Məhkəmə qərarları › İş №2(104)-1021/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1021/2025

31.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1021/2025 31.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabixxxxndan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, iddiaçı İddiaçı, onun nümayəndəsi İskəndərov Fuad İnqlab oğlunun, cavabdeh Cavabdeh və onun nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan ##.##.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Ceyrançöl massivi 36, ** nömrəli qış otlaq sahəsinin 382.0 ha hissəsi Şəmkir RİH–nin ## ######## 2000–ci il tarixli *** saylı icarə müqaviləsi və Gəncə İnzibati–İqtisadi Məhkəməsinin ##.##.2016–cı il tarixli qərarı əsasında 15 il müddətinə (##.##.2016–##.##.2031) Cavabdeh icarəyə verilmişdir.

2. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023–cü il tarixli 2(104)–***/**** saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh İddiaçı iddiaçı Cavabdeh icarəsində olan, Şəmkir rayonu, Ceyrançöl massivi 36, ** nömrəli ünvanda yerləşən, ümumi sahəsi 382 ha olan otlaq sahəsinin 27 ha hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin 3,1529 ha–dək sahəsində İddiaçı tərəfindən əkilmiş yonca bitkisinin İddiaçı hesabına biçilərək götürülməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024–cü il tarixli 2(102)– **/**** saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023–cü il tarixli 2(104)–***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, ##.##.2017-ci il tarixdə cavabdeh İddiaçı oğlu ilə iddiaçı Cavabdeh arasında Şəmkir rayonu, Ceyrançöl qış otlağı **- ** saylı sahədə 0.0414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerəşən ümumi sahəsi 372.8 kvm olan əmlak kompleksinə dair notarial alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə cavabdeh arasında sözügedən əmlak kompleksinin ətrafında yerləşən 382 ha torpaq sahəsi ilə şifahi razılaşma olmuş və idiaçı həmin torpağı 270.000 manata cavabdehə təklif etmiş, cavabdeh isə həm bank vasitəsilə həm də, şəxsən pul ödəmişdir.

4. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin “İcraata xitam verilməsi haqqında” ##.##.2024–cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023–cü il tarixli 2(104)–***/**** saylı icra sənədində göstərilən tələb borclu tərəfindən tam şəkildə təmin olunmuş, bu səbəbdən Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023–cü il tarixli 2(104)–***/**** saylı icra sənədinə xitam verilmişdir.

5. ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı Aqrarkredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsindən görünür ki, lizinq verən “xxxx” ASC ilə lizinq alan isə “xxxx” X4 arasında müqavilə bağlamışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsində İddiaçı oğlu Cavabdeh qarşı əmlak kompleksindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılma barədə ilk iddia tələbi, Cavabdeh isə çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddiası olmuş və Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarından həmçinin görünür ki, İddiaçı iddiaçıya qarşı pul tələbinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 225.064 manat tutulması qət edilmişdir.

8. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, Metkarsan MK-165 markalı, 1651028 zavod nömrəli otbiçən “xxxx” X6 lizinqə verilmişdir.

9. İş materiallarında olan *****/** saylı Müqaviləyə * saylı Əlavədən görünür ki, Ruslan Bayramov ilə “xxxx” ASC arasında bağlanan müqavilə üzrə Samux rayonu, Yenikənd kəndində şifarişçiyə məxsus qeyri-yaşayış obyektinin elektrik şəbəkəsinin qurğularında görüləcək işlərə dair razılaşma imzalanmışdır.

10. “xxxx” X4 MMC-nin direktoru İddiaçıla “xxxx” QSC arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilənin məzmunu isə Şəmkir rayonu, Ceyrançöl qış otlağı **-** nömrəli sahəyə 3000 m uzunluğunda, 160 mm-lik boru xəttinin çəkilməsi işlərinin görülməsi təşkil etmişdir.

11. İş materiallarında olan iş yeri barədə ƏƏSMN-nin çıxarışından görünür ki, İddiaçı “xxxx” X4 MMC-də direktor vəzifəsinə təyin olunmuşdur.

12. İş materiallarında olan ##.##.2022-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, “xxxx” X4 MMC ilə “xxxx” MMC arasında kənd təsərrüfatı təyinatlı suvarma sisteminin alqı-satqına dair razılaşma olmuşdur.

13. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli, 2(104)-1026/2020 tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı X1 cavabdeh Cavabdeh qarşı “əmlak kompleksindən və kompleksin yerləşdiyi torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan, Şəmkir rayonu Ceyrançöl qış otlağı 36–** nömrəli sahədə 0.0414 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən, ümumi sahəsi 372.8 kv.m olan əmlak kompleksi kimi müəssisədən və həmin müəssisənin yerləşdiyi torpaq sahəsindən çıxarılması haqda qətnamə çıxarılmasını, həmçinin, ilk iddia üzrə cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçı X1, Şəmkir rayon * saylı notariat kontoruna (ofisinə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ilk iddiaçı ilə onun arasında bağlanmış, ##.##.2017–ci il tarixli, AN–İ–******* nömrəli alqı–satqı müqaviləsinin və həmin müqavilə əsasında ##.##.2018–ci il tarixdə tərtib edilmiş, 3118003305 qeydiyyat, 504011003231–***** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli, 2(104)-1026/2020 tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli, 2(076)–****/**** saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli, 2(076)–****/**** saylı qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 ədəd vaqon (təxmini dəyəri 3.500 manat), uzunluğu 1.500 m, diametri 75 sm olan plastmas su turbası (təxmini dəyəri 5.000 manat), uzunluğu 3.500 m, diametri 160 sm olan plastmas su turbası (təxmini dəyəri 9.000 manat), uzunluğu 1.500 m, diamteri 100 sm olan plastmas su turbası (təxmini dəyəri 6.000 manat), 1 ədəd otbiçən aqreqat (təxmini dəyəri 5.000 manat), SMP su matoru (təxmini dəyəri 3.500 manat), 16m x 8m ölçüdə daş tikili (təxmini dəyəri 5.000 manat), 20m x 20m ölçüdə daş tikili (təxmini dəyəri 8.000 manat), 3 faza elektrik tənzimləyicisi butası ilə birgə (təxmini dəyəri 3.000 manat), uzunluğu 1.200 m, diametri 160 sm olan dəmir turba (təxmini dəyəri 8.000 manat) və dövlət rüsumu kimi ödənilmiş 256 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir RİH başçısı ilə cavabdeh Cavabdeh arasında Şəmkir rayonu, Ceyrançöl qışlağında ** saylı sahədə 382 ha örüş sahəsinin xırda buynuzlu heyvanların saxlanması üçün 92 il müddətinə sonuncunun icarəsinə verilməsi ilə bağlı ##.##.2000–ci il tarixdə *** saylı icarə müqaviləsi bağlanmışdır. Sözügedən örüş sahəsində 1 ədəd vaqon (təxmini dəyəri 3.500 manat), uzunluğu 1.500 m, diametri 75 sm olan plastmas su turbası (təxmini dəyəri 5.000 manat), uzunluğu 3.500 m, diametri 160 sm olan plastmas su turbası (təxmini dəyəri 9.000 manat), uzunluğu 1.500 m, diamteri 100 sm olan plastmas su turbası (təxmini dəyəri 6.000 manat), 1 ədəd otbiçən aqreqat (təxmini dəyəri 5.000 manat), SMP su matoru (təxmini dəyəri 3.500 manat), 16m x 8m ölçüdə daş tikili (təxmini dəyəri 5.000 manat), 20m x 20m ölçüdə daş tikili (təxmini dəyəri 8.000 manat), 3 faza elektrik tənzimləyicisi butası ilə birgə (təxmini dəyəri 3.000 manat), uzunluğu 1.200 m, diametri 160 sm olan dəmir turba (təxmini dəyəri 8.000 manat) vardır. Dəfələrlə həmin əmlakın geri qaytarılmasına dair cavabdehə müraciətlər etsə də, cavabdeh ona məxsus əmlakı geri qaytarmamışdır. Odur ki, cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalan və ona məxsus olan həmin əmlakın, eləcə də ödənilmiş 256 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

16. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə iddia ərizəsində qeyd edilən əmlakların göstərilən dəyərdə olmasını, habelə iddiaçının iradəsinə zidd olaraq olaraq cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarına əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir RİH–nin ## ######## 2000–ci il tarixli *** saylı icarə müqaviləsi və Gəncə İnzibati–İqtisadi Məhkəməsinin ##.##.2016–cı il tarixli qərarı əsasında Şəmkir rayonu, Ceyrançöl massivi 36, ** nömrəli qış otlaq sahəsinin 382.0 ha hissəsi 15 il müddətinə (##.##.2016–##.##.2031) Cavabdeh icarəyə verilmişdir. Məhkəmə həmin halı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin məhkəmə, iddia ərizəsində göstərilən əmlakın iddiaçının iradəsinə zidd olaraq cavabdehə məxsus həmin sahədə qalmasını işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi əmlakların cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmasını bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, konkret ifadə verməməklə yanaşı qeyri–müəyyən ifadələr vermişdir. Həmin şahidlər formal şəkildə iddiaçı İddiaçı tərəfindən turbalar alınmasını bildirsələr də, həmin turbaların hansı tarixdə alınmasını dəqiq göstərə bilməmiş, eləcə də, iddiaçının tələb etdiyi digər əmlaklarla bağlı heç bir fikir deyə bilməmişlər. Bununla belə həmin şahidlər iddiaçıya məxsus əmlakın cavabdehə məxsus otlaq sahəsində qalmasını göstərə bilməmişlər. Eləcə də, məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024–cü il tarixli 2(102)–**/**** saylı qərarı ilə müəyyən edilmişdir ki, Gəncə İnzibati–İqtisadi Məhkəməsinin ##.##.2016–cı il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinə və yatağa dair Cavabdeh hüquqların qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi DƏDRX–nin ** saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2016–cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, mübahisəli torpaq sahəsinə dair hüququn və həmin sahədə yerləşən yatağa dair mülkiyyət hüquqlarının Cavabdeh adına qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi DƏDRX–nin ** saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərarda qeyd edilmişdir ki, icarə müqaviləsində hansı müddətin (92 il və ya 15 il) göstərilməsinə baxmayaraq, inzibati orqanda Cavabdeh torpaq sahəsinə hüququ qanunvericiliklə müəyyən edilmiş müddətə (15 il) qeydiyyata alınır və bu hüquqların qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Göründüyü kimi mübahisəli torpaq sahəsinə və həmin sahədə yerləşən yatağa, yəni ümumilikdə əmlak kompleksinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur. İstər birinci instansiya, istər apellyasiya instansiyası, istər kassasiya instansiyasında tərəflər arasında mübahisəli ərazi ilə bağlı işə baxılarkən, ərazidə İddiaçı məxsus əmlakın mövcudluğu müəyyən edilməmiş, bu səbəbdən məhkəmə aktlarında İddiaçı məxsus iddia ərizəsində göstərilən əmlakın çıxarılması göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iddia tələbində göstərdiyi hallar onun özü tərəfindən təqdim edilmiş sübutlarla belə təkzib edilir. Hətta iddiaçı tərəfindən dəvət edilmiş şahidlər belə mübahisəli əmlakların cavabdehə məxsus ərazidə qalmasını göstərə bilməmiş, bu hal isə öz–özlüyündə iddiaçının tələb etdiyi əmlakın cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmaması qənaətinə gəlmək üçün kifayət etmişdir. İddiaçı tərəf iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında tələb etdiyi əmlakın cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmasını göstərsə də, həmin hal öz izahatından başqa heç bir mötəbər mənbədən əldə edilmiş sübutla təsdiq olunmamışdır. İşin hərtərəfli araşdırması nəticəsində mübahisəli əmlakın cavabdehin icarəsində olan 382 ha örüş sahəsində qalmasına dair sübutların mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyini və bildirdiklərini tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli əmlakın həqiqi hüquq əsasında iddiaçıya məxsus olması, həmin əmlakın iddiaçının sahibliyində olması, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ əldə etməsi və iddiaçının iradəsinə zidd olaraq həmin əmlakın hazırda cavabdehin sahibliyində olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.

Apellyasiya şikayətinin dəlilləri

18. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi əmlaklar onun mülkiyyətində olmuş və həmin torpaq sahəsinə yerləşdirilərkən o əmlakı özününkü bilmiş və vicdanlı hərəkət etmişdi, cavabddeh isə heç bir əsas olmadan əsassız varlanmışdır. Hesab edir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Şəmkir RİH-nin başçısı ilə cavabdeh Cavabdeh arasında Şəmkir rayonu, Ceyrançöl qışlağında ** saylı sahədə 382 ha örüş sahəsinin xırda buynuzlu heyvanların saxlanması üçün 92 il müddətinə sonuncunun icarəsinə verilməsi ilə bağlı ##.##.2000-ci il tarixli, *** saylı icarə müqaviləsi bağlanmışdır. Həmin ərazini cavabdeh 225000 manata satmışdır. Bundan sonra iddiaçı həmin əraziyə iddia ərizəsində qeyd edilən materialı quraşdırdıb gətirmişdi. Amma sonradan iddiaçıya məlum olmuşdur ki, həmin torpaq sahəsi dövlətə məxsus olduğundan həmin ərazini cavabdeh ona sata bilməzdi. Buna görə də o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmış və Şəmkir rayon Məhkəməsi cavabdehdən 225064 manatın alınıb ona verilməsinə dair ##.##.2019-cu il tarixli *(***)-****/****- saylı qətnamə qəbul etmişdir. Sözügedən örüş sahəsində 1 ədəd vaqon (təxmini dəyəri 3500 manat ), uzunluğu 1500 m, diametri 75 sm olan plastmas su turbası(təxmini dəyəri 5000 manat), uzunluğu 3500 metr diametri 160 sm olan plastmas su turbası (təxmini dəyəri 9000 manat ), uzunluğu 1500 metr diyametri 100 smolan plastmas su turbası (təxmini dəyəri 6000 manat ), 1ədəd otbiçən aqreqat (təxmini dəyəri 5000 manat), SMP su matoru (təxmini dəyəri 3500 manat ), 16m x 8m ölçüdə daş tikili (təxmini dəyəri 5000 manat), 20m x 20m ölçüdə daş tikili (təxmini dəyəri 8000 manat ), 3 faza elektrik tənzimləyicisi butası ilə birgə (təxmini dəyəri 3000 manat), uzunluğu 1200 metr diametri 160 smolan dəmir turba (təxmini dəyəri 8000 manat) vardır. Sözügedən əmlaklara dair sənədlər və sübutlar iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, “xxxx” X4 2018-ci ildə təsis edilmişdir. Həmin ərazidə işləri “xxxx” X4 görmüşdür. Şəmkir rayonu, Ceyrançöl qış otlağı **-** saylı sahədə 0.0414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerəşən ümumi sahəsi 372.8 kvm olan əmlak kompleksinə dair notarial alqı-satqı müqaviləsi oğlu İddiaçılə cavabdeh Cavabdeh bağlanmışdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndəsi İskəndərov Fuad İnqlab oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini təmin etməyərək təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini təmin etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

36. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırki apellyasiya şikayətinə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

41. Kollegiya qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

43. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

44. Bununla belə qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

45. Məhkəməyə təqdim edilmiş ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı Aqrarkredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsindən görünür ki, lizinq verən “xxxx” ASC ilə lizinq alan isə “xxxx” X4 müqavilə bağlamışdır.

46. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Şəmkir rayonu, Ceyrançöl qış otlağı **-** saylı sahədə 0.0414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerəşən ümumi sahəsi 372.8 kvm olan əmlak kompleksinə dair notarial alqı-satqı müqaviləsi oğlu İddiaçılə cavabdeh Cavabdeh bağlanmışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçının tələb etdiyi əmlakların bir qismi “xxxx” ASC-yə məxsus olmaqla “xxxx” X4 lizinqə verilmişdir. “xxxx”la bağlanmış müqavilələr isə iddiaçının oğlu İddiaçılə bağlanmışdır. İddiaçının tələb etdiyi boruların və su xəttinin çəkilməsi ilə bağlı müqavilələr isə “xxxx” QSC ilə “xxxx” X4 arasında bağlanmışdır. İddiaçı özü də tələb etdiyi əmlakların “xxxx” X4 məxsus olmasını bildirmişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

48. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia predmeti olan cavabdehdən tələb etdiyi 1 ədəd vaqon (təxmini dəyəri 3.500 manat), uzunluğu 1.500 m, diametri 75 sm olan plastmas su turbası (təxmini dəyəri 5.000 manat), uzunluğu 3.500 m, diametri 160 sm olan plastmas su turbası (təxmini dəyəri 9.000 manat), uzunluğu 1.500 m, diamteri 100 sm olan plastmas su turbası (təxmini dəyəri 6.000 manat), 1 ədəd otbiçən aqreqat (təxmini dəyəri 5.000 manat), SMP su matoru (təxmini dəyəri 3.500 manat), 16m x 8m ölçüdə daş tikili (təxmini dəyəri 5.000 manat), 20m x 20m ölçüdə daş tikili (təxmini dəyəri 8.000 manat), 3 faza elektrik tənzimləyicisi butası ilə birgə (təxmini dəyəri 3.000 manat), uzunluğu 1.200 m, diametri 160 sm olan dəmir turba (təxmini dəyəri 8.000 manat) iddiaçıya deyil, “xxxx” X4 və iddiaçının oğlu İddiaçı məxsus əmlaklardır.

49. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, İddiaçı iddiaçıya qarşı pul tələbinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 225.064 manat tutulması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, ##.##.2017-ci il tarixdə cavabdehin oğlu ilə iddiaçı arasında Şəmkir rayonu, Ceyrançöl qış otlağı **-** saylı sahədə 0.0414 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerəşən ümumi sahəsi 372.8 kvm olan əmlak kompleksinə dair notarial alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə cavabdeh arasında sözügedən əmlak kompleksinin ətrafında yerləşən 382 ha torpaq sahəsi ilə şifahi razılaşma olmuş və iidiaçı həmin torpağı 270.000 manata cavabdehə təklif etmiş, cavabdeh isə həm bank vasitəsilə həm də şəxsən pul ödəmişdir.

50. Ona görə də iddiaçı İddiaçı mübahisə pretmeti olan 1 ədəd vaqon (təxmini dəyəri 3.500 manat), uzunluğu 1.500 m, diametri 75 sm olan plastmas su turbası (təxmini dəyəri 5.000 manat), uzunluğu 3.500 m, diametri 160 sm olan plastmas su turbası (təxmini dəyəri 9.000 manat), uzunluğu 1.500 m, diamteri 100 sm olan plastmas su turbası (təxmini dəyəri 6.000 manat), 1 ədəd otbiçən aqreqat (təxmini dəyəri 5.000 manat), SMP su matoru (təxmini dəyəri 3.500 manat), 16m x 8m ölçüdə daş tikili (təxmini dəyəri 5.000 manat), 20m x 20m ölçüdə daş tikili (təxmini dəyəri 8.000 manat), 3 faza elektrik tənzimləyicisi butası ilə birgə (təxmini dəyəri 3.000 manat), uzunluğu 1.200 m, diametri 160 sm olan dəmir turba (təxmini dəyəri 8.000 manat) tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

51. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar