Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1020/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin məbləğinin azadılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(030)-549/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşkəsən Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(030)-72/2021 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 2(104)-1203/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılması; 17 aprel 2015-ci ildə anadan olmuş X7 və 21 sentyabr 2016-cı ildə anadan olmuş X5 yektinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay cavabdeh İddiaçı hər uşağa 125 manat omaqla cəmi 250 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 ödənilməsi; Aliment tələbi üzrə cavabdeh İddiaçı 30 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi X3 ödənilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
2. DSMF Gəncə-Daşkəsən RF-ın Daşkəsən rayon qəbul şöbəsinin 09 mart 2022-ci il tarixli **********2 nömrəli arayışdan görünür ki, İddiaçı 2-ci dərəcə əlilliyə görə 31 yanvar 2026-cı il tarixdək 180 manat sosial müavinət təyin edilmişdir.
3. Atalığın müəyyən edilməsi haqqında 27 oktyabr 2020-ci il tarixli AZ-İ seriyalı 400716 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı 07 avqust 2020-ci il tarixdə doğulmuş X9 atasıdır.
4. Doğum haqqında 27 oktyabr 2020-ci il tarixli AZ-İV seriyalı 478191 nömrəli şəhadətnamənin surətindən görünür ki, X12 07 avqust 2020-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası İddiaçı, anası X2r. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X6 qarşı alimentin məbləğinin azadılması tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək məhkəmə qətnaməsi əsasında iki uşağa görə (hər birinə 125 manat) təyin edilmiş 250 manat alimentin miqdarının azadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(030)-72/2021 nömrəli qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün ondan 250 manat aliment tutulması qət edilmişdir. Alimenti ödəməkdən imtina etmir, lakin 2019-cu ildə ikinci dəfə ailə qurmuş və həmin nikahdan 07 avqust 2020-ci il tarixdə Tuncay adlı uşağı anadan olmuşdur. Eləcədə 2-ci qrup əlilldir və 180 manat pensiya alır, sol ağ ciyərin infiltorativ vərəm və sağa səpki mərhələsində tənəffüs çatışmazlığı İİ dərəcə XOB Qanhayxırma diaqnozu ilə vərəm dispanserində mütamadi müalicə alır və əmək qabiliyyətli olmadığından işləmir. Bu səbəbdən 180 manat pensiya ilə üç uşağın və özünün tələbatlarını ödəyə bilmir.
7. Daşkəsən Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(030)-549/2022 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı cavabdeh X6 qarşı alimentin miqdarının azadılması tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58.1, 58.2, 60.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 217.3, 217.4, 216-220, 227, 233, 360-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Uşaqlara aliment versədə, lakin cavabdeh uşaqlarla görüşməyə və onlara qayğı göstərməyə imkan yaratmır. Sol ağ ciyərin infiltorativ vərəm və sağa səpki mərhələsində tənəffüs çatışmazlığı İİ dərəcə XOB qanhayxırma diaqnozu ilə vərəm dispanserində mütamadi müalicə alır və əmək qabiliyyətli olmadığından işləmir, yalnız 180 manat pensiya alır. İkinci dəfə ailə qurmuş və həmin nikahdan 07 avqust 2020-ci il tarixdə Tuncay adlı uşağı anadan olmuşdur. Birinci instansiya məhkəməsi ikinci dəfə ailə qurmasını və həmin nikahdan uşağının, eləcədə xəstə olmasını nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məkhəməsinin qətnaməsinin ləğv edilməsini və hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 apellyasiya şikayətini qəbul etməyərək izahatınd bildirmişdir ki, müəyyən olunmuş 250 manat alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Belə ki, uşaquşaqlar böyüdükcə tələbatları artır X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
23. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsi əsasında iki uşağa görə müəyyən olunmuş 250 (125+125=250) manat alımentin miqdarının azaldılmasına dair İddiaçı cavabdeh X6 qarşı iddia tələbini etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmiş. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, işdən müəyyən olunur ki, iddiaçı X10 ilə cavabdeh İddiaçı birgə nikahlarından 17 aprel 2015-ci il tarixdə İlkin, 21 sentyabr 2016-cı il tarixdə isə Xədicə adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və uşaqlar ananın himayəsində saxlanılmışdır. Daşkəsən Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(030)-72/2021 nömrəli qətnaməsi ilə adları qeyd olunan uşaqların yektinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti versədə, lakin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli 2(104)-3432/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(030)-72/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yenidən ailə qurmasını, ikinci dərəcə əlilliyə görə 180 manat aliment almasını, eləcədə mütamadi olaraq müalicə almasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etməmişdir.
36. İddiaçı apellyasiya icraatı zamanı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat aliment ödəmək imkanının olduğunu qeyd etmişdir. Kollegiya hesab edir ki, İddiaçı 17 aprel 2015-ci il təvəllüdlü İlkin və 21 sentyabr 2016-cı il təvəllüdlü Xədicə adlı uşaqların yetkinlik yaşlarına çatana kimi ödəmək niyyətində olduğu 200 manat aliment adı qeyd olunan uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etmələri üçün heçdə yetərli hesab oluna bilməz.
37. Belə ki, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur.
38. Apellyasiya şikayətinin yenidən ailə qurması, ikinci dərəcə əlilliyə görə 180 manat aliment alması, eləcədə mütamadi olaraq müalicə olunması dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
39. Eləcədə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə maddi və prosessual hüquq nörmaları düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(030)-549/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.