Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9995/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2298/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 16 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: 16 aprel 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Goranboy Rayon Məhkəməsinin 2(045)-586/2016 saylı, 05.02.2016-ci il tarixli qətnaməsi əsasında hər ay 150 manat sabit pul pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsini qət edilmişdir (səh.5,6, 30) . Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2298/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilməsi, 16 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulması 13 iyul 2021-ci il tarixdən hesablanması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədə "Uşaq hüquqları haqqında” Konvensiyanın 18; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - "Uşaq hüquqları haqqında” Qanun) 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.1.1, 76.1.2, 76.1.3, 100.2-ci maddlərinə istinad edilmişdir Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(022)-2298/2021 saylı qətnaməsini qismən ləğv edib iki uşağının olmasını nəzərə alıb Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment pulunu müəyyən edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı olan Ranar adlı uşaqlarından başqa bir uşağı da vardır. Həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin 2(045)-586/2016 saylı, 05.02.2016-cı il tarixli qətnaməsi əsasında hər ay 150 manat sabit pul məbləğində aliment ödəyir. Lakin hakim həmin uşağı nəzərə almayaraq Sadıqlı Ranar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün gəlirlərimin ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qətnamə qəbul etmişdir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment pulu müəyyən edilməlidir. Məhkəməyə digər uşağına alimentin ödənilməsi ilə bağlı qətnamə və uşağın doğum şəhatətnaməsinin surətini təqdim etsə də hakim buna məhəl qoymayaraq, Ailə məcəlləsinin 76.1.1. 1 uşağa görə— qazancının və (və ya) başoa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment pulunun ondan tutulub tələbkara ödənilməsini müəyyən edən qətnamə qəbul etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 17; "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 5, 13; Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu; Ailə Məcəlləsinin 19-23, 75, 76, 81, 84-87; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağın mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən ziddiyyətli dəlilləri uşaqların üstün mənafeləri və təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, cavabdehin irəli sürmüş olduğu dəlillər bir ailə münasibətləri (təsərrüfatı) üzrə yaranan mübahisələrə aiddir, hazırki iş üzrə isə digərindən ayrı (ailə təsərrüfatında) yaşayan uşağın saxlanılmasına qiymət verilmiş və digər uşağlarla bağlı (aliment) mübahisəsi məhkəmə baxışı predmeti olmamışdır. Cavabdehin diqqətinə çatdırılmalıdır ki, onun apelyasiya şikayətində irəli sürdüyü arqumentler digər tələbin predmeti ola bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2298/2021 saylı mülki işi üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.a
Məhkəmə qərarları › İş №2(103)-9995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9995/2021
25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver