Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-992/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X10 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin X37, X11 və X12 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASCnin cavabdeh Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Şöbəsi, X11 və X26 cəlb edilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4502/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-ni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin sifarişi İlə Respublika Xammal və X41 Mərkəzi "Külək” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair 29.03.2021- ci il tarixdə keçirdiyi hərracın "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsi etibarsız hesab edilərək, hərracın "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamasına, ödənilmiş 10,40 manat dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi ilə, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X22 04.04.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 45000 manat cərimə, ümumilikdə 977134 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, X19 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 370000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X27 banka olan borcunun ödənilməsinə yünəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzil satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzildə qeydiyyatda olan X23 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.20l9-cu il tarixli, 2(103)- 1108/2019 saylı qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi dəbbə pulu tutlması və tutma yönəldilmiş əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək, cavabdeh X22 iddiaçının xeyrinə 25700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7792/2019 saylı, 16.12.2019-cu il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır; "Külək” MMC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, X31, X5, X19, X8, X1, X13 və X14 ünvanlanmış 10.03.2021- ci il tarixli № 01/1478 nömrəli bildirişin surətinə əsasən, Xəzər rayon İcra şöbəsinin 10/5A saylı, 05.03.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(103)-1108/2019 saylı,18.04.2019-cu il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən ev 110, mənzil 31, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 6A, mənzil 47, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində 63 ünvanında qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və həmçinin hərracın 04.02.2019-cu il saat 11:00-də keçiriləcəyi bildirilmişdir; "Külək” MMC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə, X31, X5, X19, X8, X1, X13 və X14 ünvanlanmış 30.03.2021- ci il tarixli № 01/1810 məktubun surətinə əsasən, Xəzər rayon İcra şöbəsinin 10/5A saylı, 05.03.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(103)-1108/2019 saylı, 18.04.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi 405000 manat, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzili 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 900000 manat, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi 115700 manat olmaqla "Külək” MMC hərrac təşkilatı tərəfindən 29.03.21-ci il tarixinə hərrac təyin edilmişdir. Hərrac "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə manatla ala bilinməsi qeyd olunmuşdur; X15 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin satışı üçün ödədiyi 5% behi 45000 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir; "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədindən görünür ki, "Külək” MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin hərracı üçün X28 5% (45000) manat beh ödənilmişdir; X20 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 20250 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir; "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədinə əsasən, "Külək” MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin hərracı üçün X32 5% (20250) manat beh ödənilmişdir; X3 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin satışı üçün ödədiyi 5% behi 5750 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir; "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədinə əsasən, "Külək” MMC-nin hesabına Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin hərracı üçün X16 5% (5750) manat beh ödəmişdir; X24 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 5785 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir."Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədinə əsasən, "Külək” MMC-nin hesabına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin hərracı üçün X38 5% (5785) manat beh ödənilmişdir; Bakı şəhər Xəzər rayon İcra şöbəsinin "xxxx" MMC, X40, X11, X26, X21, X9, X23, X25, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ünvanlanmış 05.03.2021-ci il tarixli, 10/5A nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı, 18.04.2019-cu il tarixli icra vərəqəsi və digər sənədlər hərracın keçirilməsi üçün "Külək” MMC-yə göndərilmişdir; "FM Express” kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun surətinə əsasən, "Külək” MMC tərəfindən X14 ünvan 9nına, X17 ünvan 9nına, X19 ünvan 10nvanına, X8 ünvan 10nvanına, X29 ünvan 11 ünvanına, X1 ünvan 9nına məktublar göndərilmişdir. Poçt xəbərnamələrinin surətlərinə əsasən, X40 və X5 göndərilmiş məktublar qohumları Rasim adlı şəxs tərəfindən qəbul edilmişdir; 10.03.2021-ci il tarixli, 30.03.2021-ci il tarixli "Birja yenilikləri” qəzetlərinin surətinə əsasən, qeyd olunan əmlakların açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir (iş səh.9, 14, 18, 26,27, 28, 29, 31, 32, 34,36, 37, 39, 59, 60, 61-66, 67-71). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4502/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə "İpoteka haqqında” Qanunun 36.1, 42.1, 43.1, 43.1.2, 43.1.1, 44, 53.1, 53.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X22 04.04.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 45000 manat cərimə, ümumilikdə 977134 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, X19 məxsus ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 370000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X27 banka olan borcunun ödənilməsinə yünəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzil satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzildə qeydiyyatda olan X23 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması və tutma yönəldilmiş ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək cavabdeh X22 iddiaçının xeyrinə 25700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7792/2019 saylı, 21.01.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqələri icra edilməsindən ötrü icra şöbələrinə yönləndirilmiş və daha sonra Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icraatında birləşdirilərək, icra məmuru Mübariz Abbasovun icraatına verilmişdir. İcra məmuru öz növbəsində icra sənədinin icrası ilə əlaqədar əmlakların açıq hərracdan satılması üçün Respublika Xammal və X41 Mərkəzi "Külək” MMC ixtisaslaşmış hərrac təşkilatına sifariş vermişdir. İcra sənədi üzrə əmlakların satılması üçün Respublika Xammal və X41 Mərkəzi "Külək” MMC tərəfindən 29.03.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xə/ər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair hərraca 2 nəfərdən az alıcı gəldiyindən hərrac "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. Digər əmlaklara aid hissədə isə hərrac "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. İddiaçı tərəf məhkəmə iclasında "Külək” MMC tərəfindən hərracın baş tutmaması səbəbini yanlış verməsini iddia etsə də, buna dair əsaslı sübut təqdim edə bilməmişdir.Məhkəmənin qənaətinə görə iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi kimi hərrac təşkilatçısı hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti və qaydasını göstərməsi, behin ödənilməsi müddəti göstərməməsi, ödəniş sənədlərindən behlərin ödənilməsi saatını müəyyən etmək olmaması, behin ödənilməsi qaydası isə qeyri müəyyən şəkildə göstərilməsi, behlər hərrac günü, yəni 29.03.2021-ci il tarixdə ödənilməsi, "hərracda iştirak hüququnun əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməsi” kimi tələblərə istinad etməsi formal əsaslardır.Eyni zamanda qeyd edilməlidir ki, behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi iş materialları ilə təsdiqini tapmır.Belə ki, X15 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin satışı üçün ödədiyi 5% behi 45000 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmiş, "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzinə əsasən "Külək” MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin hərracı üçün X28 5% (45000) manat beh ödəmişdir.Hərracın digər iştirakçısı X32 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 20250 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir. Eyni zamanda "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzinə əsasən "Külək” MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin hərracı üçün o, 5% (20250) manat beh ödənilmişdir.X3 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin satışı üçün ödədiyi 5% behi 5750 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmiş, "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzə əsasən "Külək” MMCnin hesabına Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin hərracı üçün X16 5% (5750) manat beh ödəmişdir.X24 "Külək” MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 5785 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmiş, "Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzinə əsasən "Külək” MMC- nin hesabına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin hərracı üçün X38 5% (5785) manat beh ödənilmişdir.Qeyd edilən sübutlardan göründüyü kimi hərracda iştirak edən adı yuxarıda qeyd edilmiş şəxslərin hər biri ayrı-ayrı əmlakların açıq hərracda alınmasına iştiraka icazə verilməsini xahiş etmiş, həmçinin hərrac 29.03.2021-ci il tarixdə saat 11:00-da başlandığı halda, hərracın keçirilməsindən əvvəl bank köçürülməsi yolu ilə beh də ödəmişlər. Yəni hər biri fərqli əmlaklara iddia etmişlər. Bununla da, ərizələrdə qeyd olunan hər bir əmlakın açıq hərracında cəmi bir nəfər şəxsin iştirak etməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və X18 nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi sənədlərlə sübut olunmuşdur.Bundan başqa 10.03.2021-ci il tarixli, 30.03.2021-ci il tarixli "Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, qeyd olunan əmlakların açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir.Odur ki, "Külək” MMC hərracda 2 nəfərdən az alıcı gəldiyindən hərrac "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilməsində haqlı olmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4502/2021 saylı, 13.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin sifarişi ilə Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair 29 mart 2021-ci il tarixdə keçirdiyi hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsi etibarsız hesab edilərək, hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamasına və ödənilmiş 10,40 manat dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəoul edilməsmi xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 415.4; İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar əmlakların açıq hərracdan satılması üçün Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC ixtisaslaşmış hərrac təşkilatına sifariş vermişdir.İcra sənədi üzrə əmlakların satılması üçün Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC tərəfindən 29 maıt 2021-ci il tarixdə hərrac keçirilmiş, lakin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X53 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair hərraca 2 nəfərdən az alıcı gəldiyindən hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. Digər əmlaklara aid hissədə isə hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir.İcra sənədi üzrə tələbkar olaraq ixtisaslaşmış hərrac təşkilatı tərəfindən yuxarıda göstərilən əmlaklara dair 29 mart 2021-ci il tarixdə keçirilmiş hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci və 415.4-cü, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddələrinin tələblərinə əsasən qanunsuz hesab etdiklərindən, cavabdeh Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC-yə qarşı, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsini üçüncü şəxs olaraq cəlb etməklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin əmlaklara dair keçirilmiş hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsinin etibarsız hesab edilməsi, hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamasma və tərəflərindən ödənilmiş 10,40 manat dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 13.10.2021 -ci il tarixli, 2(005)-4502/2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməlidir.Belə ki, tərəflərindən iddianın əsasları olaraq hərracın bir sıra maddi hüquq normalarının pozulması ilə təşkil edildiyi və keçirildiyi göstərilsə də, birinci instansiya məhkəməsi iddianın predmetinə tamamilə aid olmayan məslələrə toxunaraq, yekunda səhv nəticəyə gəlmişdir.Belə ki, iddianın əsas sübutu kimi ixtisaslaşmış hərrac təşkilatı tərəfindən tələbkara və borclulara ünvanlanmış hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin qanun pozuntuları ilə tərtib edilməsi və bunun nəticəsi olaraq, hərracın da düzgün keçirilməməsi göstərilsə də, birinci instansiya məhkəməsi qeyd edilən sübuta ümumiyyətlə qiymət verməmişdir.Həmçinin iddiaçı olaraq, hərracın keçirilməsinə dair bildirişdə behinin məbləğinin, eyni zamanda hansı müddətdə və qaydada Ödənilməli olmasının göstərilməməsi, o cümlədən bildirişdə hərracda iştirak hüququnun əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməli olduğu göstərildiyi halda, hazırda mübahisələndirilən hərracda iştirak edən şəxslərin hərracda iştirak etməyə dair ərizələrinin elə hərracın keçirildiyi gün kağız daşıyıcıda birbaşa hərrac təşkilatına təqdim etmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə İstinad edərək qanun pozuntusu kimi göstərilsə də, birinci instansiya məhkəməsi göstərilən pozuntulara formal əsaslar kimi qiymət verməklə yanlışlığa yol vermişdir (qətnamənin 9-cu səhifəsinin 2-ci abzası). Bundan başqa birinci instansiya məhkəməsi behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsinin iş materialları ilə təsdiqini tapmamasına, eyni zamanda ödənilmə tarixlərini göstərməklə həmin ödəniş tapşırıqlarına sübut kimi qiymət verərək, onalara əsaslansa da, nəzərə almamışdır ki, behlərin ödənilməsi saatı heç bir sənəddə göstərilməmişdir. Bu hal isə behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi, həmçinin 29 mart 2021 -ci il tarixdə keçirilən hərracın üç iştirakçısının məhz həmin gün ərizə ilə müraciət edərək, hərracın işrirakçısı kimi tanınması və elə həmin gündə behlərin ödənilməsi hərracın qanuni təşkil edilməməsi barədə əsaslı şübhələr doğurur. Qeyd edilən maddədə ifadə olunan normanın dispozisiya şərtlərinə görə hərracın keçirilməsinə dair bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Hazırda mübahisələndirilən hərracın keçirilməsinə dair bildirişində isə hərracda iştirak hüququnun əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməli olduğu göstərilsə də, hərracda iştirak edən şəxslərin iştiraka dair ərizələrinin elə hərracın keçirildiyi gün kağız daşıyıcıda birbaşa hərrac təşkilatına təqdim etmələri göstərilən maddi hüquq normasının pozulmasıdır və məhkəmə həmin pozuntuya ümumiyyətlə qiymət verməmişdir. Qeyd edilən maddəyə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hüquq normasından da göründüyü kimi hərrac təşkilatçısı hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti və qaydasını göstərməlidir. Lakin Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair bildirişində behin ödənilməsi müddəti göstərilməmiş, behin ödənilməsi qaydası isə qeyri müəyyən şəkildə göstərilmişdir. Məhkəmə qeyd edilən pozuntuya da qiymət verməmişdir.Qeyd edilən maddədə ifadə olunan normanın dispozisiya şərtlərinə görə elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Lakin hazırda mübahisələndirilən hərracın bildirişində, behin məbləği göstərilsə də, onun ödənilməsi müddəti ümumiyyətlə göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə, qeyd edilən pozuntuya formal əsas kimi qiymət verərək yanlışlığa yol vermişdir.Qeyd edilən maddəyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məlikəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin hazırki mübahisədə məhkəmə iddiaçı tərəfdən təqdim edilən və iddianın əsasını təşkil edən Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair bildirişinə ümumiyyətlə sübut kimi qiymət verməmiş, ikinci dərəcəli behlərin ödənilməsinə dair natamam olan və ödəniş tapşırıqlarına əsaslanmış və nəticədə maddi hüquq normalarını da müvafiq olaraq düzgün tətbiq etməmişdir.Məhkəmə tərəfindən behlərin Ödənilməsinin tarixi 29.03.2021-ci il (hərraçın keçirildiyi gün) olduğu müəyyən edilsə də, behlərin hərracın başladığı vaxtadək, yəni saat 11:00-dək ödənilməsi sübuta yetirilməmişdir. Qanunverici belə halların, yəni hərracın keçirildiyi vaxtdan sonra behlərin ödənilməsinin qarşısının alınması üçün hərrac təşkilatları tərəfindən hərrac bildirişdərində behin ödənilməsi müddəti və qaydasının dəqiq göstərilməsini tələb edir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, hərrac 29.03.2021-ci il tarixdə saat 11:00-da başladığı halda, hərracın keçirilməsindən əvvəl bank köçürməsi yolu ilə beh də ödəmişlər (qətnamənin 10-cu səhifəsinin 3-cü abzası). Lakin iş materiallarından da göründüyü kimi, behlərin ödənilməsinin tarixi (hərracın keçirildiyi gün) müəyyən olunsa da, ödənilmə saatı müəyyən edilmir. Belə olan halda, məhkəmənin behlərin ödənilməsinin hərracın keçirilməsindən əvvəl olması qənaətinə gəlməsi yanlışdır və işin hallarını uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin X37 apellyasiya şikayətini müdafiə edərək, 4 əmlakı mübahisələndirdiklərini, hərracın baş tutmamasının əsasların dəyişdirilməsini tələb etdiklərini, qanunvericilikdə protoklun tərtibinin yalnız yekun hərrac barədə qəbul edildiyini, İpoteka haqqında qanunda hərracın baş tutumaması ilə bağlı elan verilməsinin nəzərdə tutulduğunu,nəticə barədə elanın düzgün verilmədiyini, eyni zamanda İpoteka haqqında qanunun 42.1-ci maddəsinin də tələblərinin pozulduğunu,behin ödənilməsinin hərrac günü hərrac başlamazdan bir neçə dəqiqə əvvəl baş tutduğunu, hərracın baş tutmamış elan edilməsinin səbəbi kimi İpoteka haqqında qanunun 43.1.1 deyil 43.1.2-ci maddəsinə uyğun olaraq verilməli olduğunu, bu halların cavabdeh təşkilatın vəzifəli şəxslərinin qanuna zidd əməlləri nəticəsində baş verdiyini, keçirilmiş birinci hərracı mübahisələndirdiklərindən hərracın bitmədiyini, qarşı tərəfin məqsədinin hərrac nətiəcəsində əmlakın qiymətinin 15 faiz düşməsinin qarşısının alınması olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil təlb irəli sürməyən üçüncü şəxslər X11 və X12 nümayəndəsi Vəkil borclular olaraq əmlakların satılmasını istədiklərini, lakin əmlakların satılmasına yol vermədiklərini, hərracın keçirilməsində qanun pozuntusu olmadığını, hərrac zamanı 50000 manat beh ödənildiyini, behin hərrac keçirilməmişdən əvvəl ödənildiyini sübut etdiklərini, bankın əmlakın dəyərinin azalaraq satılmasını istədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC, müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı cavabdeh Respublika Xammal və X41 Mərkəzi "xxxx" MMC-yə ünvanlanmış sorğu əsasında əldə edilmiş mübahisə edilən hərrac icraatı üzrə müəyyən olunmuşdur ki: 29.03.2021-ci il tarixli 31/05 saylı prokotolla hərracda alıcı qismində X24 iştirak etdiyi, ipoteka saxlayan "xxxx" ASC-yə həracla bağlı bildiriş göndərildiyi, lakin iştirak etmədiklərini, “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən hərracın baş tutmamış elan edildiyi qeyd edilərək, X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi 115700 manata olmaqla İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.2-ci maddəsinə əsasən elan dərc ediləcəyi və hərrac barədə tərəflərə məlumat veriləcəyi qərara alınmışdır. 29.03.2021-ci il tarixli 31/02 saylı prokotolla hərracda alıcı qismində X20 iştirak etdiyi, ipoteka saxlayan "xxxx" ASC-yə həracla bağlı bildiriş göndərildiyi, lakin iştirak etmədiklərini, “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən hərracın baş tutmamış elan edildiyi qeyd edilərək, X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 571 saylı bağ evi ilkin 405000 manata olmaqla İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.2-ci maddəsinə əsasən elan dərc ediləcəyi və hərrac barədə tərəflərə məlumat veriləcəyi qərara alınmışdır. 29.03.2021-ci il tarixli 31/03 saylı prokotolla hərracda alıcı qismində X3 iştirak etdiyi, ipoteka saxlayan "xxxx" ASC-yə həracla bağlı bildiriş göndərildiyi, lakin iştirak etmədiklərini, “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən hərracın baş tutmamış elan edildiyi qeyd edilərək, X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr 110 saylı evin 31 saylı mənzili 115000 manata olmaqla İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.2-ci maddəsinə əsasən elan dərc ediləcəyi və hərrac barədə tərəflərə məlumat veriləcəyi qərara alınmışdır. 29.03.2021-ci il tarixli 31/04 saylı prokotolla hərracda alıcı qismində X15 iştirak etdiyi, ipoteka saxlayan "xxxx" ASC-yə həracla bağlı bildiriş göndərildiyi, lakin iştirak etmədiklərini, “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən hərracın baş tutmamış elan edildiyi qeyd edilərək, X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 900000 manata olmaqla İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.2-ci maddəsinə əsasən elan dərc ediləcəyi və hərrac barədə tərəflərə məlumat veriləcəyi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi hərrac keçirilməsi qaydalarının pozulmasının nəticələrini ehtiva edən Mülki Məcəllənin 416-cı maddəsinə görə: “Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” Qeyd edildiyi kimi Maddənin dispozitiv şərti “keçirilən hərrac”dan bəhs edir. Lakin hazırki iş üzrə həracın keçiilməsi baş tutmamış, iddiaçı isə subyektiv maraqlarına əsasən onun prosedur əsaslarının dəyişdirilməsi barədə mücərrəd tələb irəli sürmüş, məhz dəyişdirilməsinə əsas olan sübutlar təqdim etməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisə edilən hallar cavabdehin vəzifəli şəxsləri tərəfindən rəsmiləşdirilərək müvafiq qərarlar qəbul edilmişdir. İddiaçının maraqları əmlakların satışı üzrə kredit borclarının ödənilməsindən olduğu halda hazırki durumda hərracın davam etməməsi onun subyektiv hüquqlarını şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə də özlüyündə hərrac prosedurunun (hərracın baş tutmamasının əsasların) dəyişmə səlahiyyətlərinə malik deyil. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac, onun bitməsindən sonra maraqlı şəxs tərəfindən mübahisələndirilə bilər. Hazırki vəziyyətdə istinad edilən maddi hüquq normaların tətbiqi, qanunvericiliyin dispozitv uyğunsuzluğu baxımından, habelə dispozitiv imkandan və diskression səlahiyyətlərdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4502/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-992/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-992/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver