Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-970/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Kamal oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1769/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh İddiaçı oğludur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixindən hesablanılmaqla əlavə xərclərinin və maddi ehtiyyaclarının qarşılanması məqsədilə 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh doğma övladıdır. Artıq 10 ildən çoxdur oğlunun ananın necə dolanmasından, səhətinin necə olmasından xəbəri yoxdur. Hazırda əmək qabiliyyətsizdir. Cavabdeh tərəfindən heç bir köməklik göstərilmir. Bir çox xəstəliklərdən əziyyət çəkir. Covid 19 infeksiyasına yoluxduqdan sonra bir çox xəstəlikləri oyanmışdı. Onurğanın yayılmış osteoxondrozu, hipertoniya İİİ dərəcə, sağ diz oynağının deformasiyası, arterozu və sair xəstəliklərdən əziyyət çəkir. Bütün bunları cavabdehə bildirsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Cavabdehdən 300 manat məbləğində aliment tutulmalı və bu tutulma mediasiya qaydasında təkliflə cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1769/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı bəzi xəstəliklərdən (onurğanın yayılmış osteoxondrozu, hipertoniya İİİ dərəcə, sağ diz oynağının deformasiyaedici artrozu) əziyyət çəkir və müalicə olunmalıdır, iddiaçının iki övladı var. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normalarının tələbindən hazırki mübahisəyə yanaşan və cavabdehin rəsmi işləməməsini, iddiaçının iki övladı olmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, 150 manat məbləğində alimentin müəyyən edilməsi daha məqsədəmüvafiqdir.
6. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, 83, 100.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 107.2, 112.1.3, 119.1, 216-220220.5, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, e-2(009)-1769/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbiminin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı 2021-ci ildən hal-hazıradək davam edən və Ali Məhkəməyə qədər uzanan mülki işlərdə (üç mübaisə üzrə) müqavilə əsasında vəkillə təmsil olunmuşdur. İddia tələbinin qismən təmin olunmasında məhkəmə iddiaçının paylı mülkiyyətində olan 2 mərtəbəli, 2 otaqlı mənzilinin olmasına, bankdan 7057 manat kredit götürməsinə, 327.21 manat pensiya almasına istinad etmiş, lakin iddiaçının maddi yardıma ehtiyacının olmasını təsdiq edən mötəbər sübutların olmamasını nəzərdən qaçıraraq maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iddiaçının maddi yardıma ehtiyacının olmasını sübuta yetirilməyən halları qəbul edib nəzərə alsa da, işsiz olmağını, e-2(009)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü övladının saxlanılması üçün ayda 250 manat aliment ödəməyini, səhhətində ciddi nasazlıqların olmasını sadalamaqla kifayətlənmiş, lakin qeyd olunanları, yaşamağa yerinin olmamasını, oğlu Fəridin maddi və mənəvi dəstəyi ilə yaşamağını nədənsə nəzərə almamışdır. İddiaçı kifayət qədər maddi imkanlara malikdir. Belə ki, mülkiyyətində olan 2 mərtəbəli evin ona aid olan bir hissəsini icrayə verərək gəlirlər əldə edir. Məhz maddi imkanı normal olduğu üçün də müvafiq bank tərəfindən ona 7057 manat məbləğində kredit verilmiş və aylar üzrə ödənişlərin icrası iddiaçı tərəfindən təmin edilməkdədir. Gəliri normal olmayan şəxsə 7057 manat məbləğində kredit verilmir. Bunlardan başqa iddiaçı ölkə üzrə pensiyaçılar üçün müəyyən olunmuş 199 manat yaşayış minimumundan artıq məbləğdə, ayda 327.21 manat vəsaitdə əldə edir. Qeyd olunan hallar iddiaçının maddi vəziyyətinin yaxşı olmasına dəlalət etməklə onun maddi yardıma ehtiyaclarının olmamasını təsdiq edir. Aliment tələbinin irəli sürülməsində iddiaçının məqsədi “maddi yardıma ehtiyacının qarşılanması” deyil, evsiz-eşiksiz qoyduğu şəxsin ona qarşı mənzilə köçürmə tələbimin əvəzinin alınması üçün qisas xarakterindən ibarətdir. Kafayət qədər maddi imkanlara malik olan iddiaçı maddi yardıma ehtiyaclarının olmasını məhkəmədə mötəbər sübutlarla sübuta yetirilməmiş, iddiaçının valideynə yaraşmayan hərəkətləri, onun maddi və ailə vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmayaraq qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının maddi yardıma ehtiyacının olmasını sübuta yetirilməyən halları qəbul edib nəzərə alsa da, işsiz olmağını, qətnamə üzrə övladının saxlanılması üçün ayda 250 manat aliment ödəməyini, səhhətində ciddi nasazlıqların olmasını sadalamaqla kifayətlənmiş, nəticədə nədənsə iş üzrə bu kimi əhəmiyyətli olan halları nəzərə almamışdır. İddia tələbinin qismən təmin olunmasında məhkəmə iddiaçının paylı mülkiyyətində olan 2 mərtəbəli, 2 otaqlı mənzilinin olmasına, bankdan 7057 manat kredit götürməsinə, 327.21 manat pensiya almasına istinad etmiş, lakin iddiaçının maddi yardıma ehtiyacının olmasını təsdiq edən mötəbər sübutların olmamasını nəzərdən qaçıraraq prosessual hüquq normalarının tələblərini pozmuş və həmin halları obyektiv qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Kamal oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdeh 10 ildən artıqdır ki, anasından xəbəri yoxdur. İddiaçının 2 övladı var, hazırkı cavabdeh onun oğludur. Bu illər ərzində iddiaçıya dəstəyi qızı vermişdir. İddiaçının qızı üzərinə düşən öhdəlikləri yerinə yetirir, oğlu isə yerinə yetirmir. İddiaçının onurğa sümüyündə ciddi problem var, yataq xəstəsidir. Xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Həmin xəstəlik kifayət qədər pul vəsaiti tələb edir. Bütün bunlar iddiaçının maddi yardıma ehtiyacı olduğunu sübut edir. İddiaçı cavabdehin formal olaraq evdə qeydiyyatda olduğu üçün qeydiyyatın çıxarılmasını tələb etmişdir. Evi satıb xəstəliyi ilə bağlı məsrəfləri ödəyəcək. İddiaçıya kompensasiya məbləği ilə bağlı dəstəyi qızı göstərir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının 2021-ci ildən hal-hazıradək davam edən mülki işlərdə müqavilə əsasında 3 instansiya məhkəməsində vəkillərlə təmin olunmasıdır. Lakin, vəkilin xidmət haqqını iddiaçının qızı ödəmişdir. Cavabdeh özü də vəkillərlə təmsil olunmuşdur. İddiaçı cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı iddia qaldıran zaman cavabdeh mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Cavabdeh bildirmişdir ki, ailəsindən ayrılmışdır, 250 manat aliment ödəyir. Lakin, bu formal xarakter daşıyır, bundan sonra aliment ilə bağlı iddia qaldırılıb. Daha sonra onlar tərəfindən bütün bunların formal xarakter daşıdığını bildirdikdən sonra məhkəmə sorğu edərək icra işini tələb etdi. İcra işindən aydın oldu ki, tələbkar ərizə ilə müraciət edərək aliment işi ilə bağlı icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh yoldaşı ilə faktiki yaşayır. Bütün bunları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş edir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Maddə 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Maddə 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
17. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun maddi ehtiyaclarının qarşılanması üçün vəsaitinin tutulmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan valideynlərinin saxlanılması üçün vəsait tutulması aşağıda qeyd olunan şərtlər mövcud olduqda mümkündür:
1. Valideynin maddi yardıma ehtiyacı olmalı
2. Valideynin əmək qabiliyyəti olmamalıdır.
20. Hazırkı halda iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı 363.86 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir.
21. Digər tərəfdən məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edilir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir.
22. İddiaçı tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinə Cavabdeh, X1, X2 hüquqlarının itirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edilmişdir.
23. O cümlədən, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)- 86/2003 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı Xalilovnaya qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin iddiası, İddiaçı Xalilovna Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
24. Digər tərəfdən işin halları ilə müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
25. Elektron məhkəmə informasiya sistemində araşdırma zamanı Cavabdeh hər hansı gəlirinin olması ilə bağlı məlumat aşkar edilməmişdir.
26. Göründüyü kimi, hazırkı halda İddiaçı ehtiyaclarının ödənilməsi üçün cavabdehdən pul vəsaitinin tutulması ilə bağlı qanunvericiliyin tələbi ödənilmir.
27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1769/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı alimentin tutulması barədə iddia tələbi təmin edilməməlidir.
28. MPM-in 112.1.3-cü maddəsində qeyd edilir ki, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
29. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1769/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin tutulması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev