Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9965/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh2 Sığorta Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Maraqlarına toxunan şəxs Bakı şəhət İcra Hakimiyyəti "xxxx" X2 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)-275/2021 nömrəli qətnaməsindən Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 və maraqlarına toxunan şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 17.08.2020-ci il tarixdə, saat 07:50 radələrində Təbriz küçəsi-Ağaoğlu küçəsi kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xeyli zərər dəymiş, avtomobil yararsız vəziyyətə düşmüşdür. DYP əməkdaşlarının apardığı araşdırma nəticəsində yuxarıda adıçəkilən yol nəqliyyat hadisəsini Cavabdeh1 tərəfindən ona məxsus “Mersedes” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi müəyyən olunmuş və bu barədə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin avtomobil öz növbəsində, Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta ASC tərəfindən sığortalanmışdır. Bu səbəbdən DYP əməkdaşları baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zəruri sənədləri Cavabdeh2 Sığorta Şirkəti ASC-yə göndərmişdir. Hadisədən dərhal sonra zərərə uğramış “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və dəymiş zərər "xxxx" MMC tərəfindən 7281 AZN məbləğində qiymətləndirilmişdir. 16 mart 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 17.08.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin, ödənilmiş 31 manat dövləi rüsumunun, o cümlədən göstərdiyi yardıma görə vəkilə ödənilmiş 700 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16 mart 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 17.08.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin 5000 manata qədər olan hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 5000 manatdan artıq olan hissəsinin Cavabdeh1 tutulması, ödənilmiş 31 manat dövləi rüsumunun, o cümlədən göstərdiyi yardıma görə vəkilə ödənilmiş 700 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)-275/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 4476 (dör min dörd yüz yetmiş altı) manat, Cavabdeh1 531 (beş yüz otuz bir) manat tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən vəkilə ödənilmiş 300 (üç yüz) manat və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 80 (səksən) manatının cavabdeh "xxxx" ASC-dən və 20 (iyirmi) manatının Cavabdeh1 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. qət olunmuşdur. Qətnamədən cavabdeh Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-275/2021 saylı iş üzrə 16.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1 ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. "İcbarı sığortalar haqqında" Qanununun 16.2-ci maddəsində göstərilir ki, sığortaçı sığorta nadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10 10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. “İcbari Sığortalar haqqında” Qanunun 164cü maddəsinə əsasən, sığortaçı sığorta adisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş gunü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi həmçinin sığortalının sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi uçun şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş uçuncu şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Qanunun məzmunundan da aydın olur ki, dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirmədiyi halda isə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə aparılmalıdır. Baxılan halda avtomobilə dəymiş zərər sığortaçı tərəfindən 2443 manat məbləğində qiymətləndirilsə də, İddiaçı avtomobilə dəymiş zərəri birtərəfli qaydada rəsmi servis müəssisəsində şişirdilmiş məbləğdə 7281 manat dəyərində müəyyən etmişdir. İddiaçının təqdim etdiyi qüsur aktına nəzər yetirdikdə məlum olmuşdur ki, zərər məbləğinin əsassız şişirdilməsi məqsədilə yolnəqliyyat hadisəsi zamanı zədələnməyən, eləcə də təmirə yararlı olduğu halda dəyişilməli ehtiyat hissəsi kimi bəzi detallar göstərilmişdir. Belə ki, ön bamper, ön bamperin alt kantı təmirə yararlı olduğu halda aktda yenisi ilə dəyişdirilməsi, ön sağ qanad, sağ yan güzgü, arxa sol qapı, ön sağ qanadaltı, ön sağ çaşkanın yenisi ilə əvəz edilməsi. Ön duman əleyhinə işıq eynəyi, ön sağ qanad kranşteyni, ön panel, arxa sol qanadaltı, Qoşqu ( buksir) qapağı. Ön qoruyucu mühərrik, Təkər, Mühərriyin sag və sol qoruyucusunun hadisə şəkillərindən görünür ki, zədələnməmişdir. Qeyd edirlər ki, sığortaçının öhdəliyi əmlakı əvvəlki vəziyyətinə qaytarmaqdır. Lakin iddiaçı tərəfindən təqdim edilən qüsur aktında avtomobilin 10 illik istismar müddəti hesablanmamış, köhnəlmə tətbiq edilməmiş, nəticədə yeni ehtiyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutularaq zərər məbləği müəyyənləşdirilmişdir. Bundan başqa “Kia Optima’’ markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində göstərilir ki, “Kia Optima markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" MMC-nin 20.08.2020-cı il tarixli qüsur axtındakı məlumatlara əsasən 5007 manat, 02.10.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdakı məlumatlara əsasən 3406 manat müəyyən edilmişdir. Ekspert avtomobilə dəymiş zərəri 2 məbləğdə müəyyən etsə də, məhkəmə qətnamədə hansı səbəbdən zərər məbləğinin 5007 manat olmasını əsaslandırmadan qətnamə çıxarmışdır. Qeyd edildiyi kimi, avtomobildən başqa işıq dirəyinədə zərər dəymişdir. İşıq dirəyinə dəymiş zərər 1488 manat məbləğində qiymətləndirilmiş və ödənilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, "Atəşgah Sığorta Şirkətinin öhdəliyinin son həddi 3512 manat təşkil edir. Lakin Cavabdeh1 birtərəfli qaydada işıq dirəyinin qiymətləndirilməsi üçün “Müstəqil Məhkəmə Ekspertizası" MMC-yə müraciət etmiş və ekspert rəyinə əsasən işıq dirəyinin qiyməti 524 manat təşkil edir. Baxılan halda işıq dirəyinə ödənilən məbləğ mübahisələndirildiyi üçün bu hal "Bakı Şəhər İşığı” EŞM-ın maraqlarına toxunur və məhkəmə gedişatında həmin onun İİİ şəxs qismində cəlb edilməsinə dair şifahi vəsatət verilmişdir. Məhkəmə isə vəsatəti əsaslandırmadan rədd etmişdir. Məhkəmə həmin məbləğin Cavabdeh2 Sığorta Şirkəti tərəfindən ödənilməsinə və "xxxx" EŞM-ın maraqlarına toxunmasına baxmayaraq, yenədə qətnamədə əsaslandırılmadan Cavabdeh1 təqdim etdiyi "xxxx" MMC-nin ekspert rəyinə əsaslanmış və qətnamə çıxarmışdır. Məhkəmə qanunsuz qətnamə çıxararaq "icbari Sığortalar haqqında" Qanunun 56.1.2-ci maddəsinə zidd qərar qəbul etmiş və nəticə etibarilə Cavabdeh2 Sığorta Şirkətinə sığorta məbləğindən artıq, yəni 5964 manat (1488+4476) ödəmək öhdəliyi qoyulmuşdur. Əlavə olaraq qeyd edir ki, qətnamədə "Atəşgah” Sığorta Şirkətinin avtomobilə dəyən zərərin həcminin müəyyənləşdirilə bilməməsi, lakin buna dair hər hansı mötəbər sübut təqdim edilmədiyi üçün əsassız hesab olunması faktı öz əksini tapır. Halbuki nə iddia ərizəsində nədə məhkəmə gedişatı zamanı bu hal mübahisələndirilməmişdir. Baxılan halda Atəşgah Sığorta Şirkəti yol-nəqliyyat hadisəsini sığorta hadisəsi olaraq tanımış, lakin zərər məbləği arasında mübahisə yarandığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən məlum olur ki, məhkəmə işi hərtərəfli, obyektiv araşdırmadan qərar qəbul etmiş və iddiaçının əsassız varlanmasına şərait yaratmış, eləcədə sığorta şirkətini artıq maliyyə itkisinə məruz qoymuşdur. Qətnamədən maraqlarına toxunan şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-275/2021 saylı iş üzrə 16.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, müəssisənin balansında olan və hadisə nəticəsində zərərə uğramış bir ədəd “H 8.5 MT 2” modelli boyalı plafonlu işıq dirəyinə dəymiş zərər məbləğinin 1488 manat olması nəticəsinə gəlməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsinin mülki və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə "xxxx" X3 işə cəlb etməmiş və işıq dirəyinə dəymiş zərər məbləği 1488 manat olduğu halda, "xxxx" MMC-nin rəyini əsas götürmüş və işıq dirəyinə dəymiş zərər məbləğinin 524 manat olması nəticəsinə gələrək hüquqlarını pozmuşdur. Xüsusi ilə qeyd edir ki, iş üzrə "xxxx" ASC-nin nümayəndəsi Müəssisələrinin işə cəlb edilməsi barədə şifahi vəsatət verməsinə baxmayaraq məhməkə Müəssisələrini işə cəlb etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 387.2-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edir ki, bir ədəd "H 8.5 MT 2" modelli boyalı plafonlu işıq dirəyi dövlət mülkiyyətidir və dövlət büdcəsindən ayrılmış vəsait hesabına podratçı şirkət tərəfindən quraşdırılaraq, (təzə vəziyyətdə qiyməti 1534 manat) istismarı və texniki xidmətinin təşkili məqsədi ilə akt əsasında müəssisələrinin balansına təhvil verilmişdir. Ekspert rəyi yalnış olduğu təqdirdə, məhkəmə ekspert rəyini əsas tutmuş və Müəssisələrinin balansında olan "H 8.5 MT 2" modelli boyalı plafonlu işıq dirəyinə dəymiş zərər 1488 manat olduğu halda, zərər məbləğinin 524 manat olması nəticəsinə gələrək həmin qiymətə uyğun qətnamə qəbul etmiş və müəssisələrinin hüquqlarını pozmuşdur. Qeyd edirik ki, işə cəlb edilmədikləri üçün Səbail Rayon Məhkəməsin 16 mart 2021-ci il tarixli qətnaməsi rəsmi qaydada müəssisələrinə göndərilməmişdir. Qətnamənin varlığı barədə malumatı “Atəşgah Sığorta’' ASC-nin əməkdaşı 27.07.2021-ci il tarixdə telefon vasitəsi ilə Müəssisələrinə məlumat verərək bildirdiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X6 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh və maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 20.08.2020-ci il tarixli İlkin aktından görünür ki, ** MC *** dövlət nömrə nişanlı KİA Optima markalı avtomobilə cəmi 7281 manat məbləğində ziyan dəymişdir, o cümlədən ehtiyat hissələri 5281 manat,servis xidməti 2000 manat. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, KİA Optima markalı ** MC *** dövlət nömrə nişanlı avtomobilə cəmi 2443 manat məbləğində ziyan dəymişdir, o cümlədən ehtiyat hissələri 1393 manat, görülən işlər 1050 manat. İş materiallarında olan Cavabdeh2 Sığorta Şirkəti tərəfindən X5 ünvanlanmış 02.10.2020-ci il tarixli, 3889/20 saylı məktubdan görünür ki, sahibinin mülki məsuliyyəti Cavabdeh2 Sığorta Şirkətində icbari sığortalanmış “Mersedes Benz” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil 17.08.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus KİA Optima markalı ** MC *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və ona maddi zərər vurmuşdur. Ona məxsus avtomobilə dəymiş zərər sığorta şirkətinin mütəxəssisləri tərəfindən araşdırılmış və avtomobilə dəymiş zərər məbləği 2443 manat müəyyən edilmişdir. Cavabdeh2 Sığorta Şirkəti müəyyən edilmiş zərər məbləğini onun seçiminə əsasən ona ödəməyə və ya onun avtomobilinin təmirini təşkil etməyə hazırdır. Avtomobilin təmiri ilə razı olduğu halda hazırki məktubu aldıqdan 2 iş günü ərzində avtomobili Bakı şəhəri, Xətai rayonu, telnov küçəsi, 3/4-də yerləşən BakıAvto servis mərkəzinə təqdim etməsi xahiş olunur. Müəyyən edilmiş zərər məbləğinin ona ödənilməsi ilə razı olduğu halda bu məktubu aldıqdan 2 iş günü ərzində Cavabdeh2 Sığorta Şirkətinin qaynar xətti ilə əlaqə saxlayaraq onları məlumatlandırması xahiş olunur. Müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda, Cavabdeh2 Sığorta Şirkəti onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.02.2021-ci il tarixli, 9/81 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 20.08.2020ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5007,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, 02.10.2020ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymtələndirilməsi barədə hesabatdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3406,0 manat müəyyən edilir. Təqdim olunmuş "xxxx" MMC-nin 16.03.2021-ci il tarixli, 79 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, 17.08.2020-ci il tarixdə Bakı şəhəri Tədris küçəsi ilə Ağaoğlu küçəsinin kəsişməsində yolun gediş-gəliş zolaqları arasında olan yol ayrıcıları (qazonlu-bardürlü) hissəsində olan yolun işıqlandırılması üçün quraşdırılan bir ədəd “H 8.5 MT 2” modelli boyalı plafonlu işıq dirəyinin zədələnməsindən dəymiş ziyanın məbləği 524.0 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-nin 16.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan ** MC *** dövlət qeydiyyat nişanlı KİA Optima markalı avtomobilə 20.08.2020-ci ildə texniki baxış keçirilən zamanı aydın olmuşdur ki, aşağıda sadalanan ehtiyat hissələri ciddi şəkildə zəədələnmişdir və dəyişilməlidir: 1) arxa sol amortizator, 2) arxa sol saffa. 3.arxa sol podşıbnik. 3) arxa sol çaşka. 4) Arxa sol ştanqa. 5) Arxa sol qitara. 6) Arxa balka. 7) arxa sol lınk. 8) Ön sağ çaşka. 9) Arxa sol banan. Təqdim olunmuş hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 31.08.2020-ci il tarixli Hesabatdan görünür ki, “H 8.5 MT 2” konsullu işıq dirəyinə (boyalı plafonlu) dəymiş ziyanın məbləği 1488 manat müəyyən olunur. Təqdim olunmuş 092074 saylı, 24.11.2020-ci il tarixli Sığorta aktından görünür ki, Cavabdeh2 Sığorta Şirkəti tərəfindən dəymiş ziyanla bağlı "xxxx" EŞM-yə 1488 manat ödənilmişdir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 02 fevral 2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 17.08.2020-ci il tarixdə, saat 07:50 radələrində Təbriz küçəsi Ağaoğlu küçəsi kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xeyli zərər dəymiş, avtomobil yararsız vəziyyətə düşmüşdür. DYP əməkdaşlarının apardığı araşdırma nəticəsində yuxarıda adıçəkilən yol nəqliyyat hadisəsini Cavabdeh1 tərəfindən ona məxsus “Mersedes” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi müəyyən olunmuş və bu barədə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin avtomobil öz növbəsində, Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh2 Sığorta ASC tərəfindən sığortalanmışdır. İddiaçıya məxsus Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 20.08.2020-ci il tarixli qüsur aktına əsasən 7281 AZN məbləğində, Cavabdeh2 Sığorta ASC tərəfindən təqdim edilmiş 02.10.2020-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymtələndirilməsi barədə” hesabata əsasən 2443,0 manat qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 23.02.2020-ci il tarixli, 9/81 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin 20.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı «Kia Optima» markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5007,0 manat, 02.10.2020-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymtələndirilməsi barədə hesabatdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «Kia Optima» markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3406,0 manat müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, 17.08.2020-ci il tarixdə sığorta hadisə baş vermişdir. Sonradan tərəflər sığorta məbləğində razılığa gələ bilməmişdir. Buna səbəb Sığorta şirkətinin və sərbəst qiymətləndiricinin göstərdikləri qiymətdə böyük fərq olmasıdır. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən edilmişdir ki, 17 avqust 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Sığorta Şirkətində sığortalanan “Mercedes Benz” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Kia Optima” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, "xxxx" EŞM-in balansında olan işıq dirəyinə də zərər vurmuşdur. İşıq dirəyinə dəyən zərərə görə Cavabdeh2 Sığorta Şirkəti tərəfindən "xxxx" EŞM-yə 1488 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında" Qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat təşkil edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Qeyd olunan Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Cavabdeh1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Müstəqil Məhkəmə Ekspertizası“ MMC-nin 79 saylı, 16.03.2021-ci il tarixli rəyindən görünür ki, 17.08.2020-ci il tarixdə Bakı şəhəri, Təbriz küçəsi ilə Ağaoğlu küçəsinin kəsişməsində yolun gediş-gəliş zolaqları arasında olan yol ayrıcları hissəsində olan yolun işıqlandırılması üçün quraşdırılan bir ədəd “H 8.5 MT 2” modelli boyalı plafonlu işıq dirəyinin zədələnməsindən dəymiş ziyanın məbləği 524,0 manat müəyyən olunur. Qanunun yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq, eləcə də, işıq dirəyinin zədələnməsindən dəymiş ziyanla bağlı “Müstəqil Məhkəmə Ekspertizası“ MMC-nin göstərdiyi 524,0 manat məbləğlə razılaşaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə sığorta məbləğindən (5000 manat) işıq dirəyinə dəyən zərər (524 manat) çıxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sığortaçının digər üçüncü şəxs (iddiaçı) qarşısında öhdəliyinin son həddi 4476 manat təşkil edir ki, həmin məbləğ Cavabdeh2 Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.02.2020-ci il tarixli, 9/81 nömrəli rəyi ilə "xxxx" MMC-nin 20.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5007,0 manat müəyyən edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğdən Cavabdeh2 Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulacaq məbləğ çıxılmaqla qalan 531 manat (5007 – 4476 = 531) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 4476 (dör min dörd yüz yetmiş altı) manat, Cavabdeh1 531 (beş yüz otuz bir) manat tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən vəkilə ödənilmiş 300 (üç yüz) manat və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.02.2020-ci il tarixli, 9/81 nömrəli rəyi ilə "xxxx" MMC-nin 20.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5007,0 manat müəyyən edildiyi nəzərə alındığından Kollegiya həmin məbləğlə razılaşır. Həmçinin, qeyd edildiyi kimi, avtomobildən başqa işıq dirəyinə də zərər dəymişdir. İşıq dirəyinə dəymiş zərər 1488 manat məbləğində qiymətləndirilmiş və ödənilmişdir.Lakin “Müstəqil Məhkəmə Ekspertizası" MMC-nin ekspert rəyinə əsasən işıq dirəyinin qiyməti 524 manat təşkil edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.11.1990-cı il tarixli 536 saylı Təsnifatının 20130 şifrində yol təhlükəsizlik avadanlıqlarına və onların komponentlərinə illik amortizasiya aşınması 10 % nəzərdə tutulmuşdur.Bu hesaba işıq dirəyinin işlənmə dərəcəsi nəzərə alınmaqla ümumi amortizasiya aşınması təxminən 40 % müəyyən olunur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(009)-275/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9965/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9965/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver