Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1030/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinə qarşı mülki iş üzrə Açar sözlər: əmək haqqının ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(058)-151/2025 nömrəli qətnaməsindən cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Samux rayon Təhsil Şöbəsi Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 xx.xx.2021-ci il tarixli 46 nömrəli əmrinin surətindən görünür ki, məktəbin təsərrüfat müdiri İddiaçı1 məktəbdə tutduğu təsərrüfat müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi və 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir;
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Samux rayon Təhsil Şöbəsinin 01 dekabr 2021-ci il tarixli K-71 nömrəli əmrin surətindən görünür ki, Əhmədov X2 qəsəbə H.Məmmədov adına tam orta məktəbin təsərrüfat müdiri ilə bağlanılmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin 02.11 2021ci il tarixli, 46 nömrəli əmri Azərbaycan Respulikası Əmək Məcəlləsinin 80- ci maddəsi, 70-ci maddəsi və 71-ci maddəsinin 2 və 3-cü bəndlərinın tələblən pozulduğu üçün həmin əmr ləğv edilmiş, Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 əmrin icrasının təmin olunması, İddiaçı1 ilə yenidən əmək müqaviləsi bağlanması və “X1” nə daxil edilməsinin təmin edilməsi, Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 əmrin icra barədə Samux Rayon Təhsil Şöbəsinə məlumat verilməsi əmri verilmişdir;
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin məhkəmə qərarının icrası barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, təhsil nazirliyinin xx.xx.2022-ci il tarixli, K161 nömrəli “Əmək muqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, Cavabdeh1 Samux rayonu Qaraağaclı qəsəbə Habil Məmmədov adına tam orta məktəbin direktor vəzifəsinə məcburi iş buraxma müddətinə görə əmək haqqı və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üzrə ödənilməli olan müavinət ödənilməklə bərpa olunması əmr edilmişdir;
4. Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi Cavabdeh2 Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 23 noyabr 2024cü il tarixli 110 nömrəli əmri ilə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmişdir;
5. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı2 Cavabdeh2 tərəfindən gözətçi vəzifəsinə işə götürülmüşdür və onun əmək haqqı 416 manat təşkil edir;
6. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin işçilərin işə davamiyyət jurnalının surətindən görünür ki, İddiaçı2 2024-cü ilin üzrə may, iyun və sentyabr aylarında işə gəlməmişdir;
7. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin işçilərin işə davamiyyət jurnalının surətindən görünür ki, İddiaçı1 2024-cü il üzrə may, iyun, sentyabr və oktyabr aylarında işə gəlməmişdir;
8. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 2024-cü ilin fevral ayı üzrə əmək haqqı ödənilmişdir;
9. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 37 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı2 işə gəlmədiyinə görə 2024-cü ilin fevral ayı üzrə əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
10. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 36 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdən işə gəlmədiyinə görə əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
11. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 60 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 işə gəlmədiyinə görə 2024-cü ilin may ayı üzrə əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
12. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 59 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı2 işə gəlmədiyinə görə 2024-cü ilin may ayı üzrə əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
13. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 63 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 əmək funksiyasını yerinə yetirmədiyi və s. pozuntulara görə töhmət verilmişdir;
14. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 70 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 işə gəlmədiyinə görə 2024-cü ilin iyun ayı üzrə əmək haqqı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
15. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 69 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı2 işə gəlmədiyinə görə iyun ayı üçün əmək haqqı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
16. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 73 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 işə gəlmədiyinə görə axırıncı xəbərdarlıqla şiddətli töhmət verilmişdir;
17. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 95 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 işə gəlmədiyinə görə 2024-cü ilin sentyabr ayı üzrə əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli)
18. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 96 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı2 işə gəlmədiyinə görə 2024-cü ilin sentyabr ayı üzrə əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli);
19. Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrdən çıxarışından görünür ki, İddiaçı1 işə gəlmədiyinə görə oktyabr ayı üçün əmək haqqısı tutulmuşdur (əsas işə davamiyyət tabeli).
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
20. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehin İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında ödənilməyən əmək haqqının, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
21. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbi ilə əvəz olunmasını xahiş etmişlər.
22. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 onlara qarşı uzun müddət qərəzli mövqe nümayiş etdirmişdir. O, (İddiaçı1) Samux Rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində işləmiş, İddiaçı2 isə hazırkı vaxtadək gözətçi vəzifəsində işləyir. Məktəb direktoru Cavabdeh1 onu (İddiaçı1) qərəzli olaraq işdən azad etdiyi üçün xx.xx.2021-ci il tarixli 46 saylı əmrin ləğvi, işə bərpa olunmağı və məcburi 4 aylıq əmək haqqı tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiası Samux Rayon Məhkəmənin 25 iyul 2022-cı il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Lakin işdən çıxarılan Cavabdeh1 yenidən məktəbə direktor təyin olunandan sonra onların hər ikisi ilə ədavət aparır, onların məktəbdə işlərini sərbəst icra etməsinə maneçilik edir, tabelə imza etməyə icazə vermir. Məktəbdə özünə yaxın adamlarla aktlar yazır, belə ki guya onlar üzürsüz səbəbdən işdə olmurlar. Bu barədə onlar müvafiq orqanlara müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Onlar mediyasiya şurasına müraciət etmələrinə baxmayaraq Cavabdeh1 mediyasiya Şurasının iclasında iştirak etməmişdir. Ona görə də Cavabdeh1 onlara qarşı qərəzli mövqeyinə son qoylması və əmək haqqı tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyəində qalmışlar. Məhkəmədən tələbin təmin edilməsini xahiş edirlər.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyirin 2024cü il üzrə hansı aylarda, hansı günlərdə işdə olubolmamalarını xatırlamır. Onları məktəbdə gördüyü və görmədiyi günlər olub. Lakin hansı tarixlədə onların ümumiyyətlə işdə olmadıqlarından məlumatı yoxdur.
24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyiri 2024cü il üzrə məktəbdə gördüyü və görmədiyi günlər olub. Akt tərtib edilərkən aktda qeyd olunan günlərdə o, Elbir və Üzeyirin işdə olmadığını bilmiş və həmin akta imza etmişdir.
25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyiri 2024cü il üzrə may ayının 7, 8, 10 və 11-i tarixlərdə məktəbdə görməmiş, bununla bağlı akt tərtib edilərəkən o da akta imza etmişdir. Digə vaxtlarda isə onları məktəbdə gördüyü və görmədiyi günlər olub.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Samux rayon Qarağaclı kənd Habil Məmmədov adına tam orta məktəbdə tarix müəllimi işləyir. İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, İddiaçı1 vaxtilə məktəbin təsərrüfat müdürü vəzifəsində çalışmış, İddiaçı2 isə hazırda məktəbdə gözətçi işləyir. Elbir və Üzeyiri 2024cü il üzrə mart ayının bir neçə günündə məktəbdə görməmiş, bununla bağlı akt tərtib edilərəkən o da akta imza etmişdir. Digə vaxtlarda isə onları məktəbdə gördüyü və görmədiyi günlər olub
27. Samux Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(058)-151/2025 nömrəli qətnaməsi ilə (hakim Tərifə Kərimova) iddia təmin edilərək, İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında ödənilməyən əmək haqqı, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında ödənilməyən əmək haqqı məbləğinin iddiaçılara ödənilməsi qət edilmişdir.
28. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci madəsinin “a” bəndinə, 157-ci madəsinin 1-ci bəndinə və 158-ci maddəsinin 1-ci bəndinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəb apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəb apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında olan əmək mübahisəsi əmək müqaviləsi üzrə öhdəliklərin icra edilib-edilməməsi ilə bağlıdır. İddiaçı tərəf bildirir ki, onlar əmək müqaviləsi üzrə öhdəliklərini icra etmişlər. Yəni, iş saatında işdə iştirak etmişlər. Məktəb direktoru onların məktəbdə işlərini sərbəst icra etməsinə maneçilik etmiş, tabelə imza etməyə icazə verməmişdir. Məktəbdə özünə yaxın adamlarla aktlar yazmış, belə ki guya onlar üzrsüz səbəbdən işdə olmamışlar. Bu barədə onlar müvafiq orqanlara müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəf isə iddiaçılara əmək haqqının yazılmaması səbəbi kimi iddiaçılara iddia ərizələrində göstərdikləri aylarda əmək haqqının yazılmamasına səbəb onların həmin aylarda işdə olmadıqları, öz vəzifələrini icra etmədikləri göstərmişdir. Bu halı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi aktlar və davamiyyət tabelində həmin aylarda iddiaçıların imzalarının olmaması təsdiq edir. İddiaçılar mübahisələndirilən dövrdə əmək müqaviləsi üzrə öhdəliklərini icra etmələrini, yəni işdə olmalarını sübut edə bilməmişlər. İddiaçıların tabelə imza etmələrinə maneçilik törədilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmələri barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnamədə göstərmişdir ki, İddiaçı1 2024-cü il üzrə fevral, aprel, may, iyun, sentyabr və oktyabr aylarında, İddiaçı2 isə 2024-cü il üzrə fevral, may, iyun və sentyabr aylarında işdə olmuşdur. İddiaçıların işdə olmalarını məhkəmə onunla əsaslandırmış ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas yaradır. Əgər iddiaçılarla əmək müqaviləsinə xitam verilməmişdirsə, deməli iddiaçılar işdə olmuşlar. Birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırmasının nə hüquqi, nədə ki məntiqi əsası vardır. Belə ki, məktəbin direktounun işçilərin əmək müqaviləsinin şərtlərini pozduğuna görə tətbiq edəcəyi tədbir yalnız əmək haqqının verilməməsi olmuşdur ki, onu da etmişdir. Cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin İddiaçı1 və İddiaçı2 əmək müqaviləsinin pozulması ilə bağlı işdən çıxartmaq səlahiyyəti olmamışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə işə götürən Samux Rayon Təhsil Şöbəsinin şöbə müdiri X3 olmuşdur. Qeyd olunan əmək müqaviləsi bildirişini apellyasiya şikayətinə əlavə etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıların atası İslam Əhmədov məktəbdə təsərrüfat müdiri vəzifəsində, anaları xadimə, İddiaçı2 isə gözətçi işləyirdi. Münasibətləri çox yaxşı olmuşdur. İddiaçıların atasının səhhətində problem yarandığından işə gələ bilməmişdir. Bu səbəbdən də özü ona işdən çıxmasını və əvəzinə oğlu İddiaçı1 işə götürəcəyini bildirmiş və aralarında razılığa gəlmişlər. 2021-ci ildə məktəbə komissiya gəlmiş və yoxlama zamanı İddiaçı1 işində nöqsanlar aşkar edilmiş, təhsil idarəsinin təkidi ilə işdən azad edilməsi barədə əmr vermişdir. Bir müddət sonra təhsil şöbəsi ondan həmin şəxsin işə bərpa edilməsini tələb etsə də, onlarla razılaşmadığı üçün özünü işdən azad edilmişdir. Daha sonra məhkəmə qətnaməsi ilə işə bərpa edilmiş, İddiaçı1la barışmış və yenə birlikdə işləmişlər. Müəyyən müddət sonra İddiaçı1 məktəbdə narazılıqlar yaratmağa başlamış, tabeli imzalamaqdan imtina etmişdir. Səbəb kimi isə məktəbin deyil, təhsil idarəsinin işçisi olduğunu bildirmiş, bu şəkildə səs-küy, qalmaqal yaratmağa başlamışdır. İşə gəlmədiyinə və tabelə imza etmədiyinə görə də onun işdən azad edilməsi barədə əmr vermişdir. Sədrlik edənin sualına cavab Cavabdeh1 bildirmişdir ki, işçilərin işə davamiyyəti barədə hesabatı hər ay təhsil şöbəsində baş mühasibə təqdim edirlər və onun əsasında işçilərə əmək haqqı hesablanır. İddiaçılar işə gəlmədiklərinə görə işə davamiyyət jurnalını imzalamayıblar, bu səbəbdən də həmin günlər üçün onlara əmək haqqı hesablanmayıb. Çünki, iddiaçılar ay ərzində cəmi 3-4 gün işə gəlmişlər. Hətta üzrlü səbəb olmadan işə gəlmədiklərinə görə iddiaçılara 2 dəfə intizam tənbehi vermişdir.
33. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hər gün işə getmişdir. Cavabdeh tərəfin bildirdikləri həqiqəti əks etdirmir. İşçilərin işə davamiyyət jurnalı təsərrüfat müdirində olmalıdır. Heç bir günahı olmaya-olmaya barəsində cinayət işi açılmışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı1 bildirmişdir ki, əmək müqaviləsi üzrə funksiyaları təhvil-təslim işləri, texniki işçilərin işinə nəzarət və s. ibarət olmuşdur. Bütün kollektiv təsdiq edə bilər ki, hər gün işdə olmuşdur. İşçilərin işə davamiyyət jurnalı katibədə olmuşdur, həmin şəxs isə direktorun qızı olduğundan qərəzli şəkildə ona jurnalı tabeli imzalamağa verməmişlər.
34. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hər gün işə getmişdir. Əvvəllər “gəldi-getdi” tabelləri var idi, onu imzalamışdır. Lakin, sonradan ona heç kim imzalamaq üçün davamiyyət jurnalı təqdim etməmişdir. Ona əmək haqqı hesablanmadığına görə dəfələrlə şikayət etmişdir.
35. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, işə davamiyyət barədə jurnal hazırlanır və əmr əlavə edilib mühasibatlığa göndərilir. Hər ay bu sənədləri verilməsə, işçilərə əmək haqqı ödənilməz. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, İddiaçı2 hal-hazırda həmin məktəbdə işləyir. İşçi işə gəlmədikdə həmin günlərin pulu işçidən tutulur. İşçilər seçkiyə cəlb olunduqda onların əmək haqqı saxlanılır. Həmin günlər üçün əmr vermişdir, əgər işçiyə əməkhaqqı ödənilməyibsə bu mühasibatlıq şöbəsinin işidir. İddiaçı1 fevral ayının 10-a qədər seçkidə olduğu üçün ona əmək haqqı hesablanıb, lakin seçki bitdikdən sonra işə gəlmədiyinə görə həmin günlər üçün əmək haqqı hesablanmayıb. Həm audit, həm də əmək müfəttişliyi tərəfindən aparılan yoxlama nəticəsində heç bir nöqsan aşkar edilməmişdir.
36. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hər gün işə getmişdir. İşə davamiyyət jurnalı ona verilmədiyinə görə imzalaya bilməmişdir. Seçkidə olduğu müddətdə ona əmək haqqı hesablanıb. Direktorun səlahiyyəti başqa şəxs tərəfindən icra edildiyi dövrdə işə davamiyyət jurnalını imzalamışdır.
37. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hər gün işə getmişdir. Audit yoxlaması zamanı işçilərin işə davamiyyət jurnalı direktorun otağında bağlı şəkildə olmuşdur.
38. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı1 2024-cü ilin fevral ayı üzrə əmək haqqı ödənilmişdir. İşə gəlmədikləri aylar üzrə isə əmək haqqı ödənilməmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən məktəbin direktoru məktəbdə olmamışdır. Laçın xanımın dövründə işə davamiyyət jurnalını imzalasa da, jurnal müavində olan zaman imzalamamışdır, çünki direktor icazə vermirdi buna. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
41. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
42. Maddə 155.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
43. Maddə 158.2. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
54. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı1 Samux rayonu Qaraağaclı qəsəbə Habil Məmmədov adına tam orta məktəbdə təsərrüfat müdürü vəzifəsində işə qəbul olmuş və 23 noyabr 2024-cü il tarixədək həmin vəzifədə çalışmışdır. Cavabdeh təşkilatın 23 noyabr 2024-cü il tarixli 110 nömrəli əmri ilə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmişdir. Digər İddiaçı2 isə həmin məktəbdə hazırki vaxtadək gözətçi işləyir. İddiaçılar 2024-cü il üzrə, iddia ərizəsində qeyd olunan aylarda onlara əmək haqqının ödənilmədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişlər.
55. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi 23 noyabr 2024-cü il tarixdə ləğv edilmiş, digər İddiaçı2 isə hələ də həmin məktəbdə çalışmaqda davam etməkdədir. Qanunvericiliyin tələbinə əsasən işçinin heç bir üzürlü səbəb olmadan bir iş günü belə işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunduğu və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvinə əsas yaratdığı halda, cavabdehin izahatında qeyd etdiyi hal, yəni iddiaçıların 2024-cü il ərzində 5-6 ay ərzində işə gəlmədikləri real olaraq qəbul edilərsə belə olan təqdirdə işəgötürən tərəfindən hansı səbəblə onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməməsi sual doğurur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların sözügedən aylarda işdə olmadıqları məhkəmə araşdırması zamanı heç bir mötəbər sübutla təsdiqini tapmamışdır, bu da dolayısıyla onların həmin aylarda işdə olduqları və əmək funsiyalarını icra etdikləri anlamına gəlir. Əks halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsi ləğv edilmiş olardı. Buna görə də məhkəmə hesab edir ki, əsassız arqumentlərə söykənərək iddiaçılara iddia tələbində sözügedən aylarda əmək haqqının ödənilməməsi qanunvericiliyin tələbinə zidd olmuşdur.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
57. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, İddiaçı1 2024-cü ilin may, iyun, sentyabr və oktyabr aylarında işə gəlməmişdir. Digər İddiaçı2 da 2024-cü ilin may, iyun və sentyabr aylarında işə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında cavabdeh təşkilatın «işçilərin işə davamiyyət jurnalı» tərəflərin iştirakı ilə sistemli şəkildə tədqiq edilmiş və İddiaçı1 qeyd edilən aylarda işə gəlmədiyi və ayın müvafiq günləri üzrə jurnalda «gəldi» «getdi» qeydləri qarşısında imzası olmadığı müəyyən edilmişdir. Buna görə də cavabdeh təşkilatın müvafiq əmrləri ilə iddiaçıların işə gəlmədikləri aylar üzrə onların əmək haqqısı tutulmuşdur. İddiaçı tərəf işə davamiyyət jurnalını imzalamalarına maneçilik yaradılması barədə arqument irəli sürsə də, bu hal məhkəmə araşdırması zamanı, öz təsdiqini tapmamış, habelə iddiaçılar tərəfindən bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bununla belə, iddiaçılar jurnalı imzalamalarına işəgötürən tərəfindən maneçilik yaradılması barədə müvafiq orqanlara şikayət etdiklərini bildirsilər də, araşdırma zamanı iddiaçıların əmək haqqının ödənilməsi barədə müvafiq dövlət orqalarına şikayət etdikləri məlum olmuş, göstərilən xüsusatla bağlı hər hansı müraciətləri olması müəyyən edilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçıların bu arqumenti öz təsdiqini tapacağı halda belə, iddiaçıların tələblərində göstərdikləri aylar üzrə müvafiq iş vaxtı ərzində iş yerində olmaları da öz təsdiqini tapmır. Əksinə, cavabdeh təşkilatın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktlarla iddiaçıların qeyd edilən aylar üzrə müvafiq iş günlərində işə gəlmədikləri müəyyən edilir.
58. Digər tərəfdən, cavabdeh təşkilatın «işçilərin işə davamiyyət jurnalı»-nın tədqiqi nəticəsində İddiaçı1 2024-cü ilin fevral ayında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixlərdə seçki proseslərində iştirak etdiyi, qalan günlərdə işə gəlmədiyi müəyyən edilir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışla da İddiaçı1 2024-cü ilin fevral ayı üzrə qismən (işə gəldiyi günlərə görə) əmək haqqı ödənildiyi aydın olur. Həmçinin, digər İddiaçı2 da 2024-cü ilin fevral ayında müvafiq iş günlərində işə gəldiyindən həmin ay üzrə əmək haqqı məbləği ona ödənilmişdir.
59. Göstərilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, iddia edilən aylar üzrə iddiaçılara cavabdeh təşkilat tərəfindən əmək haqqı ödənilməməsi qanuni əsaslı olmuşdur. Çünki, əmək haqqı - işçinin gördüyü işə və ya tutduğu vəzifəyə görə işəgötürən tərəfindən ona ödənilən pul məbləğidir. Əmək haqqının qanuni tərifi Azərbaycan Respublikasının Əmək Məcəlləsində verilmişdir. Həmin tərifə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
60. Baxılan işdə əməkhaqqı ödənilməsi iddia edilən aylar üzrə iddiaçılar müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirməmiş, habelə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətlər) yerinə yetirməmişdir. Bu halda həmin aylar üzrə iddiaçılara əmək haqqı ödənilməsi əsassızdır.
61. Göründüyü kimi iddiaçıların iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
62. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(058)-151/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.