Məhkəmə qərarları › İş №2(104)-1018/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1018/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1018/2024 03.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: uşağın himayədə olmasının müəyyən edilməsi, aliment borcunun silinməsi və alimentin sabit pul məbləğində təyin edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə olmasının müəyyən edilməsi, aliment borcunun silinməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2097/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 31 iyul 2007–ci il tarixdə Nadir və 11 dekabr 2008–ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010–cu il tarixli 2(076)–259/2010 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların Cavabdeh yanında qalması qət edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–283/2023 saylı qətnaməsindən görünür ki, 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir.

4. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–559/2023 saylı qətnaməsindən görünür ki, 11 dekabr 2008–ci il tarixdə doğulmuş X2, atası İddiaçı razılığı olmadan anası Cavabdeh ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti olaraq getməsinə icazə verilməsi qət edilmişdir.

5. Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023–cü il tarixli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Nadir adlı uşağın İddiaçı ata himayəsində olması faktı təsdiqlənmiş, həmin uşaq anasının yanına getmək istəmədiyini bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023–cü il tarixdən onun himayəsində olmasının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2023–cü il tarixdən yığılan aliment borcunun silinməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 31 iyul 2007–ci il tarixdə Nadir və 11 dekabr 2008–ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdehlə faktiki olaraq ayrılmış və Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 170 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Lakin xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağı xx.xx.2023–cü il tarixdən onun himayəsindədir. Buna baxmayaraq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə Nadir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment öhdəliyi qüvvədədir. Həmçinin, xx.xx.2023–cü il tarixdən həmin uşaq onun himayəsində olsa da, qeyd olunan dövrdə də aliment borcu hesablanmışdır. Hesab edir ki, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın onun himayəsində olmasının müəyyən edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün xx.xx.2023–cü il tarixdən yığılan aliment borcu silinməli və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmalıdır. Belə ki, mövcud vəziyyətdə uşağın saxlanmasında tək başına çətinlik çəkir. Onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2097/2023 nömrəli qətnaməsi (hakim Taleh Musayev) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023-cü il tarixdən atası- İddiaçı himayəsində olması faktının müəyyən edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 saylı qətnaməsi əsasında xx.xx.2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün İddiaçı hesablanmış aliment borcu xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək olan müddət ərzində silinməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52, 75.1, 78.2 və 78.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 216-220, 235 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2097/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 16 yаşlı Nаdir iddiaçı Rаmilin və onun birgə övlаdlarıdır. Məhkəmənin qаnuni qüvvəsini аlmış xx.xx.2023-cü il tаriхli qətnаməsi ilə uşаqlаrı Nаdir və Gülаy onun himаyəsinə vеrilmiş, оnlаrın hər birinin sахlаnılmаsı üçün iddiаçıdаn хеyrimə hər аy sаbit pul məbləğində 170 mаnаt аlimеnt tutulmаsı qət еdilmişdir. 2 аy sоnrа iddiаçının хаhişi ilə, həm də şəхsi işinə görə хаricə gеtməyi ilə əlаqədаr Nаdiri o nəzаrətsiz burахmаmаq üçün müvəqqəti оlаrаq Rаmilin himаyəsinə vеrmiş, qаyıdаndа isə оnu gеri almışdır. Həmin vaxt ona məlum olmuşdur ki, iddiаçı məhkəməyə mürаciət еdib, onun iştirаkı оlmаdаn yuхаrıdа qеyd еdilən qətnаməni çıхаrtdırmışdır. Uşаğın himаyə məsələsi аrtıq həll еdilmişdir, о rəsmi qаydаdа onun himаyəindədir. Rəsmi himаyədаr sаğ оlduğu hаldа, himаyə fаktı hаqqındа söhbət gеdə bilməz. İddiаçı uşаğın onun himаyəsindən аlınıb, оnun himаyəsinə vеrilməsini tələb еdə bilərdi. Bu, hər bir vаlidеynin hüququdur. Bеlə tələb məhkəməyə аiddir. İddiаçının qаldırdığı tələb isə məhkəməyə аid dеyil. Hüquqi fаktlаrın müəyyən еdilməsinə gəlincə, bеlə tələblər, yuхаrıdа qеyd еdildiyi kimi, Аzərbаycаn Rеspublikаsının MPM-in 305-308-ci mаddələrinin qаydаlаrı ilə хüsusi icrааtdа, mübаhisə оlduğu hаldа isə iddiа icrааtındа (MPM-nin 306.4-cümаddəsi) həll еdilir. Məhkəmənin tərəfin iştirakını lazımi qaydada təmin etmədən işə baxıb qətnamə çıxarması kobud qanun pozuntusu hesab edilir. Аlimеnt ödənişinin dаyаndırılmаsı, ödənilən pulun silinməsi və yа gеri qаytаrılmаsı bаrədə icrа məmurunа yаşаyış yеrindən аrаyış təqdim еtməklə ərizə vеrmək kifаyətdir. Ərizə təmin еdilmədikdə və yа bаşqа mübаhisə hаlındа məsələ MPM-nin 231-ci mаdəsinə uyğun həll edilməldir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2006-cı il tarixdə el adəti faktiki olaraq evlənməklə, nikahlarını xx.xx.2007-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 31 iyul 2007-ci il tarixdə Nadir və 11 dekabr 2008-ci il tarixdə isə Gülay adlı uşaqları doğulmuşdur. Ailədaxili münaqişələrə görə ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Daha sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(076)- 259/2010 nömrəli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların Cavabdeh yanında qalması qət edilmişdir. Habelə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 nömrəli qətnaməsi ilə, 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. O, xəstəliyi ilə bağlı Rusiya Federasiyana getdiyi üçün himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü Nadir adlı uşağı müvəqqəti оlаrаq iddiaçının himаyəsinə vеrmiş, qаyıdаndа isə оnu gеri almışdır. Həmçinin, məhkəmə qətnaməsi ilə uşaq onun himayəsinə verilmişdir. Lakin, məhkəmə əsassız olaraq 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağın iddiaçının himayəsində qalmasının faktının müəyyən edilməsini qərara almışdır. Habelə əsassız olaraq aliment borcunu silmişdir. O, Rusiyadan xx.xx.2023-cü ildə qayıdan kimi Nadir adlı uşağ onun yanındadır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin izahatında göstərdiyi xüsusatlara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 31 iyul 2007-ci il tarixdə Nadir və 11 dekabr 2008-ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Daha sonra ailə daxili münaqişələrə görə münasibətləri pozulmuş, nəticədə cavabdehlə faktiki olaraq ayrılmış və Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 170 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Lakin xx.xx.2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağı xx.xx.2023-cü il tarixdən onun himayəsindədir. Buna baxmayaraq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nadir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment öhdəliyi qüvvədədir. Həmçinin, xx.xx.2023-cü il tarixdən həmin uşaq onun himayəsində olsa da, qeyd olunan dövrdə də aliment borcu hesablanmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiya

24. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

26. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

31. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli, 2(104)-1018 nömrəli qərardadı ilə, iddianın – “uşağın himayədə olmasının müəyyən edilməsi” hissəsində məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır.

43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlillərində qətnamənin iddianın təmin edilmiş hissəsi, yəni aliment borcunun silinməsi hissəsi mübahisələndirilir. Həmçinin, iddianın təmin edilməmiş hissəsi cavabdehin hüquqlarına toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları - alimentin silinməsi hissəsində - düzgün tətbiq olunmuşdur.

45. Həmin hissə üzrə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2097/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə “Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(076)-283/2023 saylı qətnaməsi əsasında xx.xx.2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün İddiaçı hesablanmış aliment borcu xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək olan müddət ərzində silinməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

47. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər 2006-cı il tarixdə el adəti faktiki olaraq evlənməklə, nikahlarını xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 31 iyul 2007-ci il tarixdə Nadir və 11 dekabr 2008-ci il tarixdə isə Gülay adlı uşaqları doğulmuşdur. Ailədaxili münaqişələrə görə ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar. Daha sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(076)- 259/2010 nömrəli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların Cavabdeh yanında qalması qət edilmişdir. Habelə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 nömrəli qətnaməsi ilə, 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh xəstəliyi ilə bağlı Rusiya Federasiya getdiyi üçün himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü Nadir adlı uşağı müvəqqəti оlаrаq iddiaçının himаyəsinə vеrmiş, qаyıdаndа isə (xx.xx.2023) оnu gеri almışdır. İddiaçı isə uşaq onun yanında olduğu müddət ərzində hesablanmış aliment borcunu silinməsini istəmişdir.

48. Qeyd edilməlidir ki, yuxarıda qeyd olunan qanunvericilik aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir (15-25&).

49. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun silinməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddəsi təşkil edir.

50. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, aliment borcundan azad edilməsini məhkəmə tərəfindən aliment təyin edildikdən sonra, cavabdeh müvəqqəti olaraq Rusiya Federasiya getdiyi üçün xx.xx.2007-ci il təvəllüdlü Nadir adlı uşağı onun himayəsinə verdiyini və uşağın xx.xx.2023-cü il tarixdən onun yanında olması ilə əsaslanmaqla tələb etmişdir.

51. İşin faktiki hallarını tədqiq edən və tərəflərin izahatlarını dinləyən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşaq üçün 170 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh Rusiya Federasiyana getdiyi üçün xx.xx.2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanmasına görə xx.xx.2023-cü il tarixdən atası İddiaçı yanına vermiş və hazırki vaxta qədər (yəni xx.xx.2023) iddiaçının himayəsində yaşamışdır. Göstərilən hallar tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır.

52. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

53. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şərh olunan diqqətəlayiq hallar nəzərə alınmalı, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış aliment borcunu ödəməkdən və Nadir adlı uşağın onun himayəsində olduğu müddətdə aliment ödəməkdən azad olunmalıdır.

54. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən -alimentin silinməsi- hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın aliment borcunun silinməsi hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2097/2023 nömrəli qətnaməsi mübahisələndirilən - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 saylı qətnaməsi əsasında xx.xx.2007-ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün İddiaçı hesablanmış aliment borcu xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək, yəni xx.xx.2023-cü il tarixədək olan müddət ərzində silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar