Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9956/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bank qarşısında iddiaçının adına olan kredit borcunun yarısının cavabdehdən tutulması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin nikahda olduğu müddətdə iddiaçının adına "xxxx" ASC-dən götürülmüş kreditin qaytarılmamış hissəsinin, yəni Bakı şəhəri 1 saylı Notariat Ofisinin 15.10.2020-ci il tarixli, 8İ-10445 nömrəli icra qeydinə əsasən iddiaçıdan tutulmalı olan 5.570,89 manatın ½ hissəsi cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Müəyyən olunur ki, tərəflər 31.08.2015-ci il tarixdə nikah bağlayıblar. Bakı şəhəri 1 saylı Notariat Ofisinin 15.10.2020-ci il tarixli, 10445 nömrəli icra qeydinə görə BPM**********76 nömrəli müqaviləyə əsasən iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 5.550 manat pul tutulmalıdır. Ailə Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunub: “Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar”. Məhkəmə bu maddənin tələblərindən çıxış edərək aşağıdakıları qeyd edir: İddiaçı kredit müqaviləsini məhkəməyə təqdim etməyib və ya kredit müqaviləsinin bağlandığı tarix barədə məhkəməyə sübut təqdim etməyib. Ona görə də kredit öhdəliyinin nikah müddətində yarandığını müəyyən etmək mümkün deyi. Bundan başqa, iddiaçı kredit müqaviləsi üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu barədə sübut təqdim etməyib. Ona görə də alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu müəyyən etmək mümkün deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9956/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9956/2021
05.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver