Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-974/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (“X4 Mərkəzi” MMC və Yasamal Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdeh2 QSC BOKT-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ("X4 Mərkəzi” MMC və Yasamal Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdeh2 QSC BOKT-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 64 nömrəli ipoteka müqaviləsinə xitam verilmiş və həmin ipotekaya dair dövlət qeydiyyatı ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxx 2011-ci il tarixli, 64 nömrəli kredit müqaviləsinə əsasən, 200000 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi «xxxxı» ASC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 64 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-1014/2013 saylı qətnaməsi ilə cavabdeh X1 iddiaçı xxxxı ASC-nin xeyrinə 198.000 manat əsas kredit borcu, 22.432 manat faiz borcu, 1.000 manat dəbbə pulu, cəmi 221.432 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına cavabdeh X3 banka olan kredit borcunun ödənilməsi, cavabdehlər İddiaçı və X2 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə üzrə xx.xx.2013-cü il tarixli icra vərəqəsi Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh2 QSC ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixində bağlanmış xidməti müqaviləyə əsasən Cavabdeh2 QSC-yə keçmiş, xxxxı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini X11 edilməsi Ağentliyi MMC həyata keçirir. Qeyd olunan xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin lx xxxxxx 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar Cavabdeh2 QSC tərəfindən Azərbaycan Beynəlxlaq Bankı ASC-dən problemli aktivlərinin satın alınması ilə bağlı borclu şəxs X5 dair sənədlər SFK-509 nömrəli, xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən X11 edilməsi Ağentliyi MMC-yə verilmişdir. İşin hallarından göründüyü kimi, İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satış üçün hərraca çıxarılmış, lakin sifarişçi olmadığından hərrac baş tutmamış və əmlak satılmamışdır. Belə olan halda, «X11 edilməsi Ağentliyinə» ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olmaqla əmlakın alınması təklif edilmiş, lakin bank tərəfindən həmin əmlak alınmamışdır. Yasamal Rayon İcra və probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli məktubundan da görünür ki, əmlakın alınmasına dair X11 Edilməsi Ağenti tərəfindən Yasamal Rayon İcra və Probasiya Şöbəsinə məlumat daxil olmamışdır. Sözügedən əmlak hal-hazıradək ipoteka saxlayan tərəfindən əldə edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X11 edilməsi Ağentliyi MMC-nin əsl cavabdeh "Cavabdeh2” QSC BOKT ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,ünvan 3 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 64 nömrəli ipoteka müqaviləsinə xitam verilmiş və həmin ipotekaya dair dövlət qeydiyyatı ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X7” MMC tərəfindən 1124 nömrəli, xx xxxxxx 2017-ci il tarixli məktub təqdim edilənə qədər, yəni Cavabdeh1 MMC (Cavabdeh2 QSC-nin törəmə müəssisəsi) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli. 101S saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh2 QSC tərəfindən “xxxxı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X5 dair sənədlərin təhvil-təslimi aparılmış və “X7” MMC tərəfindən aparılan hərracla bağlı məlumat daxil olmamışdır. Tələbkar tərəfindən keçirilən hərracın vaxtı və yeri barədə məlumat daxil olmamışdır. İşin hallarından da görünür ki, keçirilən hərracla bağlı bildirişlər Cavabdeh2 QSC-yə göndərilməmişdir. Bundan əlavə istər mübahisələndirilən qətnamədə, istərsə də iş materiallarında İddiaçı mülkiyyətində olan əmlak hərracın tələbkara təklif edilməsi barədə hər hansı bir sübut mövcud deyil. Məhkəmə baxışı zamanı bu əmlakın tələbkara təklif edilməməsi qeyd edilsə də, məhkəmə buna qiymət verməmişdir. Bundan başqa “Daşınar və Daşınmaz Əmiaklarm Satışı üzrə Hərrac Mərkəzi”nin tələbkar “xxxxı” ASC-yə ünvanladığı xx xxxxxx 2014-cü il tarixli məlumatda göstərilir ki, Yasamal rayon icra Şöbəsinin xx/xx-3520/15-550 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 62-ci maddəsinə əsasən müvafiq olaraq keçirilən hərracların yekunlaşdırılması ilə əlaqədar bildirilir ki, üzərinə tələb yöldilmiş və ipoteka ilə yüklü edilmiş Yasamal rayonu H.Zərdabi prosepekti 89-da qeyri-yaşayış sahəsi məlumat daxil olan tarixdən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak salımazsa 30 təqvim günü ərzində qeyd olunan əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 % açağı qiymətlə, yəni 191250 manat olmaqla ala bilərsiniz. Bundan sonra yenidən icra tədbirləri davam etdirərək əmlak yenidən qiymətləndirməyə göndərilmişdir və “xxxx” MMC tərəfindən xx xxxx 2017-ci il tarixli, QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabat tərtib edilmişdir, həmin hesabatın nəticəsindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixə yekun bazar dəyəri yuvarlaq olaraq 599300 manat dəyərində qiymətləndirilmişdir. “X8” MMC-nin Cavabdeh1 MMC-yə ünvanladığı 1124 nömrəli, 13 dekabr 20l7-ci il tarixli məktubda göstərilir ki, İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 599300 manat, Azərbaycan Respublikasmm İpoteka Haqqında Qanununun 43.5-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə ******* manat açıq hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Qeyd olunan məktuban sonra Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının icrası ilə bağlı araşdırma aparmaq məqsədi ilə Yasamal Rayon İcra Şöbəsinə 1206 nömrəli, xx xxxxxx 2017-ci il tarixli məktubla müraciət edilərək Yasamal rayon icra şöbəsində olan xx/xx-3520/15 nömrəli icra iş materiallan ilə tanış olmaq və onlardan surət çıxartmaq üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İcra iş materialı ilə tanış olarkən “xxxx” MMC tərəfindən xx xxxx 2017-ci il tarixli QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatda qeyd olunan məbləğlə bağlı əmlakın real bazar qiymətinə uyğun olmadığı aşkar edilmiş və bu səbəbdən Sabunçu Rayon Məhkəməsində hesabatın ləğvi tələbinə dair iddia qaldırılmışdır. Həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-670/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” MMC tərəfindən xx xxxx 2017ci il tarixli, QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 370.000 manat müəyyən edilməsi qət edilmişdir. Lakin yuxanda qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hesab etmişdir ki, satılmamış əmlak ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyindən, ipoteka qoyan İddiaçı mülki məhkəmə icraat qaydasında ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeyddiyyatının ləğv edilməsi haqqında tələbi “İpoteka haqqında” Qanunun və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğundur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin əmlak iki dəfə hərraca çıxarılmış, lakin satılmamışdır. Bundan sonra «X11 Edilməsi Ağentliyi»nə həmin əmlakın alınması təklif edilmiş, lakin bank tərəfindən həmin təklifə münasibət bildirilməmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-1014/2013 saylı qətnaməsi ilə cavabdeh X1 iddiaçı xxxxı ASC-nin xeyrinə 198.000 manat əsas kredit borcu, 22.432 manat faiz borcu, 1.000 manat dəbbə pulu, cəmi 221.432 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına cavabdeh X3 banka olan kredit borcunun ödənilməsi, cavabdehlər İddiaçı və X2 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından görünür ki, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi 175.000 manat məbləğində qiymətləndirilmişdir. Yasamal rayon icra və probasiya şöbəsinin Nəsimi rayon məhkəməsinə ünvanladığı xx/xx-2376/17-22429 saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)- 1014/2013 saylı icra sənədinə əsasən borclu X1 cəmi 221.432 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tələbkar xxxxı ASC-nin xeyrinə ödənilməlidir. Tutma ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və əldə olunmuş vəsait hesabına borclu X3 banka olan borcu ödənilməlidir. Əmlakın açıq hərracdan satılması üçün hərrac təşkilatına müraciət edilsə də, əmlak satılmamışdır. Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən əmlakın qiymətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdə «xxxx» MMC-yə müraciət olunmuş və qiymətləndiricisi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanda yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi 599.300 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2017- ci il tarixdə əmlakın hərracdan satışının təmin edilməsi üçün «X7» MMC-yə müraciət edilmiş, lakin əmlak hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamış və hərrac təşkilatı tərəfindən «X11 Edilməsi Ağentliyi»nə ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə alması təklif edilmişdir. Təklifə münasibət barədə Yasamal rayon icra və probasiya şöbəsinə məlumat daxil olmamışdır. «X7» MMC-nin xx.xx.2017-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-yə ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə alması təklif edilmişdir. Cavabdeh1 MMC- tərəfindən «X7» MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktub ilə icra hərəkətlərinin dayandırılması xahiş edilmişdir. Sonradan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-670/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” MMC tərəfindən xx xxxx 2017ci il tarixli, QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatm ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 370.000 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun Həmin qanunun xx.xx.2018-ci il tarixədək qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.” Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43- cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89 ünvanında yerləşən 194.9 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinin xx.xx.2017-ci il tarixdə hərracının keçirilməsi barədə bildirişlərin cavabdehə təqdim edilməsi barədə poçt qəbzləri müəyyən edilmir. Göründüyü kimi, hərracın keçirilməsi barədə «X7» MMC tərəfindən Cavabdeh1 MMC-yə məlumat verilmədiyindən, ipotekaya xitam verilməsi üçün əsaslar da, yaranmamışdır. Bundan əlavə cavabdeh ipoteka predmetinin dəyəri barədə məlumatlı olduqdan sonra həmin məbləği mübahisələndirmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 670/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” MMC tərəfindən xx xxxx 2017-ci il tarixli, QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatm ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 370.000 manat müəyyən edilməsi qət edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-3126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-974/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-974/2021
11.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver