Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1048/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 və cavabdeh Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsindən cavabdeh Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Samux rayon Əhmədbəyli kənd orta məktəbinə və Cavabdeh2nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 dekabr 2020-ci il tarixdən ödənilməmiş əmək haqqının, vurulmuş mənəvi və maddi zərərə görə isə 10000 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Samux Rayon Məhkəməsində Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin 21.04. 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və o, işinə bərpa edilmişdir. Cavabdeh onu qanunsuz olaraq işdən çıxartdığı üçün onun işgüzar nüfuzuna xələl gətirməklə, ona maddi və mənəvi ziyan vurmuşdur. Bundan əlavə o, məhkəmələrdə vaxtını keçirmiş, bir neçə müddət işləməmiş, qanunsuz olaraq əmək haqqından məhrum edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən G.Şirinov) iddia qismən təmin edilmiş, İddiaçı1 01 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 105/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etməmişdən qabaq tərəflər fərdi əmək mübahisələri ilə qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyası keçməli olsa da, iddiaçı tərəfindən qanunun bu tələbinə riayət edilməmişdir, bundan başqa məhkəmə fərdi əmək mübahisələri ilə iddia müddətlərinə də diqqət yetirməmişdir. İddiaçının işdən azad edilməsi bağlı əmr xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, həmin əmr ləğv edildikdən sonra xx.xx.2022-ci il tarixdə əvvəlki işinə başlamışdır. Lakin, iddiaçı keçən bu müddət, yəni 2 ilə yaxın müddət ərzində işləmədiyi dövrlər üçün hər hansı əmək haqqı tələbi ilə məhkəmədə çıxış etməmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən bu halı- əmək qanunvericiliyində olan iddia müddətlərinin ötürülməsini nəzərə almamışdır. Cavabdeh Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçının əmək haqqı işlədiyi müddətə 145 manat olmuş, hazırda isə 222 manat təşkil edir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsindən cavabdeh Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamə ilə iddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(104)-1503/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(058)-362 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı1 cavabdeh Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilmiş, Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbin direktoru E.Abbasovanın 01 dekabr 2020-ci il tarixi 47 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1 Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə riyaziyyat-informatika müəllimi vəzifəsinə işə bərpa olunması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh2 Samux rayon Sektoru E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin direktoru Etibar Abbasov tərəfindən Samux rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda, ünvan 2əllimi İddiaçı1 xx.xx.2022-ci il tarixli 47/2 nömrəli əmrlə məktəbin müəllim kontingentinə daxil edildiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli 47/2 nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh2 Samux rayon Əhmədbəyli kənd orta məktəbin direktoru Etibar Abbasov, riyaziyyat informatika müəllimi İddiaçı1 barəsində olan xx.xx.2020-ci il tarixli 47 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki işinə bərpa edilməsi barədə əmr imzalamışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdən Samux rayon Əhmədbəyli kənd orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsinə işə başlamışdır. Mediator R.İsmayılov tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli 05736 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı1 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(104)-1503/2022 nömrəli qətnaməsi ilə, Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbin direktoru E.Abbasovanın İddiaçı1 barəsində 01 dekabr 2020-ci il tarixi 47 nömrəli əmrinin ləğv edilməsi və onun Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə riyaziyyat-informatika müəllimi vəzifəsinə işə bərpa olunması qət edilmişdir. Həmin qətnamə icra edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh2 Samux rayon Əhmədbəyli kənd orta məktəbin direktoru Etibar Abbasov xx.xx.2022-ci il tarixli 47/2 nömrəli əmrlə riyaziyyat informatika müəllimi İddiaçı1 barəsində olan xx.xx.2020-ci il tarixli 47 nömrəli əmri ləğv etmiş və onu xx.xx.2022-ci il tarixdən əvvəlki işinə bərpa edilməsi barədə əmr imzalamışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdən Samux rayon Əhmədbəyli kənd orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsinə işə başlamışdır. Ona görə də, Samux Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsi ilə iddianı qismən təmin edərək, İddiaçı1 01 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının işdən azad edilməsi bağlı əmr xx.xx.2020-ci il tarixdə qəbul edilməsini, həmin əmr ləğv edildikdən sonra xx.xx.2022ci il tarixdə əvvəlki işinə başlamasını, lakin, iddiaçının 2 ilə yaxın müddət ərzində işləmədiyi dövrlər üçün hər hansı əmək haqqı tələbi irəli sürmədiyi üçün iddia müddətinin ötürülməsini göstərsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin iclasında iştirak etsə də, Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinin tələbinə uyğun olaraq, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, iddiaçı xx.xx.2022-ci il tarixdə əvvəlki işinə bərpa edildiyi üçün, iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilmiş hissəsinə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmşdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-105/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1048/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1048/2023
20.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver