Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1030/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) İddiaçı “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınıb ona verilməsinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonunun işğalından sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmış, hazırda ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. 1991-ci ildə Kəlbəcər rayonunda fəaliyyət göstərən Ət və X4 “Kamaz” markalı 20-43-AQX (hazırda **-AC-*** dövlət qeydiyyat nişanlı) nömrəli nəqliyyat vasitəsinin sürücüsü işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonu ermənilər tərəfindən işğalından sonra, Mingəçevir şəhərində məskunlaşmış və X1 ərazisində Kəlbəcər Ət və X5 nəzdində olan “X2”ndə məcburən sürücülük fəaliyyətini davam etdirmişdir. 1993-cü ildən 2015-ci ilə kimi həmin “Kamaz”ı idarə etmiş, 2015-ci ildə Mingəçevir Şəhər Ət Kombinatı həmin “Kamaz”ı hədə-qorxu ilə ondan məcburi qaydada almış və tamamilə ayrı-ayrı insanlara idarə etməyə vermişlər. Bir müddət sonra avtomobil Mingəçevir Şəhər Ət Kombinatının ərazisində istifadəsiz vəziyyətdə qalmışdır. 2023-cü ilin may ayında mübahisəli nəqliyyat vasitəsi X1 həyətindən çıxarılıb Mingəçevir 5 nömrəli Dəmir-Beton Zavodunun həyətinə gətirilmişdir. Həmin vaxt sözügedən “Kamaz” Abbasov Rauf və Cavabdeh adlı şəxslər arasında qanunsuz olaraq pul müqabilində alınıb satılmışdır. O, 1991-ci ildən özünə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir, lakin X1 və indi də Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. İddiaçı oğuna işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddia edilən “Kamaz-53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı yük avtomobili Kəlbəcər Ət və X7 məxsusdur. O, həmin müəssisədə sürücü işləyir və 2009-cu ildən həmin yük avtomobili onun idarəçiliyindədir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılnasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 01 iyun 2000-ci il tarixdə verilmiş AA № 286485 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, “Kamaz-53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kəlbəcər Ət və X6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin məhkəməyə göndərdiyi 21 oktyabr 2023-cü il tarixli 3-13-85/2- 10351 nömrəli cavab məktubundan və məktuba əlavə edilmiş sənəddən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin mərkəzləşdirilmiş informasiya sistemində olan məlumata əsasən, “Kamaz 53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı avtomobil Kəlbəcər Ət və X5 adına 01 iyun 2000-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin avtomobilə dair “20-43 AQX” dövlət qeydiyyat nişanı ilə əvvəlki mənsubiyyəti barədə mərkəzləşdirilmiş informasiya sistemində məlumat yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, uzun illər (sovetlər dövründən) X1 direktoru olmuş, eyni zamanda “Kəlbəcər Ət və X9” da 1993-cü ildə Kəlbəcərdən çıxarılıb X1 ərazisində yerləşdirildikdən sonra “Kəlbəcər Ət və X9”na da hal-hazıradək o rəhbərlik edir. İddia edilən “Kamaz-53212” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı yük avtomobili nə İddiaçı, nə də ki Cavabdeh məxsus deyildir. “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Kəlbəcər Ət və X7 məxsusdur. Kəlbəcər Ət və X9 hal-hazırda istehsal fəaliyyəti göstərməsə də, hüquqi olaraq mövcuddur. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddianın predmeti olan “Kamaz” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona məxsus olmasını və iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz-53212” markalı nəqliyyat vasitəsinin sahibi 01 iyun 2000-ci il tarixdə qeydiyyata alınmış “Kəlbəcər Ət və X9”dur. Həmin nəqliyyat vasitəsi bir müddət iddiaçıya təhkim olunsa da, hazırda Cavabdeh təhkim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 27-ci maddəsinin birinci(İ)hissəsinin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.3-cü bəndinin müddəalarından görünür ki, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. İddiaçı iddia ərizəsində və apellyasiya dəlillərində sözügedən nəqliyyat vasitəsinin ona məxsus olduğunu göstərsə də, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına mötəbər sübut növləri təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-43/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1030/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1030/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver