra vərəqəsi icra edilərkən ona ödəniləcək əmək haqqının 1000 manat məbləğdən yox, 500 manat məbləğdən hesablanmasına etiraz edərək, o, ilk olaraq (elektron məhkəmə informasiya sistemindən görünür) 29 dekabr 2022-ci il tarixdə qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2023 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan şikayət vermiş və onun şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadı ilə həmin məsələyə qətnaməyə izah verilməsi kimi yox, məhz ayrıca iddia şəklində baxılmalı olması qeyd edilmişdir. Buna görə də məhkəmə iddiaçının hüququ ilk dəfə pozularkən 29 dekabr 2022-ci il tarixdə məhkəməyə qətnamə izah verilməsi kimi müraciət etməsini, bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2464/2023 saylı qərardadı ilə iddiaçıya qeyd edilən məsələnin ayrıca iddia şəklində mübahisələndirməsinin qeyd edildiyini və hazırki iddia tələbinin xx.xx.2023-cü il tarixdə daxil olduğunu (bütün bu proseslər 9 ay ərzində baş vermişdir) nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürmədən hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehin iddia tələbinə 1 illik iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin cavabdehin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək mülki iş üzrə icraata xitam verilməsi barədə 29 noyabr 2023-cü il tarixli ərizəsini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya"nın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.085,20 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 13.085,20 manat məbləğində pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3564/2022 saylı qərarı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(103)-8526/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda qanuni qüvvəsini almış qətnamədə (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsi) iddia tələbinin əmək haqqı hissəsinə cavabdehdən iddiaçıya ödəniləcək məbləğin hansı ştat cədvəli üzrə əmək haqqına (500 manat və ya 1000 manat) münasibətdə deyil, məhz ümumi olaraq əmək haqqının ödənilməsi qət edilmişdir. Bundan əlavə xüsusi olaraq qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadında qətnaməyə izah verilməsindən imtina edilərək iş üzrə iddiaçıya ərizəsində göstərdiyi məsələlərin izah qaydasında deyil, yeni iddianın tərkibinin olması qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər eyni olsa da, iddia tələbi eyni predmet və eyni əsaslar deyil. Ona görə də iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş (əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişləri) 11012 (on bir min on iki) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və cavabdehdən tutulmuş 11012 manat məbləğində olan pul vəsaiti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-1, 9, 43, 55, 154.1, 156.1,157.3, 157.5, 172.1, 172.4, 178.1,296-cı maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1, 101.1-1, 102.1.6-cı maddələrinə, “Sosial sğorta” haqqında Azərbaycan Respublikası Qanununun 14.3, 14.3.1, 14.3.2-ci maddələrinə, “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 9.0.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 101.7, 103.1, 119.1, 218.3, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 418/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-418/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş (əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişləri) 11012 (on bir min on iki) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi və cavabdehdən tutulmuş 11012 manat məbləğində olan pul vəsaitinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməsi, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul vəsaitinin, 40 (qırx) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsi İddiaçı, 90 (doxsan) manat hissəsinin isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34 CTRE ********************, X1, KOD 210005; VÖEN **********; Müxbir hesab Az41NABZ0 13601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi müəyyən edilmişdir. Hesab edilir ki, qətnamə tam əsassız, qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə cavabdehin “işçiyə aylıq vəzifə maaşının ştat cədvəlinə uyğun təyin edilməsi” ilə bağlı dəlilinə mansibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “ştat cədvəli” anlayışı yoxdur və işəgötürən tərəfindən belə bir cədvəlin tərtib edib-etməməsi hüquqi nəticə yaratmır. Lakin, mövcud təcrübədə müəssisələrdə ştat cədvəli özündə müəssisənin strukturu, kadr tərkibi və işçilərin vəzifə maaşları barədə informasiyanı əks etdirən sənəd kimi qəbul edilir. Ştat cədvəlinin tərtibi qanunvericilikdə nəzərdə tutulmadığından onun tərtibi proseduru ilə bağlı hər hansı tələb də yoxdur, bu proses işəgötürənin mülahizəsinə əsasən aparılır. Odur ki, cavabdehin iddiaçıya əmək haqqının “ştat cədvəli”nə uyğun olaraq hesablanması ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Cavabdeh hesab edir ki, məhkəmə yalnış qənaətə gəlmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçı ilə Observatoriya arasında bağlanmış 30 mart 2020-ci il tarixli Əmək müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, “İşçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir”. Tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan müddəasından göründüyü kimi tərəflər arasında bununla bağlı hər hansı konkret məbləğ razılaşdırılmamış, sadəcə olaraq işəgötürən müqavilədə əmək haqqı qismində İddiaçı məhz ştat cədvəlinə uyğun olaraq müəyyən edilən aylıq vəzifə maaşını ödəmək öhdəliyi götürmüşdür. Başqa sözlə, tərəflər arasında bağlanmış istinad olunan əmək müqaviləsindən görünür ki, işəgötürənin müqavilənin məbləği (aylıq əmək haqqı) ilə bağlı imperativ öhdəliyi yalnız ştat cədvəli üzrə aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 mart 2020-ci il tarixli **********2 saylı əmrinə əsasən Observatoriyanın ştat cədvəli təsdiq olunmuşdur. Həmin ştat cədvəlinə əsasən İddiaçı işlədiyi ştat vahidi, yəni Ümumi şöbənin mütəxəssisi (İnformasiya məsələləri üzrə) vəzifəsi üzrə müəyyən edilmiş aylıq vəzifə maaşı 500 manat məbləğdən ibarət olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin əmək haqqı ilə bağlı müddəasının blanket dispozisiyasında qurumun ştat cədvəlinə istinad olunmuş, cavabdehin həmin əmək müqaviləsi üzrə imperativ öhdəliyi aylıq vəzifə maaşının ödənilməsindən ibarət olmuşdur ki, həmin məbləğ 500 manat təşkil etmişdir. Məsələ burasındadır ki, ştat cədvəlində aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin və aylıq əmək haqqı fondunun ödənildiyi halda mümkün maksimal məbləği də göstərilmiş, lakin aylıq vəzifə maaşına əlavələr tərəflər arasındakı əmək müqaviləsinin istinad olunan əmək haqqının məbləğini müəyyən edən 4.1-ci bəndindən göründüyü kimi işəgötürənin imperativ öhdəliyi olmamış, işəgötürən müqavilə üzrə həmin məbləğlərin mütləq şəkildə ödənilməsi öhdəliyi daşımamışdır. Başqa sözlə, işəgötürənin işçi qarşısında iddiaçıya aylıq vəzifə maaşı ilə yanaşı aylıq vəzifə maaşına əlavələrin ödənilməsi kimi müqavilə öhdəliyi mövcud olmamış, ştat cədvəlində müəyyən edilmiş aylıq vəzifə maaşına əlavələr dispozitiv xarakter daşımışdır. İddiaçının istinad etdiyi X3 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində isə işçinin aylıq əmək haqqının məbləği qrafasında sadəcə olaraq ştat cədvəlinə uyğun olaraq işçinin işlədiyi ştat vahidi üzrə mümkün aylıq əmək haqqı fondunun ümumi məbləği, yəni aylıq vəzifə maaşı ilə yanaşı vəzifə maaşına əlavələrin mümkün maksimal həddinin cəmi göstərilmişdir ki, həmin əlavələr qurumun maliyyə vəziyyətinə uyğun olaraq perspektivdə işçiyə ödənildiyi halda mümkün vergi, mühasibatlıq, statistik və s. hesabatlılıqda çaşqınlıq yaranmasın. Başqa sözlə, iddiaçı tərəfindən istinad olunan əmək müqaviləsi bildirişində işəgötürənin işçi qarşısında maliyyə öhdəliyi deyil, ümumilikdə ştat vahidi üzrə əmək haqqı fondunun cəmi məbləği göstərilmiş, ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşı hissəsi tərəflər arasındakı əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürənin işçi qarşısında imperativ öhdəliyi olmuş, vəzifə maaşına əlavələrin verilməsi isə qurumun maliyyə vəziyyətindən asılı olaraq onun səlahiyyəti dairəsində olmuşdur. Qeyd edilir ki, Observatoriyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarının 5-ci hissəsinə əsasən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır. Observatoriyanın Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına 1 nömrəli Əlavə ilə təsdiq edilmiş Nizamnaməsinin 5.2-ci bəndinə əsasən, Observatoriyanın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, işsizlikdən sığorta vəsaitindən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-18-ci maddələrindən görünür ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri və onun hesablanma qaydası qanunla müəyyən olunur. Başqa sözlə, Observatoriyanın fəaliyyətinin maliyyə əsaslarını və qurumun saxlanma xərclərinin, o cümlədən əmək haqqı fondunun əsas maliyyə mənbəyi işsizlikdən sığorta fondunun vəsaitlərindən ibarətdir ki, bu da təbii iqtisadi inkişaf qanunauyğunluqlarına müvafiq olaraq mütəhərrik olmaqla ölkə üzrə məşğul əhalidən tutulan sığorta haqları hesabına formalaşır. Belə ki, tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1698-VQ saylı Qanunun 2-ci maddəsindən göründüyü kimi Fondun gəlir mənbəyini işsizlikdən sığorta üzrə sığorta haqları təşkil etmişdir ki, bu maliyyə proqnozunun icra mümkünlüyü də əmək bazarındakı cari və perspektiv vəziyyətdən, məşğul əhalinin say dinamikası və iqtisadi göstəricilərdən asılı olmuşdur. Bu baxımdan fəaliyyəti və saxlanma xərcləri, o cümlədən əmək haqqı fondu qeyd olunan mənbədən maliyyələşən Observatoriyanın həmin dövrdə işçilərlə, o cümlədən iddiaçı ilə bağladığı əmək müqaviləsində müvafiq ştat vahidi üzrə aylıq əmək haqqı fondunun yalnız aylıq vəzifə maaşının ödənilməsi hissəsində imperativ öhdəlik götürməsi, vəzifə maaşına əlavələrin isə fondun büdcə proqnozlarının icrasından asılı olmaqla və yeni yaranmış qurumun maliyyə vəziyyəti nəzərə alınmaqla şərti və diskresion xarakter daşıması büdcə vəsaitlərinin qənaətli, səmərəli və təyinatı üzrə istifadəsi baxımından qanuni və əsaslı olmuşdur. Təsadüfi deyildir ki, Observatoriyanın Nizamnaməsinin 4.5.16-cı yarımbəndinin tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən, Observatoriyanın Aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin əmək haqqı fondunun və işçilərin əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək İdarə Heyətinin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Observatoriyanın Nizamnaməsinin 4.11.11-ci yarımbəndinə əsasən İdarə Heyətinin sədri Observatoriyanın, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir. Qurumun Nizamnaməsinin istinad olunan müddəalarından göründüyü kimi işçilərə vəzifə maaşına əlavələrin verilməsi, habelə onlar barəsində digər həvəsləndirmə tədbirlərinin görülməsi qurumun vəzifəsi və ya öhdəliyi deyil, səlahiyyətidir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsində razılaşdırılmış aylıq vəzifə maaşı məbləğindən əlavə olaraq müqavilədə verilməsi şərtləşdirilməmiş vəzifə maaşına əlavələrin tutularaq iddiaçıya ödənilməsi barədə tələbi qanuni və müqavilə əsası olmadığından tamamilə əsassızdır. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İddiaçı icra vərəqəsi icra edilərkən ona ödəniləcək əmək haqqının 1000 manat məbləğdən yox, 500 manat məbləğdən hesablanmasına etiraz edərək, o, ilk olaraq (elektron məhkəmə informasiya sistemindən görünür) 29 dekabr 2022-ci il tarixdə qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2023 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan şikayət vermiş və onun şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadı ilə həmin məsələyə qətnaməyə izah verilməsi kimi yox, məhz ayrıca iddia şəklində baxılmalı olması qeyd edilmişdir. Buna görə də, məhkəmə iddiaçının hüququ ilk dəfə pozularkən 29 dekabr 2022-ci il tarixdə məhkəməyə qətnamə izah verilməsi kimi müraciət etməsini, bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2464/2023 saylı qərardadı ilə iddiaçıya qeyd edilən məsələnin ayrıca iddia şəklində mübahisələndirməsinin qeyd edildiyini və hazırki iddia tələbinin xx.xx.2023-cü il tarixdə daxil olduğunu (bütün bu proseslər 9 ay ərzində baş vermişdir) nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürmədən hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdehin iddia tələbinə 1 illik iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə ərizəsi təmin edilməməlidir. Hesab edilir ki, məhkəmə yalnışlığa yol vermiş və maddi hüquq normalarını düzgün tətbiq etməyərək nəticədə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən xx.xx.2020-ci il tarixədək Observatoriyada ümumi şöbədə mütəxəssis (İnformasiya məsələləri üzrə) vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı xitam verilmiş və son haqq hesab aparılmaqla işdən azad edilmişdir. Beləliklə iddiaçı iddia ərizəsində iddia etdiyi hüququnun ehtimal etdiyi pozuntusunu ən azından xx.xx.2020ci il tarixdə, ona cavabdeh observatoriya tərəfindən ilk aylıq əmək haqqı ödənilərkən, həmin məbləği şəxsi bank hesab kartından məxaric edərkən, ən geci isə xx.xx.2020-ci il tarixdə onunla son haqqhesab aparılarkən bilmişdir və ya bilməli idi. Lakin, hazırki iddia tələbini isə bundan 3 ildən artıq müddət keçdikdən sonra irəli sürmüşdür. Hesab edilir ki, iddiaçının iddia tələbinə iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə icraata xitam verilməsi barədə cavabdehin ərizəsini də təmin etməmişdir. Qeyd etmişdir ki, hazırda qanuni qüvvəsini almış qətnamədə (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi) iddia tələbinin əmək haqqı hissəsinə cavabdehdən iddiaçıya ödəniləcək məbləğin hansı ştat cədvəli üzrə əmək haqqına (500 manat və ya 1000 manat) münasibətdə deyil, məhz ümumi olaraq əmək haqqının ödənilməsi qət edilmişdir. Həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2464/2023 saylı qərardadında qətnaməyə izah verilməsindən imtina edilərək iş üzrə iddiaçıya ərizəsində göstərdiyi məsələlərin izah qaydasında deyil, yeni iddianın tərkibinin olması qeyd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsinin "Əmək müqaviləsinə xitam verilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsinin "Ümumi" şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyatı üzrə göndərilmiş daha sonra iddiaçı qətnaməyə izah verilməsi ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2464/2023 saylı xx.xx.2023-cü il tarixli yekun qərardadına əsasən İddiaçı şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və qətnaməyə izah verilməsi barədə İddiaçı ərizəsinin təmin edilməməsi bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyinin tərəflər və icra məmurunun nəzərə almalı olması qərara alınmışdır. Həmin qərardadın əsaslandırıcı hissəsində isə Məhkəmə kollegiyası tərəfindən göstərilmişdir ki, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamənin məcburi icrası ilə əlaqədar tərəflər arasında hansısa mübahisə olsa belə bu hal heç bir halda yeni iddianın predmeti yaxud əsasını təşkil edə bilməz. Tərəflərin qeyd olunan məsələləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində mübahisələndirməmələri də yeni müstəqil iddianın irəli sürülməsi üçün əsas ola bilməz. Çünki bu hallar qanuni qüvvəyə minmiş qətnamənin sabitliyinə, məcburiliyinə və dayanıqlılığına xələl gətirə bilər. Beləliklə, iddiaçı iddia ərizəsində eyni tərəflər arasında eyni əsaslarla və eyni predmet üzrə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqlarının ona kəsrlə ödənildiyini, düzgün hesablanmadığını, dolayısı ilə həmin qətnamənin natamam icra edildiyini iddia edir ki, bu da yeni iddianın predmeti ola bilməz. Belə olan halda iddiaçı tələbkar kimi icra məmurunun hərəkətsizliyindən şikayət verə bilər və ya icranı qəbul etməyə bilərdi. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra vəziyyəti digər mülki iş üzrə məhkəmə baxışının müstəqil predmeti ola bilməz. Hesab edilir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-418/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin nümayəndələri Nümayəndə2, (vəkili) Vəkil1, (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahatlar verib, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayıb, iddia ərizəsinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3.
3. İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 154.
1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 172.
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-968/2025 saylı qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-418/2024 nömrəli qətnaməsinin “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş (əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişləri) pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi və cavabdehdən həmin dövrə görə tutulan pul vəsaitinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinə hesablanaraq fərdi hesabın sığorta hissəsinə əlavə edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsinə dair tələbləri üzrə icraata xitam verilməsi qərara alındığından qətnamənin əsaslılığı mübahisələndirilən qalan hissəsə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqı və ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi tələbinə dair təmin olunan hissədə ləğv edilərək bu hissədə tələbə iddia müddəti təbiq edilməklə iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqı və ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsinə dair iddia tələbi təmin edilməməlilidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçının iddia tələblərindən biri də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqı və ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi tələbidir və o, bu tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, cavabdeh iddiaçının bu tələbinə qarşı etiraz etməklə yanaşı iddiaçının həmin dövr üçün əmək haqqı tələbi üzrə iddia müddətini ötürməsini bildirib, iddia müddətinin təbiq edilməsinə dair ərizəsini məhkəməyə təqdim edib, iddiaçının tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün almadığı əmək haqqının kəsiri və ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi ilə bağlı iddia tələbi ilə yalnız xx.xx.2023-cü il tarixdə, yəni 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edən iddiaçının bu tələbinə cavabdehin ərizəsinə əsasən iddia müddətinin təbiq edilməsinin mükünlüyü barədə işdə olan sübutları araşdırmamış, sonda işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın bu hissədə təmin olunması barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqının bir hissəsini almaqla hüququnun pozulduğunu bildiyi halda, məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə qədər bu tələblə bağlı halları mübahisələndirməməklə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyü üçün, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etdiyi halları bu tələb üzrə qəbul etməməkdə haqlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqı və ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi tələbinə dair təmin olunan hissədə ləğv edilərək bu hissədə tələbə iddia müddəti təbiq edilməklə həmin iddia tələbi təmin edilməməlilidir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-418/2024 nömrəli qətnaməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsindən İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək haqqının tutulması və ödənilməli olan sığorta ödənişinin hesablanaraq fərdi hesabının sığorta hissəsinə əlavə edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat İddiaçı dövlət nəfinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.