Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1108/2024 22.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi) Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüklərini yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və digərləri cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X1 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********13-10301 olan ünvan 1 ünvanında dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmçinin İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlərin ona və xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evinə olan qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair 2(062)-1558 saylı mülki işin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və digərinin cavabdeh İddiaçı3 və üçüncü şəxslər Cavabdeh2 və qeyrilərinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(062)-1198 saylı mülki işə birləşdirilməsi və 2(062)-1198/2023 nömrə ilə qeydə alınması qərara alınmışdır. Həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X1 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 4 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması; Cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 4 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evinə qanunsuz müdaxiləsinə son qoyulması; Ödənilmiş dövlət rüsumunun İddiaçı3 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Həmin apellyasiya şikayətinə münasibətdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Həmçinin Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, apellyasiya şikayəti verilməsi üçün Cavabdeh3 tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilmiş dövlət rüsumu sonuncunun apellyasiya şikayətinə əlavə edilməmişdir. Halbuki hazırkı iddia qiymətləndirilməyən iddiadır və məhkəmədə baxılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə qəbul edilmiş qətnamədən işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun 50 faizi miqdarında, yəni 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə görə, mülki məhkəmə icraatında apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; dövlət rüsumu ödənilir Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən iddialar üzrə, 8.2-ci maddəsində isə qiymətləndirilməyən iddialar üzrə hansı məbləğdə dövlət rüsumu ödənilməli olduğu göstərilmişdir. Həmin Qanunun 8.6-cı maddəsində deyilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilməli, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra digər Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki iş yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108, 361, 363, 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(062)-29/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1108/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1108/2024
22.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver