Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1107/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(045)-178/2025 nömrəli qətnaməsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ona məxsus 1 ədəd nişan üzüyü (brilyant qaşla bəzədilmiş) 583 əyar 5 qram - 500 (beş yüz) manat dəyərində, 1 ədəd komplekt dəst (sırğa, boyunbağı, klon və üzük brilyat qaşla bəzədilmiş) 583 əyar 20 qram - 2000 (iki manat dəyərində, 1 ədəd qolbağı 583 əyar 4 qram - 350 (üç yüz əlli) manat dəyərində, 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində, qızıl-zinət əşyaları və onların ümumi dəyəri olan 4150 (dörd min yüz əlli) manat pul vəsaiti, bundan əlavə olaraq ona məxsus geyim əşyaları və həmçinin tərəfindən ödənilən 60 (altmış) manat mediasiya xidmət haqqının, qızıl-zinət əşyalarını qiymətləndirdiyi üçün verdiyi 60 (altmış) manat xidmət haqqının, ümumilikdə iddianı qaldırmaq üçün xərclədiyi 120 (yüz iyirmi) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(045)-178/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin qismən təmin edilməsi; İddiaçı məxsus 583 əyar, çəkisi 6 qram olan 600 manat dəyərində 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş), 583 əyar, çəkisi 6 qram olan 700 manat dəyərində 1 ədəd qızıl sırğa (fianil qaşlı) və yaxud onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə rədd edilməsi; Cavabdeh mütəxəssis xərci kimi ödənilmiş 60 manat və Goranboy 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış kabnet vastəsilə verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi vermiş olduğu apellyasiya şikayətində yalnız işin hallarını qeyd etmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, habelə istinad etdiyi konkret fakt və halların pozulmasının nədən ibarət olmasını şikayətdə göstərməmişdir. Həmçinin kollegiya onu da qeyd edir ki, işə əlavə edilmiş apellyasiya şikayətinin əsaslandırıcı hissəsinin bəzi yerlərində kiril əlifbasından, bəzi yerlərində isə latın əlifbasından istifadə edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 363 və 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Goranboy Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(045)-178/2025 nömrəli qətnaməsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1107/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1107/2025
20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver