Məhkəmə qərarları › İş №2(104)-1123/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1123/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1123/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1988ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Kəpəz rayonu D.Qorqud küçəsi ev 10 mənzil 15-də qeydiyyatdadır.

2. Rusiya Federasiyası Çoxfunksiyalı 109 nömrəli Mərkəz tərəfindən verilmiş 17 may 2017ci il tarixli, Vİİİ-МЮ760347 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 aprel 2017-ci il tarixdə anadan olmuş, anası X8 olmaqla doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanmışdır.

3. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 iyun 2023-cü il tarixli, MŞG/MT007/2023/01863 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf X4r. Bərdə Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(021) 638/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 22 aprel 2017-ci il təvəllüdlü Yusifəlinin atası olması müəyyən edilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 2(021)-5250/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X2 22 aprel 2017-ci il tarixdə anadan olmuş Yusifəlinin atası olması faktı müəyyən edilmiş, Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən uşağın doğum akt qeydində soyadı Zeynalov, ata qrafasında ata adı Cavabdeh kimi qeyd edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiаçı İddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22 aprel 2018-ci ildə anadan olmuş X1 18 yaşınadək saxıanması üçün hər ay 250 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü ildə nikahları qeydə alınmadan ailə qurmuşlar. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Birgə yaşadıqları müddətdə 22 aprel 2017-ci il tarixdə Yusifəli adlı uşaqları doğulub. Bərdə rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(021)-5250/2018 saylı qətnaməsi ilə Cavabdeh 22 aprel 2017-ci ildə anadan olmuş Yusifəlinin atası olması fakt müəyyən edilmişdir. Cavabdeh övladının saxlanması üçün maddi kömək etmir, uşaqla maraqlanmır. Hazırda oğlu Yusifəli böyüyüb, saxlanma xərcləri artıb. Yusifəlini öz hesabına saxlanması xərclərini ödəməkdə çətinlik çəkir. Ona görə də, məhkəmə qaydasında uşağın 18 yaşadək saxlanması üçün hər ay 250 manat alimentin cavabdehdən sabit pul məbləği şəklində alınaraq ona ödənilməsini iddia edir. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

7. Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddiаnın qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2017-ci il təvəlldlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 14 sentyabr 2023-cü il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 34,76 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki,uşaqların saxlanması üçün əvvəlki təminatının səviyyəsi, habelə cavabdehin maddi durumunu (imkanını) nəzərə alaraq və qətnamə üzrə öhdəliyin icra edilə bilən olmasının təmini məqsədilə, habelə tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2017-ci il təvəllüdlü X1 hazırda da iddiaçının İddiaçı himayəsində yaşamasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilərək, tərəflərin birgə yaşadıqları dövrdə doğulmuş 22 aprel 2017-ci il təvəlldlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 14 sentyabr 2023-cü il tarixdən etibarən hesablanmalıdır.

9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin ölkə üzrə minimum əmək haqqının iki uşaq üçün 0.2 misli məbləğində tutulmasına və alimentin tutulmasının apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini almasından sonra hesablanmasına dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticəni real gəlirləri ilə əlaqədar və hazırkı maddi vəziyyəti baxımından ədalətli nəticə hesab etmir. O, 2008-ci il 28 yanvar tarixdə X9 ilə yeni nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladı dünyaya gəlmişir. xx.xx.2006-cı il təvəllüdlü Zeynalova Nərgizİlham qızı və xx.xx.2008-ci il təvəlüdlü X6. Həmçinin, o, hazırda işləmir və davamlı, stabil heç bir gəliri yoxdur. Belə olan halda məhkəmənin müəyyən etdiyi aliment məbləği onun üçün və yeni nikahındakı ailəsi və övladları üçün ciddi çətinliklər yaradır. Birinci instansiya məhkəməsi AR Ali Məhkəməsinin qərarına istinad etmədən alimenti AR Ailə Məcəlləsinin 75-78-ci maddələrinə əsasən qərar qəbul etmişdir. Bununla da birinci instasniya məhkəməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılmasıüçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Onun real gəliri məhkəmədə də, qeyd etdiyi kimi aldığı rəsmi əmək haqqıdır. Birinci instansiya məhkəməsi onun gəlirlərinin xaricində əlavə maddi məsuliyyətlə yükləməklə, onun gələcəkdə vəziyyətini pisləşdirən qərar qəbul etmiş olmuşdur. Faktiki olaraq birinci instansiya məhkəməsi onun üçün aliment öhdəliyini real qazancı müqabilində ödəyə bilməcəyi qarşılığında onu qanunla üzbəüz qoymuş olur ki, bu da məhkəmənin yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqində doğru olmayan nəticəyə rəvac verən mövqe tutmasının ifadəsidir. İddiaçı tərəf onun gəlirlərinə aid hər hansı bir sübutun mövcudluğuna aid məhkəmyə rəsmi sənədlər vermədi. Çünki belə bir sənəd yoxdur. Məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı hər hansısa mötəbər və mübahisələndirlməsi imkansız olan sübutlara əsaslanmadan, iddiaçının şəxsi mülahizələrinin formalaşdırdığı fikirlərin əsasında yekun qərar qəbul etmişdir. O, məhkəməyə real qazancına dair rəsmi sənəd təqdim etdiyi halda, iddiaçı onun maddi vəziyyətində hansı artımlı dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, Cavabdeh övladının saxlanması üçün maddi kömək etmir, uşaqla maraqlanmır. Hazırda oğlu Yusifəli böyüyüb, saxlanma xərcləri artıb. Hazırda o, Yusifəlini öz hesabına saxlanması xərclərini ödəməkdə çətinlik çəkir.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

15. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.

30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

31. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən alimentin məbləği hissəsində mübahisələndirildiyindən, birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilməlidir.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaq ananın himayəsində olarsa, onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın da, aliment öhdəliyi yaranır.

39. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Cavabdeh apellyasiya şikayətində iki uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli aliment təyin edilməsini xahiş etmişdir. Uşaqlar ananın himayəsində olduğundan və onların qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın aliment öhdəliyi birmənalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Cavabdeh apellyasiya şikayətində alimentin məbləğinin 0,2 misli həddində təyin edilməsini xahiş etsə də, iddiaçı ailə vəziyyəti və maddi durumunun yaxşı olmaması, əlavə başqa qazancının olmaması, təyin edilmiş alimenti ödəmək iqtidarında olmaması ilə bağlı heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdehin yeni nikaha daxil olması və həmin nikahdan uşaqları olması, onu əvvəlki nikhadan olan uşağı üçün qanunvericilik ilə müəyyən edilmiş məbləğdə aliment öhdəliyindən azad etmir. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi mnimum əmək haqqının 0.5 misli 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş 246 manat yaşayış minimumundan aşağıdır və uşağın saxlanması xərclərinin digər hissəni iddiaçı daşıyır.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, aliment məbləğinin tutlmasının vaxtını müəyyən edərkən səhvə yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən tutulması qənaətinə gəlsə də, qətnamədə hansı il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı olmasını qeyd etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2017-ci il təvəlldlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2017-ci il təvəlldlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2023-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Kollegiya onu da qeyd edir ki, 2023-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

42. Cavabdeh apellyasiya şikayətində azyaşlı üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli aliment təyin edilməsini xahiş etmişdir. Mübahisələndirilən hissə ən yaxşı halda 103,5 manat olmaqla, il ərzində 1242 manatdır (103,5x12=1242). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-81/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2017-ci il təvəlldlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2017-ci il təvəlldlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2023-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar