Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1172/2024 19.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X* ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh Ağdam rayonu * nömrəli tam orta məktəbinin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayonu * nömrəli tam orta məktəbə qarşı Pedaqoji şuranın *2 sentyabr 2023-cü il tarixli * nömrəli iclas protokolunun ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2* fevral 2024-cü il tarixli 2(02*)- 827/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Ağdam rayonu * nömrəli tam orta məktəbə qarşı Pedaqoji şuranın *2 sentyabr 2023-cü il tarixli * nömrəli iclas protokolunun ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2* fevral 2024-cü il tarixli 2(02*)-827/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı Cavabdeh* qаrşı “Cavabdeh*, Pedaqoji Şurasının, *2 sentyabr 2023-cü il tarixli, * nömrəli iclas Protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi” tələbinə dаir iddiası təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ağdam rayonu * nömrəli tam orta məktəbinin direktoru X4 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə kollegiyasına ərizə göndərərək apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cu maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35.*. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2. maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.*. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının *0 iyun *997-ci il tarixli Qanununun *5-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə *6 sentyabr 20*0-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin *-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı tövsiyyə xarakterli qərarının 2.2. bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Ağdam rayonu * nömrəli tam orta məktəbə qarşı hazırki iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam rayonu * nömrəli tam orta məktəbin hüquqi ünvanı Ağdam şəhəridir. Məktəbin hazırda Bərdə rayonu ərazisində fəaliyyət göstərməsi ərazi aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını nəzərə almamış və aidiyyət qaydalarını pozaraq işi icraata götürərək mahiyyəti üzrə baxmışdır. Halbu ki, yuxarıda da qeyd olunduğu kimi ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5. maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2* fevral 2024-cü il tarixli 2(02*)-827/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2* fevral 2024-cü il tarixli 2(02*)-827/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Ağdam rayonu * nömrəli tam orta məktəbə qarşı Pedaqoji şuranın *2 sentyabr 2023-cü il tarixli * nömrəli iclas protokolunun ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə *0 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1172/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1172/2024
19.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver