Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-972/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsiX5nun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3373/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı X2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hazırda ləğv prosesində olan “xxxx” ASC-də xx.xx.2013-cü il tarixli 654 saylı bank əmanəti müqaviləsi üzrə qoyulmuş əmanətinin kompensasiyası qismində, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə 21158,00ABŞ dolları məbləğində pul vəsaiti tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinə görə çəkilmiş xərclər cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 3373/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 654 saylı bank əmanəti müqaviləsinə əsasən bank əmanətçidən daxil olmuş 10000 ABŞ dolları məbləğində olan pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün illik 11,5 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə bağlanmışdır. Daha sonra «xxxx» ASC-nin lisenziyası ləğv edilmiş, «xxxx» ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış və ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının ləğv prosesində olan «xxxx» ASC qarşısında 21158 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. İddiaçı bildirir ki, onun əmanəti qorunan əmanət olmuşdur. Belə ki, əmanət onun cəlb edildiyi günə qorunan əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş illik faiz dərəcəsinin yuxarı həddindən, yəni 12 % faiz dərəcəsindən aşağı olmuşdur. Hazırda iddiaçının əmanətinin məbləğini faizlərlə birlikdə 21158,00 ABŞ dolları təşkil edir ki, bu məbləğ cavabdeh tərəfindən təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli 0149 No-li qəbzlə təsdiq olunur. İddiaçı tərəfindən cavabdehə kompensasiya verilməsi üçün müəyyən edilmiş 1 illik müddət daxilində (ərizənin qəbulu üçün son tarix xx xxxxxx 2018-ci ildir), yəni xx xxxxxx 2018-ci il tarixində kompensasiyanın ödənilməsi haqqında ərizənin verilməsinə baxmayaraq, cavabdeh xx xxxxxx 2018-ci il tarixli **********089 No-li cavab məktubuna əsasən kompensasiyanın ödənilməsindən imtina etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə bağlanmış bank əmanəti müqaviləsinin 5.2-ci maddəsinə əsasən xx xxxxx 2016-ci il tarixdə əmanət müqaviləsi eyni müddətə illik 4 % dərəcəsi ilə azadılmışdır. Əmanət xx xxxx 2016-cı il tarixdən etibarən qorunan əmanət statusunda olmamışdır. Belə ki, iddiaçının əmanəti 11,5% dərəcəsi ilə yerləşdirilmiş, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul edildikdən sonra qanunun tələbinə müvafiq olaraq qorunmayan əmanət hesab edilmişdir. Sözügedən müqavilədə göstərilmişdir ki, müqavilənin 5.2-cı bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Eyni zamanda “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə görə qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. Həmin Qanunun 8.1 və 8.1.20-ci maddələrinə görə X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə görə qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması X3 müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, qorunan əmanət – cəlb edildiyi, yəni bank əmanətinin depozitə yerləşdirildiyi günə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan (həmin həddi aşmayan) əmanətdir. Həmin həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər isə qorunan əmanətlərə aid edilmir. Eyni zamanda həm cəlb edildiyi, həm də “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər tam sığortalanır. Digər qorunan əmanətlərin, yəni cəlb edildiyi gün Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan, lakin “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gündən sonra həmin həddən yuxarı olan əmanətlərin tam sığortalanması üçün isə tələb olunur ki, əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilərək, faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddinə salınsın. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı mübahisənin həllində ilk olaraq tərəflər arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli 654 saylı bank əmanəti müqaviləsi üzrə depozitə qoyulmuş 10000 ABŞ dolları məbləğində əmanətin qorunan əmanət olubolmaması müəyyən edilməlidir. Əmanətlərin Sığortalanması X3 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X4 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə əmanətçiyə illik 11,5 faizin ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilə üzrə faiz dərəcəsi X4 həmin tarix üçün (2009-cu il 10 iyun tarixli qərarın təsir dairəsinə düşür) müəyyən etdiyi illik faiz dərəcəsinin həddindən azdır. Yəni iddiaçının əmanəti cəlb edildiyi günə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan (həmin həddi aşmayan) əmanət olduğuna görə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə uyğun olaraq qorunan əmanətlərə aid edilir. Lakin Əmanətlərin Sığortalanması X3 xx xxxx 2016-cı il tarixli qərarı ilə xarici valyuta ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən olunmuşdur. İddiaçı isə “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsində müvafiq dəyişiklik edilməsi və faiz dərəcəsinin Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddinə salınması üçün heç bir müraciət etməmişdir. Belə olan halda isə iddiaçının “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə uyğun olaraq tam sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya deyil, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş kompensasiya almaq hüququ yaranmışdır. Həmin maddədə isə təsbit olunmuşdur ki, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Bu baxımdan kollegiya hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 30000 manat məbləğində kompensasiya tutularaq, iddiaçı X1 ödənilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və istinad olunan maddi hüquq normaların tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia qismən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3373/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 30000 (otuz min) manat tutularaq, iddiaçı X1 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-972/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-972/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver