Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-998/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı Eduardoviçin, onun nümayəndəsi (vəkili) Vəkil Aftandil oğlunun, Cavabdeh nümayəndəsi (vəkili) X4, tərçüməçi X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Eduardoviç və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Eduardoviç Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş “hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin” miqdarının dəyişdirilməsi, 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılmaları üçün İddiaçı Eduardoviçdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia verərək Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin dəyişdirilməsini, İddiaçı Eduardoviçdən onun xeyrinə onun yanında qalan 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılması üçün hər ay hər uşağa görə 2000 manat, cəmi 4000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş №2(004)-4331/21) hər iki iddia rədd olunmuşdur. Tərəflər qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 24 iyun 2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü Əndrü Edvard, 25 iyun 2011-ci il təvəllüdlü Elisa və 17 iyul 2014-cü il təvəllüdlü Alinanın anaları Cavabdeh yanında qalmaları, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2020-ci il arixli qətnaməsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan qətnamələrin qəbul edilməsinə baxmayaraq, 21 iyun 2009-cu il təvəllüdlü (12 yaşlı) X11 Andreyeviç anası Cavabdeh ilə getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır və uşağın bütün maddi ehtiyacını yalnız atası ödəyir. Hal-hazırda Yasamal Rayon Məhkəməsinin icraatında 21 iyun 2009-cu il təvəllüdlü (12 yaşlı) X11 Andreyeviçin atasının yanında saxlanılmasına dair iddia ərizəsi üzrə mülki işə də baxılmaqdadır. İddiaçı artıq 1 ildir ki, digər iki uşağın hər birinə görə 1000 manat olmaqla, ümumilikdə hər ay 2000 manat aliment ödəyir. Lakin, artıq İddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik yaranmışdır. Belə ki, iddiaçı dünyada baş vermiş pandemiya ilə əlaqədar uzun müddət xaricə gedə bilmədiyi üçün Azərbaycan Respublikasında daimi iş yeri tapmaq məcburiyyətində qalmışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən 2021-ci ilin fevral ayında iş icazəsi verilmiş və o halhazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq 2000 manat məbləğində əmək haqqı alır. Bir müddət iddiaçı əvvəllər qənaət etdiyi və saxladığı pullar hesabına Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəsə də, hazırda ayda 2000 manat aliment ödəmək iqtidarında deyildir. İddiaçının artıq Azərbaycan Respublikasında daimi iş yeri və stabil rəsmi əmək haqqısı olduğu üçün hesab edir ki, alimentin məbləği sabit pul məbləğində deyil, Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi barədə ona qarşı əsassız iddia qaldırmışdır. İddiaçı dünyanın bir çox ölkələrində biznes fəaliyyəti ilə məşğuldur, yüksək gəlir sahibidir. Yasamal Rayon Məhkəməsinin yuxarıda göstəridiyi qətnaməsi ilə müəyyən olunmuşdur ki, Rusiya Federasiyanın və Böyük Britaniyanın vətəndaşı olan İddiaçı Eduardoviç biznesmendir. A.X1 və Rusiyada qurduğu biznes çoxşaxəli olduğundan, yəni digər ölkələrlə əlaqəli olduğundan o, Bakıda daima yaşamır, uşaqları görməyə gəlir. İddiaçı neft məhsullarının ticarəti və daşınması, logistika sahəsində biznes şəbəkəsinə malik olan iş adamıdır. Onun Londonda, Moskvada, Qazaxıstanda şirkətləri, Dubayda, Polşada, Kiprdə, Londonda, Ukraynada, İsveçrədə hesabları vardır. Həmçinin, İspaniyada və Rusiyanın Kostroma şəhərində evləri var. İddiaçı Londonda “Confidence Capital” şirkətinin təsisçisi və direktorudur, Moskvada, Londonda və Dubayda fəaliyyət göstərən “Petromobil” şirkətinin beynalxalq ticarət üzrə direktorudur, Moskvada "xxxx" MMC-nin inkişaf üzrə direktorudur. İddiaçı 2000 manata yaşaması inandırıcı deyildir. Belə ki, Bakı şəhərində mənzili olduğu halda o, kirayədə yaşayır, komfortlu mənzilə görə yüksək kirayə haqqı 1000 manat ödəyir, sürücüyə aylıq benzin haqqı ilə 1500 manat, köməkçiyə aylıq 700 manat, kommunal xərclərə görə 150 manat manat ödəyir. Beləliklə, qidalanmaya, istirahətə, səyahətə və geyimə çəkilən xərclərsiz onun 3350 manat xərci yuxarıda sadaladıqlarına çıxır. Bundan əlavə o ayda ən azı bir dəfə xarici ölkələrə səfər edir, bahalı otellərdə qalır. Bütün göstərdikləri İddiaçı yüksək qazanc sahibi olduğunu bir daha sübut edir. Bundan əlavə yuxarıda göstərilən qətnamə ilə müəyyən olunmuşdur ki, (İddiaçı özünün verdiyi izahatı ilə) o, Londonda yerləşən “Confidence Capital” şirkətinin 45 faizinin təsisçisidir. Bu şirkət Moskva, Aşqabad, Soçi, Vena, Londonda da fəaliyyət göstərir. Bundan əlavə Dubayda yerləşən “Petromobil” şirkətinin kommersiya üzrə direktorudur. Ayda uşaqlara 4500-5000 manat pul xərcləyir. Hazırda məhkəməyə təqdim etdyi sənədlərdən görünür ki, İddiaçı Londonda fəaliyyət göstərən Confıdence İnformation Services LTD, X6 şəhərində fəaliyyət göstərən “Konfidens Kapital Limited” kompaniyasında, X7 şəhərində fəaliyyət göstərən X9 Asiya MMC, OYL AVRASİYA LİMİTED kompaniyasında, ALTA Enerji MMC-də direktor vəzifəsində çalışır. X10 kompaniyasında da kontakt əsasında neft məhsullarının satışı ilə məşğuldur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmişdir və yenidən sübut edilmir. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, İddiaçı aid şirkət neft məhsullarının (mazutun) daşınması ilə məşğuldur. Müəyyən ediləcək alimentin miqdarı uşaqların əvvəlki təminatının səviyəsinin mümkün qədər maksimal saxlanılmasına kifayət etməlidir, uşaqların maraqlarını ödəməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iş icazəsindən görünür ki, xarici vətəndaş kimi ona Azərbaycan ərazisində işləmək icazəsi verilmişdir. O, biznesindən və xaricdə iş yerlərindən əldə etdiyi xarici valyutada aldığı gəlirdən əlavə Bakıda "xxxx" MMC-də də müddətli işlə təmin edilmişdir. Müqavilənin müddəti 07.02.2022-ci il tarixinə kimidir. Əmək haqqı vaxtamuzd hesablanmaqla 2000 manat təşkil edir. Beləliklə, iddiaçının gəlir mənbəyi artdığından hazırkı tələblə ona qarşı müraciət etmişdir. Uşaqların saxlanılması və onların maddi tələbatının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edir. Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, İddiaçı gəlir mənbəyi artmışdır. Hazırda ona qarşı əsassız iddia qaldırmaqla İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin qismən – ilkin iddia ilə bağlı hissədə ləğv edilməsini və ilkin iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 23.09.2019-cu il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra onun maddi vəziyyətinin dəyişib-dəyişmədiyini nəzərə almamış və bununla da Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbini pozmuşdur. Hazırda o, Azərbaycan Respublikasında daimi iş yerinə malik olmaqla ayda 2000 manat əmək haqqı alır. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh isə apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Məhkəmə qətnamə çıxararkən İddiaçı gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını nəzərə almamışdır. İddiaçı və nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdi. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi (vəkili) A.Qazıyeva isə iddiaçının apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. O, eyni zamanda təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi həm ilkin iddia, həm də qarşılıqlı iddia ilə bağlı hissədə mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 24 iyun 2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü Əndrü Edvard, 25 iyun 2011-ci il təvəllüdlü Elisa və 17 iyul 2014-cü il təvəllüdlü Alinanın anaları Cavabdeh yanında qalmaları, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2020-ci il arixli qətnaməsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edilməsinə baxmayaraq, 21 iyun 2009-cu il təvəllüdlü (12 yaşlı) X11 Andreyeviç anası Cavabdeh ilə getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır. Yasamal Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq 21.06.2009-cu il təvəllüdlü X11 Andreyeviçin atası İddiaçı Eduardoviçin yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.11.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı hazırkı işdə Yasamal Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə iki uşağa görə müəyyən olunmuş alimentin miqdarının azaldılmasını, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh isə onun artırılmasını tələb edir. İş materiallarından görünür ki, İddiaçı Eduardoviç 24.06.2013-cü il tarixdə BƏƏ-də Tonnelstroyproyekt Limited şirkətində, 27.05.2010-cu il tarixdən X15 Services Limited şirkətində, 05.06.2009-cu il tarixdən X12 Limited şirkətində, 27.04.2009-cu il tarixdən Zolotoy Vek şirkətində, 21.01.2019-cu il tarixdən Confidence İnformation Services şirkətində, 30.12.2008-ci il tarixdən Konfidens Kapital Limited şirkətində, 03.11.2008-ci il tarixdə X9 Asiya MMC şirkətində, 27.04.2007-ci il tarixdən Oyl Avrasiya Limited şirkətində, Alta Enerji MMC şirkətində, 22.01.2010-cu il tarixdən Finkomtreyd şirkətində, 08.05.2012ci il tarixdən Global Energy LTD şirkətində, 18.02.2010-cu il tarixdən Brenli Kapital Limited şirkətində, 22.01.2010-cu il tarixdən Finkomtreyd şirkətində, 01.04.2011-ci il tarixdən Petrostrim MMC şirkətində direktor vəzifəsində işləmişdir. Həmin şirkətlərdən bəziləri halhazırda aktiv fəaliyyət göstərir, digərləri fəaliyyət göstərmir, bəzilərindən isə İddiaçı Eduardoviç istefa vermişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Eduardoviç 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə girişçıxış etmişdir. Birinci instansiya məhkəməsi “alimentin miqdarının azaldılması” tələbinə dair ilkin iddianı əsassız saymış və iş materiallarına istinad edərək qeyd etmişdir ki, İddiaçı Eduardoviç müxtəlif vaxtlarda müxtəlif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ də öz fəaliyyətlərini davam etdirir, digərləri fəaliyyətini dayandırmış, bəzilərindən İddiaçı Eduardoviç istefa vermişdir. Lakin məhkəmə araşdırması zamanı həm proses iştirakçılarının izahatlarından, həm də iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı Eduardoviçin biznes dövriyyəsi kifayət qədər yüksək məbləğ təşkil edir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışdan da görünür ki, İddiaçı Eduardoviç 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə giriş çıxış etmişdir. Bütün bunlar onu göstərir ki, yetkinlik yaşına çatmayan 25 iyun 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur. Həmçinin məhkəmə “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddianı da əsassız saymış və qeyd etmişdir ki, İddiaçı 25 iyun 2011-ci il təvəllüdlü Elisanın və 17 iyul 2014-cü il təvəllüdlü Alinanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan 2000 manat sabit pul məbləğində aliment kifayət qədər yetərli məbləğdir və həmin məbləğin artırılmasına heç bir zərurət yoxdur. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 76.1.1, 112.1-ci və MPM-nin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda hər ay aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, aliment miqdarının dəyişdirilməsi üçün heç bir əsas olmadığı üçün həm ilkin iddia ərizəsi, həm də qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə istər iddiaçı, istərsə də qarşılıqlı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Bu baxımdan İddiaçı apellyasiya şikayətinin Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinin pozulması, həmin maddənin düzgün tətbiq olunmaması barədəki dəlili əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİU) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq hüquqları haqqında» Bəyannamənin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sosial təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və özlərinin milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tam həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi barədə həm ilk, həm də qarşılıqlı iddia məhkəmə tərəfindən rədd edilərkən yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri, eləcə də yetkinlik yaşına çatmamış uşaqların mənafeyi, onların böyüdükcə artan tələbatı, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtləri və Cavabdeh iki azyaşlı uşağın daim artan tələbatını təkbaşına ödəyə bilməməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı rədd edərkən yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini, eləcə də Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumlarının adı çəkilən qərarlarında şərh olunan göstəriş və tövsiyələri nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-998/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-998/2022
02.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver